616) Vegener qranulematozu zamanı nəyə qarşı anticisimlər yaranır?
A) Eritrositlərin sitoplazmasına
B) Neytrofillərin sitoplazmasına
C) Mezangiumun antigenlərinə
D) Yumaqcıqların bazal membranasına
E) Trombositlərin sitoplazmasına
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
617) Berje xəstəliyi nədir?
A) İg A-nefropatiyası
B) Qeyri-trombositopenik purpura
C) Nekroz əmələ gətirən vaskulit
D) Düyünlü periarteriit
E) Trombotik trombositopenik purpura
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
618) Sklerodermiya zamanı damar zədələnməsi hansı tipə aiddir?
A) Aterosklerotik zədələnmə
B) Obliterasiyalı mikroangiopatiya
C) Hemorragik vaskulit
D) Vegener qranulematozu
E) Allergik reaksiya
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
619) D-penisillamin hansı xəstəliyin müalicəsində istifadə olunur?
A) Sklerodermiyada
B) Qudpasçer sindromunda
C) Vegener qranulematozunda
D) Şenleyn-Qenox purpurasında
E) Düyünlü periarteriitdə
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
620) Sklerodermik nefropatiyanın erkən diaqnostikasında istifadə olunan qeyri-invaziv və informativ üsul?
A) Ekskretor uroqrafiya
B) Angioqrafiya
C) Anteqrad piyeloqrafiya
D) Retroqrad piyeloqrafiya
E) Rəngli dopler ultrasonoqrafiya üsulu
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |