Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə92/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   88   89   90   91   92   93   94   95   ...   175
sa özünü dəyişdirə bilər. Bilqeyis ondan ötrü, doğrudan da, ta-

leyin qəfil töhfəsiydi. Diqqətcilliyi, qayğıkeşliyi, səmimiliyi, 

mehribanlığı, gülərüzlülüyilə həyatına işıq gətirmişdi. Anası-

nı itirəndən sonra bu qədər dərindən ailə duyğusu, könül ra-

hatlığı  hiss  eləməmişdi.  Bilqeyis  istəyini  üzündən  oxuyur, 

pərvanə kimi başına dolanır, çay-çörəyinin vaxtını keçməyə 

qoymur, maddi sıxıntılarını, mənəvi çalxantılarını ovutmaq 

üçün  qəlbinin  hərarətini  əsirgəmirdi.  Sadə  mənzilində  hələ 

kifayət qədər rahatlıq olmasa da, Bilqeyisin şəfqətli əlləri, xoş 

çöhrəsi  ona  hər  şeyi  unutdurur,  illərin  qayğılarından 

təbəssümü  unutmuş  simasına  işıq  gətirirdi.  Xoşbəxtlik 

qəlbində,  sevinc  gözlərində,  təbəssüm  dodaqlarında,  sevgi 

qəlbində peyda olmuşdu, arzularsa bütün qəlbini çulğamışdı. 

Belə məqamlarda vaxtilə yazdığı sözləri xatırlayırdı:

 

Qadının 

xoşbəxtliyi nədədi? Qadın o zaman xoşbəxtdi ki, ərinin gülümsəyən 

gözlərini görüb, o sevincin səbəbinin özü olduğunu dərk eləyir”. Bir 

də düz iyirmi il əvvəl gündəliyinə köçürdüyü fikrini yada sa-




369

lırdı: “Qadın və kişi yalnız birlikdə olduqları zaman tamlıq təşkil 



eləyirlər... Qadınlar və kişilər bütün işlərdə əl-ələ tutub addımlama-

lıdırlar...”

 Axır ki, arzuladığı məqam gəlib yetişmişdi...

  ...Yayda  istirahətə  getmədi,  Bakıda  qalıb  kurslarda  dərs 

dedi ki, maddi çatışmazlıqlarını bir qədər aradan qaldırsın. 

Üstəlik,  “İqtisadi  xəbərlər”  məcmuəsinə  neftdən,  meşə-

çilikdən, qoyunçuluqdan, südçülükdən, pambıqçılıqdan, xal-

çaçılıqdan... məqalələr yazırdı. Həm də çox həyəcanlıydı, ilk 

övladını  gözləyirdi.  Atalıq  duyğusu,  elə  bil,  gündən-günə 

onu dəyişdirir, başqa adama çevirirdi.

  O  yay  günlərinin  birində  də  küçədə  Mirzə  Qədirə  rast 

gəldi. Görünür, sabiq həmkarı onu daha tez görübmüş, əlində 

tor zənbil duruxub qalmışdı, bilmirdi ki, kapitalist ölkəsindən 

qayıtmış Yusif Vəzirlə görüşsün, yoxsa kirimişcə aradan çıx-

sın. Amma Yusif Vəzir ona aman vermədi:

  “Mirzə  Qədir,  –  onu  səslədi,  –  nə  xoş  təsadüf!  Yoxsa 

mənimlə rastlaşacağını gözləmirdin?”

  “Qayıtdığınızı  eşitmişdim,  –  Mirzə  Qədir  çəkinə-çəkinə 

əlini uzatdı. – Həmişə evinizdə-eşiyinizdə...”

 “Vəziyyətin nə təhərdi? – Yusif Vəzir onu başdan-ayağa 

süzüb soruşdu. – Maşallah, pis deyilsən”.

 “Belə də... – Mirzə Qədir dilini sürüdü. – Xalq Maarif Ko-

missarlığında  müfəttişəm.  Birtəhər  çulumuzu  sudan  çıxarı-

rıq”.

 “Sabiq həmkarlardan nə xəbər? Kimləri görürsən?” – Daha 



çox Zeynal bəydən soraq almaq ümidilə dilləndi.

 “Eşitdiyimə görə, Cahangir bəy Tiflis universitetində dərs 

deyir, – Mirzə Qədir səsini ehtiyatla alçaldıb cavab verdi. – 

Zeynal bəydən bir səs-soraq eşitməmişəm, qayıtsaydı, xəbər 

tutardım”.

 Yenə nəsə soruşmaq istəyirdi, amma Mirzə Qədir bir aya-

ğını qaçaraq qoymuşdu:

 “Üzrlü hesab eləyin, tələsirəm. İnşallah, görüşərik”.




370

 Heç iş, ya da ev telefonunun nömrəsini də vermədi, sağol-

laşıb camaatın arasında gözdən itdi.

  Bir  müddət  dayanıb  onun  ardınca  baxdı,  sonra  bığaltı 

gülümsünə-gülümsünə  başını  bulayıb  evə  doğru  yönəldi. 

Hər  halda,  Cahangir  bəyin  sağ-salamat  olduğundan  xəbər 

tutmuşdu, Zeynal bəyin də yeni Türkiyə quranların sıraların-

da olduğuna ümid eləyirdi...

  Canında  Parisdən  gətirdiyi  səksəkənin  səbəbini  də  o 

günlərdə  dərk  elədi.  Kirovdan  sonra  “respublikanın  birinci 

adamı”  olan  Levon  Mirzəyan  və  həmfikirləri  milli-mənəvi 

dəyərlərə qarşı total terrora başlamışdı. Artıq muğama, tara, 

qadağa  qoyulmuşdu,  muğamı  heyvan  bağırtısına  oxşadır, 

tarı  sındırırdılar.  Üzeyir  bəy  Aşıqların  birinci  qurultayında 

yana-yana  deyirdi:  “Bizim  oxumağımızın  heyvanın  bağırtısına 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin