Şəkil 1. Nеftvеrmə əmsаlının nеftin özlülüyündən аsılılığı.
Neftin su ilə sıxışdırılmasında neftvermə əmsalı hidrodinamik və kapilyar qüvvələrin qarşılıqlı təsirilə müəyyən edilir. Hasilat quyulа- rındаn mаyenin götürülməsi ona gətirib çıxarır ki, layın neftlə doymuş hissəsində təzyiq, layın sulu hissəsindəki təzyiqdən az olur. Təzyiqlərin fərqi nəticəsində kontur və ya daban suyu layın neftlə doymuş məsamələrinə daxil olaraq oradan nefti hasilat quyularına tərəf sıxışdırır. Neftin çıxarılması davam etdikcə su yatağın mərkəzinə doğru hərəkət edərək layın daha çox həcmini əhatə edir; neftlilik konturunun qısalması baş verir. Kapilyar qüvvələrin və kollektorun qeyri-bircinsliyi nəticəsində neftin su ilə sıxışdırılması porşenvarı xarakterli olmur. Su tədricən layda neftin yerini tutur və buna görə də layda müxtəlif doymaya malik məsaməli mühitli bir neçə zona yaranır. ( şəkil 2).
Dostları ilə paylaş: |