Neft Yer kürəsində ən mühüm təbii enerji ehtiyyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə eidlir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz yataqlarına yerin min, 2 min m-dən 5-6 min m-ə qədər dərinliklərində rast gəlinir. Adətən, bu dərinlik 1000-3000 m təşkil edir. Kimyəvi tərkibinə görə neft təbii qaza və asfalta yaxındır.