Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə136/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   132   133   134   135   136   137   138   139   ...   175
göz, qulaq, o baş, ayaq əyridir...”

 “Yox, yox, bunu üzə çıxarma”, – Yusif Vəzir narahat ol-

muşdu, – başına iş açarsan”.

 Qonaqları gedəndə arvadı Şahzadə xanımın gətirdiyi pay-

dan danışmış, özüsə masa örtüyünün altına qoyulmuş pulu 

səhəri gün təsadüfən sezib xəcalət çəkmişdi...

 Bir dəfə də qəfildən Səməd Vurğun gəlib çıxdı: rəngi bo-

ğulmuşdu,  üzünə  baxa  bilmir,  papirosunu  sümürə-sümürə 

nəzərlərini  döşəmədən  qaldırmırdı. Adi  gün-güzəran,  yazı-

pozu barədə söhbətləri də sıxıntılı keçdi. Ev sahibi onun Hü-

seyn Cavidə yazdığı şeirdən söz salmamağa çalışırdı, qonağı 

da  bunu  başa  düşür,  “Vaqif”  dramından  danışır,  məsləhət-

lərinə  görə  minnətdarlıq  eləyirdi.  Vəziyyətin  naqolaylığını 

hiss eləyib elə pərişan halda da çıxıb getdi...

 Güzəran sıxıntıları Yusif Vəziri hər yola əl atmağa məcbur 

eləyirdi.  Axır  vaxtlar  ədəbiyyat  həvəskarlarına  evdə  dərs 

deməyə başlamışdı. Bilqeyis xanımın xalası oğlu Şamil Qur-

banov, onun dostu Asəf Ağayev, daha bir neçə nəfər idilər, 

həftədə  iki  dəfə  gəlir,  saat  yarım-iki  saat  ərzində  yazmaq 

qabiliyyətlərini sınaqdan keçirirdilər. Asəf Opera və Balet Te-




498

atrı orkestrinin solistiydi, yazmağa həvəsi vardı, Yusif Vəzir 

onunla razılaşmışdı ki, Asəfin imzasıyla kiçik hekayələr yaz-

sın, oğlan da o hekayələri öz adıyla qəzet-jurnallarda çap et-

dirsin.  Asəf  vəziyyəti  başa  düşüb  razılaşmışdı,  aldığı 

qələmhaqqının  xeyli  hissəsini  müəlliminə  verirdi.  Bundan 

ağlagəlməz xəcalət çəkirdi, amma ehtiyacın boz sifəti qarşı-

sında başqa yolu yox idi...

 Çap olunub-olunmayacağını bilməsə də, yazı-pozusundan 

qalmırdı, Gete, Hoffmann, Flober, Stendal, Taqor, dö-la-Mar-

tiner,  Adam  Oleari,  Azərbaycan  tarixi,  “Azərbaycan”  sözü-

nün mənası, çadra... haqqında düşüncələrini qələmə alırdı...

  Dunya  çoxlarından  etibarlı  çıxmışdı.  Güzəranlarını  yola 

verməkdə  çətinlik  çəkdikləri  bir  vaxtda  qulluqçu  saxlaya 

bilməyəcəklərini birtəhər başa salsalar da, qadın mehr saldığı 

ailədən getmək fikrində deyildi.

  “Zəhməthaqqı  istəmir,  –  Bilqeyis  xanım  ərinə  deyirdi,  – 

yalvarır ki, məni ailədən ayırmayın. Əlbəttə, belə getməz, bir 

qapı açılar, onda xəcalətindən çıxarıq”.

  Qapısa  açılmaq  bilmirdi:  “Ellər  atası”na  göndərdiyi 

məktuba cavab gəlmirdi...

 

***



 “Bilirsən, Bulqu, – bir axşam uşaqlar yatandan sonra arva-

dına üz tutdu. – Ağlıma bir fikir gəlib. Moskvadan bir səs çıx-

madı.  İstəyirəm,  sizi  Fərhadgilə  aparıb  özüm  Aşqabada 

gedəm. Hər halda, orda bir iş taparam, həm də burdan uzaq 

olaram. Baş verənləri özün görürsən, günlərin birində əlləri 

mənə də çatacaq”.

 “Nolar, onsuz da Fərhad bunu necə aydı deyir, – Bilqeyis 

xanım etiraz eləmədi, – lazım gəlsə, biz də gedərik, təki bu 

cür qorxu içində yaşamaqdan uzaq olaq”.

 “Onda hazırlaşın, mən sabah bilet tədarükündə olaram”.

 “Yox, sən çıxma, Aftabı göndərərəm, alar. Səni bilet alan 

görsələr, ora-bura çatdırarlar”.




499

 Dinmədi, arvadı haqlıydı. Həqiqətsə ağır daş kimi qəlbinin 

başına çökdü.

 Ailəsini Qubaya – on iki nömrəli meyvəçilik sovxozunda 

bölmə  müdiri  işləyən  qaynı  Fərhadın  yanına  aparıb 

yerləşdirəndən sonra bir qədər rahatlandı. Amma Aşqabada 

çatanacan içindəki səksəkə səngimədi.

  Bacıları  Bakıda  baş  verənləri  ucundan-qulağından  eşit-

mişdilər, onu sağ-salamat görəndə sevinclərindən ağladılar, 

Aşqabada köçmək fikrinəsə, az qaldılar qol götürüb oyansın-

lar.

 “Yaxşı fikirdi, – Zibaxanım deyirdi, – bir-birimizə həyan 



olarıq. Təki bu qaramat günlər çəkilib getsin”.

 Səhəri gün Türkmənistan Xalq Maarif Komissarlığına get-

di, məktəblərin birində rus dili və ədəbiyyatından dərs demək 

üçün ərizə verdi. Ərizənin cavabını bir neçə gün sonraya sax-

ladılar: gərək baxılsın, müzakirə olunsun. O bir neçə günün 

ümidi  qəlbini  bir  qədər  toxtatdı;  müəllimə  ehtiyac  çox  idi, 

yəqin, imtina eləməyəcəklər.

 Amma imtina elədilər, səbəb də yetərincə dumanlı oldu:

 “Bilirsiniz, əlbəttə, bizə savadlı müəllimlər lazımdı, – kadr-

lar idarəsində nəzakətlə dedilər, – ancaq indi vəziyyət elədi 

ki, adamlara ehtiyatla yanaşmalıyıq...”

  “Şübhəsiz,  “Pravda”  qəzetini  bunlar  da  oxuyurlar,  baş 

verənlərdən xəbərdardılar, – amansız istidən, az qala, beyni 

buxarlana-buxarlana  düşünürdü.  –  Bəs  hara  üz  tutum, 

dərdimi  kimə  deyim?  Yaxşı,  məni  Yazıçılar  İttifaqının 

üzvlüyündən çıxarıblar, işləmək haqqım ki, əlimdən alınma-

yıb...”

 Zibaxanım bu xəbərdən bərk tutulmuşdu. Yeganə qardaşı-

na kömək eləyə bilmədiyindən əzab çəkə-çəkə soruşdu:

 “Neynəyəcəksən indi?”

 “Almatıya da getmək fikrindəyəm, – Yusif Vəzir bacısına 

ürək-dirək verməyə çalışdı, – yəqin, orda bir iş tapılar”.

 Elə həmin axşamın təsadüfü üzündən səfərini bir neçə gün 

təxirə salmalı oldu: Aşqabad Azərbaycan Türk Dram Teatrı-




500

nın müdiri Əkbər Babayev gəldiyini eşidib hörmətli yazıçıyla 

görüşmək  fikrinə  düşmüşdü.  Gəldi,  görüşdülər,  söhbət 

əsnasında da gözlnilməz təklif elədi: teatrda bir pyesi tamaşa-

ya qoymaq istəyirlər, nə vaxtdı səriştəli tərcüməçi axtarırlar, 

bəlkə,  Yusif  Vəzir  bu  işi  boynuna  götürsün;  təbii  ki, 

zəhməthaqqı ödənəcək.

 Bu vəziyyətində təklif göydəndüşməydi, düşünüb-daşın-

madan razılaşdı. Cəmi bir həftədən sonra pyesin tərcüməsini 

bitirib teatra təhvil vermişdi, zəhməthaqqını alıb, bacısıgillə 

vidalaşıb Almatıya gedirdi.

 Amma Almatıda da ümidi boşa çıxdı: ona Qazaxıstan Xalq 

Maarif  Komissarlığında  da  təxminən  eyni  cavabı  verdilər; 

səriştəli kadrlara, əlbəttə, ehtiyac var, ancaq... Ona bircə neçə 

illərdi görmədiyi bacısı Əzətin ailəsilə görüşmək qaldı.

  ...Avqustun  axırlarıydı.  Xaçmaz  stansiyasında  qatardan 

düşəndə qəlbində daş kimi ağır ümidsizlik, əlində uşaqlarına 

aldığı bir neçə sovqat vardı, səfərinin nəticəsini gözü yolda 

olanlara necə danışacağı barədə düşünürdü. 

 Vəziyyətinisə izahsız da başa düşdülər...

 ...Bir neçə gündən sonrasa artıq Bakıdaydılar, dərslər baş-

layırdı. Orxan birinci sinfə getməyə hazırlaşırdı. Bu günü çox 

həyəcanla gözləmişdi, amma indi ürəkdolusu sevinə bilmir-

di:  qoymadılar,  imkan  vermədilər,  onu  balalarının  yanında 

xəcalətli elədilər.

  Səhər  Orxan  məktəbə,  Fikrətsə  bağçaya  yollanırdı.  Elə 

həmin vaxtda Dunya gəlir, bazar və ev işlərilə məşğul olurdu. 

Otağından  yalnız  ehtiyac  ucbatından  çıxır,  yeməyini  də  elə 

ordakı kiçik yazı masasının üstündə yeyirdi.

 Hər xata-balasız düşən axşama, hər sağ-salamat açdıqları 

sabaha şükür oxuyurdular...

 Gözlədikləri nicat qapısısa açılmaq bilmirdi...

 



501

***


  ...Əlabbas  Müznibin  həbs  olunduğunu  eşitdikləri  gün 

yenə Bilqeyis xanımla məsləhətləşdi:

  “Bulqu,  deyəsən,  bu  məsələlər  ara  verməyəcək.  Qərara 

gəldim ki, Moskvaya gedim, Stalinə yazdığım məktubun ca-

vabını almağa çalışım, yoxsa gecələrin birində bizim də qapı-

mızı döyəcəklər”.

 “Nə deyirəm, məsləhətdisə, get, – Bilqeyis xanım səsinə 

bir  az  ümid  çaları  qatmağa  çalışdı.  –  Yəqin,  bir  cavab  alar-

san”.

 “Yol xərci düzəltmək üçün neyləyəcəyimi bilmirəm, ağız 



açmağa elə bir adam da yoxdu”.

 “Allah kərimdi, bir şey fikirləşərik, – arvadı gülümsədi. – 

Yatmağa çalış, yuxusuzluqdan üzülərsən”.

 Səhəri gün nahardan sonra Dunya otağına girib əlindəki 

pulu ona uzatdı:

  “Xozyain,  bu  pulu  götürün,  üç  yüz  manatdı,  sizin 

verdiyinizdən yığmışam. Moskvada lazım olar”.

 Görünür, Bilqeyis xanım evdən nəsə satmaq barədə Dun-

yayla  məsləhətləşib  məsələni  açmış,  o  da  ev  sahibəsinə 

bildirmədən olub-qalanını gətirmişdi.

 “Sağ ol, Dunya, – qəhər boğazını tutdu, – inşallah, bu yax-

şılığını unutmaram”.

 “Dəyməz, xozyain, – Dunya gülümsədi. – İnanıram ki, hər 

şey yaxşı olacaq”.

 ...Evdə tapşırdı: Moskvaya getdiyini kimsə bilməsin, uşaq-

lardan  soruşanda  da  deməsinlər.  Bileti  Aftaba  aldırdılar. 

Evdən çıxanda da çalışdı ki, tanış-bilişdən kimsəylə rastlaş-

masın. Vağzalda qatara minənəcən gözdən uzaq yerdə dolaş-

dı, kupesinə girəndən sonra zərurət yaranmadıqca bayıra çıx-

mamağa çalışdı. Bəxtindən yol yoldaşları yazı-pozudan uzaq 

adamlar idilər, özünü rayon müəllimi kimi tanıdıb, iki sutka 

yarımı birtəhər yola verdi.




502

  On  bir  il  əvvəl  bu  şəhərə  –  Moskvaya  sonsuz  ümidlərlə 

gəlib Bakıya yola düşmüşdü. Bakı bir müddət onu yoxlayıb 

öyrənmiş, sonrasa yavaş-yavaş qanına yerikləməyə, ögey öv-

lada çevirməyə başlamışdı. İndi Moskvadan mədəd ummağa 

gəlmişdi,  bilirdi  ki,  Kremldən  istədiyi  kağızı  almasa, 

fəlakətdən yaxa qurtara bilməyəcək.

 Kiçik bacısı Əzətin oğlu Moskva Yüngül Sənaye İnstitu-

tunda oxuyurdu. Əziyyət də olsa, onu bir müddət yerindən-

yurdundan  eləyəcəkdi.  Əkbər  dayısını  qarşıladı,  kirayədə 

qaldığı birotaqlı mənzilə aparıb yerləşdirdi, özüsə elə həmin 

axşam yataqxanadakı yoldaşlarına pənah apardı.

  Elə  səhəri  gün  Mərkəzi  Komitənin  işlər  idarəsinə  gedib 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin