157) Normada gündəlik diurez qəbul olunan mayenin hansı faizini təşkil edir?
A) 40-50 %
B) 80-95 %
C) 65-75 %
D) 95-100%
E) 30-40 %
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
158) Neçiporenko üsulu ilə sidiyin normal göstəricilərini tapın:
A) Eritrositlər 2000, leykositlər 6000, silindrlər 200
B) Eritrositlər 1000, leykositlər 4000, silindrlər 100
C) Eritrositlər 4000, leykositlər 10000, silindrlər 400
D) Eritrositlər 8000, leykositlər 10000, silindrlər 1000
E) Eritrositlər 6000, leykositlər 80000, silindrlər 1000
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
159) Hansı böyrək xəstəliyinə qeyd olunan rentgenoloji nəticə :- böyrək ləyəninin sərhədlərinin qeyri-dəqiqliyi, böyrək kasacıqlarının deformasiyası, boyun hissəsinin daralması və dartılması xarakterikdir?
A) Diabetik nefropatiyaya
B) Pielonefritə
C) Böyrəklərin amiloidozuna
D) Qlomerulonefritə
E) Böyrəklərin polikistozuna
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
160) Böyrək arteriyasının stenozunun diaqnostikasında sadalanan metodlardan hansı daha informativdir?
A) Böyrək damarlarının US dopleroqrafiyası
B) Ekskretor uroqrafiya
C) Böyrəklərin USM –si
D) İzotop renoqrafiya
E) Selektiv aortoqrafiya
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |