498) Hipertenziv nefroskleroza hansı morfoloji əlamətlər aid deyil?
A) Kanalcıqların atrofiyası
B) Kiçik və iri kaliberli damarların intimasının qalınlaşması
C) Arteriolaların divarlarının hialinozu
D) Yumaqcıqlarda mezangial hüceyrələrin proliferasiyası və matriksin artması
E) Yumaqcıqların iltihabi infiltrasiyası
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
499) Vazorenal hipertoniyanın və hipertenziv nefropatiyanın differensial diaqnostikasında sadalananlardan hansı həlledicidir?
A) Böyrəklərin USM-si
B) Ekskretor uroqrafiya
C) Hipertoniyanın rezistent xarakteri
D) Böyrək damarların ultrasəs doppleroqrafiyası
E) Sidiyin ümumi analizi
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
500) Hipertenziv nefropatiyanın müalicəsində müasir preparatlardan I sıra preparatları hansılardır?
A) Diuretiklər +aldosteronun antoqonistləri
B) İmidazolin reseptorlarının antoqonistləri
C) β-blokatorlar
D) AÇF –inhibitorlar +angiotenzin II reseptorların antoqonistləri
E) Ca – antaqonistləri
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
501) AÇF –inhibitorlar və angiotenzin II reseptorların antaqonistlərinin təyininin mütləq əks göstərişlərinə nə aid deyil?
A) Böyrək arteriyalarının 2 tərəfli stenozu
B) Hiperkaliemiya K>7mmol/l
C) Hamiləlik
D) Yumaqcıq filtrasiyasının surəti YFS <30ml/dəq
E) Tək böyrək arteriyasının stenozu
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |