Neft-qaz müHƏNDİSLİYİNİn tariXİ VƏ metodologiyasi” fənni üzrə imtahan sualları Müəllim: Əhməd Fariz Fikrət oğlu



Yüklə 53,77 Kb.
səhifə4/5
tarix21.05.2023
ölçüsü53,77 Kb.
#119058
1   2   3   4   5
Nef. tarixi-imt. sual-cavab

18.Süni yolla neftin alınması?
Hələ XX əsrin başlanğıcından alimləri bir sual da düşündürür: neft ehtiyatları tükənərsə, onu süni yolla yaratmaq mümkündür? 1908-ci ildə rus ixtiraçısı İ.İ.Orlov neftin karbogen oksid və hidrogendən alınmasının, yəni «sulu qaz»ın alınmasının mümkün olduğunu sübut etdi. İlkin olaraq sintetik nefti ruslar deyil, almanlar, özü də «qonur kömür»dən aldılar. Bu, Birinci Dünya müharibəsi dövründə baş verdi, çünki o dövrdə Almaniyada yanacaqla bağlı problemlər ortaya çıxdı. Almanlar hətta «süni nefti» istehsal edən zavodlar tikdilər. Müharibədən sonra təbii neftlə müqayisədə baha başa gələn sintetik neft rəqabətə davam gətirə bilmədi. Bu gün də süni üsulla nefti «yanacaq şistləri»ndən alırlar. Mütəxəssislər bu fikirdədirlər ki, sintetik neftin gələcəkdə yanacaq şistlərindən alınması səmərəli ola bilər, çünki geoloqların hesablamalarına görə, onların ehtiyatları neftinkindən 2-3 dəfə çoxdur. Alimlər bu fikirdədirlər ki, əgər Yerin təkində indiyədək üzvi sintez baş veribsə, demək yeni-yeni neft yataqlarının açılmasına hələ ümid var. Əgər o, sırf üzvi mənşəlidirsə, demək gələcəyi ümidsizdir. Hesab edilir ki, neftin istehlakı bu səviyyədə saxlanılarsa, artıq bizim əsrin ikinci yarısında onun tükənmək ehtimalı vardır. Ancaq texnologiyalar inkişaf etdikcə, nefti əvvəllər çıxarmaq mümkün olmayan yerlərdən, məsələn, təbii bitumlardan əldə etmək imkanı yaranacaq ki, onun ehtiyatları da 600 milyard ton dəyərləndirilir. Bu da indiki sübut olunmuş çıxarıla bilən neft ehtiyatlarından 4 dəfə çoxdur. Bir sözlə, bəşəriyyət artıq xeyli vaxtdır ki, neftsiz öz gələcəyinin necə olacağını düşünür və yollar axtarır.
19.Bakı-Tbilisi-Ceyhan (BTC) Neft İxrac Boru Kəməri haqqında məlumat verin?
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri hazırda əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq Günəşli yataqlarından hasil edilən nefti və Şahdəniz yatağından hasil olunan kondensatı Azərbaycandan nəql edir. BTC boru kəməri Bakı şəhəri yaxınlığında olan Səngəçal terminalından başlayıb Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri ilə nəql edilir və 2013-cü ilin oktyabr ayından etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti (BTC Co) Qazaxıstanda hasil edilən Tengiz xam neftinin bir hissəsini də BTC boru kəməri vasitəsilə nəql etdirməyə başladı. Bütün Xəzər regionu üzrə strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəmərinin işə salınması üçün intensiv işlər həyata keçirilmişdir. BTC boru kəməri regionda hasil edilən getdikcə artan neft həcmini dünya bazarlarına nəql etməyə imkan verir, çoxşaxəli beynəlxalq iqtisadi əməkdaşlığın inkişafını və bu sahədə Azərbaycanın uzun müddətli maraqlarını dəstəkləyir.
20. Bakı-Tbilisi-Ceyhan (BTC) Neft İxrac Boru Kəmərinin texniki parametrləri?
1768 km uzunluğu olan boru kəmərinin 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1076 km-i Türkiyə ərazilərindən keçir;
Boru kəmərinin diametri Azərbaycan və Türkiyə ərazilərində əsasən 42 düym, Gürcüstan ərazisində isə 46 düymdür. Boru kəmərinin Türkiyə ərazisində yerləşən Ceyhan Dəniz Terminalına düşən hissəsinin diametri 34 düymədək azalır;
BTC boru kəmərinin gündəlik ötürücülük qabiliyyəti 1,2 milyon bareldir;
BTC boru kəməri Azərbaycanın 13 rayonundan (Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa), Gürcüstanın 7 və Türkiyənin 9 bölgəsindən keçir.
BTC boru kəməri 1500-dən artıq çayla və 13 seysmik qırılma xətti ilə kəsişir. Boru kəməri marşurutunun dəniz səviyyəsindən 2800 metr hündür olan ən yüksək nöqtəsi dağlıq ərazilərdən keçdiyi yerdir ki, bundan sonra o, Ceyhan Dəniz Terminalında yenidən dəniz səviyyəsinə enir.
21.Trans-Adriatik Qaz İxrac Boru Kəməri (TAP)?
Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP), Yunanıstan ərazisində Yunan-Türkiyə sərhədindən başlayaraq, Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşən, Yunanıstandan, Albaniya və Adriatik Dənizindən keçərək İtaliyada başa çatan və “Snam Rete Gas” (SRG) şəbəkəsinə birləşən təbii qaz boru kəmərinin layihələndirilməsindən, tikintisindən və istismarından ibarətdir. TAP layihəsi Avropa Birliyinin strateji məqsədlərinin birində “enerjinin təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyası” - adı altında aparıcı rol oynayır. TAP layihəsi təbii qazın Azərbaycandan Avropa bazarlarına ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmişdir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Dövlətlərarası Saziş 2013-cü ilin fevral ayında imzalanmışdır.TAP boru kəmərinin Yunanıstanda yerləşən hissəsi Türkiyə-Yunanıstan sərhədinin yaxınlığında Kipoi məntəqəsindən başlayaraq Leropigidən cənub-qərbdə Yunanıstanın Albaniya ilə sərhədində başa çatır və uzunluğu təxminən 550 km təşkil edir. TAP boru kəmərinin Albaniyada yerləşən hissəsi Korça bölgəsində Yunanıstanla sərhəddə Bilisht Qender-dən başlayaraq, təxminən 215 km uzunluğa malikdir. TAP boru kəməri Albaniyada Fier-dən 17 km şimal-qərbdə, sahil xəttindən 400 metrə qədər quruya doğru çıxır. Albaniyanın ərazi sularında dənizdə yerləşən seksiyanın uzunluğu təxminən 60 km -dir.TAP boru kəmərinin Adriatik Dənizində yerləşən hissəsi Albaniya sahilindən İtaliya sahilinə doğru dəniz dibi ilə təxminən 105 km uzanır.TAP boru kəməri İtaliyanın cənubunda, San Foca yaxınlığında yerləşən Melendugno bələdiyyə ərazisinin Lecce məntəqəsindən sahilə çıxır. İtaliya ərazi sularında boru kəmərinin dənizdə yerləşən hissəsi təxminən 45 km, qurudakı hissəsi isə təxminən 8 km təşkil edir. Bu yer isə öz növbəsində 11 alternativ kəmər marşrutu qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun yer kimi seçilmişdir. TAP boru kəmərinin 2020-ci ildə istismara verilməsi planlaşdırılır.
22.Trans-Adriatik Qaz İxrac Boru Kəmərinin (TAP) texniki parametrləri?
878 km uzunluğu olan boru kəmərinin 550 km-i Yunanıstan, 215 km-i Albaniya, 105 km-i Adriatik Dənizi, 8 km-i İtaliya ərazilərindən keçir;
Boru kəmərinin diametri 48 düym, dənizdə isə (Adriatik Dənizi boyunca) diametr 36 düym təşkil edir; 
Boru kəmərinin dəniz səviyyəsindən olan maksimum hündürlüyü 1900 m yüksəklikdə yerləşir;
TAP boru kəmərinin Yunanıstandan keçən hissəsindən iki qol, Yunanıstan Albaniya sərhədində isə bir qol ayrılmışdır;
TAP boru kəmərinin illik maximum ötürücülük qabiliyyəti 20 milyard kubmetrə hesablanmış və layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 10 milyard kubmetr qaz təşkil edəcək.
23.Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP)?
TANAP Layihəsi Xəzər Dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzər Dənizinin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və öz növbəsində bu ölkədən Avropaya nəqlini nəzərdə tutur. TANAP Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyənin Gürcüstan sərhədində, Ərdəhanın Posof bölgəsindəki Türkgözü kəndindən başlayaraq, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxanə, Girəsun, Sivas, Yozqat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnə də daxil olmaqla 20 vilayətdən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala bölgəsində başa çatır.
24. Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) texniki parametrləri?
1805 km uzunluğu olan boru kəməri Türkiyə ərazisindən keçir;
Boru kəmərinin diametri 56 və 48 düym, dənizdə isə (Mərmərə Dənizi boyunca) diametr 36 düym təşkil edir;
Boru kəmərinin dəniz səviyyəsindən olan maksimum hündürlüyü 2,700 m yüksəklikdə yerləşir;
TANAP boru kəmərindən Türkiyə qaz paylama sisteminə iki qol ayrılmışdır;
TANAP boru kəmərinin illik maksimum ötürücülük qabiliyyəti 31 milyard kubmetrə hesablanmış və layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək;
TANAP Türkiyənin 20 vilayətindən – Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxanə, Girəsun, Sivas, Yozqat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ ve Ədirnədən keçir.
25.İlk olaraq neftin sənaye istifadəsinə nə vaxt təkan verilmişdir?
İlk olaraq krekinq-prosess ixtira edildikdən sonra neftin sənaye istifadəsinə təkan verilmişdir. Vladimir Şuxov (1891) və Vilyam Barton (1913) tərəfindən ixtira edilən termik krekinq-prosesin əsasları işləndikdə, yüksək molekullu karbohidrogenləri kiçik molekullu karbohidrogenlərə çevirmək imkanı yarandı; krekinq-prosesinin xüsusiyyətləri tam öyrənildikdə hasil edilən neftin yarısı benzin fraksiyaları çevrilirdi.
26.Bakı ətrafı ərazidə ilk neft emalı zavodu harada, nə vaxt və kim tərəfindən tikilmişdir?
Bakının Suraxanı qəsəbəsində “Atəşgah” ibadədgahından bir qədər aralıda alman baronu N.Tornau tərəfindən 1858-1859-cu illərdə alman qır emalı texnologiyasına uyğun olan neft emalı zavodu inşa edilmişdir. Bu zavodun tikilişində məqsəd işıqlandırıcı yağların alınması idi. Bu zavodun layihələndirilməsində alman kimyaçısı Yustas Libixin böyük rolu olmuşdur. Yustas Libixin köməyi ilə “Xəzər ticarət yoldaşlığı” zavod üçün lazımı avadanlığı gətirmişdir.
27.Biogen modelin universallığına baxmayaraq, o, hansı vacib amilləri izah edə bilmədi?
Belə amillər və fərziyyələr arasında neft ehtiyatlarının Yer kürəsində paylanmasının həddindən artıq qeyri-bərabərliyi, bir çox ərazilərdə neft və karbohidrogen qazı yataqlarının kristal, o cümlədən çöküntü süxurlarından daha dərində yerləşən maqmatik süxurlarda olması, neft və qaz yataqlarının məhdudlaşdırılması, qırılma zonalarına , tərkibində neftə bənzər dağılmış üzvi maddələrin olması istisna olmaqla, “neft mənbəyi” süxurlarının spesifik əlamətlərinin olmaması və s. daxildir.
28.Neftin yaranması mənşəinin dinamik flüid fərziyyəsi haqqında nə deyə bilərsiniz?
Bu fərziyyə XX-ci əsrin ikinci rübündə yaranıb və çöküntü süxurlarının litogenez zamanı sıxılma və dekompaksiya zonalarına təbəqələşmə qabiliyyətinə əsaslanır. Hövzələr inkişaf etdikcə mayelərlə doymuş dekompakasiya zonaları əmələ gəlir, onlar təzyiqin artması şəraitində olur və nəticədə mayenin dinamik sistemi yaranır. Neft əmələ gəlməsinin flüid-dinamik konsepsiyasının inkişafında açıq qeyri-tarazlıq sistemlərinin özünü inkişaf etdirməsi və özünü təşkili haqqında ideyalar mühüm rol oynamışdır.
29. Çox vaxt “qatran çuxurları” adlandırılan bitumlu göllər haqqında nə deyə bilərsiniz?
Çox vaxt “qatran çuxurları” adlandırılan bitumlu göllər təbiətdə çox nadir rast gəlinən hadisədir. Bu günə qədər yalnız altı böyük göl məlumdur, onlardan yalnız üçü kifayət qədər oyrənilmişdir. Bunlar:
1. Piç-Leyk (La Brea, Trinidad və Tobaqo)
2. Rancho La Brea (Los Angeles, Kaliforniya, ABŞ)
3. Binəqədi (Binəqədi, Bakı, Azərbaycan)
30. Bakı neftini öz əlində saxlamaq üçün Rusiya Xarici İşlər Nazirliyi hansı cəhtlərə əl atmışdır?
Bakı neftini öz əlində saxlamaq üçün Rusiya Xarici İşlər Nazirliyi Almaniya ilə təcili əlaqə yaradaraq, 1918-ci ildə bağlanmış Brest-Litovsk sülh müqaviləsinə Almaniya üçün çox əlverişli əlavə etməyi təklif etdi: Rusiya höküməti avqustun (1918) 27-də Almaniyaya bildirdi ki, əgər Almaniya öz müttəfiqi Türkiyəni Bakını zəbt etmək cəhtindən çəkindirsə (Bakı quberniyası Rusiyanın tərkibində qalmaq şərtilə) Rusiya höküməti Bakı neftinin 25 % hissəsinin Almaniyaya verilməsini təmin edəcəkdir. Sonrakı hadisələr Rusiyanın bu planının reallaşmasına imkan vermədi, Azərbaycanda müstəqil Xalq Cümhuriyyəti hakimiyyəti (1918-1920) yaradıldı.
31.1918-ci ilin aprelində bolşevik Rusiyasının himayəsi altında Bakı Kommunası Stepan Şaumyanın rəhbərliyi altında nə işlər görmüşdür?
1918-ci ilin aprelində bolşevik Rusiyasının himayəsi altında Bakıda təşkil edilmiş Bakı quberniyası Xalq Komissarları Sovetində (Bakı Kommunası) Stepan Şaumyanın rəhbərliyi altında (Stepan Şaumyan hələ 1917-ci ilin sonunda V.İ.Lenin tərəfindən bütün Qafqaz işləri üzrə fövqaladə komissar təyin edilmişdi. Bakı kommunasmda bütün əsas vəziflərə, və xüsusilə hərbi-siyasi vəzifələr, əsasən ermənilərin əlində idi. Beləliklə, Bakıda bolşevik-daşnak hakimiyyəti yaranmışdı və Bakı Kommunası tərkibində ikinci dərəcəli vəzifələrə Nəriman Nərimanovun və Məşədi Əzizbəyovun daxil edilməsi şəhərin müsəlman əhalisini itaətdə saxlamaq üçün bir pərdə idi.
32. İngiltərə höküməti üçün neft Bakısını zəbt etməkdən ötrü ən yaxşı fürsət hansı idi?
General Denstervilə Bakıya ingilis hərbi dəstələrini göndərmək haqqında erməni-daşnaqlann dəvəti İngiltərə höküməti üçün neft Bakısını zəbt etməkdən ötrü ən yaxşı fiirsət idi. Bu işdə 1000 nəfərlik hərbi qüvvəsi olan general Denstervilə İranda yerləşən rus ağ qvardiyaçı generalı Biçeraxov özünün 1200 nəfərlik əsgəri qüvvəsi ilə kömək etməyə razılığını bildirdi. General Denstervil Bakıya kiçik bir hərbi dəstə ilə Xəzər dənizi vasitəsilə 16 avqustda (1918) gəldikdən bir neçə gün sonra, Bakı hər tərəfdən Türkiyə və Azərbaycan hərbi hissələri ilə mühasirə olunmuşdu.
33. Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin (1918-1920) neft siyasətinə dair hansı qərar qəbul edilmiş

Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin (1918- 1920) neft siyasəti 1918-ci ilin 5 oktyabrında qəbul edilmişdir?


34.1918-ci ilin noyabırın 16-da Türkiyənin ordu hissələri Bakını tərk etdikdə hansı hadisələr baş vermişdir?
1918-ci ilin noyabırın 16-da Türkiyənin ordu hissələri Bakını tərk etməli oldular (Türkiyə I dünya müharibəsində Almaniyanın müttəfiqi idi və müharibə Almaniya ittifaqı mağlub olmuşdu) Bakıya yenə də İrandan (Xəzər vasitəsilə) İngilis hərbi hissələri, bu dəfə general Tomsonun rəhbərliyi altında daxil oldu. Bakı neftinə sahib olmaq üçün buraya ingilis mühəndisləri də gətirilmişdi. Bakının Bibi-Heybət ərazisində ingilislərin neft kompaniyası öz işinə başlamışdı. Kompaniyanın başçısı general Allen idi.
35.1922-ci ilin aprelində Cenuya konfransında müzakirəyə çıxarılmış məsələ hansı idi?
1922-ci ilin aprelində çağrılmış beynəlxalq Cenuya konfransında (34 ölkənin nümayəndəsi iştirak edirdi) «Rus nefti» adı altında müzakirəyə çıxanlmış məsələ Bakı nefti məsələsi idi.
36.Neftin ən mühüm element olaraq sivilizasiyanın gələcək inkişafında rolu?
XXI əsrdə, neft təhlükəsizliyin və rifahın əsası olmaqla yanaşı, sivilizasiyanın gələcək inkişafında ən mühüm element olaraq qalacaqdır. Neft yataqlarına çıxış və onun nəqli yolları uğrunda mübarizə “enerji borusu” diplomatiyasının daha da kəskin formalarını alacaq.
37.Yaxın Şərq nefti artıq dünya siyasətində nə rolu oynayır?
Yaxın Şərq nefti artıq dünya siyasətində bir vaxtlar olduğu kimi nəhəng silah rolu oynamır. Bu gün neftə sahib olmaq onun gücə, pula və silaha çevrilməsi üçün zəruri və kafi şərt deyil. Baxmayaraq ki, bu enerji mənbəyi xeyli sayda insanı, şirkətləri, ölkələri zənginləşdirsə də, onlara dünyada ağırlıq və nüfuz qazandırsa da, onların kifayət qədər böyük bir hissəsi məhz buna görə kədər, fəlakət, iflas və müharibələr yaşayıb.
38.1973-cü il neft böhranı hadisələri haqqında məlumat verin?
1973-cü il neft böhranı XX-ci əsrin ikinci yarısının ən mühüm hadisələrindən biridir. Neftin bir anda ucuz əmtəədən bahalıya çevrilməsi Qərb ölkələrində insanların həyat tərzini kökündən dəyişdirməklə yanaşı, bütün ictimai münasibətlər sisteminin transformasiyasına səbəb oldu: dövlət, elmi-texniki tərəqqinin istiqamətləri, iqtisadiyyatın müxtəlif sahələrinin nisbi əhəmiyyəti , beynəlxalq ticarət axınlarının coğrafiyası və strukturu dəyişdi.
39. Balaxanı-Qara şəhər neft kəməri haqqında nə deyə bilərsiniz
Balaxanı-Qara şəhər neft kəməri 1878-ci ilin payızında Bakı rayonunda Abşeron yarımadasının neft mədənlərində Nobel qardaşlarının layihəsi əsasında inşa edilmiş ilk neft kəməridir. Boru kəməri Abşeron yarımadasındakı Balaxanı yatağının neft hasilatı sahəsi ilə Bakının kənarındakı Qara şəhərin neft emalı zavodlarını birləşdirdi və 1878-ci ilin sonunda istismara verildi. Neft kəmərinin uzunluğu təxminən 10 kilometr diametri 3 düym (7,62 sm) idi. Neft kəmərinin polad boruları muftalar və yivli uclarla birləşdirildi. Neft kəməri buxar nasosundan istifadə etməklə gündə 1280 t neft vura bilirdi.
40.Dünyanın ilk neft tankeri hansıdır?
“Zərdüşt” dünyanın ilk özüyeriyən poladdan olan neft yükləyən buxar tankeridir. O, 1877-78-ci illərdə “Nobel Qardaşları Assosiasiyasının” sifarişi ilə Göteborqdakı Lindholmen gəmiqayırma zavodunda tikilmişdir. Oda sitayiş əsasında Zərdüştilik dininin peyğəmbərinin adını daşıyır. 242 ton yükgötürmə qabiliyyəti olan paroxoddan ağ nefti toplu şəkildə Bakıdan Həştərxana çatdırmaq üçün istifadə olunurdu.



Yüklə 53,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin