2-dən √N-ə kimi bütün ədədləri nəzərdən keçirərək 2k, 3k, ... və s., yəni k-ya bölünən ədədləri “aradan götürək”. Qeyd edək ki, yaddaşda N+1 elementə yerin ayrılması daha rahatdır, onda A[1] / A[N] elementlərdən istifadə etmək olur. A[0] elementi istifadə olunmur.
ƏBOB
Ən böyük ortaq bölən (ƏBOB) - iki tam ədədin hər birinin qalıqsız bölündüyü natural ədədlərdən ən böyüyü. M və N ədədlərinin ən böyük ortaq böləni ƏBOB (M,N) kimi işarə olunur.