Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix28.04.2022
ölçüsü1,05 Mb.
#56541
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
kitab20100622050512539 (1)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

24

II FƏSİL 



 

QARAQOYUNLU VƏ AĞQOYUNLU  DÖVLƏTLƏRİNİN 

İCTİMAİ-SİYASİ TARİXİ 

 

§1. Qaraqoyunlu dövlətinin siyasi tarixi. 

 

Türk tarixçilərindən  İ.H.Uzunçarşılı, M.X.Yınanç, Z.V.Toğan, F.Sümer, K.Gürün, İsmayıl Aka və 

başqaları Qaraqoyunlu dövlətinin ictimai-siyasi tarixi haqqında müəyyən fikirlər irəli sürmüşlər. Tarixən 

mə'lumdur ki, Əmir Teymurun daxilən möhkəm olmayan imperiyası onun ölümündən sonra parçalanmağa 

başlamış, atası  tərəfındən hakimiyyətdən məhrum edilmiş Miranşah oğlu  Əbubəkir və Mirzə Ömərlə birlikdə 

Azərbaycanda və  İranın qərb torpaqlarında səltənətə  çıxmaq uğrunda qanlı döyüşlərə başlamışdılar. 

Azərbaycanda Teymurun varisləri arasında hakimiyyət uğrunda davam edən mübarizə, yerli hökmdarların 

nüfuzunun möhkəmlənməsinə  və genişlənməsinə imkan yaratdı.  Şirvanşah I İbrahim yaranmış siyasi 

vəziyyətdən istifadə edərək Azərbaycan torpaqlarını  Şirvanşahlar dövləti  ətrafında birləşdirmək uğrunda 

mübarizəyə başladı. O, bu məqsədlə Gəncə hakimi Yar Əhməd Qaraman, Şəki hakimi Seydi Əhməd, Ərdəbil 

hakimi Bəstam Cakir və Gürcü çan Konstantin ilə əlaqə yaratdı. Şirvanşah I İbrahim 1406-cı il mayın sonunda 

Təbriz  şəhərini  ələ keçirdi. Lakin o, burada möhkəmlənə bilmədi.  Şirvanşah Sultan Əhməd Cəlayirin 

Bağdaddan Təbriz üzərinə yürüşə  çıxdığını  xəbər alaraq Cənubi Azərbaycanı  tərk etdi. Azərbaycanda siyasi 

hakimiyyət uğrunda gedən mübarizəyə 1406-cı ildə Qara Yusif Qaraqoyunlu da qoşuldu.   

XV əsrin əvvəllərində Azərbaycandakı siyasi vəziyyət, hakimiyyət uğrunda Teymurun varisləri, Sultan 

Əhməd Cəlayiri, Şirvanşah I İbrahim, Qara Yusif Qaraqoyunlu 

[55-56]

 və ayrı-ayn feodal hakimlərin apardığı 

mübarizə türk tarixçilərinin əsərlərində geniş şəkildə tədqiq olunmuşdur

1

. Qara Yusif 1406-cı ilin oktyabrında 



Naxçıvan yaxınlığında və 1408-ci ilin 21 aprelində Təbriz yaxınlığındakı  Sərdrud düzündə Teymuri Əbubəkr 

üzərində  qələbə çalmışdı. Qara Yusifin teymurilər üzərindəki qələbəsindən sonra Azərbaycanın cənub 

torpaqlarında teymurilərin hakimiyyətinə son qoyulmuş  və hakimiyyət qaraqoyunluların  əlinə keçmişdi. 

İ.H.Uzunçarşılı, Z.V.Toğan, F.Kırzıoğlu və İsmayıl Aka Qaraqoyunlu dövlətinin 1408-ci ildə yarandığını qeyd 

edirlər

2

. Qaynaqların verdiyi mə'lumata görə, Qara Yusif Əbubəkri ikinci dəfə (1408-ci ildə) məğlub etdikdən 



sonra oğlu Pir Budağı padşahlıq taxtına oturtmuş və elçi göndərərək Sultan Əhmədi xəbərdar etmişdir. O, bu 

xəbəri müsbət qarşılamış  və Pir Budaq üçün hakimiyyət simvolu olan taxt-rəvan göndərmişdi

3

. Faruq Sümer 



Mirxondun bu mə'lumatının doğru olmadığını qeyd edir. Onun fikrincə, Pir Budaq Sultan Əhmədin ölümündən 

sonra hakimiyyətə  gəlmişdir. O, öz fikrini Qara Yusifin Pir Budaqla müştərək olaraq zərb etdirdiyi mis və 

gümüş sikkələrin ən qədiminin (h.814) 1411-ci il tarixli olması ilə əlaqələndirir

4

. Azərbaycan tədqiqatçılarının 



əsərlərində  də Qaraqoyunlu dövlətinin 1410-cu ildə yarandığı qeyd olunur

5

. Lakin M.Seyfəddini həm 



qaynaqlara, həm də numizmatik materiallara istinad edərək Qaraqoyunlu dövlətinin təşəkkül tarixininin 1408-ci 

il olduğunu əsaslandırır. O, üzərində Qara Yusifin oğlu Pir Budağın adı həkk olunmuş sikkələrin 1408-ci ildən 

başlayaraq kəsildiyini göstərir

6

. Azərbaycanda siyasi hakimiyyətin 1408-ci ildən başlayaraq Qaraqoyunluların 



əlinə keçdiyini həmin dövrün qaynaqları da təsdiq edir

7



Qara Yusif Azərbaycanda teymurilərin hakimiyyətinə son qoyduqdan sonra öz hakimiyyətini 

möhkəmləndirmək üçün mühüm tədbirlər gördü. Qaynaqların verdiyi mə'lumata görə, Qara Yusif 1409-cu ilin 

noyabr ayında Pir Ömər və İlyas Döğərin başçılığı altında Şirvan üzərinə qoşun göndərmişdi. 

 [56-57]


 

Lakin  Şəki hakimi Seydi Əhmədin döyüşə ciddi hazırlaşdığını hiss etmiş Qaraqoyunlu sərkərdələri 

döyüşə girməmiş və Şirvanın bə'zi yerlərini talan edərək Təbrizə qayıtrmışdılar

8

. Şirvan və Şəki ərazilərini ələ 



keçirib mərkəzləşdirilmiş dövlət yaratmaq Qara Yusifin hərbi siyasətinin başlıca məzmununu təşkil edirdi. 

Faruq Sümerin fıkrincə, Qara Yusif 1409-cu il dekabrın sonunda Şirvana yeni bir ordu göndərmək istəmiş, lakin 

Van hakimi Məlik  İzzəddin  Şir siyasi vəziyyəti nəzərə alaraq ona mane olmuş, Qara Yusiflə  Şirvanşah  Şeyx 

İbrahimi barışdırmışdı

9



Teymurilərin üzərində  qələbədən sonra Qara Yusifın Azərbaycanın cənub torpaqlarında getdikcə 



möhkəmlənməsi Bağdad hökmdarı Sultan Əhməd Cəlayirini narahat edirdi. İ.H.Uzunçarşılı və F.Sümerin qeyd 

etdiklərinə görə, 1409-cu ilin 18 dekabrında Sultan Əhmədin elçisi Təbrizə gəlmiş və Həmədan yaylağının ona 

verilməsini Qara Yusifdən tələb etmişdi. Qara Yusif bu tələbi rədd etmiş və elçini geri qaytarmışdı

10

. Onların 



fikrincə Sultan Əhmədlə Qara Yusif arasında 1410-cu ilin 30 avqustunda Təbriz yaxınlığındakı  Əsəd kəndi 

yaxınlığında baş vermiş döyüşün mühüm səbəbi Qara Yusifın Həmədaq yaylağını Sultan Əhmədə verməməsi 

olmuşdu

11

. Qara Yusif bu döyüşdə qələbə çalmış və İraqı da Qaraqoyunlu dövlətinə birləşdirmişdi. 



Türk tarixçilərinin  əsərlərində Qaraqoyunlu dövlətinin  Şirvanşahlar dövləti ilə münasibətlərinə xüsusi 

diqqət yetirilmişdir.  Şirvanşah I İbrahim qaraqoyunluların getdikcə qüvvətlənməsinin  Şirvanı  təhlükə altına 

alacağını bilir və  Cəlayirilərin tərəfində dururdu

12

. Türk tarixçiləri  Şirvanşahın bu mövqeyini izah etmirlər. 



Lakin İ.P.Petraşevski, C.İbrahimov və S.Aşurbəyli Şirvanşahın cəlayirilərə tərəfdar olmasının səbəbini o zaman 


 

25

Cəlayirilər dövlətinin çox «zəif olmasında«» görmüşlər



13

. Ş.Fərzəliyevin fikrincə, I İbrahimin Sultan Əhmədə 

tərəfdar olmasının səbəbini heç də cəlayirilərin zəifləməsi və Şirvanşaha qarşı təhlükə təşkil etməməsi ilə deyil

Şirvanşahın müdrük uzaqgörənliyi ilə izah 

[57-58]

 etmək lazımdır. O, bilirdi ki, artıq bir dəfə Şirvanı tutmağa 

çalışan Qara Yusif qüvvətləndikdən sonra hökmən  əski niyyətini həyata keçirməyə çalışacaqdır.  Əgər o, 

qaraqoyunlulara tərəfdar olsaydı, Qara Yusifin şəxsində bir dost, cəlayirilərin və  həmçinin Qara Yusiflə 

düşmənçilik münasibətində olan teymurilərin  şəxsində iki düşmən qazanmışdı. Çünki Teymuri hökmdarı 

Şahruhla  Şirvanşahlar dövləti arasında hələlik yaxşı münasibət vardı

14

. Məhz bu uzaqgörənlik nəticəsində 



Şirvan döyüşçüləri Sultan Əhmədi müdafiə etməklə Azərbaycanın cənub vilayətlərində möhkəmlənə bilərdilər. 

Qaynaqların verdiyi mə'lumata görə, Sultan Əhməd Təbriz üzərinə yürüş etdiyi zaman Şirvanşah  Şeyx 

İbrahimdən yardım istəmiş  və o da oğlu Kəyumərsin başçılığı ilə bir ordu göndərmişdi

15

. Azərbaycan 



tədqiqatçıları belə hesab edirlər ki, Qara Yusif qaraqoyunlulara əsir düşmüş Kəyumərsə atası I İbrahimə məktub 

yazdıraraq Qaraqoyunlu dövlətinə tabe olmağı  təklif edir və onu azad edir

16

. Faruq Sümer Hafız  Əbrunun və 



Əbdürrəzzaq Səmərqəndinin verdiyi məlumatlara istinad edərək yazır ki, Qara Yusif Kəyumərsi Ərciş qalasında 

həbs etdirmişdi. Şeyx İbrahim oğlunu azad etmək üçün çox böyük məbləğdə pul təklif etmiş, lakin Qara Yusif 

bu təklifi rədd etmişdi

17

. Dövrün digər qaynaqları da Farüq Sümerin bu mövqeyini təsdiq edir



18

Qara Yusifın Sultan Əhmədi ağır məğlubiyyətə  uğradaraq öz mövqeyini daha da möhkəmləndirməsi 



Şirvanşah  Şeyx  İbrahimi xeyli narahat etmişdi. Buna görə  də, o, Şəki hakimi Seydi Əhməd və Gürcü çarı 

Konstantin ilə ittifaq yaradaraq Qara Yusifə qarşı döyüşə hazırlaşmışdı. Farüq Sümerin fıkrincə, Qara Yusif bu 

hadisədən xəbər tutmuş  və 1412-ci ilin 17 noyabrında Qarabağa gəlmişdi. O, buradan Şeyx  İbrahimə elçi 

gondərmiş, ona barışıq təklif etmişdi. Qara Yusifin bu təklifi  Şeyx  İbrahim və müttəfiqləri tərəfindən qəbul 

olunmamışdı. Qəzəblənmiş Qara Yusif 1412-ci ilin 19 dekabrında Kür çayını keçmiş  və  Şeyx  İbrahimi ağır 

məğlubiyyətə    uğratmışdı

19

.    Bu    döyüşdən    bəhs    etmiş  



[58-59]

 Azərbaycan tədqiqatçıları hadisənin 

1412-ci il noyabrın 6-dan dekabrın 4-dək davam etdiyini göstərirlər

20

. Lakin dövrün digər qaynaqlan da Faruq 



Sümerin fıkrini təsdiq edir

21



Beləliklə,  Şeyx  İbrahimin həmişə qorxduğu hadisə baş vermiş  və müstəqil  Şirvanşahlar dövləti 

Qaraqoyunlu hökmdarından asılı  vəziyyətə düşmüşdü. Lakin bu asılılıq nominal səciyyə daşıyırdı.  Şirvanşah 

Kür çayından cənubda olan torpaqlardan məhrum olsa da, Azərbaycanın  şimal torpaqları onun hakimiyyəti 

altında qalırdı

22



Türk tarixçilərinin  əsərlərində Qaraqoyunlu dövlətinin sərhədləri haqqında müəyyən qeydlərə rast 



gəlmək mükündür. Faruq Sümerin fikrincə, Qara Yusifın yaratdığı Qaraqoyunlu dövləti Qəzvindən Ərzincana, 

Bağdaddan Şirvana qədər uzanan torpaqları əhatə edirdi

23

. İ.P. Petruşevski də qeyd edir ki, 1413-cü il ərəfəsində 



Azərbaycanın Kür çayına qədər olan cənub hissəsi, Ermənistan, Gürcüstan və  Ərəb  İraqı Qaraqoyunlu 

dövdlətinin ərazisinə daxil olmuşdu

24

. Cahanşahın hakimiyyəti dövründə Azərbaycan, Arran, Ərəb İraqı, Əcəm 



İraqı, Fars və Kirman Qaraqoyunlu dövlətinin tərkibinə daxil edilmiş,  Şirvanşahlar, Ağqoyunlular, Gilan və 

Mazandaran hakimləri onun hakimiyyətini tanımalı olmuşdular

25



Qaraqoyunlu dövləti Azərbaycan zəminində yaranmışdı. Dövlətin təşəkkülündə  əsasən Azərbaycanda 



məskunlaşmış və Qaraqoyunlu tayfa birliyinə daxil olan tayfalar iştirak etmişdilər. Buna görə də Faruq Sümerin 

qaraqoyunluların vətəninin  Şərqi Anadolu olduğunu qeyd etməsindən heç də belə  nəticə  çıxarılmamalıdır ki, 

Azərbaycanda Qaraqoyunlu dövlətinin təşəkkül prosesində  əsas rolu kənardan gələn qüvvələr oynamışlar. 

Mə'lumdur ki, Qaraqoyunlu tayfa birliyinə  Şərqi Anadoluda məskunlaşmış tayfalar da daxil idi və dövlətin 

yaranması prosesində onlar da iştirak etmişdilər. Lakin onların tarixi rolunu mütləqləşdirməyə heç bir əsas 

yoxdur.


  [59-60]

  

Azərbaycan və Sovet tədqiqatçılarının elmi nəticələrinə görə XV əsrdə ardıcıl olaraq Azərbaycan və 



İranın böyük hissəsində Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini yaradanlar dil və mənşə e'tibarilə azərbaycanlı 

tayfalar olmuşlar

26

. İ.P. Petruşevski də Qaraqoyunlu dövlətinin məhz Azərbaycan zəminində yarandığını qeyd 



etmiş və qaraqoyunluların dilinin həqiqətən Azərbaycan (türk) dili olduğunu göstərmişdir

27

. Faruq Sümer yazır 



ki, Avropa alimlərinin Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin  İran tarixində bir keçid dövrü olduğunu 

göstərmək cəhdləri qətiyyən doğru deyildir

28

. Onun fıkrincə qaraqoyunluların danışıq dili Azəri türkcəsi 



olmuşdur

29



Türk tarixçilərinin araşdırmalarında Qaraqoyunlu dövlətinin xarakteri məsələsinə aid fikirlər öz əksini 

tapmamışdır. Bu məsələ ilə bağlı başlıca fikir ilk dəfə  İ.P.Petruşevski tərəfindən irəli sürülmüşdür. Onun 

fikrincə, Qaraqoyunlu dövləti öz xarakterinə görə müxtəlif tayfaların və xalqların məcmusundan ibarət 

olmuşdur


30

. Bu fikri C.İbrahimov da müdafiə etmişdir

31

. Qeyd olunan fikirlərdə böyük həqiqət vardır. 



Qaraqoyunlu dövləti müxtəlif xalqların yaşadığı geniş  əraziləri özündə birləşdirmişdi. Lakin dövlətin 

Azərbaycanda yaranması, Təbrizin paytaxt olması, dövlətin idarə olunmasında yerli əmirlərin əsas rol oynaması 

obyektiv gerçəklik idi. Qara Yusifin bütün cəhdlərinə baxmayaraq güclü, mərkəzləşdirilmiş dövlət aparatı 

yaratmaq mümkün olmamışdı. Bunun başlıca səbəbi Teymurun Azərbaycanı işğal etməsi dövründə dövlətçilik 

ən'ənələrinə güclü zərbə endirilməsi, onun varisləri dövründə Azərbaycanda ayrı-ayrı  şəhər və vilayətlərin 

hakimlərində müstəqillik meylinin güclü olması və teymurilərlə uzunmüddətli müharibələr olmuşdur. 




 

26

Türk tarixçilərinin araşdırmalarında Qaraqoyunlu-Teymuri münasibətləri haqqında müəyyən fikirlər 



mövcuddur. XIV əsrin sonunda Əmir Teymur Azərbaycana yürüşləri zamanı qaraqoyunluların güclü 

müqaviməti ilə qarşılaşmışdı. Mustafa Qafalmın qeyd etdiyi kimi, Teymur qaraqoyunluları 

[60-61]

 həccə gedən 

zəvvarlara və ticarət karvanlarına təcavüz etməkdə günahlandırmış, lakin əsas səbəb, onların  Əmir Teymura 

itaət etməməsi olmuşdu

32

. Yusif Ziya Özər belə hesab edirdi ki, Əmir Teymurun Azərbaycan Qaraqoyunlu rəisi 



Qara Yusiflə apardığı müharibə o qədər çətin olmuş  və qaraqoyunlular elə  qəhrəmancasına savaşmışdılar ki, 

Teymurun ordusunun tezliklə məğlub olacağına şübhə qalmamışdı

33

. Qaynaqların verdiyi mə'lumata görə Əmir 



Teymurun Azərbaycana yürüşləri dövründə qaraqoyunlular ciddi müqavimət göstərmiş, ancaq Teymurun 

zərbələri altında məğlub olmuş, lakin ona itaət göstərməmişlər. 

Əmir Teymurun ölümündən sonra Azərbaycanda onun varisləri arasında səltənət uğrunda gedən 

mübarizədən bacarıqla istifadə edən Qara Yusif teymuri şahzadələri üzərində parlaq qələbə çalaraq 1408-ci ildə 

Şərqi Anadolu, Azərbaycan və  İraq-i  Əcəm bölgələrini teymurilərdən təmizləmiş  və bu bölgələr 

Qaraqoyunluların  əlinə keçmişdi

34

. Bu zamandan e'tibarən Qaraqoyunlu-Teymuri münasibətlərinin yeni dövrü 



başlamışdı. 

İsmayıl Aka bele hesab edir ki, Azərbaycanda Qaraqoyunlu dövlətinin yaranmasından sonra bu dövlət 

Teymurilərin təhlükəli qonşusuna çevrilmişdi

35

. Müəllifin bu fikri ilə razılaşmaq mümkün deyildir. Çünki 



Qaraqoyunlu dövləti yenicə yaranmışdı, dövrünün ən güclü dövlətlərindən biri olan Teymurilər dövləti üçün 

onun nə kimi təhlükə yaradacağı haqqında qəti bir hökm vermək çətindir. Az bir müddət orzində Teymurilər 

dövlətində öz hakimiyyətini möhkəmləndirmiş olan Sultan Şahrux Qaraqoyunlu dövlətinin qüdrətinin 

artmasından və  İranın  şərq torpaqlarının onun nəzarəti altına keçməsindən çox narahat idi. Sultan Şahrux da 

başçılıq etdiyi Xorasan dövlətinin hüdudlarını qonşu ölkələr hesabına genişləndirməyə  cəhd edirdi

36

.  İsmayıl 



Aka qeyd edir ki, qaynaqlar 1414-cü ildə Qara Yusifin elçisinin Herata bir məktub gətirdiyi haqda mə'lumat 

verir, lakin elçinin nə məqsədlə gəlməsi bilinmir

37

. Qaynaqların mə'lumatına görə,



  [61-62] 

 Şahruxun 1415-ci 

ilin 26 martında Qara Yusifın yanına göndərdiyi elçi Həsənək Herata qayıtmış  və ona xəbər gətirmişdi

38



Qaynaqlar bu dəfə də elçinin nə məqsədlə göndərildiyi haqda mə'lumat vermirlər. İsmayıl Aka yazır ki, 818-ci 

ildə  məhərrəm ayının sonunda (11 aprel 1415-ci il) Qaraqoyunlu hökmdarı özünün gözəl natiqiiyi ilə tanınan 

adamlarından Mərdanşahı elçi sifəti ilə Herata göndərmişdi. Hökmdar «əgər Şahrux Sultaniyyə qalasını ona tərk 

etmiş olarsa, onun hakimiyyətmi qəbul edəcəyinə  və göstərdiyi kimi hərəkət edəcəyinə» söz verdiyini 

bildirmişdi|

9

. «Herat hakimi isə bu sədaqət və  əhdi-ilqarın, elçilərinin gedib-gəlməsini, oğlanlarından birini 



Herata-onun sarayına göndərməsi ilə bilinəcəyi, sübut olunacağı  və bütün bu şərtlərin yerinə-yetiriləcəyi 

təqdirdə Sultaniyyəyə qədər olan ərazini Təbriz hakiminə tərk edəgcəyini bildirmiş və elçiyə geri qayıtmaq izni 

vermişdi»

40

. Qara Yusif Sultan Şahruxun bu təklifinə razı olmadı. Çünki o, oğlunu Xorasan sarayına 



göndərməklə hökmən  Şahruxdan asılı  vəziyyətə düşəcək və tam müstəqil hərəkət edə bilməyəcəkdi

41



Azərbaycan hökmdarına oğlunu girov göndərməsini tapşırmaqla qaraqoyunluların qüdrətinin get-gedə 

artmasından Şahruxun narahat olduğu, həyacan keçirdiyi məlum olur

42

. Faruq Sümerin fikrincə, Qara Yusifın 



Şahruxa tələbində məqsədi, ondan gələcək təhlükənin qarşı-sını almaqdan daha çox, beynəlxalq ticarət mərkəzi 

olan Sultaniyyə şəhərinə asanlıqla yiyələnmək niyyəti olmuşdu

43



Qara Yusif Şahruxun verdiyi cavabdan çox qəzəblənmiş  və qoşun yeridərək Sultaniyyə  şəhərini,az 



sonra isə  Həmədanı, Taromu və  Qəzvini  ələ keçirmişdi. Qara Yusifin bu tədbirləri onun Şahruxla 

münasibətlərinə öz tə'sirini göstərməyə bilməzdi. Qaraqoyunlu-Teymuri münasibətləri getdikcə pisləşmiş  və 

labüd müharibə vəziyyətinə çatmışdı. 

Sultan Şahruxun Azərbaycana yürüşünün başlıca məqsədləri haqqında türk tarixçiləri müxtəlif fıkirlər 

irəli sürmüşlər. Z.V.Toğan belə hesab edir ki, Şahruxun bu yürüşdə  əsas məqsədi Qaraqoyunlu dövlətinin 

varlığına son qoymaq  

[62-63] 

 idi


44

. F.Sümerin fıkrincə, Şahruxun məqsədi, Azərbaycan və İraqi-Ərəbi, qismən 

də  İraqi-Əcəmi Qara Yusifın  əlindən almaq və ya onu tabe hökmdar vəziyyətinə salmaq olmuşdu

45

. Ismayıl 



Akaya görə, Şahruxun Qaraqoyunlular tərəfindən işğal edilmiş  Qəzvin və Sultaniyyə  şəhərləri ilə  İraqi-Əcəm 

bölgəsini geri almaq istəyi bu yürüşə səbəb olmuşdu. Onun tə'birincə, buraya, Əmir Teymurun ölümündən sonra 

bölgədə qüdrətli bir qüvvə kimi meydana çıxaraq Miranşahı öldürməklə Teymurilərin hakimiyyətinə son qoyan 

Qaraqoyunlu türklərinə qarşı cığatayaların intiqam hissini də əlavə etmək lazımdır

46



Sülh yolu ilə məqsədinə çatmaq istəyən Cığatay hökmdarı 1420-ci ildə yaxın adamlarından Sadıq adlı 



bir nəfəri məktubla Azərbaycana göndərmiş, Qaraqoyunlu hökmdarını itaətə çağırmışdı

47

. Şahruxun elçisi rədd 



cavabı alaraq geri qaytarılmışdı.  İ.P. Petruşevskinin fıkrincə,  Şahruh Azərbaycanı bilavasitə  qəsb fıkrində 

deyildi. O, yalnız Şərqə doğru, yə'ni İrana tərəf genişlənməyə çalışan Qaraqoyunlu dövlətinin getdikce artmaqda 

olan qüdrətini sarsıtmaq istəyirdi

48

. M.Seyfəddini  Şahruxun Azərbaycana yürüşü  ərəfəsində Qaraqoyunlu 



dövlətinin iqtisadi və siyasi vəziyyətinin rnöhkəm olmadığını, oğlanları-Şahməmmədin Bağdadda,  İskəndərin 

Korqutda,  Əbu Səidin  Ərzincanda möhkəmlənərək atasına heç bir yardım göstərmədiyini qeyd edir

49

. Lakin 


onun fıkrini ilk qaynaqlar təzkib edir. Qara Yusifin öz qoşunu ilə  Şahruxa qarşı irəlilədiyi zaman Osmanlı 

Sultanı I Mehmedə göndərdiyi məktubda oğlanlarından Cahanşahın Sultaniyyədə,  Şahməhəmmədlə bir 

mənzillik qaravulliyə göndərildiyini və Qara İskəndərin 20 minlik süvari ilə arxada pusquda dayandığı barədə 



 

27

mə'lumat verilir



50

. Şahruxun və Qara İskəndərin də sutan I Mehmede məktubunda Qara Yusifın ölmündən sonra 

oğlanlarından  Şahməhəmmədin və  İspendin öncə  Bərdə  və  Gəncə, sonra isə Naxçıvan dağlarına qaçdığı, 

Cahanşahın  Ərcişə, Qara İskəndərin isə Mirzə Baysunqura məğlub olaraq Çəpəqcura-Qara Osmanla savaşa 

getdikləri qeyd olunmaqda- 

[63-64] 


-dır

51

. Göstərilən faktlar bir daha sübut edir ki, Şahruhla döyüş ərəfəsində 



Qara Yusifın oğlanları onun yanında olmuşlar. Qara Yusifin Ucanda ölümündən (13 noyabr 1420-ci il) sonra 

Şahrux heç bir müqavimətə rast gəlmədən Azərbaycanı  ələ keçirmişdi. Ağqoyunlu Qara Osmanın təhriki ilə 

Şahrux Qara İskəndərə qarşı döyüşə girməyə  qərar vermiş  və 1421-ci ilin 30 iyul 1 avqustunda Ələşgərd 

düzündə baş vermiş döyüşdə böyük çətinliklə qələbə qazanmışdı

52

. Faruq Sümer və İsmayıl Aka qeyd edirlər ki, 



bə'zi qaynaqların verdiyi mə'lumata görə, Şahrux Azərbaycan hakimliyini oğullarına və böyük əmirlərinə təklif 

etmişdi, lakin onların heç biri «İskəndərdən qorxduqlarına» görə bu təklifı  qəbul etməmiş, Ağqoyunlu Qara 

Osmanın böyük oğlu Əli bəyə verərək 1421-ci ilin oktyabrında Xorasana qayıtmışdı

53



Şahrux Azərbaycanı  tərk etdikdən sonra Qara İskəndər öz qüvvələrini yenidən topladı  və  Təbrizdə 

Qaraqoyunlu hakimiyyətini bərpa etdi. 

Faruq Sümer və İsmayıl Aka Qaraqoyunlu-Teymuri münasibətlərini, xüsusən də Şahruxun Azərbaycana 

yürüşlərini geniş surətdə  şərh etmiş, lakin onun Azərbaycanda yeritdiyi siyasətin mahiyyətini qabarıq  şəkildə 

göstərməmişlər. İsmayıl Aka belə qənaətdədir ki, Şahrux böyük ümidlərlə çıxdığı Azərbaycan səfərlərindən heç 

bir şey əldə etmədən dönmüş, Şərqi Anadolu, Azərbaycan, İraqi-Ərəb və İraqi-Əcəm bölgələrində Qaraqoyunlu 

dövləti öz varlığını saxlamışdır

54

. M.X.Yınanç və F.Sümerin fıkrincə, Şahrux qazandığı qələbələrə baxmayaraq, 



Qaraqoyunlu dövlətini aradan qaldıra bilməyəcəyini anlamış və buna görə də Qara Yusifın oğlanları arasındakı 

rəqabətdən istifadə edərək, onun hakimiyyətini tanımaq şərtilə İskəndərin qardaşlarının Qaraqoyunlu dövlətinin 

başında qalması ilə kifayətlənməli olmuşdu

55



Təbiidir ki, Şahruxun Azərbaycanda yeritdiyi siyasət  Əmir Teymurun siyasətindən xeyli fərqlənirdi. 

Şahrux Azərbaycanda böyük hərbi qüvvə saxlaya bilmədiyi üçün dövrün tələblərilə hesablaşmış, Azərbaycanı 

bilavasitə ixtiyarındakı   

[64-65] 


torpaqlara qatmaq fıkrindən çəkinmişdi. O, Azərbaycanda Oara Yusifın 

başçılığı ilə qüdrətli bir dövlətin təşkil edilməsinə yol verməməyə  və Azərbaycanın feodal hakimlərini öz 

itaətində saxlamağa çahşırdı. 

Sultan  Şahrux 1436-cı ildə Azərbaycanın idarəsini Cahanşaha tapşıraraq Xorosana qayıtmışdı. 

M.X.Yınanç belə hesab edir ki, Şahrux heç bir şəkildə itaət altına alınması mümkün olmayan, yalnız  Əhlət, 

Azərbaycan, Arran və  İraqi-Ərəb bölgələrini almaqla kifayətlənməyərək tez-tez İraqi-Əcəm-i də  zəbt etməyə 

çalışan Qaraqoyunluları razı salaraq, Qara Yusifin oğlanlarını öz adından bu bölgələri idarə etməyə vadar 

edərək imperatorluğunun zahiri birliyini mühafizə cdirdi. O, bununla da yarım əsrə qədər Orta Asiya türkləri ilə 

Anadolu, Azərbaycan, Arran, İraqi-Ərəb bölgəsinin türkləri arasında mütəmadi davam edən qanlı müharibələrə 

son qoymuş oldu

57



Qaraqoyunlularla Teymurilər arasındakı münasibətlərdə  Şahruxun ölümünə  qədər (1447) ciddi bir 



hadisə baş erməmişdi. Cahanşah Şahruxun ölümünden sonra teymuri şahzadələri arasında səltənət uğrunda baş 

verən mübarizədən ıstifadə edərək öncə Sultaniyyəni və Qəzvini, sonra isə Fars və İraqi-Əcəm bölgələrini ələ 

keçirmişdi

58

. Cahanşah 1458-ci ilin iyulunda Xorasanı elə keçirmiş, lakin burada möhkəmlənə hilməmişdi. 



Həmin il Cahanşahın Teymuri sultanı Əbu Səidlə bağladığı sülh müqaviləsinə görə, İraqi-Əcəm, Fars və Cirman  

bölgələri  Qaraqoyunlu  dövlətinin  tərkibində  qalmışdı

59



Beləliklə, Qaraqoyunlu Cahanşahla Teymuri Əbu Səid arasında bağlanmış sülhə görə, Şərqi İran bölgəsi 



Teymurilərə qaytarılmış, Qərbi  İran isə Qaraqoyunlu hökmdarının  əlində qalmışdı. Qaraqoyunlu hökmdarı 

Teymurilərə qarşı  hərbi  əməliyyatları dayandırmışdı. Cahanşahın hakimiyyətinin son dövrlərində,  əasən 

oğlanlarının üsyanlarını yatırmaqla məşğul olduğu və  Ağqoyunlularla mübarizəyə  cəlb olunduğu üçün 

Qaraqoyunlu-Teymuri münasibətlərində ciddi bir dəyişiklik 

[65-66] 

baş verməmişdi. Şübhəsiz ki, Qaraqoyunlu-

Teymuri münasibətlərinin bu axarda inkişafına Teymuri taxt-tacı  uğrunda Teymurilər dövləti daxilində baş 

verən siyasi hadisələr də öz tə'sirini göstərmişdi. 

 

 



 

28


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin