8) Böyrək “kökü” nədən ibarətdir?
A) Sidik axarı, böyrək arteriyası və venası
B) Sidik axarı, böyrək sinirləri və limfatik düyünlər
C) Böyrək arteriyası və venası
D) Sidik axarı
E) Böyrək venası və sidik axarı
Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
9) Düz arterialar və venalar harada yerləşir?
A) Xarici və daxili beyin təbəqələrinin arasında
B) Qabıq maddəsində
C) Qabıq və beyin maddələrin arasında
D) Beyin maddəsinin çıxıntılarında
E) Piramidlərdə
Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev ,Bakı 2007
10) Böyrəyin limfatik sistemi hansı proseslərin funksional tabeliyindədir?
A) Kanalcıqların reabsorbsiyasının
B) Bütün göstərilən proseslərin
C) Göstərilən proseslərin hec birinin
D) Yumaqcıq filtrasiyasının
E) Kanalcıqların sekresiyasının
Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
11) Böyrəklərin kanalcıq aparatının innervasiyasında hansı sinirlər iştirak edirlər?
A) Autorequlyasiya olur
B) İnnervasiya olmur
C) Adrenergik və xolinerqik(simpatik və parasimpatik)
D) Xolinerqik
E) Adrenergik
Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
Dostları ilə paylaş: |