Neriman Qurban indd


XXXII FƏSİL QORXUNC AYLAR  Yusif Vəzir



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə135/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   131   132   133   134   135   136   137   138   ...   175
XXXII FƏSİL

QORXUNC AYLAR



 Yusif Vəzir

 Bakı, Aşqabad, Almatı, Moskva, Orconikidze

 İyul 1937-ci-dekabr 1938-ci illər

  Hökm  verilmişdi,  daha  fəlakətin  qarşısını  alacaq  qüvvə 

yox idi...

 Hamının içində həbs kabusu dolaşırdı, axşamlar səksəkəylə 

düşür, gecələr səksəkəylə keçir, səhərlər səksəkəylə açılırdı. 

Qapılar tez bağlanır, işıqlar tez söndürülür, mənzillərdə ölüm 

sükutu hökm sürürdü...

 Yazıçılar İttifaqının o məşum iclasının keçirildiyi günlərdə 

– iyunun ortalarında Ömər Faiq Nemanzadənin həbs olun-

ması  barədə  xəbərlər  dolaşdı:  məhsəti  türküdü,  deməli, 

Türkiyənin  casusudu;  iyulun  əvvəllərində  Əhməd  Cavadı 

apardılar: burjua millətçisidi, antisovet ünsürüdü, türk casu-

sudu;  iyulun  on  birində  Tağı  Şahbazi  həbs  olundu:  xalq 

düşmənidi, mürtəce yazıçıdı, ziyankardı; iyulun on dördündə 

Əmin Abidi həbsə saldılar: İstanbulda təhsil alıb kontrrevol-

yusion-trotskiçidi,  türk  casusudu;  iyulun  on  beşində  Seyid 




496

Hüseyn həbs edildi: müsavat başçısı Məmməd Əmin Rəsulza-

dənin  bacanağıdı,  müsavat  tör-töküntüsüdü,  gizli  təşkilatın 

üzvüdü; iyulun iyirmi beşində Qəzənfər Musabəyovu Mosk-

vadakı evində həbs eləyib Tiflisə gətirdilər: yenə eyni ittiham-

lar;  Avqustun  iyirmi  yeddisində  Əmin  Abidin  qardaşı 

Əliabbas Müznibi həbsə saldılar, yenə eyni ittihamlar!

 Elə o vaxtlar şuşalı Haşım bəyin oğlu, keçmiş firqə yoldaşı, 

Milli  Hökumət  vaxtı  dövlət  müfəttişi  işləmiş,  axır  vaxtlar 

vəkilliklə  başını  dolandıran  Nəriman  bəy  Nərimanbəylinin 

həbs olunduğunu eşitdi...

  Sonralar  məlum  olacaqdı  ki,  avqustun  5-də  SSRİ  Xalq 

Daxili İşlər Komissarlığı Yejov, Mikoyan və Stalininin imza-

sıyla fəhlə-kəndli hökuməti yaradılmasına mane ola biləcək 

ziyalıların  bir  sinif  kimi  məhvi  haqqında  00447  saylı  qərar 

qəbul  eləyibmiş.  Qərara  görə,  ziyalıların  radikalları  güllə-

lənəcək, digərləri sürgün olunacaq, bu proses də iki il ərzində 

başa çatacaqmış. 

  Hələ  ki,  səksəkə  və  fəlakət  dolu  günlər  bir-birini  əvəz 

eləyirdi...

 Yayın bürkülü havasına qarışmış səksəkə Yusif Vəziri için-

için yeyib-dağıdırdı. Öz canından qorxmurdu, əlli il yaşamış-

dı, ağrı-acılar görmüşdü, tək canına qalsaydı, bu qədər iztirab 

çəkməzdi. Amma  başına  bir  iş  gəlsə,  Bilqeyis  xanımın  halı 

necə  olacaqdı,  bir-birindən  körpə  olan  üç  balasını  necə 

böyüdəcəkdi?  Özü  heç,  onların  günahı  nəydi,  niyə  əzab 

çəkməliydilər?

 Bu azmış kimi, bina tikilib hazır olduğu ərəfədə neçə ildən 

bəri gözlədiyi üçotaqlı mənzildən əlini çəkməli oldu: Yazıçı-

lar  İttifaqının  İdarə  Heyəti  onun  adını  siyahıdan  çıxarıb 

mənzili  “mübariz  proletar  yazıçılar”dan  kiməsə  vermişdi.  Bu 

daha bir amansız, məhvedici zərbəydi... 

 Qohumların, qonum-qonşunun ayağının evdən kəsildiyi, 

vaxtda yalnız arvadının doğmalarının, bir-iki sədaqətli dostu-

nun, bir də etibarlı Dunyanın ailədən üz çevirməmələri, az da 



497

olsa, qəlbinə təpər verirdi. Qayınanası Kiçikxanım, baldızları 

Aftab,  Nəcibə,  qaynı  Fərhad  da  onları  tək  qoymur,  bu  ağır 

vaxtlarda olan-qalanlarını yarı bölürdülər..

  Bir  neçə  dəfə  Abdulla  Şaiq  Şahzadə  xanımla  birgə  baş 

çəkmişdi, hələ adı “tənqid”lərdə o qədər hallanmasa da qələm 

dostunun da səksəkə içində olduğunu duyub daha da sarsıl-

mışdı. Baş verənlərdən danışmamışdılar ki, daşın-divarın da 

qulağı vardı, bir-birinin mənalı baxışlarından hər şeyi sözsüz-

sovsuz oxumuşdular. Dostunu yola salanda, az qala, pıçıltyla 

soruşmuşdu:

 “Şaiq Əfəndi, hər ehtimala qarşı “xalq düşəmənləri”nə şeir 

yazmısanmı?” 

 “Yazmışam”, – Abdulla Şaiq bığaltı gülümsünüb oxumuş-

du: “Dayan, dayan, cahil memar, bina, otaq əyridir, / Çünki o əl, o 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin