313) Kəskin qlomerulonefritə nə xarakterik deyil?
A) Xəstəliyin əvvəlində yumaqcıq filtrasiya sürətinin enməsi
B) Komplementin səviyyəsinin artması
C) Proteinuriya
D) Antistreptolizin –O yüksək titri
E) Antiqialuronidazanın yüksək titri
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
314) Kəskin poststreptokokk qlomerulonefritin morfoloji mənzərəsi nə ilə xarakterizə olunur?
A) Yumaqcıq ilgəklərin şişmiş və proliferasiya olunmuş endotelial və mezangial hüceyrələrlə obliterasiyası ilə
B) Bütün yumaqcıqların patoloji prosessə cəlb olunması ilə
C) Bazal membranın epitelial hissəsində “donqarların” əmələ gəlməsi ilə
D) Mezangial hüceyrələrin proliferasiyası ilə
E) Bütün sadalananlarla
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
315) Kəskin poststreptokok qlomerulonefritin əsas morfoloji dəyişikliyi hansıdır?
A) Fokal seqmentar qlomeruloskleroz
B) Endokapilyar proliferasiya
C) Yumaqcıq ilgəklərin sklerozu
D) Ekstrakapilyar proliferasiya
E) Bazal membranın parçalanması və ikiləşməsi
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |