652) Diabetik nefropatiyanın ilkin klinik əlamətləri hansıdır?
A) Arterial hipertoniya
B) Proteinuriya 0,5 q/l qədər
C) Sidiyin xüsusi cəkisinin enməsi
D) Baldırların şişməsi
E) Mikroalbuminuriya
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
653) Diabetik nefropatiyanın inkişafı nə ilə əlaqəlidir?
A) Metabolik pozğunluqlarla
B) Bütün sadalanan faktorlar
C) Yumaqcıq qan dövranının pozulması ilə
D) Sadalanan faktorların heç biri
E) Genetik qüsurla
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
654) Eklampsiyadan sonra hansı xəstəliklərin inkişaf riski artır?
A) Ürək-qan damar sistemin xəstəlikləri
B) Böyrək xəstəlikləri
C) Bütün sadalananlar
D) Qanaxmalar
E) Nevroloji xəstəliklər
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
655) Preeklampsiyada döl üçün nə təhlükəlidir?
A) Qanda sidik cövhərinin miqdarının artması
B) Anemiya
C) Hipoproteinemiya
D) Qanda sidik turşusunun miqdarının artması
E) Bütün sadalananlar
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
656) Hamilələrdə böyrəklərin infeksion iltihabi zədələnməsi olmadıqda leykosituriya nə zaman müşahidə olunur?
A) Yalnız proteinuriya olduqda
B) Xəstələrin çoxunda
C) Həmişə
D) Heç vaxt
E) Pasiyentlərin bir qismində (10%)
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
657) İtsenqo-Kuşinq sindromunun sağalmasından sonra böyrəklərin zədələnməsi necə olur?
A) Proqressivləşir
B) Ayrı-ayrı hallarda qalır
C) Əsasən sağalır
D) Olduğu kimi qalır
E) Ayrı-ayrı hallarda sağalır
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
658) İstenqo-Kuşinq xəstəliyində böyrəklərin zədələnməsində aşağıdakı hansı morfoloji dəyişikliklər xarakterik deyil?
A) Yumaqcıqların amiloidozu
B) Qlomeruloskleroz
C) Böyrək damarlarının arteriosklerozu
D) Nefrokalsinoz
E) Qabıq maddənin nekrozu
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |