Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə158/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   154   155   156   157   158   159   160   161   ...   175
“ari ölülər”dən sayılmırdı...

  Əhməd  Cəmil  dua  oxudu,  onun  işarəsilə  tabutu  qəbrə 

endirdilər, başının altına Quran qoyub, üstünü torpaqladılar, 

baş tərəfinəsə üstündə “Muhəmməd Əsəd bəy, 1905-1942” ya-

zılmış taxta lövhə basdırdılar...

  Bununla  da  çalxantılı  ömür  yaşamış,  məşəqqət,  şöhrət, 

xəyanət  görmüş  Lev  Nussimbaum-Muhəmməd  Əsəd  bəy 

heçliyə qovuşdu...

 Əhməd Cəmil ona yas məclisi qurdu, dostunun xatirəsini 

əbədiləşdirəcəyinə söz verdi...




562

 Bir həftə sonra gizli polisin iki avtomobili polis şerifi Erko-

linonun  qapısında  dayandı.  Gələnlər  “Müsəlman”ı  soruşdu-

lar, onun vəfat elədiyini eşidəndəsə pərişan oldular: Roma-

dan əmr alıblarmış, müstəmləkələr üçün radioda fars dilində 

təbliğat  aparmaq  məqsədilə  sinyor  Muhamməd  Əsəd  bəyi 

aparmalıydılar.

 

***



Az  sonra  Əhməd  Cəmil  faşistlərin  “Oriente  moderno” 

(“Yeni  Şərq”)  jurnalında  Əsəd  bəy  haqqında  uzun  nekroloq 

yazıb öz əfsanəsini yaratmağa başladı: Əsəd bəy yəhudi de-

yilmiş,  bolşeviklər  hakimiyyətə  gələnəcən  Qafqazda  yəhu-

dilərin  neftlə  bağlı  əmlak  sahibi  olmalarına,  ümumiyyətlə, 

icazə yoxmuş; Qafqazda və Belorusiyada zadəganlar arasın-

da yəhudilər mövcud deyilmiş; Bakıda İmperator gimnaziya-

sına yəhudi uşaqların oxumasına icazə verilmirmiş, üstəlik, 

yəhudilərin şəhərdə yaşaması qadağanmış; Nyu-York Antro-

poloji  institutu  müəyyənləşdiribmiş  ki,  Leo  Muhəmməd 

Əsəd bəy İbrahim Arslan oğlunun övladıdı, müsəlmandı, da-

marında əlli faiz rus iyirmi dörd faiz türk, iyirmi dörd faiz 

iranlı qanı var; əlbəttə, Əhməd Cəmil Məzhərin Əsəd bəylə 

dörd  nəsil  əvvələ  gedib  çıxan  qohumluğu  mövcuddu,  bu 

səbəbdən  Əsəd  Bəyin  “sağ  qalmış  yeganə  yaxını”  kimi  onun 

mənəvi mirasına sahiblik eləməyə haqqı çatır.

  Vakka  Bella  nekroloqda  da,  az  sonra  kitaba  yazdığı  ön 

sözdə  də  öz  versiyasını  inkişaf  etdirməyə  çalışacaq,  hətta 

1936-cı ildə birgə İstanbula getdiklərini, romanın ilkin planı-

nın  məhz  orda  tutulduğunu,  Qurban  Səid  imzasının  da 

təsadüf üzündən orda yarandığını (guya, Qurban bayramı oldu-



ğundan bir əcnəbi Əsəd bəyi salamlayıb “Qurban Səid”, yəni “bay-

ramınız mübarək” deyib, dostu da bunu ad kimi qəbul eləyib, sonra 

da xoşu gəldiyindən təxəllüs götürüb) iddia eləyəcəkdi. Sentyab-

rın axırlarında Alisa Şulteni Romaya aparıb notariusda öz im-

zasını vəsiyyətnaməyə əlavə etdirəcək, üstəlik, onun adından 

Əsəd  bəyin  işlərini  “dr.  Cəmil  bəy  Vakka  Mazzara”nın  idarə 




563

eləməsi barədə vəkalətnamə alacaqdı. Daha sonra Alisa Şul-

tenin imzasıyla “Raşer” nəşriyyatına məktub göndərib “Qızıl 

haqqında kitab”ı nəşrə hazırlamaqla bağlı məsələləri yoluna 

qoymağa çalışacaqdı. Ardınca Roma Şərq İnstitutuna yol ta-

pıb  “Şərq  hekayələri  silsiləsinin  direktoru  Ə.Cəmil  V.M.”  kimi 

1943-cü ildə “Qızılbuynuzlu qız” romanını Qurban Səid imza-

sı və “Asiadeh” adıyla üzə çıxaracaqdı; sonra xeyli dəyişikliklər 

edilmiş,  təhkiyəsi  dəyişdirilmiş,  hətta  Nino  obrazı  Erikaya 

çevrilmiş  “Əli  və  Nino”  romanınısa  1944-cü  ildə  “M.Əsəd 



bəy” imzası və “Əli xan” adıyla nəşr etdirəcəkdi ki, baronessa 

Elfrida Ehrenfels fon Bodmershof o kitaba iddia eləməsin...

 “Hatçinson” nəşriyyatına necə yaxınlaşacağı barədə Ömər-

Rolf fon Ehrenfelsdən məsləhət almaq məqsədilə ona məktub 

yazacaq, pul tələbilə iddia irəli sürəcək, Əsəd Bəylə qohum-

luq əlaqələrini sübuta yetirmək üçün əlində bütün sənədlərin 

olduğunu deyəcəkdi. Günlərin birində də artıq Hindistandan 

qayıdıb Mireyl Abeyllə evləmiş, Lili adlı qız atası olan Ömər-

Rolf fon Ehrenfelsin qarşısında peyda olacaq, onu əməlli-başlı 

təəccübləndirəcəkdi:

 ““Kurban Said C’est moi!

1

*” 



  Hətta  Britaniya  naşiri  Hatçinsona  məktub  yazıb  iddia 

eləyəcəkdi ki, Qurban Səid kimi Əsəd Bəylə bir sıra kitabların 

yazılmasının  iştirakçısı  olub,  Qurban  Səid  və  Əsəd  Bəy  adı 

altında “Cihad”  “Kəloğlan: Səmərqənddən Tanjerə kimi” adlı 

əsərlər  yazmaq  planları  vardı.  Sonrasa  Londona  gedib  Rza 

Şah haqqında kitabın nəşrinə görə “Hatçınson” nəşriyyatından 

qohumu Əsəd bəyin qonorarını da tələb eləyəcəkdi...

 Amma vədini yerinə yetirib qəbrinin üstündə yuxarısı çal-

ma  formalı,  üzərinə  “Allah  sənə  qəni-qəni  rəhmət  eləsin”  və 

“Muhamməd Əsəd bəy, 1905-1942” yazılmış başdaşı qoydura-

caq, hətta, onunla bağlı “Xatirələr. Muhamməd Əsəd bəy: Qafqaz 



Azərbaycanının müsəlman yazıçısı (1905-1942)” adlı xarirələrini 

də özü bildiyi kimi qələmə alacaqdı...

1

  

Qurban Səid mənəm!




564

 Armin Veqner mərhumun başının altına Quran qoyulma-

sı,  üzü  Kəbəyə  doğru  dəfn  edilməsi,  başdaşının  forması 

haqqında danışılanlardan xəbər tutanda gündəliyində yaza-

caqdı: “Deməli, Əsəd bəy bu komediyanı axıracan davam etdirdi”. 

  Müharibə  qurtarandan  sonra Almaniyaya  dönən,  amma 

yenidən  İtaliyaya  qayıdıb  Merano  şəhərində  məskən  salan 

frau Alisa Şulte də “Raşer” nəşriyyatının təklifilə uzun illər 

yanında olduğu, əslində, analıq elədiyi, amma yetərincə tanı-

ya bilmədiyi Leo-Əsəd bəy barədə xatirələrini qələmə yaza-

caq, ondan on iki il sonra dünyadan köçəcəkdi...

 Verner Şendel müharibədən sonra Alman Yazıçılar Fondu-

nun icraçı sədri olacaq, bir müddət sonra maliyyə fırıldaqları-

na görə vəzifəsindən kənarlaşdırılıb həbs olunacaqdı...

 Tereza Myöqle Əsəd bəyin özünü “Məkkəli doktor X.”, “İllər 

keçəndən sonra izi-tozu qalmayacaq gənc prof. X.” adlandırdığı 

“Sevgidən  bixəbər  kişi”  adlı  qeydlərini  oxuya  bilmədiyindən 

çap eləməyəcəkdi...

 Ölümündən dörd il sonra hər şeylə maraqlanan yerlilər-

dənmi, yoxsa qonaqlardanmı biri dəfn vaxtı kompas, ya da 

xəritə  olmadığından  qəbrin  Kəbə  səmtindən  iyirmi  səkkiz 

dərəcə  sapdığını  sübut  eləyəcək,  şəhərin  yerli  orqanları  öz 

xərcləri hesabına bu səhvi aradan qaldıracaqdılar...

 1953-cü ildə Pozitanoya gələn Con Steynbek onun adını 

çəkmədən “Müsəlman” kimi xatırlayacaqdı: “... Təxminən on il 

əvvəl  şəhərə  bir  müsəlman  gəlir.  Şəhər  xoşuna  gəldiyində  orda 

məskən salır. Əvvəlcə vəsaiti varmış, sonra vəsaiti tükənir, amma o 

şəhərdə qalır. Şəhər camaaatı ona kömək eləyirmiş... Çünki o yeganə 

müsəlman  olduğu  kimi,  şəhər  meri  də  yeganə  kommunist  imiş... 

Öləndə vəsiyyət eləyibmiş ki, onu üzü qibləyə dəfn eləsinlər...”

 İllər keçəndən sonra Vətəninə qayıdan Ömər-Rolf fon Eh-

renfels sədaqətini bir daha göstərib Muhamməd Əsəd bəyin 

qəbrini ziyarət eləməyə gələcəkdi...

  Bütün  bunlar  bəlkə  də  illər  keçəndən  sonra  unudulub 

gedəcəkdi...




565

 Amma  Rusiyada  doğulmuş,  Londonda  yaşayan  rəqqasə 

Ceniya  Qraman  1967-ci  ildə  “Əli  və  Nino”  romanıyla 

təsadüfən  qarşılaşacaq,  oxuyub  heyran  olacaq,  Lüsi  Taldan 

tərcüməsinə, həm də nəşrinə icazə alacaqdı... 

 Ovaxtdan “Əli və Nino”yla yanaşı Qurban Səid əfsanəsi baş-

layacaqdı...



566


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin