Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0.69 Mb.
Pdf просмотр
səhifə1/7
tarix23.06.2017
ölçüsü0.69 Mb.
  1   2   3   4   5   6   7

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

MAGİSTRATURA MƏRKƏZİ 

Əlyazması hüququnda 

 

Nəsirova Aytən Vaqif qızının 

 

“Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri” 

mövzusunda 

 

MAGİSTR DİSSERTASİYASI 



 

 İxtisasın şifri və adı:                      060213 “Beynəlxalq münasibətlər” 

 

      İxtisaslaşmanın adı:                   Beynəlxalq münasibətlər və diplomatiya 

 

 

 

Elmi rəhbər:                                                Magistr proqramının rəhbəri: 

Dos.  Seyodova.A.                                        Dos. Qurbanov R.M. 

 

 

 

Kafedra müdiri: Prof.B.M.Abdullayev    

 

 

 

 

 

BAKI – 2015 

 

MÜNDƏRİCAT 



Giriş………………………………………………………………...……….……....3 

I Fəsil. Separatizmin yaranması, müasir dünyada separatizmin beynəlxalq 

münasibətlərə təsiri……………………………………………………………......9 

 

1.1. Separatizmin yaranması və yayılması……………………………………..……9 



1.2. Azərbaycanda separatizm hərəkatının təzahürləri və erməni separatizmi........16 

1.3. Kürd separatizmi................................................................................................26 

1.4. Separatizm və Rusiya.........................................................................................34 

 

II Fəsil. Şovinizm, şovinist millətçiliyin müasir dünyada yeri və nəticəsi….…39 

 

2.1.  Şovinizmin ilk təzahürləri və yaranması……………………..……………….39 



2.2.  Erməni xalqının şovinist siyasəti.......................................................................42 

2.3.  Millətçiliyin ünsürləri və bu ünsürlərin insanların həyatına təsiri…………....47 

 

III FəsilSeparatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri..54 

 

3.1. Müasir dünyada separatizm və beynəlxalq münasibətlər...................................54 

3.2. Şovinist millətçilik nədir, müasir dünyada şovinist millətçiliyin özünü 

göstərməsi..................................................................................................................65 

 

 

Nəticə........................................................................................................................70 



İstifadə olunmuş ədəbiyyat siyahısı.......................................................................74 

Резюме 

Summary 

Referat 

 

 

Giriş 

       Mövzunun  aktuallığı.  Müasir  dövrdə  dövlətlər  daxilində  baş  verən 

separatizm və şovinizm prosesləri   dövlətlərin inkişafına , ərazilərinin kiçilməsinə və 

eyni  zamanda  ölkə  iqtisadiyyatının  zəifləməsinə  səbəb  olmuşdur.  Tədqiqatçılar 

müasir  dünyada  50  əsas  separatizm  ocağı  olduğunu,  220  milyon  əhalini  və  12,7 

milyon  kvadratkilometr  ərazini  əhatə  etdiyini  bildirirlər.  Coğrafi  tipinə  görə  Qərbi 

Avropaya 8,  Şərqi  Avropaya 12,  Asiyaya  14, Afrikaya 6,  Amerikaya 4,  islam  tipinə 

görə  isə  6  mərkəz  düşür.  Bunlardan  20-si  silahlı  qarşıdurma  xarakteri  daşıyır. 

Separatizm əsasən etnik mənsubiyyətdən qaynaqlanan bir hal olmaqla, həm də etnik-

dini zəmində özünü göstərir. Dünyada 180-dən çox dövlət var, onlardan yalnız 20-si 

etnik-monoton  ölkədir,  yəni  başqa  millətlərin  sayı  bu  ölkələrdə  5%-dən  aşağıdır. 

Dövlətlərin  40  faizində  isə ən azı 5 azsaylı xalq  yaşayır. Nəzərə alsaq ki, planetdə 8 

min  xalq  yaşayır  və  nəzəri  baxımdan  onların  hər  biri  müstəqilliyinə  can  ata  bilər, 

onda dünyanın  böyük qisminin  millətlərarası savaş  meydanına çevrilməsini təsəvvür 

etmək çətin olmaz. Dissertasiya işində separatizm və şovinist millətçiliyin yaranması, 

yayılması,  dövlətlər  arasında  yaratdığı  gərginlik  ,beynəlxalq  münasibətlərdə 

separatizmin dövlətlərin inkişafına göstərdiyi təsir, millətçiliyin bir dövlət üçün necə 

nəticələr verə biləcəyi öz əksini tapmışdır. 

         Tədqiqatın məqsədi. Dissertasiya işində tədqiqatın əsas məqsədi  separatizm 

və  şovinist  millətçiliyin  dünya  siyasətinə  təsiri,  sözügedən  proseslərin  qarşısının 

alınması yolları, dünya ölkələrinin bu vəziyyətdən necə çıxış yolu tapa biləcəkləri və 

eyni  zamanda  bu  proseslər  ərzində  dövlətlərin  inkişaf  perspektivlərini  müəyyən 

etməkdir. 

         XXI  əsrin  əvvəllərinə  yaxın  dünya  birliyi  beynəlxalq  sabitlik  üçün  əsas 

təhdidlərdən  biri  ilə  –  bu  və  ya  digər  formalarda  dünyanın  əksər  ölkələrində  özünü 

büruzə  verən  davakar  separatizmlə  üzləşmişdir.  Separatizmi  qidalandıran 

etnoslararası  münaqişələr  bəzi  hallarda  hərbi-siyasi  münaqişələrə,  hətta  dinc  əhali 

üçün faciəvi nəticələrə səbəb olan dövlətlərarası müharibələrə çevrilir. Bundan başqa, 



 

bir  çox  hallarda  beynəlxalq  terror  təşkilatlarının  gələcək  kadrları  məhz  bu 



münaqişələrdə  döyüş  təcrübəsi  keçirlər.  Bu  məhvedici  hadisənin  spesifik  cəhəti 

ondadır ki, burada “milli özünüdərkin oyanması”, “millətlərin öz müqəddəratını təyin 

etmə  hüququ”,  “istismar  olunan  xalqlara  azadlıq”,  “insan  haqları”,  “Vətənlə 

birləşmə” kimi  humanist demokratik ideyalar dəlilik həddinə çatmış qanlı hadisələrlə 

bir aradadır. Sonda bu, yeni “qanunsuz doğulmuş” və daha çox marginallaşmış və bir 

qayda  olaraq  dünya  birliyi  tərəfindən  tanınmayan  qurumların  meydana  gəlməsinə 

səbəb  olur.  Özü  də  gözə  çarpmasa  da,  sonda  burada  əsas  rolu  dağıdıcı  separatist 

prosesləri  “həvəsləndirən”  xarici  geosiyasi  amillər  oynayır.Bütün  bunları  nəzərə 

alaraq, dissertasiya işimdə həmin dağıdıcı separatist prosesləri “həvəsləndirən” xarici 

geosiyasi amilləri öyrənməyə çalışmışam. 



        Təcrübi  əhəmiyyəti.    Burada  əksini  tapan  təhlil  və  araşdırma  müddəaları, 

dövlətlərin həyata keçirdiyi proseslər ,separatizm və şovinist millətçilik proseslərinin 

qarşısının  alınması  yolunda  atılan  addımlar  ,  eyni  zamanda  bu  yolda  beynəlxalq 

təşkilatların təcrübə  və məlumatlarından yararlanmağa çalışmışam.  

        Müasir  beynəlxalq  münasibətlərdə  Ukraynada  baş  verən  olaylar,  xüsusilə  də 

Krımda  Rusiyanın  son  aktivləşməsi  və  muxtariyyətin  mərkəzdənqaçma  meyilləri 

postsovet  məkanında  da  separatizm  problemini  yenidən  gündəmə  gətirib. Nəzər 

yetirsək,  görmüş  olarıq  ki,  postsovet  məkanında  öz  inkişaf  yolunu  sərbəst 

müəyyənləşdirmək  istəyən  cəmiyyətlər,  müstəqil  siyasət  yeritməyə  meyil  edən 

dövlətlərin hər biri separatizmdən əziyyət çəkir.  



        Tədqiqatın predmeti və obyekti. Bura separatizm və şovinist millətçiliyin nə 

vaxt,  kimlər  tərəfindən  yaranması,  inkişaf  mərhələləri,  zamanla  dəyişməsi,  inkişaf 

etməsi  ,  fəaliyyət  istiqamətləri,  dünya  ölkələrində  bu  proseslərin  iqtisadiyyata, 

mədəniyyətə, dövlətlər arası  münasibətlərə  vurduğu ziyan  və zərərlər, eyni zamanda 

bu  proseslər  ərzində  dövlətlər  arasında  bu  yolda  olan  razılaşmalar,  separatist  və 

şovinit 


millətçilik 

meyllərinin 

arxasında 

duran 


qüvvələrin 

kimliyinin 

müəyyənləşdirilməsi  aiddir.  


 

        Separatizm  meyillərinin  arxasında  isə  birbaşa  Rusiya  amilinin  durması  heç 



kəsə  sirr  deyil.  Həm  Dağlıq  Qarabağ,  həm  Abxaziya  və  Osetiya,  həm  Dnestryanı, 

həm  də  son  vaxtlar  aktuallaşan  Qaqauziya  və  Krım  problemləri  açıq  şəkildə 

Rusiyanın  SSRİ-nin  şinelindən  çıxmış  dövlətlərə  təzyiq  vasitəsi  olduğunu  ortaya 

qoyur.  Qeyd  edək  ki,  ayrı-ayrı  postsovet  ölkələrində  mövcud  olan  sözügedən 

problemlərin  əksəriyyətinin  mövcudluq  tarixi  elə  həmin  dövlətlərin  yaşı  ilə  eynidir. 

Bu problemlərin həll olunmaması Rusiyanın marağında olmaqla həmin dövlətləri bir 

növ, özündən asılı vəziyyətə salmaq məqsədi daşıyır. 

        Dissertasiya işinin əsas tədqiqat sahəsi eyni zamanda separatizm və şovinist 

millətçilik proseslərinin  formalaşmasında rol  oynayan dövlətlərin  üzə çıxarılmasıdır. 

Separatçılığı  doğuran  səbəblər  sırasına  ilk  növbədə  ərazi  iddiaları  aid  edilsə  də, 

burada  siyasi  motivləri  də  nəzərdən  qaçırmaq  olmaz.  Bunlar  aşağıdakılardır:    - 

müxtəlif  etnik  qruplar  arasında  regional,  yerli  və  ya  dövlət  səviyyəsində  hakimiyyət 

uğrunda  mübarizə  (Dağıstanda  olduğu  kimi);  -  hər  hansı  bir  etnik  qrupun  vahid 

dövlət  daxilində  siyasi  status  uğrunda  apardığı  mübarizə  (Cavaxetiya  ermənilərinin 

indiki mərhu nisbəti dissertasiya ələdə Gürcüstan qarşısında qaldırdıqları tələb kimi); 

-  tam  müstəqillik  və  ya  “ana  vətənə”  birləşmək  uğrunda  mübarizə  (Dağlıq  Qarabağ, 

Cənubi  Osetiya,  Abxaziya  və  Kosovodakı  kimi).  Bundan  əlavə,  separatçılığa  rəvac 

verən  səbəblərdən  biri  kimi  iqtisadi  amillər  də  göstərilir.  Bu  mübahisəli  və 

müqayisəli  prosesləri  özüm  üçün  prioritet  hesab  etdiyimdən    bu  nisbəti  dissertasiya 

işimdə araşdıraraq verməyə çalışmışam.  



        İşin  strukturu  və  həcmi.  Dissertasiya  işinin  strukturu  qarşıya  qoyulan 

məqsədə  uyğun  olaraq  formalaşdırılmışdır.  Mövzu  quruluşu  girişdən  ,  üç    fəsildən  , 

nəticə  və  təkliflərdən  və  sonda  istifadə  olunmuş  ədəbiyyat  siyahısından  ibarətdir. 

Dissertasiya  işinin  yazılması  zamanı  informasiya  mənbəyi  kimi  mövzu  ilə  əlaqədar 

mövcud  milli  və  xarici  elmi  və  dərslik  ədəbiyyatından  ,  yerli  və  xarici  alimlərin  və 

mütəxəssislərin  araşdırmalarından,  internet  resurslarından  istifadə  edilmişdir. 

Dissertasiya işi ümumilikdə 78 səhifədən ibarətdir. 


 

       Dissertasiya  işinin  birinci  fəsli    “Separatizmin  yaranması,  müasir  dünyada 

separatizmin beynəlxalq münasibətlərə təsiri” adlanır.  Burada separatizmin yaranma 

tarixi  və    yayılması,  Azərbaycanda  separatizm  hərəkatının  təzahürləri  və  erməni 

separatizmi,  Kürd  separatizmi  haqqında  ətraflı  məlumat  verilmişdir.  Separatçılıq  

polietnik  və  ya  federal  dövlətdə  yaşayan  hər  hansı  bir  etnik,  yaxud  dini  qrupun  titul 

xalq və dini qrupla bərabər hüquqa malik dövlət qurmaq istiqamətində apardığı siyasi 

fəaliyyətdir.  Müasir  separatizm  hər  bir  xalqın  mütləq  qaydada  müəyyən  ərazidə  öz 

dövlətinə malik olmasına əsaslanmış öz müqəddəratını təyinetmə kimi yanlış prinsipə 

söykənir. Əslində isə belə bir prinsip nə hüquq nəzəriyyəsində, nə beynəlxalq, nə də 

milli  qanunvericilikdə  yoxdur.  Separatçılığın  ideoloqları  təbliğ  etdikləri  hərəkata 

xalqların  öz  müqəddəratını  təyin  etmək  hüququ  ilə  haqq  qazandırırlar.  Müasir 

dünyada  separatçılıq  hərəkatları  ilk  baxışda  oxşar  olsalar  da,  onların  yaranma 

səbəbləri, hərəkətverici qüvvələri, inkişaf tendensiyaları fərqlidir. 

        Azərbaycan  da  polietnik  dövlət  kimi  yarandığı  ilk  illərdən  etnik  separatçılıq 

problemi  ilə  üz-üzə  qalmışdır.  Təcavüzkar  erməni  separatçılığı  ilə  yanaşı, 

Azərbaycanda zaman-zaman ləzgi, talış, avar və kürd separatçılıqları da aktiv fazaya 

keçərək  milli  təhlükəsizliyə  ciddi  təhdid  yaratmışdır.  Bu  hərəkatların  oxşar  cəhətləri 

olsa da, onların yaranma səbəbləri, intişar fazaları və tarixləri bir-birindən fərqlidir. 

        Dissertasiya  işinin  ikinci  fəsli    “Şovinizm,  şovinist  millətçiliyin  müasir 

dünyada  yeri  və  nəticəsi”  adlanır.  Dissertasiya  işinin  bu  fəslində  Şovinizmin  ilk 

təzahürləri və yaranması, Erməni xalqının şovinist siyasəti, Millətçiliyin ünsürləri və 

bu ünsürlərin insanların həyatına təsiri qeyd olunub.   

        Şovinizm  sözü  ilə  millətçilik  eksterminizmin  müxtəlif  təzahürlərini  ifadə 

edirlər.  XIX  əsrin  70-ci  illərində  Böyük  Britaniyada  Şovinizm  xüsusi  ad  -

cinqoizm adını  almışdır.  Şovinizmin  digər  təzahürləri  sosial-şovinizm,  hakim 

millətçilik şovinizmidir. 



 

      İrqçi -  faşist  düşüncənin qaynağı şoven duyğularda  yatar. Şovinizm çox  vaxt  



irqçi  görüşlərlə    eynilik  təşkil  edir.  Bu  istiqamətləri  ilə  təcavüzkar  və  mürtəce 

xüsusiyyətlər  daşıyır.  Bu  yolla  "yurdunu,  vətənini  sevmə"  bəhanəsiylə  imperialist 

döyüşlər haqlı göstərilə bilər. Necə ki Birinci və İkinci Dünya Döyüşlərində kütlələri 

döyüşə  sürmək  üçün  istifadə  edilən  şovinizm  ən  həddindən  artıq  formasını  Hitler 

Almaniyası  və  Mussolini  İtalyasının  faşizminin  ideologiyasını  və  siyasətində 

tapmışdır. 



             Dissertasiya  işinin  üçüncü  fəsli    “Separatizm  və  şovinist  millətçiliyin 

beynəlxalq  münasibətlərə  təsiri”  adlanır.  Dissertasiya  işinin  bu  fəslində  Müasir 

dünyada separatizm və beynəlxalq münasibətlər və Şovinist  millətçilik nədir,  müasir 

dünyada şovinist millətçiliyin özünü göstərməsi haqqında qeyd olunub. 

  Dünyada  180-dən  çox  dövlət  var,  onlardan  yalnız  20-si  etnik-monoton 

ölkədir,  yəni  başqa  millətlərin  sayı  bu  ölkələrdə  5%-dən  aşağıdır.  Dövlətlərin  40 

faizində isə ən azı 5 azsaylı xalq yaşayır. Nəzərə alsaq ki, planetdə 8 min xalq yaşayır 

və nəzəri baxımdan onların hər biri müstəqilliyinə can ata bilər, onda dünyanın böyük 

qisminin  millətlərarası  savaş  meydanına  çevrilməsini  təsəvvür  etmək  çətin  olmaz. 

Hətta  sakit  Qərbi  Avropada  belə  separatizmin  dərin  kökləri  mövcuddur.  Böyük 

Britaniyada  irlandlar  və  şotlandlar,  İspaniyada  basklar  Fransada  korsikalılar  və 

başqalarının separatçı mübarizəsi 10 illərdir davam edir. 

 Avropa  Birliklərinin  yaradılması  digər  məqsədlərlə  yanaşı,  həm  də 

milliyyətçiliklə  mübarizə  aparmaq  və  post-milli  cəmiyyətlər  qurmaq  kimi  hədəflərə 

xidmət  edirdi.  Bununla  belə,  Avropa  liderləri  regional 

və  sub-dövlət 

milliyyətçiliyinin  potensialını  düzgün  hesablaya  bilmədilər.  Dövlətin  zəifləməsini 

şərtləndirən  Avropa  İttifaqı  sub-dövlət  elementlərinin  güclənməsi  ilə  nəticələndi. 

Artıq  bəzi  üzv  dövlətlərdə,  o  cümlədən  Belçika,  Böyük  Britaniya  və  İspaniyada 

parçalanma  ehtimalları  o  qədər  realdır  ki,  müzakirələr  atılacaq  növbəti  addımların 

üzərində qurulub. 

  Qısaca  milliyyətçilik  yox olmaq  istemiyən,  var olmaq və qalmaq, yüksəlmək 

və  ucalmaq  istəyən  millətlərin  imtina  edilməz  və  əsla  uzaqlaşdırıla  bilməyən 


 

ideologiyasıdır.  Milliyyət  hissi  ilə  milliyyətçilik  şüurunun  hər  nə  səbəb  və  surətlə 



olursa olsun bir millətə edilən ən böyük düşmənçilik və pislikdir. 

   Dissertasiya  işi  nəticə  ilə  tamamlanır.  Müasir  beynəlxalq  münasibətlər 

sistemi və dünya siyasətində mövcud olan dağıdıcı faktorlardan biri də separatizmdir. 

Separatizm  formasından  və  səviyyəsindən  asılı  olmayaraq,  beynəlxalq  təhlükəsizlik 

balansına  mənfi  təsir  edən  amillərdəndir.  Tarixin  müxtəlif  dönəmlərində  baş 

qaldırmış  separatist  meyillər  bəzən  kiçikmiqyaslı  -  məhəlli  müharibələrə,  bəzənsə 

millətlərarası ciddi qarşıdurmalara səbəb olmuşdur. Məsələn, tarixi  təcrübədir ki, bir 

sıra  imperiyalar  separatist  tendensiyalar  nəticəsində  parçalanmışdır.  Bundan  başqa, 

geniş  mənada  separatizm  faktiki  olaraq  bir  sıra  xalqların  tarixində  hərəkətverici 

(əslində, dağıdıcı) təsir qüvvəsi kimi çıxış etmişdir. Məsələn, bir sıra dövlətlər məhz 

separatizm  nəticəsində  yaranıblar.  Amma  separatist  hərəkətlənmələrin  fonunda 

yaranan dövlətlərin daim münaqişə və qarşıdurma içində olması da faktdır. Hər halda, 

XXI əsrdə separatist  meyillərə əsaslanan aktların ciddi qarşıdurma və qeyri-sabitliyə 

səbəb  olması  amilini  nəzərə  alsaq,  qeyd  edə  bilərik  ki,  bölücülük  dövlətlərin  ərazi 

bütövlüyü  və  suverenliyinə  qarşı  təhdid  olmaqla  yanaşı,  millətlərarası  ziddiyyət  və 

qarşıdurmaların da mənbəyini təşkil edir. 

 

 



 

 



 

 

 



 

I Fəsil. Separatizmin yaranması, müasir dünyada separatizmin beynəlxalq 



münasibətlərə təsiri 

 

1.1.  Separatizmin yaranması və yayılması 

 İlk  əvvəllər separasiya (lat. separatio-ayırma)  kimi  işlənən  bu  termindən  bərk 

maddələrin müxtəlif cinsli hissəciklərdən ibarət qarışıqlarını, emulsiyaları, habelə qaz 

və  ya  buxarda  bərk  və  maye  asılqanları  ayırma  prosesi  kimi  istifadə 

olunurdu. Separasiyadan faydalı  qazıntıların  zənginləşdirilməsində,  qaz  sənayesi, 

yeyinti (məsələn, qaymaq almaq, süd təmizləmək üçün) sənayesi və s. istifadə edilir. 

Separator  (lat.  separator-ayırıcı)  separasiya aparatı  mənasına  gəlir.  Separatorun 

müxtəlif  tiplərinin  iş prinsipi qarışıqdakı  komponentlərin  fiziki  xassələrinin 

müxtəlifliyinə əsaslanır. 

  Separatizm  (lat. separatisme - "ayrı"  deməkdir)  termini polietnik dövlətdə 

milli azlıqların ayrılaraq ayrı dövlət və ya milli dövlət muxtariyyəti yaratması səyləri 

mənasında  işlədilir.  Siyasi  arenada  daha  çox  işlədilən  bu  termin  dövlətdaxili  və 

dövlətlərarası  münaqişələrdə  özünü  aydın  göstərmişdir.  Beynəlxalq  siyasətdə  də  bu, 

bir  dövlətin  ərazisinin  digər  dövlət  tərəfindən  işğal  edilməsi  və  dövlət  ərazisinin 

parçalanması anlamına gəlir .

1

 



  Separatçılıq  –  polietnik  və  ya  federal  dövlətdə  yaşayan  hər  hansı  bir  etnik, 

yaxud  dini  qrupun  titul  xalq  və  dini  qrupla  bərabər  hüquqa  malik  dövlət  qurmaq 

istiqamətində  apardığı  siyasi  fəaliyyətdir.

2

  Müasir  separatizm  hər  bir  xalqın  mütləq 



qaydada  müəyyən ərazidə öz dövlətinə  malik olmasına əsaslanmış öz  müqəddəratını 

təyinetmə  kimi  yanlış  prinsipə  söykənir.  Əslində  isə  belə  bir  prinsip  nə  hüquq 

nəzəriyyəsində,  nə  beynəlxalq,  nə  də  milli  qanunvericilikdə  yoxdur.  Separatçılığın 

ideoloqları  təbliğ  etdikləri  hərəkata  xalqların  öz  müqəddəratını  təyin  etmək  hüququ 

ilə  haqq  qazandırırlar.  Demokratik  fəlsəfənin  bəhrəsi  olan  bu  haqq  hazırda  dünyada 

qəbul  olunmuş  azadlıq  və  bərabərlik  idealları  baxımından  mənəvi  cəhətdən  ilk 

                                                

1

 

İlham ismayıl  “Açıq separatizmin məxfi tərəfləri” 24.12.2010 

2

  Hall,  Raymond  L.  (1978). Black  Separatism  in  the  United  States.  Hanover,  New  Hampshire: 



University Press of New England. 

 


10 

 

baxışda  heç kəsdə şübhə doğurmamalıdır. Rusiyalı alim Yekatirina Naroçinskayanın 



fikrincə, “Öz müqəddəratını təyin etməyin azadlıq kimi özünəməxsus paradoksu var. 

Belə  ki,  heç  nə  ilə  məhdudlaşdırılmamış  azadlıq  öz-özünü  məhv  etdiyi  kimi,  öz 

müqəddəratını  təyinetmə  absolyut  kimi  qəbul  olunarsa,  dünyada  dövlət  adında 

məfhum olmaz.

3

 Belə ki, bu təqdirdə xaos və kollapsla nəticələnə biləcək bir-biri ilə 



konfliktdə  olan  saysız  tələblərin  zəncirvarı  reaksiyası  başlaya  bilər.  Milli 

ziddiyyətlərin  həll  olunma  yolu  kimi  separatizmin  fundamental  qüsuru  bax  budur”. 

Separatçılığı  doğuran  səbəblər  sırasına  ilk  növbədə  ərazi  iddiaları  aid  edilsə  də, 

burada  siyasi  motivləri  də  nəzərdən  qaçırmaq  olmaz.  Bunlar  aşağıdakılardır:  - 

müxtəlif  etnik  qruplar  arasında  regional,  yerli  və  ya  dövlət  səviyyəsində  hakimiyyət 

uğrunda  mübarizə  (Dağıstanda  olduğu  kimi);  -  hər  hansı  bir  etnik  qrupun  vahid 

dövlət  daxilində  siyasi  status  uğrunda  apardığı  mübarizə  (Cavaxetiya  ermənilərinin 

indiki  mərhələdə Gürcüstan qarşısında qaldırdıqları tələb kimi); - tam  müstəqillik və 

ya  “ana  vətənə”  birləşmək  uğrunda  mübarizə  (Dağlıq  Qarabağ,  Cənubi  Osetiya, 

Abxaziya və Kosovodakı kimi). Bundan əlavə, separatçılığa rəvac verən səbəblərdən 

biri  kimi  iqtisadi  amillər  də  göstərilir.  Belə  ki,  polietnik  dövlətlərin  bir  çoxunun 

iqtisadi cəhətdən  inki- şaf etməməsi səbəbindən bəzi  milli azlıqların sosial  vəziyyəti 

titul  xalqın  sosial  vəziyyətindən  daha  aşağı  olur  və  milli  azlıq  bu  bərabərsizliyə  son 

qoyulması  üçün  çıxış  yolunu  müstəqil  dövlətin  yaradılmasında  görür.  Müasir 

dünyada  separatçılığın  intişar  etməsinin  əsas  səbəbi  keçən  əsrin  sonlarından 

beynəlxalq  münasibətlər  sistemində  hökm  sürən  “ikili  standartlar”  siyasətidir

4

.  Həm 


milli  qanunvericilikdə,  həm  də  hüquq  nəzəriyyəsində  xalqların  öz  müqəddəratını 

təyinetmə  hüququ  konkret  bir  etnosa  deyil,  müəyyən  bir  ərazidə  yaşayan  xalqlara 

şamil olunur. Buna baxmayaraq, praktikada hər hansı bir etnosun öz dövlətini qurmaq 

tələbi ön plana çəkilir. Avropada və postsovet  məkanında keçən əsrin sonlarında baş 

verən  hadisələr  göstərdi  ki,  xalqların  öz  müqəddəratını  təyinetmə  tələbi,  bir  qayda 

olaraq,  vahid  dövlətin  parçalanması  formasında  realizə  olunmuşdur.  Buna  gətirib 

çıxaran  əsas  amil  kimi  bir  sıra  alimlər  tərəfindən  siyasi  və  hüquqi  ədəbiyyatda 

                                                

3

 Hall, Raymond L. (1978), Black Separatism in the United States, University Press of New England 



4

 

Utku Kızılok “Özerklik Tartışmaları ve Şovenizm” May 2014



 

11 

 

xalqların  öz  müqəddəratını  təyinetmə  doktrinası  şərh  edilərkən  dövlətlərin  ərazi 



bütövlüyü  prinsipinin  ikinci  plana  çəkilməsini  və  onun  parçalanmasına  haqq 

qazandırılmasını  göstərmək olar. Müasir dünyada separatçılıq  hərəkatları  ilk baxışda 

oxşar  olsalar  da,  onların  yaranma  səbəbləri,  hərəkətverici  qüvvələri,  inkişaf 

tendensiyaları  fərqlidir.  Məsələn,  bəzi  separatçılıq  hərəkatlarının  yaranma  səbəbləri 

xarici  amildən  (Azərbaycanda  baş  qaldırmış  erməni  və  ləzgi  separatçılığı  kimi), 

bəzilərinin  dövlətin  düzgün  olmayan  milli  siyasətindən  (Z.  Qamsaxurdiyanın 

hakimiyyəti  dövründə  Gürcüstanda  dövlət  siyasətinin  “Gürcüstan  gürcülər  üçün” 

prinsipinə  uyğun  aparılması  nəticəsində  Cənubi  Osetiya  və  Abxaziyada  separatçılıq 

hərəkatlarının  baş  qaldırması),  bəzilərinin  isə  tarixi  (Şimali  İrlandiyada  və 

İspaniyanın  Bask  torpaqlarında  cərəyan  edən  hadisələr)  aspektlərdən  asılı  olur

5



Bütün  polietnik  dövlətlərdə  daim  separatçılıq  əhvali-ruhiyyəsi  ilə  yaşayan  insanlar 



olur  və  bu,  qaçılmazdır.  Lakin  separatçılığın  intişarı  üçün  dövlətin  siyasi  həyatında 

bir neçə amilin təzahürü şərtdir

6



 Birincisi,  mərkəzi  hakimiyyətin  zəifləməsi  nəticəsində  yerli  xalqlar  arasında 



ziddiyyətlərin  baş  qaldırması  və  problemlərin  kökündə  milli  dövlətin  olmaması 

ideyasının təlqin edilməsi.  

İkincisi, milli azlığın daxilində ictimai fikri formalaşdıra biləcək yüksək təhsilli 

ziyalılar qrupunun formalaşması.  

Üçüncüsü, dövlətin parçalanmasında və sabitliyin pozulmasında maraqlı xarici 

qüvvələrin  mövcudluğu.  Məlumdur  ki,  xaricdən  maddi  və  texniki  dəstək  almayan 

separatçı  hərəkatlar  tez  bir  zamanda  dövlət  tərəfindən  söndürülür  (1993-cü  ildə 

Azərbaycanın cənub bölgələrində yaradılmış Talış Muğan Respublikasının aqibəti bu 

fikrimizin  təsdiqidir).  Separatçılıq  polietnik  cəmiyyətlərdə  milli  azlıqla  titul  xalq 

arasında  bu  və  ya  digər  səbəblərdən  yaranan  problemlərin  radikal  həllinə  yönəlmiş 

hərəkat  olduğu  üçün  birbaşa  terrorçuluğu  doğurur.  Terrorçuluqla  separatçılıq  eyni 

                                                

5

 

X. Malcolm (1964). By Any Means Necessary. New York City, New York 



6

  

Qarabağ xəbərləri “Harınlıqdan doğan separatizm”  28.09.2010



 

12 

 

mənbədən  qaynaqlanır



7

.  Bu,  konfliktlər,  qeyri-sabitlik,  dünyanın  barışmaz  şəkildə 

“biz”  və  “onlara”  bölünməsidir.  Separatçılıq  həmişə  milli  müstəqilliyin  daha 

təcavüzkar  tərəfdarlarının  terrorçuluq  fəaliyyəti  ilə  müşayiət  olunur  və  bu  elmi 

ədəbiyyatda “təcavüzkar separatizm” kimi təsnifatlaşdırılır.  

“Təcavüzkar  separatizm”  in  ən  bariz  nümunəsi  Dağlıq  Qarabağda  baş 

qaldırmış  erməni  separatçılığıdır.  Beynəlxalq  münasibətlər  sistemində  bir  qorxulu 

tendensiya  da  var  ki,  bu  da  separatçılığın  cəzalandırılması  əvəzinə  onun 

həvəsləndirilməsi  və  müəyyən  qüvvələr  tərəfindən  dəstəklənməsidir.  Məsələn, 

Kosovonun  Serbiyadan  ayrılmasının  Qərb,  Cənubi  Osetiya  və  Abxaziyanın 

Gürcüstandan  ayrılmasının  isə  Rusiya  tərəfindən  dəstəklənməsi,  Dağlıq  Qarabağda 

baş  verən  hadisələrin  beynəlxalq  birlik  tərəfindən  birmənalı  qiymətləndirilməməsi 

dünyanın bir sıra bölgələrində separatçıları ruhlandırır və onları “tam və qəti qələbə” 

uğrunda mübarizəyə həvəsləndirir. 

Beləliklə,  separatçılıq  cəzasız  qaldıqda  və  dəstəkləndikdə  ekstremist  xarakter 

daşımağa başlayır

8

. Separatçılıq qarşısında vahid dövlətin bölünməsi və yeni dövlətin 



yaranması məqsədini qoyduğu üçün hər bir ölkənin təhlükəsizliyinə və suverenliyinə 

qarşı yönəlmiş ciddi təhdiddir

9

. Çünki yeni dövlətin yaranması nəinki ərazinin itkisi, 



həm  də  bu  ərazidə  yerləşən  resurslardan  məhrum  olmaq  deməkdir.  Eyni  zamanda, 

dövlət  öz  sərhədlərində  özünə  qarşı  düşmənçilik  siyasəti  yürüdəcək  yeni  dövlətin 

mövcudluğu  ilə  barışmalıdır.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  separatçılığın 

ekstremizm,  ekstremizmin  isə  terrorçuluğu  doğurması  səbəbindən  onunla  mübarizə 

dövlətin  milli  təhlükəsizlik  sistemində  prioritet  vəzifə  kimi  qiymətləndirilməlidir

10



Bununla  bağlı  dünyada  cərəyan  edən  separatçılıq  hərəkatlarının  tarixinə  və  müxtəlif 

                                                

7

 

Nurlan Qələndərov “Separatizm neqativ geopolitik faktor kimi” 



8

 

Lenin “Sosyalizm ve Savaş” 



9

  Bell,  H.  H.,  Holly,  J.  T.,  &  Harris,  J.  D.  (1970).  Black  separatism  and  the  Caribbean,  1860.  Ann 

Arbor: University of Michigan Press. 

10

 Jenkins, B. L., & Phillis, S. (1976). Black separatism: a bibliography. Westport, Conn: Greenwood 



Press 

13 

 

dövlətlərin  onunla  mübarizə  siyasətinə  qısaca  nəzər  salaq.  Nə  qədər  paradoksal  olsa 



da,  sabit  və  iqtisadi  cəhətdən  inkişaf  etmiş,  əhalisinin  sosial  durumu  yüksək  olan 

Qərbi  Avropa  ölkələri  də  separatçılıqdan  əziyyət  çəkirlər.  Bu  da  öz  növbəsində 

separatçılığın  yalnız  zəif  inkişaf  etmiş,  qeyri-sabit  siyasi  və  sosial  duruma  malik 

üçüncü  dünya  dövlətlərinə  xas  hal  olması  fikrini  alt-üst  edir.  Qərbi  Avropa 

separatizmi  (Böyük  Britaniyada  Şimali  İrlandiya,  İspaniyada  Basklar  ölkəsi  və 

Kataloniya,  Fransada  Korsika,  Belçikada  Flandriya  )  etnokonfessional  və  sosial-

iqtisadi  amillərin  aparıcı  rol  oynaması  ilə  xarakterizə  olunur

11

.  Qərbi  Avropada 



separatçılıq  ocaqları  -  Şimali  İrlandiya,  Korsika  və  Basklar  ölkəsi  istisna  olmaqla  - 

uzun  müddətdir  ki,  dövlətin  sabitliyinə  mənfi  təsir  etmir.  Burada,  məsələn, 

Kataloniya  və  Flandriyada  əhalinin  yüksək  ictimai  fəallığı  sivil  siyasi  mübarizə 

həddini  aşmır.  Bask  separatçılarının  terrorçu  təşkilatı  olan  ETA  öz  fəaliyyətini 

Frankonun  repressiv  rejimi  ilə  mübarizə  dövründə  başlamış,  lakin  demokratiya 

bərqərar  olunduqdan  sonra  da  terrorçuluqdan  əl  çəkməmişdir.  Terrorçu  İrlandiya 

Respublika  Ordusu  (İRO)  Britaniyaya  qarşı  antikolonial  xalq  hərəkatı  zamanı 

yaradılmış  və  keçən  əsrin  60-cı  illərinin  ortalarınadək  demək  olar  ki,  fəaliyyət 

göstərmirdi.  Lakin  Şimali  İrlandiyada  protestantlar  Londonun  dəstəyi  ilə  katolik 

azlığa  qarşı  hücuma  keçəndə  İRO  terrorçuluq  fəaliyyətinə  başladı.  Sonradan  rəsmi 

London özünün irland siyasətinin səhv olduğunu dərk edib müəyyən pozitiv addımlar 

atsa da, bu  gecikmiş tədbirlər terrorun  qarşısını ala bilmədi.  Bir qayda olaraq, Qərbi 

Avropa  separatçılarının  məqsədi  müstəqil  dövlət  qurmaq  deyil,  mövcud  sərhədlər 

çərçivəsində  maksimal  milli-mədəni,  iqtisadi  və siyasi  muxtariyyət qazanmaqdır. Bu 

münaqişələr, İrlandiya və ABŞ-dakı irland diasporundan dəstək alan Şimali İrlandiya 

separatçıları  istisna  olmaqla,  demək  olar  ki,  xaricdən  müdaxiləyə  məruz  qalmırlar. 

Əhalinin  əsas  hissəsi  müstəqil  ya-  şamağın  qeyri-müəyyən,  aydın  olmayan 

perspektivlərinə  daha  çox  ümidsiz  baxır.  Beləliklə,  müstəqil  dövlət  yaratmaq 

istiqamətində  yarana  biləcək  çətinliklərdən  çəkinməklə  əhali  emosional  deyil,  daha 

praqmatik  qərar  qəbul  edir.  Separatizm  problemi  həddindən  artıq  mürəkkəb  olduğu 

                                                

11

 



Samin Həsənov “Separatizm və dini amillər”,  Dirçəliş – XXI əsr – 2008, Bakı

 

 



14 

 

üçün  onun  həllinə  Burundi,  Ruanda,  Zair  və  ya  Şri-Lankadakı  kimi  hərbi  güc 



vasitəsilə nail olmaq mümkün deyil. Məsələn, Türkiyədə keçən əsrin 30-cu illərindən 

başlayaraq  bir  neçə  dəfə  kürd  separatçılığı  baş  qaldırmış,  dövlət  hərbi  güc  tətbiq 

edərək bu qiyam ocaqlarını lokallaşdırmış, lakin bir müddət keçdikdən sonra partizan 

hərəkatı yenidən alovlanmışdır

12

. Yaxud bu yaxınlarda Şri-Lankada Tamil pələngləri 



hərəkatının  ordu  tərəfindən  yatırılmasına  və  hərəkatın  nəzarəti  altında  olan  ərazilərə 

mərkəzi  hakimiyyət  orqanlarının  qayıtmasına  baxmayaraq,  prezident  seçkiləri 

ərəfəsində  tamillərin  yaşadığı  bölgələrdə  terror  aktları  həyata  keçirildi.  Dünya 

ictimaiyyəti  separatçılıqla  mübarizə  sahəsində  diplomatik  səylərdən  hərbi  güc 

tətbiqinədək,  münaqişə  tərəflərindən  birini  dəstəkləməkdən  münaqişəyə  beynəlxalq 

müşahidəçiləri  cəlb  edərək  onun  həllini  beynəlxalq  təşkilatların  öhdəsinə 

buraxmağadək  bir  çox  tədbirlər  sistemini  sınaqdan  çıxarıb.  Bəzi  hallarda 

münaqişənin aktiv fazasının söndürülməsinə nail olunsa da, separatçı hərəkatları tam 

ram etmək  mümkün  olmamışdır.  Belə ki,  hazırda dünyanın beynəlxalq  münasibətlər 

sistemi  özündə  separatçılığa  qarşı  təsirli  mübarizə  metodlarını  və  cinayətkarların 

cəzalandırılmasını  ehtiva  edən  hüquqi  normalara  və  onların  realizə  mexanizminə 

malik deyil. Bu, onu göstərir ki, separatçılığın tam aradan qaldırılması mümkün deyil. 

Onun  yalnız  ekstremist  fazaya  keçməsini  əngəlləmək  olar.  Bunun  üçün  isə 

beynəlxalq təşkilatlar ikili standartlardan çıxış etməməli, hər bir münaqişənin ədalətli 

həlli  üçün  maksimum  səylərini  artırmalı,  BMT-nin  mövcud  sənədlərini  rəhbər 

tutmalıdırlar. Belə ki, BMT tərəfindən etnik zəmində yaranmış münaqişələrin həllinə 

dair kifayət qədər effektiv mexanizmlər işlənib hazırlanmışdır

13

. Bu mənada BMTnin 



suverenləşmənin  sərhədlərini  məhdudlaşdıran  “Sülh  Proqramı”  adı  altında  tanınan 

konsepsiyası  mövcuddur.  Həmin  sənəddə  etnik  zəmində  münaqişələrin  həllinin  və 

yeni  dövlətlərin  yaradılmasının  yalnız  ikitərəfli  razılaşma  əsasında  mümkünlüyü  öz 

əksini  tapıb.Separatizm  öz  aktiv  fazasına,  adətən,  dövlətdə  sosial-iqtisadi  və 

ictimaisiyasi  qeyri-sabitlik  dövründə  keçir  və  ekstremizmlə  müşayiət  olunur.  Bu 

                                                

12

 

Anderson,  Talmadge;  Stewart,  James  B.  (2007), Introduction  to  African  American  studies: 



Transdisciplinary Approaches and Implications 

13

 Little, Malcolm (1964), The Ballot or the Bullet, April 4, 1964



 

15 

 

fazada  separatçı  bölgələrdə  yerli  əhali  arasında  güclü  təbliğat  işi  aparılır,  insanlarda 



çaş-  qınlıq  və  dövlətə  inamsızlıq  hissləri  yaradaraq  onları  mərkəzi  hakimiyyət 

orqanlarına  itaətsizlik  aksiyalarına  cəlb  edirlər.  Daha  sonra  ekstremist  əhvali-

ruhiyyəli  gənclərdən  ibarət  yaraqlı  dəstələri  yaradılır  və  separatçılıq  açıq  silahlı 

qarşıdurma fazasına daxil olur. Separatçılığın intişar etməsində xarici amilin rolu çox 

böyükdür. Belə ki, heç bir separatçı hərəkat xaricdən dəstək almasa, böyük miqdarda 

maliyyə  vəsaitinin  və  texniki  vasitələrin  (o  cümlədən  silah)  tələb  olunduğu  aktiv  və 

silahlı qarşıdurma fazalarına keçə bilməz. 

      Dünyanın  bir  çox  yerində  ulus-dövlətlər  separatçı  hərəkətlərlə  baş  edə 

bilmənin  yollarını  axtarır.  Hər  separatçı  hərəkətlə  bir  siyasi  təşkilatlanma  modeli 

olaraq qanuniliyi bir az daha aşınan ulus-dövlət, bu separatçı hərəkətlərin hədəfindəki 

dövlət  modeli  olunca  yeni  bir  adla  yenidən  ortaya  çıxarılmış  olur.  Separatçı 

hərəkətlərlə  demokratik  yollarla  mübarizə  edə  bilmək  üçün  avtoritar  dövlətlərin 

demokratikləşdirilməsi,  təməl  insan  hüquqlarına  hörmət  göstərilməsi,  federalizm, 

asimmetrik  səlahiyyət  dövrü,  ortaqlıq  demokratiyası  və  ya  çokkültürcülük  və  çox-

ulusluluk  kimi  üsullar  məsləhət  göstərilir

14

.  Demokratiyası  zəif  və  fərdi  hüquqların 



zəmanətdə  olmadığı  ölkələrdə  separatçı  hərəkətlərin  varlığı  adi  qarşılanır,  ancaq 

yaxşı  işləyən  bir  demokratiyaya  sahib  olan  Kanada,  İspaniya,  İtaliya,  Fransa, 

İngiltərə, Belçika kimi Qərb demokratiyalarının da  bənzər şəkildə separatçı tələblərlə 

qarşı-qarşıya  qalması  başları  qarışdırır.  Rawlsa  görə,  konstitusiya  demokratik  dövlət 

ədalətli  dövlətdir,  çünki  əsas  insan  hüquqları  və  siyasi  hüquqların  bütün  vətəndaşlar 

üçün  bərabər  olaraq  təmin    və  mühafizə  edildiyi  tək  siyasi  nizamdır.  Liberal 

demokratik ədalət anlayışına görə, konstitusiyasında təməl mədəni və siyasi hüquqlar 

zəmanət  altına  alan  hər  dövlət  ədalətli  dövlətdir  və  Şimali  Amerika  və  Qərbi 

Avropadakı  konstitusiyalı  demokratiyaya  sahib  olan  dövlətlər  "Mükəmməl"  ədalətli 

dövlətlər  olduğundan,  bu  ölkələrdən  ayrılma  tələbləri  haqlı  görülməz  ,ancaq  bu 

ölkələr  mükəmməl  ya  da  məqbul səviyyədəədalətlidirlərsə, Kanada, İspaniya,İtaliya, 

                                                

14

 

Hüseyin Kalaycı - Ayrılıkçılık Kanada 



 

16 

 

İngiltərə,  Belçika  və  Fransa  kimi  konstitusiyalı  demokratik  dövlətlərdə  separatçı 



hərəkətlərin ortaya çıxışı necə açıqlana bilər? 

   Separatizm  problemi  ilə  demokratik  yollardan  mübarizə  edə  bilmək  üçün  tez-

tez tövsiyə edilən  federasiya  modelini  uzun  illər tətbiq etmək  və eyni zamanda  yenə 

ulus-dövlətin böhranına həll olaraq təklif edilən çokkültürcülüğü rəsmi siyasət olaraq 

qəbul etmək lazımdır. 

 


Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə