Nəqliyyat müəssisələrində innovasiya layihələrinin gəlirliliyinin qiymətləndirilməsi



Yüklə 18,16 Kb.
tarix29.12.2021
ölçüsü18,16 Kb.
#48866
2Nəqliyyat müəssisələrində innovasiya layihələrinin gəlirliliyinin qiymətləndirilməsi


Nəqliyyat müəssisələrində innovasiya layihələrinin gəlirliliyinin qiymətləndirilməsi

Hal-hazırda "innovasiya" anlayışını müəyyən etmək üçün aşağıdakı iki yanaşmadan istifadə olunur:

- innovasiya yaradıcı bir prosesin nəticəsi kimi qəbul edilir;

- innovasiya yeniliyin tətbiqi prosesi kimi təqdim olunur.

Təcrübi fəaliyyətdə "yenilik", "innovasiya", "yeni baxım" anlayışları eyni şəkildə istifadə olunur. Lakin heç də həmişə yeni bir fikir innovasiya deyildir.

Əgər işlənmiş yeni bir ideya inkişaf etdirilirsə, diaqramlarda, sxemlərdə və ya cizgilərdə ətraflı təsvir olunursa, lakin hər hansı bir sənaye və ya sahədə istifadə edilmirsə və bazarda istehlakçı tapa bilmirsə, bu yeni ideya yaradıcı işin nəticəsidir və innovasiya deyildir.

Beləliklə, innovasiyanın əsas meyarları aşağıdakılardır:


  • elmi və texniki yenilik;

  • praktik təcəssüm (sənaye tətbiq);

  • kommersiya cəhətdən fiziki-iqtisadi, yəni innovasiya bazar tərəfindən "qəbul olunan", yəni bazarda həyata keçirilə bilər;

  • öz növbəsində müəyyən istehlakçı tələblərini təmin etmək qabiliyyətini bildirir.

"İnnovasiya" anlayışı əvəzinə sinonim kimi "yenilik" terminindən istifadə etmək olar. İnnovasiya yenilikdən istifadə deməkdir.

İnnovasiya (latın sözü “inovatio”, ingilis sözü “innovation” – yenilik)) təcrübi fəaliyyətdə istifadə edilən yeni və ya təkmilləşdirilmiş texnoloji proses, bazarda satılan yeni və ya təkmilləşdirilmiş məhsullar şəklində realizasiya olunan insan yaradıcılığının, elmi tədqiqatların son nəticəsidir [1].

İnnovasiya istehlakçıların ehtiyaclarını ödəmək üçün innovasiya yaratmaq və tətbiq etmək məqsədilə xüsusi olaraq təşkil edilmiş yeni bir ideyanın həyata keçirilməsi, təcrübi fəaliyyətin nəticəsidir. Hansı ki, xüsusən innovasiya hələ seriyalı istehsala buraxılmadığı zaman, erkən mərhələdə istehsal prosesinin təkmilləşdirilməsi txnologiyası kimi istifadə edilmədiyi erkən mərhələdə iqtisadi baxımdan həddindən çox xərclər tələb edən bir prosesdir.

İnnovasiya prosesinin obyektləri aşağıdakılar ola bilər:



  • məhsullar (növləri, keyfiyyəti, səciyyəvi xüsusiyyətləri);

  • materiallar (növlər, xüsusiyyətlər);

  • istehsal vasitələri;

  • texnoloji proseslər;

  • insan amili (insan potensialı, təhsil səviyyəsi, ixtisaslar);

  • sosial münasibətlər sahəsi;

  • təşkilati dəyişikliklər, yenidən təşkil.

İnnovasiya iqtisadiyyattına keçid şəraitində istehsalda yeni elmi ideyaların sürətli və sistemli şəkildə həyata keçirilməsi lazımdır. Buna görə əsas tədqiqat texnologiya və istehsal ehtiyaclarından əvvəl aparılmalıdır.

İnnovasiya proseslərinin inkişafında fundamental elmin prioritetli əhəmiyyəti ideyaların yaradıcısı kimi fəaliyyət göstərməsi, yeni bilik sahələrinə yol açması ilə müəyyən edilir. Lakin dünya elmində fundamental tədqiqatların müsbət nəticəsi yalnız 5% -dir.

İnnovasiya prosesinin ikinci mərhələsində tədqiqat tətbiq (TT) olunur. Onlar əvvəllər aşkar edilmiş hadisələrin və proseslərin praktiki tətbiqi yollarını araşdırmağa yönəldilmişdir. Tətbiqi tədqiqat xarakterli elmi tədqiqat işlərinin məqsədləri texniki - iqtisadi problemlərin həlli ilə müəyyənləşdirilir, burada aydın olmayan nəzəri məsələlər aydınlaşdırılır, konkret elmi nəticələr əldə edilir və sonradan bunlardan təcrübi layihə konsruktor işlərində elmi - texniki "arxiv" kimi istifadə edilir. Bundan əlavə, TT müstəqil elmi iş ola bilər. Tətbiqi elmi tədqiqatların təxminən 85-90% -i sonradan təcrübi işlərdə istifadə edilməsi üçün yararlı nəticələr verir.

Təcrübi layihə - konsruktor işlərində yeni avadanlıq, material və texnologiya nümunələri yaratmaq (modernləşdirmək və ya təkmilləşdirmək) üçün tədqiqatların nəticələrinin tətbiq olunması kimi başa düşülür. Təcrübi konstruktor işlərinin (TKİ) elmi tədqiqatların son mərhələsidir(innovasiya prosesinin üçüncü mərhələsi), laboratoriya şəraitindən və təcrübi istehsaldan sənaye səviyyəsinə keçiddir. TKİ daxildir: Mühendislik obyektinin və ya texniki sisteminin (konstruktor işlərinin) xüsusi bir quruluşunun inkişaf etdirilməsi; yeni bir obyekt üçün fikir və variantların inkişafı; texnoloji proseslərin inkişafı, yəni, fiziki, kimyəvi, texnoloji və digər prosesləri tam bir sistemdə (texnoloji işdə) birləşdirmək üsulları. TKİ mərhələsində işlərin 95-97% müsbət nəticələnir və istehsalata daxil edilir.

İnnovasiya prosesinin son mərhələsi innovasiyaların kommersiyalaşdırılmasıdr. Onların sənaye istehsalı və kütləvi istehsala fəaliyyətinə tətbiqidir. Bu proses, bir qayda olaraq, layihənin maliyyələşdirilməsi prinsipləri əsasında idarə olunan əhəmiyyətli investisiya sərmayələri ilə müşayiət olunur.

Beləliklə, xətti model yeğanə innovasiya mənbəyi tədqiqatlar olan ardıcıl mərhələlərin məcmusudur.

Nəqliyyatda yeniliklərin həyata keçirilməsi sahə, ərazi. və ya müəssisə səviyyəsində istehsalın, əməyin və idarə etmənin təşıilinin yeni və ya təkmilləşdirilmiş qərarlarının tətbiqi üçün mövcud əmək vasitələrinin (yeni nəqliyyat vasitələrinin, texnika, vaqon, maşın, avadanlıq və s.), əmək predmetlərinin (yanacaq, yağlar, sürtkü materiallarının, enerji) modernləşdirilməsi və rekonstruksiyası (yenidən qurulması) ilə əlaqəlidir.

Nəqliyyatda yeniliklər, mövcud istehsal potensialının qorunması, əmək şəraitinin təkmilləşdirilməsi, işçinin əməyinin texniki təhlükəsizliyinin yüksəldilməsi, mövcud ehtiyatların səmərəli istifadəsi, əmək məhsuldarlığının artırılması, vaxta qənaət, yol hərəkətinin təhlükəsizliyinin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin etibarlılığının yüksəltməklə iş yerlərinin sayının azaldılması yolu ilə həyata keçirilir.

Yenilik və fəaliyyət miqyası meyarlarına görə innovasiyalar dörd qrupa ayrılır:

1) dünyadakı innovasiyalar, dünyada ilk dəfə yeniliklər tətbiq olunur və heç bir yerdə analogları yoxdur. İnnovasiyanın yeniliklərin əhəmiyyəti insan sivilizasiyasının inkişafı üçün qlobal əhəmiyyətə malikdir, elmi - texniki tərəqqinin inkişafını stimullaşdırır;

2) milli (sahə) innovasiya ayrı bir ölkə miqyasında (iqtisadiyyatın sahəsi) həyata keçirilir;

3) regional innovasiya ölkənin inzibati-ərazi sərhədləri hüdudları ilə məhdudlaşır;

4) firmadaxili innovasiya ayrı təsərrüfat subyektinin nəticələrini dəyişir.

Nəqliyyat sahəsində ən əhəmiyyətli qlobal innovasiyalar riyaziyyat, təbiət elmləri və texniki tətbiqi elmlərdən olan kəşflərr və ixtiralara əsaslanır. Bu innovasiyalar nəqliyyat sahəsinin inkişafı vektorudur. Nəqliyyat müəssisələrində innovasiyalar tez-tez işçilərin səmərələşdirici (rasyonalizasiya) təkliflərindən yaranır və inkişaf edir. Layihə institutlarında bu tədqiq edilmiş təkliflər daha da inkişaf etdirilir, ixtira və ya hətta kəşflər halına gətirilir.

Dəyişikliklərin orijinalılılığı meyarına görə innovasiyalar aşağıdakı kimi olur:

- layihəni işləyənin, onların qrupunun və ya təşkilatının müstəqil nəticələrini özündə əks edirən orijinal (yaradıcı) innovasiya;

- orijinal dəyişikliklərin öz ehtiyacları və ya fəaliyyət şərtlərinə uyğunlaşmasından ibarət olan təqlid.

Reallaşdırma növü meyarına əsasən, innovasiyalar aşağıdakılardır:

- maddi və ya məhsulda təcəssüm olunmuş;

- əlçatmaz yeniliklər.

Nəticələrinin miqyasına görə innovasiyalarr aşağıdakılara ayrılır:

- fərdi müəssisələrin, milli iqtisadiyyat ayrı - ayrı sahələrinin və bütövlükdə cəmiyyətin inkişafı üçün uzunmüddətli innovativ tədbirlərin həyata keçirilməsi məqsədilə strateji innovasiya;

- daha qısa müddətdə innovasiya prosesinin həyata keçirilməsinə istiqamətlənən cari (faktiki) innovasiya.

İnnovasiyalar nəticəsində alınan səmərə xərclərin azalmasına, məhsulun və ya xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına, istehsalın artmasına,istehsalın əmək tutumunun azaldılmasına, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına, texnoloji sıçrayışa səbəb ola bilər.



İnnovasiya fəaliyyətinin subyektləri (şəkil 1.2.) dedikdə bir tərəfdən davranış nümunələri və düşüncə tərzləri ilə fərqli tipik xüsusiyyətlərə malik olan şəxsiyyətlər, digər tərəfdən, innovasiyanı peşəkar inkişaf etdirən, texnologiyanın əsaslarını işləyən və onu təsərrüfat təcrübəsində tədqiq edən, inkişaf etdirən təşkilatlar nəzərdə tutulur.
Yüklə 18,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin