Neftlə ÇİrkləNMİŞ sularin təMİZLƏNMƏSİ Üsullari s. R. Hacıyeva, E. M. Qədirova, M. V. Bəndalıyeva, H. L. Rəfiyeva



Yüklə 396,28 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix02.01.2022
ölçüsü396,28 Kb.
#41895
1   2   3   4   5
2.1.

Açar sözlər: neft, bitki yağı, sorbent, sorbsiya, heksan, heptan. 

Məlumdur  ki,  son  zamanlar  biosferə  antropogen  təsirlərin  nəticəsi  kimi,  Yerin  atmosfer, 

hidrosfer və litosfer qatı müxtəlif növ toksikantlarla çirklənməkdədir. Bu baxımdan ekoloji  böh-

ran və fəsadların həlli yollarının  araşdırılması istiqamətində yeni analiz metodlarının  və müasir 

tədqiqatların  aparılması  vacibdir.  Tədqiqatçıların  fikrincə,  əgər  ekoloji  tarazlığın  pozulmasının 

qarşısı  alınmasa,  son  yüzillikdə  Yer  qabığının  temperaturu  4

0

C  arta  bilər  ki,  bu  da    ekoloji 



fəlakətlərə səbəb olar. Onların fikrincə, istixana effektinin yaranmasına  təsir edən əsas faktorlar 

kimi,  sənaye  müəssələrinin  artması,  eləcə  də  avtonəqliyyatın  ətraf  mühitə  vurduğu  ziyanlardır. 

İstixana effektini törədən qazların əsas tərkibi metan, karbon dioksid, azot və kükürd oksidləri, 

freonlar və   başqalarıdır. Nanotexnologiyanın inkişaf etdiyi bir dövrdə, sənaye və kimya müəs-

sisələrinin  artımı, eləcə  də    ənənəvi  yanacaqla işləyən avtonəqliyyatın  ətraf mühitə mənfi təsiri  

qlobal  hesab olunacaq ekoloji təhlükənin dərinləşməsinə təkan verir. Bu isə nəticədə atmosferin, 

litosferin və hidrosferin qlobal çirklənməsinə səbəb olur [1].  

Baxılan məqalədə  hidrosfer qatının ekoloji böhranından bəhs olunur. Hal-hazırda Dünya 

okeanının  çirklənməsi  problemi  əsas  problemlərdən  biridir  [2].  Xəzərdən  neftin  hasilatı  və 

müxtəlif  ölkələrə    daşınması  məhz  su  xətti  ilə  həyata  keçirildiyindən,  hidrosfer    təbəqəsinə 

müxtəlif    xəsarətlər  yetirilir  [3,  4].  Nəticədə  yüksək  dərəcədə  dəniz  suyunun  çirklənməsi,  su 

təbəqəsinin  flora  və  faunasına  olunan  məhv  edici  təsirə  əsasən  ondan  yararlı  istifadə  qeyri-

mümkün olur [5]. Belə olduğu halda, hidrosfer təbəqəsinin  qorunması hal-hazırda günün aktual 

məsələrəindən hesab olunur və suyun təmizlənməsinin həyata keçirilməsi üçün səmərəli yolların 

araşdırılmasına  gətirib  çıxarır.  Müxtəlif  təbii  və  sintetik  tərkibli  sorbentlər  vardır  ki,  onlardan 

suyun üzərində toplanmış neft təbəqəsinin təmizlənməsində istifadə olunur [6].          

Heksan və ya heptan mühitində təbii mənşəli yağlarla su səthində toplanan  neftin effektiv 

toplanması məqsədi ilə laborator şəraitdə bir sira təcrübələr aparılmışdır.  

EKSPERİMENTAL HİSSƏ 

Dörd Petri qabından ikisinə (I, II) 40–50 ml içməli və digər ikisinə (III, IV) isə dəniz suyu 

əlavə edilir. Sonra ardıcıllıqla  hər qabdakı suların üzərinə 0.4–0.6 ml (2–3 damcı) Azərbaycan 

regionlarından götürülmüş xam  neft (28 may və ya Neft Daşları  nefti) əlavə edilir və 1 sutka 

müddətinə  məhlullar  sakit  vəziyyətdə  qalır.  1  sutka  sonra  neftin  su  təbəqəsi  üzərində  tam 

yayılmasından sonra içməli və dəniz suyu (I, III) olan qabların üzərinə 2.5 ml heksan (heptan), 

daha  digər  içməli  su  və  dəniz  suyu  olan  qablara  (II,  IV)  isə  2.5  ml  50%-li    yağın  heksanda 

məhlulu  əlavə  edilərək  bir  müddət  (2–3  gün)  saxlanılır.  Bioloji  mənşəli  təbii  absorbentlər  kimi 

günəbaxan,  zeytun,  gənəgərçək  və  soya  yağlarından  istifadə  edilmişdir.  Hər  dörd  qabın  mü-

qayisəli  təhlilinə  əsasən  demək  olar  ki,  su  üzərində  bu  maddələrin  nefti  toplama  xüsusiyyəti 

yalnız o mühitdə  heksanın (heptanın) varlığı ilə baş verir. Bir neçə gün ərzində Petri qablarına 



NEFTLƏ ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜSULLARI

 

AЗЕРБАЙДЖАНСКИЙ ХИМИЧЕСКИЙ ЖУРНАЛ  № 1 2014 



36 

nəzarət olunmuşdur. Təcrübələrdə hər dəfə müxtəlif mənşəli bitki  yağları götürülərək müqayisə 

edilmişdir.  Daha  yaxşı  nəticələr  II  və  IV  qablarda  soya  və  gənəgərçək  yağları  ilə  alınmışdır 

(cədvəl  1).  Bu zaman  yalniz  qabın  ümumi sahəsinin 20–30%-i  təmizlənməmiş  qalmışdır. Belə 

ki,  bu  təbii  mənşəli  yağların  nefti  toplama  qabiliyyəti  60–70%  olmuşdur.  Su  təbəqəsi  üzərində 

alınmış  neft  kürələrinin  diametri  və  neft  təbəqəsinin  qalınlığı  ölçülmüş  və  buna  əsasən  də 

zamandan asılı olaraq neftin toplanması arasında asılılıq verilmişdir.                                    

NƏTİCƏLƏRİN ŞƏRHİ 

Təcrübələrə  qədər  neftlərin  kimyəvi  analizi  aparılmışdır.  Azərbaycanın  iki  regionundan 

(Neft  Daşları  və  28  may)  neft  götürülərək  kimyəvi  tərkibi  müəyyənləşdirilmişdir.  Azərbaycan  

neftinin  tərkibi  əsasən  parafin  və  naftenlərlə  zəngindir  və  kükürdün  miqdarı  azdır.  Bu  da 

neftimizin unikal xüsusiyyətlərindən biridir. Neftin tərkibində ali karbohidrogenlərin miqdarı art-

diqca onun absorbsiyası artır [6]. Cədvəl 1-də Azərbaycanın neft yataqlarından götürülmüş xam 

neftlərin kimyəvi göstəriciləri verilmişdir. 




Yüklə 396,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin