«Neftçi» pfk iLLİk hesabat (01. 04. 2015-12. 04. 2016)



Yüklə 410.73 Kb.
PDF просмотр
səhifə1/3
tarix08.12.2016
ölçüsü410.73 Kb.
  1   2   3

«Neftçi» PFK 
İLLİK HESABAT (01.04.2015-12.04.2016) 


BÖLMƏLƏR 
 MÜŞAHİD
Ə ŞURASI 
 A KOMANDA 
 FUTBOL AKADEMİYASI 
 BİZNESİN İNKİŞAFI 
 BEYN
ƏLXALQ ƏLAQƏLƏR 
 VETERANLAR 
 AZARKEŞL
ƏR 
 
 
 
 «NEFTÇİKART» 
 «STADİUM TOUR» 
 T
ƏHSİL MÜƏSSİSƏLƏRİ İLƏ İŞ 
 KÖNÜLLÜL
ƏR 
 İNFRASTRUKTUR 
 S
ƏNƏDLƏŞMƏ 
 MEDİA 
 
 
 


«BAKCELL ARENA»NIN AÇILIŞ MƏRASİMİ 
 «Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki 
addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan Futbol 
Federasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun 
inkişafına böyük töhfə verirlər. Ümid edirəm ki, bu səylər nəticəsiz 
qalmayacaq, futbolçularımız beynəlxalq yarışlarda bizi 
sevindirəcəklər. Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz, 
yeniyetmələrimiz futbol seksiyalarına qoşulsunlar, futbolla məşğul 
olsunlar. Bunu etmək üçün indi şərait daha da yaxşıdır. Son illərdə 
ölkəmizdə bir neçə stadion istismara verilib. Futbol meydançaları 
tikilir. Yəni, futbolun kütləviliyinin təmin edilməsi üçün 
Azərbaycanda böyük işlər aparılır”. 
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 
 


MÜŞAHİDƏ ŞURASI 
TƏSİS OLUNMASI 
31.03.2015-ci il tarixdə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin 
rəhbərliyi ilə keçirilmiş iclasda “Neftçi” PFK-nın Müşahidə Şurasının 
yaradılması ilə bağlı qərar qəbul edilib. 
R.Abdullayev: “Keçən il qərara alınmışdı ki, klublarda Müşahidə 
Şurası yaradılsın. "Azərneftyağ" neft emalı zavodu bağlandıqdan 
sonra qərara gəldik ki, futbol klubunu idman klubunun tərkibinə 
verək. Futbolun inkişafı üçün yeni struktur düşündük. Artıq 
"Neftçi" Futbol Klubunda Müşahidə Şurası yaradıldı. Düşündük ki, 
şurada tanınmış simalar yer alsın”. 
AFFA-nın İcraiyyə Komitəsinin qərarına və SOCAR rəhbərliyinin 
göstərişinə əsasən Müşahidə Şurasına aşağıdakı şəxslər seçilib: Sədr - 
Çingiz Abdullayev, üzvlər - Cəbrayıl Cəbrayılov, Zaur Qəhrəmanov, 
Sadıq Sadıqov, Mübariz Zeynalov, Səməd Qurbanov, Bəhram 
Bağırzadə. 


MÜŞAHİDƏ ŞURASI 
KLUBLA TANIŞLIQ 
«Neftçi» PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev, şura 
üzvləri - Cəbrayıl Cəbrayılov, Zaur Qəhrəmanov, Sadıq Sadıqov, 
Mübariz Zeynalov, Səməd Qurbanov, Bəhram Bağırzadə klubun 
təlim-məşq bazası ilə tanış olublar. Müşahidə Şurasının üzvləri 
bazanın ərazisini gəzdikdən sonra «Neftçi»nin məşqini izləyib və 
komanda üzvləri ilə görüşüblər. 


MÜŞAHİDƏ ŞURASI 
İLK İCLAS 
13.04.2015-ci il tarixdə "Bakcell Arena"da "Neftçi« PFK-nın 
Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda "Neftçi" PFK-nın yeni 
strukturu təsdiq edilib.  
"Neftçi" PFK-nın yeni strukturunda idman direktoru vəzifəsi təsis 
edilib və bu vəzifə Vəli Qasımova həvalə edilib. 
İclasda klubun muzey və “Fan shop” layihələrinin hazırlanması ilə 
bağlı qərar qəbul edilib. 


MÜŞAHİDƏ ŞURASI 
İCLASLAR 
«Neftçi» PFK-nın Müşahidə Şurası təsis olunduqdan etibarən 1 il 
ərzində mütəmadi iclaslar keçirilib və bu iclaslarda bir sıra 
məsələlər müzakirə edilib. 


MÜŞAHİDƏ ŞURASI 
XƏZƏR LƏNKƏRANIN BAZASINDA 
Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilmiş “Xəzər 
Lənkəran” – «Neftçi» oyunundan əvvəl “Neftçi” PFK-nın Müşahidə 
Şurasının sədri Çingiz Abdullayev, şuranın üzvləri – Mübariz 
Zeynalov, Səməd Qurbanov və icraçı direktor Elnur Məmmədov 
Lənkəran təmsilçisinin rəhbərliyinin dəvəti ilə klubun bazasına baş 
çəkərək buradakı şəraitlə tanış olublar. 


İCRA ORQANI 
İLKİN STRUKTUR 


İCRA ORQANI 
İNKİŞAF STRATEGİYASI 2020 
10 

BİZNESİN İNKİŞAFI 
TİTUL SPONSOR 
16.10.2015-ci il tarixdə Bakı Biznes Mərkəzində “Neftçi” PFK və 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət 
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “Yeni titul 
sponsoru ilə imzalanma mərasimi” təşkil olunub.  
“ASAN Xidmət” Dövlət Agentliyində 10 dövlət orqanı tərəfindən 
göstərilən xidmətlərlə yanaşı özəl şirkət və müəssisələr tərəfindən 
ümumilikdə 280-dən çox müxtəlif növ xidmətlər göstərilir.  
“ASAN Xidmət” Dövlət Agentliyi 26.06.2015-ci il tarixdə Birləşmiş 
Millətlər Təşkilatının Dövlət Xidmətlərinin (UNPS) göstərilməsi 
sahəsində “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” 
kateqoriyasında 1-ci yerə layiq görülüb.  
 
11 

BİZNESİN İNKİŞAFI 
TİTUL SPONSOR 
Tədbirdə “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz 
Abdullayev və Azərbaycan Respublikasının Prezidenti yanında 
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 
sədri İnam Kərimov çıxış ediblər. Daha sonra “Neftçi” PFK-nın icraçı 
direktoru Elnur Məmmədov və Dövlət Agentliyinin sədr müavini Ülvi 
Mehdiyev əməkdaşlıq müqaviləsinə imza atıblar. Qonaqlara üzərində 
yeni titul sponsorun adı olan “Neftçi” PFK-nın forması nümayiş 
etdirilib.  
Müqaviləyə əsasən  SOCAR “Neftçi” PFK-nın əsas sponsoru olaraq 
qalır , əsas komandanın titul sponsoru «Asan Xidmət» bütün digər 
komandaların titul sponsoru isə SOCAR-dır. 
12 

BİZNESİN İNKİŞAFI 
TİTUL SPONSOR 
13 

BİZNESİN İNKİŞAFI 
TİTUL SPONSOR 
14 

BİZNESİN İNKİŞAFI 
PRİCE WATERHOUSE COOPERS (PwC) İLƏ ƏMƏKDAŞLIQ 
“Neftçi” PFK dünyanın aparıcı peşəkar xidmət şirkəti olan PwC 
(PricewaterhouseCoopers) ilə əməkdaşlıq çərçivəsində müqavilə 
imzalayıb. Dünyanın məşhur audit və konsaltinq şirkəti olan PwC 
“Neftçi” PFK-ya müstəqil auditor xidməti göstərməklə yekun maliyyə 
hesabatını yoxlayacaq.  
Müqavilə “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov və PwC 
Azerbaijan şirkətinin idarəedici partnyoru Mövlan Paşayev tərəfindən 
imzalanıb. Tədbirdə “Neftçi” PFK-nın əməkdaşları da iştirak edib və 
PwC şirkətinin iş prosesi ilə tanış olub, onlara şirkətin fəaliyyət 
göstərdiyi sahələrlə bağlı geniş məlumat verilib. 
Qeyd edək ki, PwC şəbəkəsi 1998-ci ildə hər ikisi Londonda yerləşən 
“Price Waterhouse” və “Coopers & Lybrand” şirkətlərinin birləşməsi 
nəticəsində yaranıb. “PwC Qlobal” şəbəkəsi 157 ölkədə fəaliyyət 
göstərir və əməkdaşlarının ümumi sayı 208109 nəfərdir.  
 
15 

BİZNESİN İNKİŞAFI 
SPORT MARKETİNG GROUP İLƏ ƏMƏKDAŞLIQ 
«Sport Marketing Group» şirkəti “Neftçi” PFK üçün 
aşağıda sadalanan işləri həyata keçirir
:  
 
• Klubun Marketinq Planının hazırlanması 
• Üzvlük kartlarının satış strategiyası/yerləşdirilməsi/konsepsiyası 
• Klubun brand kitabının hazırlanması 
• Sponsorluq təklifi 
• İnternet səhifə barədə məsləhət xidmətləri 
 
16 

BİZNESİN İNKİŞAFI 
NEFTÇİKART 
“Neftçi” PFK 2015/2016 mövsümündən etibarən NeftçiKart üzvlük 
kartının satışına start verib. 10.08.2015 – 14.10.2015 tarixləri 
arasında «28 MALL» Ticarət Mərkəzində stend qurulub və əhaliyə
xüsusən də “Neftçi“ azarkeşlərinə “Neftçi” üzvlük kartının təqdimatı 
edilib. Artıq azarkeşlər NeftçiKart üzvlük kartını klubun rəsmi 
saytından da sifariş edə bilirlər. 
 
 Neftçi KART– 19,37 AZN 
      Tribunaya giriş (VIP və SkyBox yerləri xaric) 
 Neftçi VIP – 193,7 AZN 
      VİP sektora giriş 
 Neftçi ELİT – 1937 AZN 
      SkyBoxa giriş (Catering qiymətə daxildir) 
17 

BİZNESİN İNKİŞAFI 
NEFTÇİKART 
3 KARTI BİRLƏŞDİRƏNDƏ VAHİD LOQO YARANIR 
18 

BİZNESİN İNKİŞAFI 
NEFTÇİKART 
NeftçiKart-a sahib olan üzvlər bir sıra üstünlüklərdən də faydalanmaq 
imkanı qazanırlar. Kart sahibləri şəhərin müxtəlif iaşə obyektlərində 
güzəştlər əldə edirlər. 
  
 ANADOLU RESTORANI – 5%,  10%,  15% 
 BAŞKENT RESTORAN VƏ ŞİRNİYYAT EVİ  – 5%, 10%,  15% 
 BUFFETIQUE  – 5%, 10%,  15% (hər gün saat 19:37-dən) 
 MƏXMƏRİ ÇAY EVİ – 5%, 10%, 15% 
 OVERTIME SPORTS BAR – 5%, 10%, 15% 
 ÖZSÜT RESTORANI – 10% 
 SECRET’S PUB – 10%, 15%, 20% 
 
19 

BİZNESİN İNKİŞAFI 
NEFTÇİKART (SATIŞLAR ÜZRƏ HESABAT) 
20 

BİZNESİN İNKİŞAFI 
TÜRK HAVA YOLLARI «CORPORATE CLUB» MÜQAVİLƏSİ 
26.11.2015-ci il tarixdə dünyanın məşhur hava yolları şirkətlərindən 
sayılan “Türk Hava Yolları” (THY) şirkətinin Bakı ofisinin rəhbəri 
Seyfullah İlyas “Neftçi” PFK-nın qonağı olub. Görüşdə «Neftçi» PFK-nın 
icraçı direktoru Elnur Məmmədov və Seyfullah İlyas gələcək əməkdaşlıq 
planlarından danışıblar. 
İspaniyanın “Barselona”, İngiltərənin “Mançester Yunayted”, 
Ukraynanın “Şaxtyor” kimi nəhəng klublarına sponsorluq etmiş “Türk 
Hava Yolları” şirkəti, hazırda Almaniyanın “Borussiya” (Dortmund) və 
Fransanın “Marsel” kimi məşhur klubları ilə əməkdaşlıq edir. 
21 

BİZNESİN İNKİŞAFI 
İNCİ ŞİRKƏTİ 
«Neftçi» PFK «İNCİ» şirkəti ilə birgə bir sıra layihələr üzərində iş 
aparır. Yeni mövsümdən etibarən müxtəlif məhsullar azarkeşlərə 
təqdim ediləcək.  
Fəaliyyətə 1995-ci ildə satış şirkəti kimi başlamış “İNCİ” şirkəti 
hazırda satış və distribütor şirkəti kimi fəaliyyət göstərir. Şirkətin 
üstünlükləri: 
 
 Sağlamlıq üçün zərərli olmayan məhsullar 
 Daima istifadəçini başa düşərək, ona üstün xidmət göstərməsi 
 Müştərilərini doğru,düzgün istiqamətə yönəltməsi 
22 

BİZNESİN İNKİŞAFI 
IB CLUB 
2015/2016 mövsümündə «Neftçi» PFK ilə Azərbaycanın ən böyük 
gənclərin inkişaf mərkəzi olan “IB Club” arasında əməkdaşlığa 
başlanıb. Əməkdaşlığın əsas məqsədi gənclərin futbol oyunlarına 
cəlb olunması, futbol mədəniyyətinin gənclərə aşılanması, bu 
mövzuda flashmob, videoçarxların hazırlanması, futbol oyunlarında 
kütləviliyin təşkili, «Bakcell Arena»da tədbirlərin həyata keçirilməsi 
və s. maarifləndirici tədbirlərin təşkil olunmasıdır. “IB Club”la 
tərəfdaşlığın nəticəsi olaraq iyun ayının sonlarında «Bakcell 
Arena»da «İB Gənclər Festivalı»nın təşkili nəzərdə tutulub. 
23 

VETERAN FUTBOLÇULARIMIZ 
YUBİLYARLAR 
«Neftçi»nin veteran futbolçuları - Çingiz İsmayılovla Nağı Babayev 
80, Şakir Qəribov, Asif Əliyev, Əbdülqəni Nurməmmədov, Oqtay 
Abdullayev və Səmədağa Şıxlarov isə 60 illik yubileylərini təntənəli 
şəkildə qeyd ediblər. 
«Neftçi» PFK veteran futbolçularla işə, onlarla qurulan münasibətə 
xüsusi önəm verir. Hər zaman «Neftçi»yə dəstək olan veteran 
futbolçularımızın oyunları rahat izləyə bilməsi üçün onlara «Bakcell 
Arena»nın mərkəzi Skybox-u ayrılıb. 
24 

VETERAN FUTBOLÇULARIMIZ 
YUBİLYARLAR 
25 

VETERAN FUTBOLÇULARIMIZ 
«BİTMƏYƏN MATÇ»IN TƏQDİMATI 
"Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev, 
"Neftçi"nin veteran futbolçusu Nazim Süleymanovun 50 illik yubileyi 
ilə bağlı çap edilən “Bitməyən matç” kitabının təqdimat mərasimində 
iştirak edib. Tədbirdə çıxış edən Çingiz Abdullayev Nazim 
Süleymanovun zəngin karyeraya malik olduğunu xatırladaraq, bu 
məlumatların kitab halında gələcək nəsillərə ötürülməsinin 
təqdirəlayiq hal olduğunu bildirib. Beynəlxalq Mətbuat Mərkəzində 
baş tutmuş tədbirə "Neftçi" PFK-nın Müşahidə şurasının üzvü Səməd 
Qurbanov da qatılıb.  
Varis Yolçuyevin müəllifi olduğu kitabda səbəbkarın Azərbaycan və 
Rusiya karyerasından bəhs edilib, tanınmış simalardan fikirlər yer alıb. 
 
26 

UNİVERSİTETLƏRLƏ İŞ 
BAKI ALİ NEFT MƏKTƏBİ 
Azərbaycanda ümumilikdə 53 ali təhsil müəssisəsi fəaliyyət göstərir. 
Bu baxımdan «Neftçi» PFK azarkeşlərin sayının artırılması və gənclər 
arasında futbolun daha da kütləviləşməsi üçün ölkənin ali təhsil 
müəssisələri ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində ilk 
olaraq Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ilə görüş təşkil 
olunub. Məhz bu ali təhsil ocağının məzunları gələcəkdə ölkənin neft 
sektorunda məsul vəzifələrdə fəaliyyət göstərəcək və bu sahənin 
aparıcı simalarına çevriləcəklər. Bu baxımdan onların artıq indidən 
«Neftçi» barəsində məlumatlanması və azarkeşlik etməsi gələcəyə 
hesablanmış addımdır.  
Görüşün sonunda Bakı Ali Neft Məktəbinin tələbələrinə “Neftçi” PFK-
nın simvolik hədiyyələri təqdim olunub. 
 
 
27 

UNİVERSİTETLƏRLƏ İŞ 
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 
Azarkeşlərin stadiona cəlb edilməsi istiqamətində növbəti görüş 
Azərbaycan Dövlət İqtisad Universitetində baş tutub. Gələcəkdə 
biznes sahəsində çalışacaq insanların böyük əksəriyyəti məhz bu təhsil 
ocağının məzunları olacaq. Bu addım gələcəkdə biznes layihələrin 
reallaşdırılmasına və sponsorlarla əməkdaşlıq sahəsində uğurlu 
fəaliyyətə hesablanıb. 
«Neftçi» PFK-nın Azərbaycan Dövlət İqtisad Universiteti ilə 
əməkdaşlığının davamı olaraq universitetin futbol üzrə fakültələrarası 
daxili çempionatına təşkilati dəstək verilib. Yarışın nəticəsinə əsasən 
qalib gəlmiş fakültənin komandasına xatirə hədiyyələri təqdim 
olunub. 
28 

MƏKTƏBLƏRLƏ İŞ 
Y.KOVALYOV ADINA 229 SAYLI TAM ORTA MƏKTƏB 
Azarkeşlərin stadionlara cəlb olunması və «Neftçi» adının təbliği 
istiqamətində aparılan işlər ali məktəblərlə yanaşı, paytaxtın orta 
təhsil müəssisələrini də əhatə edir. Orta məktəblərlə görülən işin 
əsas məqsədi şagirdləri “Neftçi” barəsində məlumatlandırmaq və 
klubu indidən onlara sevdirməkdir. 
24.04.2015-ci il tarixdə «Neftçi» PFK Azərbaycanın Milli Qəhrəmanı 
Yuri Kovalyovun adını daşıyan 229 saylı tam orta məktəbin qonağı 
olub. Tədbirdə Milli qəhrəman Yuri Kovalyovun qardaşı – əvəzedici 
komandamızın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov, “Neftçi” PFK-
nın rəsmiləri, eləcə də komanda üzvləri iştirak ediblər. Görüşdə 
məktəblilərə azarkeş formaları və şərflər hədiyyə olunub. 
 
 
29 

AZARKEŞLƏRLƏ İŞ 
AZARKEŞ QRUPLARI 
30 
S.S 
Fan  Qrup  
 
Yaranması 
 
İdarəetməsi 
 

«Flagman» 
1999 
İctimai birlik 

«Forza Neftçi» 
2009 
İdarə heyəti 

«Azad Azarkeş» 
2011 
Sərbəst idarəetmə 

AZARKEŞLƏRLƏ İŞ 
AZARKEŞ VƏ KLUB 
Bütün oyunlarda «Neftçi»yə böyük dəstək verən azarkeşlər sevimli 
komandaları ilə təkcə stadionda görüşmürlər. «Neftçi» ailəsi 
09.02.2016-cı il tarixdə «Forza Neftçi» fan qrupunun 7 yaşını qeyd 
etmək üçün bir araya gəlib. 
31 

AZARKEŞLƏRLƏ İŞ 
AZARKEŞ VƏ KLUB 
Azarkeşlərlə ünsiyyət və sıx əlaqə qarşıya qoyulmuş əsas 
vəzifələrdən biridir. Bu məqsədlə «Neftçi» PFK-nın inzibati 
binasında mütəmadi olaraq azarkeşlərlə, klubun rəhbər 
nümayəndələri arasında fərdi və qrup şəklində görüşlər keçirilir. 
Görüşlər zamanı klubun strategiyası və gələcək fəaliyyəti barəsində 
azarkeşlərə ətraflı məlumatlar verilir. Həmçinin azarkeşlərin irad və 
təklifləri dinlənilir, lazımı göstərişlər verilir. 
 
32 

AZARKEŞLƏRLƏ İŞ 
AZARKEŞLƏRİN TƏHLÜKƏSİZLİYİ  
Oyunlar zamanı azarkeşlərin təhlükəsizliyi vacib məsələlərdən 
biridir. «Neftçi» PFK-nın iştirakı ilə keçirilən oyunlar  zamanı 
arzuolunmaz hadisələrinin qarşısını almaq məqsədi ilə klubun  
təhlükəsizlik xidmətinin əməkdaşları, hüquqşünas və klub 
nümayəndələri  ilə görüşlər təşkil olunur.  
Görüş zamanı azarkeşlərin  təhlükəsizliyinin təmin edilməsi, 
stadiona rahat daxil olmalarının təşkili və meydançaya digər kənar 
şəxslərin daxil olmasının qarşısının alınmasına dair müzakirələr 
aparılır və qərarlar qəbul edilir. 
33 

AZARKEŞLƏRLƏ İŞ 
“LENOVO AZERBAIJAN”LA “SELFÇİ” MÜSABİQƏSİ 
«Neftçi» PFK mövsüm ərzində azarkeşlərin stadiona cəlb olunması 
üçün bir sıra layihələr həyata keçirib. Azarkeşlərin böyük həyəcanla 
iştirak etdiyi və qısa zamanda kütləvi marağa səbəb olan «Selfçi» 
müsabiqəsi sayəsində azarkeşlər həyəcan dolu həftə yaşayıblar.  
29.11.2015-ci il tarixdə keçirilmiş «Neftçi» - «Qarabağ» matçında 
başlayan «Selfçi» foto müsabiqəsi klubun rəsmi Facebook 
səhifəsində davam edib. Azarkeşlər arasında səsvermə yolu ilə 
müəyyənləşmiş qalibə mükafat 06.12.2015-ci il tarixdə «Bakcell 
Arena»da təqdim olunub. Birinci yeri tutmuş azarkeşə “Lenovo 
Brand Shop Azerbaijan”dan LENOVO K3 NOTE mobil telefonu, ikinci 
yerin sahibinə isə LENOVO TAB2 A7-10 planşeti hədiyyə edilib. 
34 

AZARKEŞLƏRLƏ İŞ 
AZARKEŞLƏRİMİZ  AVROLİQA OYUNLARINDA 
«Neftçi» – «Mladost» (Monteneqro) Avropa Liqası oyunundan 
əvvəl azarkeşlərlə birgə avtobusla «Oyuna çağırış» şəhər turu təşkil 
edilib. 
 
«Neftçi» – «Mladost» (Monteneqro) oyununu «Bakcell Arena»da  
9866  tamaşaçı izləyib. 
35 

AZARKEŞLƏRLƏ İŞ 
AZARKEŞLƏRİMİZ EV OYUNLARIMIZDA 
«Neftçi» PFK ev oyunlarına bilet satışını həyata keçirən yeganə 
paytaxt klubudur. 
 
 Topaz Premyer Liqası, 12 ev oyunu – 19000 azarkeş izləyib. 
 Ölkə Kuboku, 2 ev oyunu – 3500 azarkeş izləyib. 
 Neftçi PFK-nın hər oyuna orta azarkeş sayı : 1600 azarkeş. 
36 

AZARKEŞLƏRLƏ İŞ 
STATİSTİKA 
2015/2016 mövsümünün ilk dövrəsinin nəticələrinə əsasən 
«Neftçi» PFK ev oyunlarına gələn azarkeş sayına görə paytaxt 
klubları arasında liderdir.
 
37 

KÖNÜLLÜLƏR QRUPU 
FƏRDİ İNKİŞAF 
«Neftçi» PFK ev oyunlarında təşkilatçılıq səviyyəsinin artırılması 
məqsədi ilə könüllülərin qəbuluna başlayıb. Könüllü gənclər 
"Neftçi” PFK-nın iştirak etdiyi bütün ölkədaxili və qitəmiqyaslı 
matçların təşkilində, oyunlar zamanı əyləncəli tədbirlərin 
keçirilməsində və bir çox sosial layihələrdə bilavasitə iştirak edirlər. 
Onlar həm fərdi qaydada bilik və bacarıqlarının inkişafına nail olur, 
həm də gələcək həyatlarının əsas tələblərindən biri olan böyük iş 
təcrübəsi qazanırlar.  
38 

KÖNÜLLÜLƏR QRUPU 
SERTİFİKAT VƏ MÜKAFATLAR 
Könüllülər fəaliyyətləri zamanı sevdikləri komandaya daha yaxın 
olur, özlərinə yeni dostlar qazanır və "Neftçi” PFK-nın təşkil etdiyi 
seminarlar, turlar və əyləncəli tədbirlərdə iştirak edərək asudə 
vaxtlarını daha səmərəli keçirirlər. Könüllülər nəzərdə tutulmuş 
fəaliyyət müddətlərinin sonunda «Neftçi» PFK tərəfindən 
sertifikatlar və xatirə hədiyyələri ilə təltif olunurlar. 
39 

EV OYUNLARININ TƏŞKİLİ 
İCLAS / YOXLAMA VƏRƏQƏSİ 
«Neftçi» PFK UEFA Avropa Liqası 2015/2016 mövsümündə 
«Mladost» klubu ilə keçirilmiş matçdan başlayaraq oyunların təşkil 
olunması ilə bağlı klubdaxili işçi qrupu yaradıb. Klub bu günə qədər 
keçirilmiş bütün rəsmi oyunlardan əvvəl təşkilati işlərdə bu 
mexanizmdən istifadə edir. 
40 

OYUNUN TƏŞKİLİ 
İCLAS 
41 

STADİON VƏ KLUBUN TANITIMI 
AZƏRBAYCANDA İLK DƏFƏ «STADİUM TOUR» 
Azərbaycanda ilk dəfə olaraq «Stadium Tour» layihəsi «Neftçi» PFK 
tərəfindən reallaşdırılıb. 01.05.2015-15.06.2015-ci il tarixlərində 
keçirilmiş 7 “Stadium Tour” layihəsində ümumilikdə 500 nəfərdən çox 
qonaq iştirak edib. Layihə iştirakçıları əvvəlcədən müəyyən olunmuş 
marşruta əsasən “Bakcell Arena” stadionunun ərazisini gəzir, onlara 
arenanın media mərkəzi, mətbuat zalı, paltardəyişmə otaqları, “Mix 
Zone”, Skybox və «Catering» bölmələri göstərilir. Hər «Stadium Tour» 
layihəsində iştirakçılar fəxri qonaqlarla tanış olmaq imkanı qazanırlar. 
42 

STADİON VƏ KLUBUN TANITIMI 
AZƏRBAYCANDA İLK DƏFƏ «STADİUM TOUR» 
43 
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə