Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə71/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   67   68   69   70   71   72   73   74   ...   175
Seyid  Əzizmi,  atasının  Ağdamdan  ona  “Seyid”  təxəllüsüylə 

yazdığı  aşiqanə  şeirlərmi,  Mənsur  ibn  Muhammədin  kəl-

məbaşı  işlətdiyi  “qurban”mı,  onun  oğlu  Səidmi,  Qəzənfər 

Musabəyova göndərdiyi məktubda özünü “qurban” adlandır-

masımı... yadına düşdü, bunu dəqiq xatırlamırdı. Bu vaxta-

can təkcə öz adıyla yox, həm də “Musavi”, “Sərsəm”, “Bədbəxt”, 



“Tərəkəmə”,  “Əliqulu”,  “Əli  xan”...  kimi  gizli  imzalarla  yaz-

mışdı,  yəqin,  belə  şeylərə  alışmışdı.  Alman  dilindəki 

əlyazmaları Berlində yox, Vyanada (hələ də ümidvardı ki, profes-

sor fon Kraelitzlə görüşüb bu barədə danışacaq) nəşr evinə verəcək, 

qismət olsa, kitabları bu imzayla çıxacaqdı, bunu da Ceyhun 

bəydən başqa kimisə bilməyəcək.

 Fariz də məktub-filan vermədi, bilirdi ki, bunun düşəri-

düşməzi olar, həm də gün-güzəranından xəbərdar idi, inşal-

lah, Bakıya çatanda qohum-qardaşlarından kimisə görüb, ya 

elə Mustafayla görüşüb vəziyyətini danışacaqdı. Farizin yol-

larda ehtiyatlı olmağı barədə verdiyi məsləhət yadına düşdü, 

dediyinə görə, əgər Vətənə qayıtmağına razılıq vermişdilərsə, 

deməli, xüsusi nəzarətə də götürəcəkdilər, əlləri də, şübhəsiz, 

Avropayacan  gəlib  çatır.  Elə  onda  professor  fon  Kraelitzlə 

görüşmək fikrindən daşındı, həm də onun ünvanını xatırla-




314

mırdı,  saxlayıb-saxlamadığı  da  yadında  deyildi,  üstəlik, 

Berlinlə də, Vyanayla da tez vidalaşmaq lazımdı.

  Şübhəsiz,  Hans  Günterlə  də  görüşə  bilməyəcək:  artıq 

Hamburqa üz tutublar, Hans limanda mexanik işləyir, Süzan 

da ay parçası kimi bir qız dünyaya gətirib. Bunu Hans otelin 

ünvanına  göndərdiyi  məktubunda  yazmışdı.  Hansa  Vətənə 

qayıtdığını  xəbər  vermədi,  ümumiyyətlə,  cavab  yazmadı, 

“Münhendən, ya Berlindən qısaca məktub yazmaq lazımdı”, 

– öz-özünə qət eləyib düşüncələrdən can qurtarmağa çalışdı; 

amma, elə bil, vaxtdan daş asılmışdı, qatar irəliləsə də, vaxt 

keçmək bilmirdi...

 ...Bir də Vyanada Moskvaya gedən qatara əyləşəndə vaxtın 

ağır ötdüyünü hiss elədi. Amma bu dəfə özündə qəfil yüngül-

lük duyurdu.

  Dörd  yüz  səhifədən  artıq,  xırda,  səliqəli  xətlə  yazılmış 

əlyazması artıq Vyanada qalmışdı, bundan sonra o ümidsiz 

günlərində  İstanbulda  və  Parisdə  ürəyinin  qanını  axıtdığı 

əlyazmalar öz talelərini yaşayacaqdılar; bəlkə də elə nəşriyyat 

sahibinin qoyduğu yerdəcə qalacaq, yüzlərlə, minlərlə o cür 

əlyazmalar kimi unudulacaq, üstünü zamanın tozu basacaq, 

kimsənin  diqqətini  çəkməyəcəkdilər;  bəlkə  də  Allahın 

ağlagəlməz xoş təsadüfü üzündən gün üzünə çıxacaq, adam-

larla ünsiyyətdə olacaqdılar, amma bundan o – artıq uzaqlar-

da olan, başqa aləmdə yaşayan Yusif Vəzir heç zaman xəbər 

tutmayacaqdı, ya da xəbər tutacaq, bu ağrılı sevincini qəlbinin 

dərinliklərində dəfn eləməkdən başqa çıxış yolu olmayacaq-

dı;  ola  bilsin,  nə  vaxtsa  kupedə  indi  onunla  üzbəüz  oturub 

qəzet  oxuyan,  arabir  qırıq-qırıq  kəlmə  kəsən,  Moskvada 

keçirilən hansısa elmi konfransa gedən bu vyanalı professor o 

kitablardan  birini  oxuyub  həyəcan  dolu  əhvalatları  qələmə 

almış yazıçı barədə düşünəcəkdi.

 



315

***


 ...Şuşa da, evləri də, Bakı da tez-tez xatirələr dumanından 

çıxır,  gözlərinin  qabağında  illərin  soldura  bilmədiyi  yerlər, 

üzlər, mənzərələr canlanırdı. “İki otağımız vardı, – sonralar ya-

zacaqdı,  –  xırdasında  yaşardıq,  böyüyündə  (kəllayıda)  isə  qonaq 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin