Determinik modellər bu və ya digər fiziki hadisəni xarakterizə edən amillər məlum olduqda tətbiq edilərək bu amillərin dəyişmə qanunauyğunluqlarını təyin edir.
Stoxastik modellər təsadüfi xarakter daşıyan fiziki hadisələri mükkəmməl surətdə öyrənmək üçün tətbiq edilir.
Şəkil I.4. Şəkil I.5.
Eyniləşdirmə modelləri bu və ya digər fiziki hadisə haqqında kifayət qədər məlumat olmadıqda onları xarakterizə edən amilləri təyin etmək üçün işlədilir. Modelləri xarakterizə edərkən “ispan evinə nə gətiribsə onu da tapa bilər” fransız məsəlindən istifadə etmək daha faydalıdır.
İndi isə determinik model əsasında süxurların modellərinin tərtibi məsələsinə baxaq. Əgər süxurdakı məsamələrə oxları bir-birinə paralel olan slindrik boşluqlar kimi baxılarsa, belə modelə ideal süxur modeli deyilir (şəkil I.4.). Əgər süxur eyni diametrli sferik dənəciklərin yığımından təşkil olunubsa, belə modelə fiktiv süxur modeli deyilir (şəkil I. 5.). Fiktiv süxur modeli riyazi hesablamalar üçün əlverişli olmaqla təbii süxurun ən sadə modelidir. Bu modellərdən istifadə etməklə, təbii süxurları və məsamələrdə baş verən hərəkəti xarakterizə edən kəmiyyətləri, onların dəyişmə hədlərinə təyin etmək olur. Məsələn. Fiktiv süxur modeli əsasında məsaməlilik əmsalının təyininə baxaq.
Məsaməlilik əmsalının mümkün dəyişmə həddini tapmaq üçün eyni diametrli sferik dənəciklərin iki növ yığımını-dənəciklərin sıx (şəkil 1.6, b) yerləşməsini nəzərdən keçirək. Məsaməlilik, dənəciklərin düzülüş növünə görə romboedrik θ bucağının qiymətindən asılı olaraq Slixterin düsturundan tapılır:
Şəkil I. 6.
(I. 9) ifadəsinə əsasən fiktiv süxurların məsaməlilik əmsalı θ=900 olduqda 0,477, θ=600 olduqda isə 0,26 alınır.
Qeyd etmək lazımdır ki, Q.K. Mixaylov sıx romboedrik düzülüşü dənəciklərin yaratdığı məsaməlilik əmsalının 0,26-ya bərabər olduğunu və hər dənəciyin 12 qonşu dənəciklə toxuna bildiyini sübut etmişdir. Lakin fiktiv süxur dənəciklərinin seyrək romboedrik düzülüşündə məsaməlilik əmsalının 0,477-dən böyük olduğu göstərilmişdir.
Əgər dənəciklərin müəyyən düzülüşündə hər dənəcik 6 qonşu dənəciklə toxunarsa, onları elə düzmək olar ki, hər dənəcik azı dörd dənəciklə görüşə bilsin. Belə düzülüşə tetraedral düzülüş deyilir. Bu halda məsaməlilik əmsalı 0,66-ya bərabər olur. Dənəciklərin belə düzülüşü də seyrək düzülüş sayıla bilməz.
Tetraedral düzülüşdəki 12 dənəciyin hərəsini 4 eyni diametrli dənəciklə əvəz etdikdə dənəciklərin düzülüşünün yeni quruluşu alınır. Bu halda kiçik diametrli dənəciklərin yaratdığı məsaməlilik əmsalı 0,876-ya bərabər olur. Beləliklə, baxılan misalda alınan məsaməlilik əmsalının dəyişmə həddi onun neft laylarında təsadüf olunan həqiqi qiymətlərini əhatə etditindən qəbul etdiyimiz süxur modeli keyfiyyət baxımından yararlı sayıla bilər. Lakin təbii layları təşkil edən süxurlar dənəciklərin ölçülərinin müxtəlifliyi, qeyri-müəyyən formada yerləşmələri və səthlərinin kələ-kötürlüyü ilə fiktiv süxurlaran fərqlənir. Bunun üçün fiktiv süxurun mümkün qədər real süxura yaxın götürülməsi tələb olunur. Fiktiv və real süxur məsamələrində hərəkət edən hidravlik müaqavimətlərinin bərabərlik şərti yuxarıdakı tələbatı ödəyir.
Aparılan təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, fiktiv süxurun seçilməsində dənəciklərin diametri I.7 şəklində göstərilən paylanma əyrisinin 10% çəkisinə uyğun diametr olmalıdır.
Ideal süxur modelindən əsas etibarı ilə süzülmə göstəricilərinin təyinində istifadə edilir.
Şəkil 1.7.
Dostları ilə paylaş: |