Böyrəklərin birincili xəstəlikləri
229) Böyrək ödemləri üçün hansı lokalizasiya xarakterik deyil?
A) Bədəndə və bütün ətraflarda
B) Bütün ətraflarda
C) Yalnız yuxarı ətraflarda
D) Üzdə
E) Yalnız aşağı ətraflarda
Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
230) Dizurik əlamətlər nə zaman müşahidə olunur?
A) Kəskin və xroniki qlomerulonefritlərdə
B) “Süngərəbənzər böyrək”də
C) Qöstərilən xəstəliklərin heç birində
D) Bütün göstərilən xəstəliklərdə
E) Kəskin və xroniki pielonefritlərdə
Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
231) Klassik formalı kəskin glomerulonefrit hansı göstərilən infeksiyalar nəticəsində yaranır?
A) Virus infeksiyası
B) Bütün sadalanan infeksiyalar
C) Bağırsaq çöpü infeksiyası
D) Stafilokokk infeksiyası
E) Streptokokk infeksiyası
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
232) Bədən temperaturu normal olduqda və gündəlik diurez 250 ml olduğda, kəskin glomerulonefritli xəstənin maye qəbulu nə qədər olmalıdır?
A) 250,0 ml
B) Məhdudiyyətsiz
C) 1500,0 ml
D) 650,0 ml
E) 50,0 ml
Ədəbiyyat: "Dializ",M.M.Ağayev ,S.Əliyev
Dostları ilə paylaş: |