258) Xroniki pielonefritin səbəbi çox zaman hansı mikrob olur?
A) Bağızsaq cöpü
B) Protey
C) Bakteriyaların L-forması
D) Göy irin çöpü
E) Mikoplazma
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
259) İrinli pielonefritdə sidiyin rəngi necə olur?
A) Sarı-samanı rəngi
B) Düyü həlimi rəngi
C) Ət suyu rəngi
D) Rəngsiz
E) Piyvə rəngi
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
260) Xroniki latent glomerulonefritə hansı simptomlar xarakterikdir?
A) Izolə olunmuş sidik sindromu
B) Piuriya
C) Kəskin böyrək çatışmazlığı
D) Ödemlər
E) Arterial hipertenziya
Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
261) Kəskin pielonefritdə ağrı nə ilə əlaqədardır?
A) Böyrək kapsulasının zədələnməsi
B) Uretranın strikturası ilə
C) Papillitlə
D) Sidik axarının spazmı ilə
E) Kasacıqların deformasiyası ilə
Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
262) Böyrəklərdə kasa-ləyən sisteminin genişlənməsi hansı xəstəliklərdə müşahidə olunur?
A) Qlomerulonefritdə
B) Polikistozda
C) Pielonefritdə
D) Nefroptozda
E) Böyrəklərin vərəmində
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |