t1=V1/V (1.1)
Məsaməlilik əmsalı ədədi hissə və ya faizlə hesablanır. Məsaməli mühitin xassəsi onu təşkil edən boşluqların ölçülərindən asılıdır. Neft- qaz laylarındakı məsamə kanalları öz ölçülərinə görə şərti olaraq üç qrupa bölünür:
böyük kapillyarlı (0,5 mm-dən böyük),
kapillyarlı (0,5 ÷0,0002 mm həddində dəyişən),
cubkapillyarlı (0,0002 mm-dən kiçik).
Böyük kapillyarlı kanallarda maye və qazın hərəkətinə praktiki olaraq kapillyar qüvvələr təsir emir. Lakin kapillyarlı kanallarda hərəkətə kapillyar qüvvələrin təsiri çox böyükdür. Subkapillarlı kanallarda maye və qaz molekulyar qüvvələrin təsiri altında olduğundan onların hərəkəti praktiki qeyri-mümkündür. Bu səbəbdən layın kapillyarlı məsamələrində yerləşən neft və qazın yer üzərinə çıxarılması tam mümkün olmadığından layın neft və qazvermə qabiliyyətini hesabladıqda mütləq məsaməlilik əmsalından istifadə etmək düzgün olmazdı. Ona görə də səmərəli və dinamik məsaməlilik əmsalları anlayışlarından istifadə edilir. Kanalları bir-birilə birləşən və bağlı olmayan məsaməli mühitin həcminə (V2) səmərəli məsaməlilik deyilir. Səmərəli məsamə həcminin süxurun tam həcminə olan nisbətinə səmərəli məsaməlilik əmsalı deyilir (t2).
t2=V2/V (1.3)
Lay şəraitində maye və qazın hərəkət edə bildiyi məsamələlərin həcminə (V3) dinamik məsaməlilik deyilir. Dinamik məsaməlilik həcminin süxurun tam həcminə olan nisbətinə dinamik məsaməlilik əmsalı (t3) deyilir:
t3=V3/V (1.3)
Yuxarıdakı mülahizələrə əsasən aşağıdakı şərt ödənir:
t1>t2>t3. (I. 4)
Süxurun en kəsiyinin sahəsi (f), bu kəsiyə düşən dənəciklərin sahəsi ilə boşluqların (f1) sahəli cəmindən ibarət olacaqdır. Kəsiyə düşən boş sahələrin (f1), kəsiyin ümumi sahəsinə (f) olan nisbəti açıqlıq sahəsi əmsalı (p) adlanır, yəni:
P=f1/f (1.5)
f1 sahəsi məlum olduqda maye və ya qazın verilmiş kəsikdən sürətini (υ) tapmaq olar. Belə ki:
υ=Q/f1 (I. 6)
olacaqdır. Burada Q-maye və ya qazın sərfidir. Tutaq ki, sərfi Q olan maye dt zaman fasiləsində məsaməli mühitin 1-1 kəsiyindən 2-2 kəsiyinə keçir (şəkil I. 3). Belə halda məsaməli mühitin dx elementində mayenin həcmi Qdt = tfdx,
Buradan isə,
dx/dt=Q /tf (1.7) olacaqdır. Aydındır ki, dx/dt mayenin 1-1 kəsiyindəki sürətidir. (I. 6) və (1.7) ifadələrinin müqayisəsindən
Beləliklə, t=f1 /f olar. Deməli, p=t, yəni orta açıqlıq əmsalları bərabərdir:
1 dx 2
Şəkil 1.3.
3. İdeal və fiktiv süxurlar Neft və qazın quyu dibinə hərəkəti mürəkkəb fiziki, kimyəvi və mexaniki hadisələrlə əlaqədar olduğundan, onların dərk edilməsi, effektiv tənzimlənməsi və qabaqcadan baş verə biləcək proseslər haqqında mülahizə yürüdülməsi (proqnoz) və s. məsələlərin həllində lay sisteminin modelləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Məlumdur ki, hər hansı fiziki hadisəni öyrənmək üçün əvvəl bu hadisəni xarakterizə edən amilləri bilmək lazımdır. Güman etmək olardı ki, bu amillərin sayının artırılması ilə fiziki hadisəni daha mükəmməl öyrənmək mümkündür. Lakin Heyzenberqin qeyri-müəyyənlik prinsipinə əsasən demək olar ki, fiziki hadisəni öyrənmək işində əlavə olaraq qeyri-müəyyənlik törədir. Bundan başqa, Bernar Miran informasiya nəzəriyyəsinə və termodinamika qanunlarına əsaslanaraq göstərir ki, müşahidə faktı özü informasiyanı təhrif edir və onun qismən itirilməsinə səbəb olur. Deməli, fiziki hadisənin öyrənilməsində amillərin sayının yalnız müəyyən həddə qədər artırılması məqsədəuyğundur. Həmin məqsədlə bu və ya digər fiziki hadisənin səmərəli tədqiqini təşkil etmək üçün modellərdən istifadə edilir. Model, Frenkelin dediyi kimi, prosesin (fiziki hadisınin) ən yaxşı karikaturudur. Deməli, modelə daxil olan parametrlərin (fiziki hadisəni xarakterizə edən amillərin) sayı nə qədər az olsa, model bir o qədər səmərəli sayılar.
Bu nöqteyi-nəzərdən Nyutonun hərəkət tənliyinin tərtibi xüsusilə maraqlıdır. U.R. Eşbinin dediyi kimi, Nyutonun ən böyük xidməti ondan ibarətdir ki, o kainat kimi sistemin hərəkətini ifadə edən sonsuz elementli matrisanı yalnız iki dəyişəni olan çevirmə ilə əvəz edə bilmişdir.
Elmi nəzəriyyənin yoxlanılması mürəkkəb bir prosesdir. Burada aşağıdakı mərhələləri qeyd etmək lazımdır:
1) nəzəriyyə öz mahiyyəti etibarilə empirik olmayan yoxlamadan keçirilir, yəni onun qəbul edilmiş biliklərlə bir yerə sığışması yoxlanılır; 2) nəzəriyyə o dərəcədə köməkçi gümanlarla (əlavə nəzəriyyələrlə) tamamlanır ki, bunların əsasında proqnoz verməyə və hipotezlər qurmağa etiyac olmasın; 3) əlavə nəzəriyyələırin köməyi ilə yeni məlumatlar, nəzəriyyənin verdiyi proqnozla müqayisə edilir və bunlara qiymət verilir; 4) faktlara uyğun olmaq (uyğun olmamaq) nadir hallarda elmi nəzəriyyəni qəbul etmək (rədd etmək ) üçün kifayyət edir.
Hilbertin dediyi kimi, hər hansı tamamlanmış aksiom sistemi yoxdur. Prinsipcə həmişə daha dərin səviyyədə (daha dəqiq) aksiomlaşdırma mümkündür.
Y.Z. Tspkinin təsnifatına görə fiziki hadisələri öyrənmək üçün aşagıdakı modellərdən istifadə etmək olar: determinik, ctoxastik və eyniləşdirmə (identifikasiya) modelləri.