NƏSĠman yaqublu


II. Ġngiltərə, Amerika və SSRĠ yaxud 3-cü artıqdır



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix01.01.2017
ölçüsü1,55 Mb.
#3900
1   ...   9   10   11   12   13   14   15   16   17

 
II. Ġngiltərə, Amerika və SSRĠ yaxud 3-cü artıqdır 
 
Stalini qaçılmaz ölümdən ingilis-amerika köməyi qurtardı. Belə bir kömək 
olmadan  nə  Stalinqrad,  nə  də  Şərqdə  irəliyə  doğru  hərəkət  olacaqdı.  Əksinə,  o, 
1943-44-cü  illərdə  tamamilə  darmadağın  ediləcəkdi.  Həqiqət  budur.  Ancaq  Stalin 
hesab  edir  ki,  o,  təkbaşına  Almaniyaya,  Yaponiyaya  qalib  gəlib,  İngiltərə  və 
Amerika  isə  sadəcə  iştirakçı  və  mübarizə  yoldaşı  olmuşlar.  Bunu  bütün  dünya 
kommunistləri  müxtəlif  ladlarda  təkrar  edir  və  Stalin  Avropanın,  Britaniya 
imperiyasının və Amerikanın xilaskarı kimi təqdim olunur. Hansı ki, Stalinin özü 
və rejimi öz xilasları üçün İngiltərə və Amerikaya borcludurlar. İndi o, Avropada, 
Çində, İranda yaşayan xalqları ələ salır. Misir, Hindistan, Suriya və başqa ölkələrin 
xalqlarını qıcıqlandırır, ingilis dünyasına qarşı bütün xalqların kommunist blokunu 
yaradır  və  cənab  Çörçilin  nitqinə  cavabında  ingilis  dünyasını  ələ  salmaqdan  və 
təhqir etməkdən çəkinmir. Bütün bunlar Qərb demokratiyasının səhlənkarlığı, zərif 
xarakterliyi və zərif sentimentallığı üzündən baş verir. 

Bunlar ona görə baş verir ki, İngiltərə, xüsusən Amerika SSRİ və “köhnə 
demokrat” Stalinlə birlikdə demokratik dünya qurmaq istəyir. Belə cəhd dünyanın 
bütün  xalqlarının,  ilk  növbədə  isə  ingilis,  amerikalı,  rus,  ukraynalı  və  türk-
müsəlman xalqlarının  maraqlarının əksinədir. Yoxsa  Stalinin DSSRİ,  yəni Dünya 
Sovet  Sosialist  Respublikaları  İttifaqı  qurmaq  uğrunda  hazırladığı  III  Dünya 
müharibəsi  bütün  ağırlığı  ilə  bu  xalqların  üzərinə  düşəcək.  Əgər  Sizin  Rusiyaya, 
Ukraynaya, Türküstana, Azərbaycana və eyni zamanda ruslara, ukraynalılara, türk-
müsəlmanlara,  qafqazlılara  və  başqalarına  rəğbətiniz  varsa,  onda  siz  bu  xalqlara 
SSRİ-dən,  “doğma  ata”  Stalin  və  onun  kommunizmlərilə  birlikdə  beynəlxalq 
avantürist  dəstəsindən  qurtarmaq  üçün  yardım  etməlisiniz.  Əgər  Siz  daimi  sülhə 
nail olmaq istəyirsinizsə, o zaman bunu Rusiya, Ukrayna, Azərbaycan, Türküstanla 
birlikdə  edə  bilərsiniz,  nəinki  SSRİ  ilə  ruslar,  ukraynalılar,  türklərlə  birlikdə  edə 
bilərsiniz, nəinki bolşevik-kommunist beynəlmiləlçilərlə. 
Hazırda  SSRİ  Ali  Sovetinin  sessiyası  keçirilir.  Orada  yenə  də  gurultulu, 
sonsuz  alqışlar,  kapitalist  mühasirəsi  haqqında  həmişəki  boş  söhbətlər,  bütün 
xalqları  səfərbər  vəziyyətdə  hazır  saxlamağın  labüdlüyü,  Qızıl  Ordunu 
möhkəmləndirmək  kimi  müzakirələr  gedir.  Bütün  bunlar  bizim  xalqların 
marağındadırmı? 
Bizim  bədbəxt  xalqların  “DSSRİ”  yaratmağa  bütün  güc  və  vəsait 
qoyduqlarını  görmək  bizi  ağrıdır.  Nə  üçün  biz  SSRİ-yə,  kommunizmə,  Stalinə 
qarşı  mübarizə  bayrağı  qaldırdıq?  Çünki,  biz  daha  kommunizm  uğrunda  vuruşan 
ata  və  qardaşlarımızın  qanını  görə  bilmirik,  çünki,  biz  bu  xalqların  gələcəkdə 
İngiltərə və Amerikaya qarşı vuruşmalarını istəmirik. Əksinə, biz Sizinlə və bütün 
dünya xalqları ilə sıx dostluq şəraitində yaşamaq istəyirik. İngiltərə və Amerikanın 
Stalinlə  müttəfiqlik  əlaqələrini  davam  etdirməyə  və  bununla  da  Stalin  rejimini 
möhkəmlətməyə və bizim xalqlarımızı bolşevik boyunduruğuna dözməyə  məcbur 
etməyə heç bir mənəvi haqqı yoxdur. 
İngiltərə  və  Amerika  SSRİ-ni  demokratik  ölkələr  sırasında  görmək  və 
kommunizmi  demokratik  hadisə  hesab  etməklə  kommunist  hərəkatına  tarix  boyu 
görünməmiş  vüsət  vermiş  oldular.  Kommunizmin  gücü  də  elə  bundadır. 
Kommunizmin  gücü  ondadır  ki,  İngiltərə  və  Amerika  SSRİ-nin  tərəfdarıdır. 
Kommunizmin  gücü  ondadır  ki,  İngiltərə  və  Amerika  Stalinlə  qanunsuz 
mövcudluğuna  can  atırlar.  Onlar  SSRİ  və  kommunizmin  mövcud  olması  üçün 
“Qərb demokratiyası” və “Şərq demokratiyası” nəzəriyyələrini yaradırlar. Hansı ki, 
həqiqətdə  belə  deyilməlidi;  “Qərb  demokratiyası”,  “Kommunist  despotizmi”. 
Kommunizmin  gücü  ondadır  ki,  onun  vətəni  yoxdur,  o,  beynəlmiləldi,  ancaq  bir 
mərkəzdən idarə olunur və bir atası var. Alya Kusinen, Dimitrov, Torez, Tolkatti, 
Bela-Kuna,  Qallaxera,  Hani  Pollita  və  başqaları  üçün  bu  mərkəzin  və  atanın 
direktivləri hər şeydir, öz vətəninin və öz xalqının maraqları isə heç nə. Məsələn, 
Triestin Yuqoslaviyaya verilməsi kommunizmin maraqlarına uyğundur və Tolkatti 
bunun İtaliyaya ağır zərbə olacağını düşünmədən asanlıqla razılaşır. 

Kommunizmin gücü onun amansızlığında, həyasızlığında, insanları alçaq 
hisslərə  qaldırmağındadır.  Odur  ki,  kommunizm  bütün  münasibətlərdə  Qərb 
demokratiyasından  güclüdür  və  bir  müddətdən  sonra  o,  qəddarlıqla  Qərb 
demokratiyasını boğacaq. Zaman kommunizmin himayədarıdır. Vaxt onun xeyrinə 
işləyir,  Qərb  demokratiyasının  yox.  Yaxın  5-10  ildə  SSRİ-nin  qalması  şəraitində 
nələr  baş  verə  bilər?  Birinci  növbədə  Moskvanın  nəzarətində  olan  bütün  Avropa 
ölkələri  kommunizmlə  panslavizmin  uğurlu  birləşməsi  nəticəsində  SSRİ-nin 
tərkibinə  daxil  olacaqlar.  Bismark  ideyalarının  kommunizmlə  birləşdirilməsinin 
uğurlu  nəticəsi  əsasında  sonda  onu  SSRİ  tərkibinə  qatmaqla  Almaniyanın 
sovetləşdirilməsi  həyata  keçiriləcək.  Bu,  Kayzer  Almaniyası  ilə  çar  Rusiyasının 
ittifaqından  da  güclü  olacaq.  Sözsüz  ki,  sovet  Almaniyası  SSRİ-nin  tərkibində 
özünə layiqli yer tutacaq. Çünki, bu çoxmilyonlu, yüksək sivilizasiyalı, əməksevər 
və yaradıcı xalq SSRİ məkanında öz biliyini geniş tətbiq edə, texnika və sənayedə 
möcüzələr yarada və digər “qardaş” sovet respublikaları ilə birlikdə külli miqdarda 
nəinki  atom,  hətta  elektrik  bombalar  da  istehsal  edə  biləcək.  Bunun  üçün  vəsait 
tapılar.  Bütün  bunlar  bir  şüar  altında  həyata  keçiriləcək:  “İngilisdilli  köləliyə 
düşməmək!” 
İndi  cənab  Çörçil  Allaha  şükür  edir  ki,  gizli  atom  bombaları  İngiltərə-
Amerika  və  Kanadadadır.  Əgər  bomba  Stalində  olsaydı,  o,  Sizinlə  danışmaq 
istəməzdi və Sizi bir dəqiqə belə nəfəs almağa qoymazdı. Ancaq, hansısa bir ixtira 
uzun müddət gizli qalıbmı? Əlbəttə, yox. Fərq ondadır ki, bəziləri kəşf edirlər və 
əgər istifadə etməyə imkan tapmırlarsa, onu başqaları tezliklə mənimsəyirlər. 
Alman  baş  və  əlləri  sovet  gücü  ilə  birləşdikdə  öz  işini  görəcək. 
Sovetləşmə prosesi Asiyada da həyata keçiriləcək. İranda, Çində, Koreyada o, əlini 
Yaponiyaya  da  uzadacaq  və  o,  bütün  Asiyada  Sizin  hər  ikinizdən  -  İngiltərə  və 
Amerikadan güclü olacaq. O, çinliləri Amerika kimi danışıq  və təbəssümlə deyil, 
qılınc  və  demoqoqluqla  kommunizmin  qırmızı  bayrağı  altında  birləşdirəcək. 
Gördüyünüz kimi, səfir general Marşalın təbəssümü də yardım etmədi. Hətta onun 
Çan Kay Şi və kommunist nümayəndələri arasında oturmağı da köməyinə çatmadı. 
1938-ci  il  sərhədlərindən  uzaqlaşan  SSRİ  mövcud  olduqca  nə  UNO,  nə  də  cənab 
Çörçilin  beynəlxalq  ordusu  yardımçı  olmayacaq  və  dünya  mütləq  III  Dünya 
müharibəsinə  doğru  gedəcək.  Qədim  rus  məsəli  var:  “Üçüncü  artıqdır”  və  daimi 
sülh yaratmaq işində SSRİ 3-cüdür və zərərli artıq olandır. Hələ Amerika Stalinə 6 
milyon borc  vermək istəyir. Amerikalılar soruşa  bilərlər: “SSRİ bu borcunu  necə 
qaytaracaq?  Aydındır  ki,  SSRİ  Amerika  xalqına  borcunu  ona  arxadan  güllə 
vurmaqla,  onların  başına  atom  və  nüvə  bombaları  yağdırmaqla  qaytaracaq.   
Amerika kapitalistləri sevinirlər ki, SSRİ-ni və dağılmış Avropanı tikib qurmaqla 
böyük  gəlir  əldə  edəcəklər.  Yox,  onlar  gəlir  əldə  etməyəcəklər.  Onlara  yalnız   
imkan  verəcəklər  ki,  kapitallarını  çıxarsınlar  və  sonra  NEP-in  ləğv  edilməsi 
dövründə  (1929-31)  olduğu  kimi  qovacaqlar.  Axı,  hamı  gördü  ki,  yerin  1/6 
hissəsinin  dünyadan  təcrid  olunması  üzündən  əhali  böhran  və  işsizlik 

məngənəsində idi. İndi isə daha pis olacaq. Çünki, İngiltərə və Amerika SSRİ-nin 
sərhədlərini bir az da genişləndiriblər. 
Qoy  bunu  ingilis  və  amerikan  fəhlələri  də  bilsinlər.  Sonra  cənab  Çörçil 
təklif edir ki, 1946-cı ildə SSRİ ilə bütün bəndlər üzrə danışıqlar aparılsın. 1946-cı 
ildə  SSRİ-nin  olduğu  bəndləri  vurmaq  lazımdır.  Onu  Yaponiyada,  Koreyada, 
Çində,  Bolqarıstanda,  Macarıstan,  Polşa,  Yuqoslaviya,  Finlandiya,  Estoniya, 
Latviya,  Litvada,  Almaniya,  Avstriya,  Çexoslavakiyada  və  ən  əsası  Rusiya, 
Ukrayna, Türküstan, Qafqaz və İranda vurmaq lazımdır. 3-cü və zərərli artıq olanı 
vururlar, onunla danışıqlara getmirlər. 
 
III. Sülhsevər UNO, yoxsa qanlı DSSRĠ. Ġngiltərə və Amerika Allah 
və bəĢəriyyət qarĢısında öz borcunu ödəməli və yer üzündə davamlı və əbədi 
sülhü bərqərar etməlidir 
 
İngiltərə  və  Amerikanın  maddi  və  mənəvi  gücü  Sizə  daha  yaxşı 
məlumdur. Onlara əlavə olaraq, İngiltərə və Amerikanın gücü bir daha ondadır ki, 
bu  gün  də  bütün  dünya  xalqları  hələ  Sizə  inanırlar.  Baxmayaraq  ki,  SSRİ-yə 
meyllənənlərin vətəni var və onlar hakimiyyətdədirlər. (Tito və b.). Ancaq İngiltərə 
və  Amerikaya  meylli  olanlar  vətənsiz  qalıblar.  Bunlar  kral  II  Pyotr,  kral  Əhməd 
Zoqu, generallar Anders, Mixayloviç və başqalarıdır. 
Bu gün İngiltərə və Amerikanın gücü bir də ondadır ki, bütün mütərəqqi 
və  vətənini  sevən  insanlar  onların  tərəfindədir.  İngiltərə  və  Amerikanın  ittifaqı, 
daha  doğrusu  Stalinlə,  SSRİ  və  kommunizmlə  bağlanmış  qanunsuz  müqavilədən 
imtina  etmələri  kifayətdir  ki,  bolşevizm  tərəfındən  əzilmiş  bütün  xalqlar  öz 
azadlıqları  və  müstəqillikləri  uğrunda  müharibəyə  başlasınlar.  Biz  hamıdan  çox 
maraqlıyıq  ki,  bu  müharibə  daha  çox  siyasi  olmalı  və  bolşevizmin  əzdiyi  xalqlar 
tərəfindən  aparılmalıdır.  Biz  rus,  ukraynalı,  türk-müsəlman,  qafqaz,  polyak, 
yuqoslav, bolqar, macar, fin, baltikyanı və başqa xalqlardan ibarət xilaskar ordular 
təşkil edəcəyik. Ola bilər ki, ilk vaxtlar üçün bu orduların sayı çox az olsun, ancaq 
onların  siyasi  əhəmiyyəti  böyük  olacaq.  Bu  ordular  günbəgün  artacaq.  Onlar 
mübarizəni  nəinki  cəbhədə,  əsaslı  şəkildə  ölkə  içində  aparacaqlar.  Bu  ordulara 
rəhbərlik etmək  üçün  ümumi  antibolşevik qərargah  yaradacağıq. Biz  bolşevizmin 
əzdiyi  bütün  xalqların  nümayəndələrindən  ibarət  konqres  çağıracaq  və  bolşevik-
kommunizmi  bütün  dünya  qarşısında  ifşa  edəcəyik.  Biz  ayrıca  Ümumslavyan 
Konqresi  çağırıb  orada  Stalin-kommunist  panslavizminin  iç  üzünü  açacağıq.  O 
zaman  hər  bir  slavyana  aydın  olacaq  ki,  yer  üzündə  Stalindən  çox  əlləri  slavyan 
qanına batmış ikinci bir adam yoxdur və əgər SSRİ mövcud olacaqsa, milyonlarla 
slavyanın  həyatı  dünya  inqilabına  qurban  veriləcək.  Biz  hər  hansı  bir  müsəlman 
ölkəsində 
bolşevizmin 
əzdiyi 
40 
milyonluq 
müsəlman 
dünyasının 
nümayəndələrindən  ibarət  Konqres  çağıracağıq.  Heç  bir  şübhə  yeri  yoxdur  ki, 
Almaniyanın, Çinin və başqa ölkələrin bütün demokratik qüvvələri bizimlə olacaq. 

İnanmaq  lazımdır  ki,  İtaliyanın  indiki  xristian-demokrat  hökuməti  lap  əvvəldən 
axıracan  öz  xalqını  İngiltərə  və  Amerikanın  ardınca  aparacaq.  İngiltərə  və 
Amerikanın  köməyi  ilə  Atlanta  Xartiyasının  bayrağı  altında  biz  bolşevizmi  və 
SSRİ-ni  məhv  edəcək  və  Rusiya,  Ukrayna,  Türküstan,  Azərbaycan,  Qafqaz 
yaradacağıq. Bununla da bütün müharibələrə nöqtə qoyulacaq. 
Biz  İngiltərəni,  Amerikanı  və  dünyanın  digər  ölkələrini  qanlı  “DSSRİ” 
tərkibində görmək istəmirik. Biz Rusiyanı, Ukraynanı, Türküstanı, Azərbaycanı və 
Qafqazı bütün ölkələrlə  birlikdə  sülhsevər UNO  (Birləşmiş Millətlər  Cəmiyyəti  - 
N.  Y.)  cərgəsində  görmək  arzusundayıq.  Tanrı  bizə  kömək  olsun!  Mən  İngiltərə 
kralına, əlahəzrət kralın hökumətinə, Sizə və bütün ingilis xalqına həyatda uğurlar 
arzulayıram.” (369, 111) 
Lakin  mayor  Ə.  Düdənginskinin  ciddi  problemlər  qaldırdığı  bu  məktub 
sonradan cavabsız qaldı. 
Azərbaycan legionerlərindən imkan tapıb Cənubi Amerikaya, Amerikaya, 
Argentinaya,  Fransaya,  İsveçrəyə,  Çinə  də  gedənlər  oldu.  Keçmiş  legioner,  sovet 
ordusunda  leytenant,  Almaniya  ordusunda  qauptman  olmuş  K.  Ələsgərli 
xatirələrində yazırdı ki, o, vətənə qayıdıb həyatını məhv etməkdənsə, Uyğur türkü 
Günbatay  Çingiz  adı  altında  Çinə  getmiş,  ölkənin  vətəndaşlığını  qəbul  etmiş  və 
səkkiz ilə qədər orada yaşamışdı. (262) K. Ələsgərli yalnız 1955-ci ildə Xruşşovun 
verdiyi bəraətdən sonra Azərbaycana qayıtmışdı. 
Qeyd etdiyimiz kimi, SSRİ-yə qayıdan əsirləri və legionerləri ağır cəzalar 
gözləyirdi. Stalinin 1941-ci ilin 16 avqustunda verdiyi 270 saylı əmrə əsasən əsir 
düşmüş bütün sovet əsgərləri qiyabi olaraq güllələnməyə məhkum edümişdilər. 
Müttəfıq  dövlətlərdən  olan  İngiltərə  1944-1946-cı  illərdə  32.259  hərbi 
əsiri Sovet hökumətinə təhvil vermişdi. Hərbi əsirlərin təhvil verilmə əməliyyatına 
İngilis  feldmarşalı  Aleksandr  başçılıq  edirdi.  1919-1920-ci  illərdə  bolşeviklərə 
qarşı vuruşmuş feldmarşal Aleksandr əvvəlcə əsirləri verməkdə tərəddüd göstərsə 
də, sonradan şəxsən Çörçildən ciddi xəbərdarlıq almış, əmrə tabe olmuşdu. 
Təəssüflər  ki,  müttəfiq  dövlətlər,  o  cümlədən,  İngiltərə  -  Yalta 
müqaviləsində nəzərdə tutulmadığma baxmayaraq, keçmiş mühacirləri də sovetlərə 
təhvil  verirdi.  1430  nəfər  keçmiş  mühacir  belə  yanlış  olaraq  sovet  dövlətinə 
göndərilmişdi.  Xalq  Komissarlar  Sovetinin  təhvil  verilmə  işləri  üzrə  səlahiyyətli 
nümayəndəsi  general-polkovnik  F.  İ.  Qolikovun  1945-ci  il  7  sentyabr  tarixli 
məlumatına  əsasən  həmin  vaxta  kimi  sovet  hökumətinə  2.229.552  nəfər  təhvil 
verilmişdi.  Buraya  hərbi əsirlərlə  yanaşı, zorla  Almaniyaya  köçürülənlər də  daxil 
idi. (371, s. 240) 
İlk təhvil verilənlərin çoxunu güllələyir, qalanlarına 25 il iş kəsir, Sibirə, 
Vorkutaya,  İntaya,  Asbestə,  Norilskə,  Tayşetə,  Kemerovo  vilayətindəki 
düşərgələrdə ağır işlərə göndərirdilər. 
ABŞ  və  İngiltərənin  nəzarəti  altında  yaşayan  hərbi  əsirlər,  mühacirlər, 
müxtəlif  səlahiyyətli  adamlara  da  müraciətlər  edirdilər.  General-mayor 

Meandrovun  xanım  Ruzveltə  (Prezident  Ruzveltin  həyat  yoldaşı)  məktubunda 
yazılmışdı:  “SSRİ-dən  başqa  dünyanın  bütün  ölkələri  düşmən  əlinə  düşmüş 
əsgərlərinə  mənəvi  və  maddi  maraq  göstərir,  Beynəlxalq  Qırmızı  Xaç  Cəmiyyəti 
vasitəsi  ilə  onların  qohumları  ilə  əlaqələrini  təşkil  edir.  Yalnız  Stalinin  əmri  ilə 
ruslar  hər  köməkdən  məhrumdurlar  və  düşərgələrdə  kütləvi  ölümə  məhkum 
ediliblər”. (371, s.247) 
Yüksək  səlahiyyət  sahiblərinə  göndərilən  məktublarda  adamların  özünü 
öldürməsi  hallarına  toxunulurdu.  1946-cı  ilin  fevralında  yazılan  bir  məktubda 
bildirilirdi: “Ulduzlu azadlıq bayrağının daldalandığı yerdə biz öz qadınlarımızı və 
uşaqlarımızı şüşə qırıntıları ilə öldürməyə, damarlarımızı kəsməyə məcbur idik ki, 
qırmızı Moskvaya qayıtmayaq”. (371, s.250) 
1945-ci  ilin  avqustunda  Kemptendəki  qanlı  hadisələrdən  sonra,  general 
Eyzenhauerin göstərişi ilə adamları zorla təhvil vermək müvəqqəti dayandırılsa da, 
1945-ci  ilin  20  dekabrından,  general  Maknarniyə  əvvəlki  qaydanı  -  gücü  yenidən 
tətbiq  etmək  haqqında  Vaşinqtondan  tapşırıq  gəldi.  Lakin  amerikalı  zabit  və 
əsgərlər əsirlərin təhvil verilməsinə mənfı münasibətlərini gizlətmirdilər. 
Bundan əlavə, 1946-cı ilin fevralında Papa XII Piy də adamların məcburi 
təhvil  verilməsinə  mənfı  münasibətini  bildirdi.  Lakin  bu  etiraza  da  baxmayaraq, 
fevralın 24-də Plattlinqdəki 431 saylı hərbi düşərgəyə iki tabur daxil olub, əsirləri 
yaşadığı yerdə əhatəyə alaraq həyətə qovdu və onların özlərini öldürməyinə imkan 
yaratmadı. Tezliklə, həmin əsirləri də sovetlərə təhvil verdilər. 
Maraqlıdır  ki,  belə  gərgin  şəraitdə  də  almanlar  onların  tərəfində 
vuruşanları  unutmur,  imkanları  daxilində  yardım  edirdilər.  Latviyada,  Tkexoda 
(Almaniyada)  belə  hallar  olmuşdu.  Avstriyanın  Liens  şəhərində  təhvil  verilməyə 
etiraz olaraq kilsə zəngləri çalınmışdı. Bavariyada Plattlinqdə vağzalda əksəriyyəti 
qadınlardan ibarət olan sakinlər təhvil verilmə zamanı yaralılara kömək etmişdilər. 
Alman  generalı  fon  Pannvitsə  qaçmaq  üçün  imkan  yaradılsa  da,  ona  inanan, 
birlikdə  döyüşdüyü  kazakları  qoyub  getməmişdi.  Alman  yarımalbayı  Hanzen 
“bizim üçün qan tökənləri” xilasa çalışaraq onlara vəsiqələr vermişdi. 
Qeyd  etdiyimiz  kimi,  təhvil  verilən  əsirləri,  keçmiş  sovet  zabit  və 
əsgərlərinin  əksəriyyətini  güllələyirdilər.  Keçmiş  sovet  generalı  Vlasovu  1946-cı 
ildə güllələdilər. Sovet ordusunun inanılmış zabitlərindən olan, “Pravda” qəzetində 
ünvanına təriflər yazıları (309) başçılıq etdiyi 99-cu diviziyası nümunə göstərilən 
(279) 1941-ci ilin fevralın 23-də SSRİ Ali Sovetinin qərarı əsasında Lenin ordeni 
ilə təltif edilən (264, 218) general Vlasov artıq vətən xaini olaraq cəzalandırılırdı. 
Maraqlıdır  ki,  general  Vlasov  öz  ifadələrində  “vətən  xaini”  damğasını  qəbul 
etməmiş, Stalinə olan nifrətini isə bir daha açıqlamışdı. 
1946-cı  ilin  2  avqustunda  “Pravda”  qəzetində  general  Vlasovun  edamı 
haqqında məlumat dərc edildi. (352) 

Tanınmış Azərbaycan zabiti İsrafil bəyin aradan çıxmaq imkanı olsa da, o, 
öz əsgərlərini başsız qoymamış, onlarla birlikdə sovetlərə təhvil verilmişdi.  İsrafil 
bəyi də general Vlasov kimi ağır cəzaya - edama məhkum etmişdilər. 
Qeyd edək ki, müxtəlif vasitələrlə Türkiyə ərazisinə keçmiş azərbaycanlı 
legionerləri sonradan yerli polis həbs etdi. Türkiyə dövləti isə həmin hərbi əsirləri 
Ərzurum  -  Qars  -  Sarıqamış  marşrutu  ilə  Türkiyə-SSRİ  sərhəddinə  gətirib  sovet 
hökumətinə təhvil vermişdi. (97). Təhvil verilən legionerləri ya cəza “dərəcəsinə” 
uyğun olaraq güllələyir, yaxud da Sibirə sürgünə göndərirdilər. Tanınmış yazıçı A. 
Soljenitsinın “Arxipelaq Qulaq” əsərində “Vətən xaini”, “Vlasovçular” adı altında 
sürgünə göndərilənlərlə bağlı geniş məlumatlar vardır. (340, s. 145; 341,s.32-34) 
 
XIII BÖLÜM 
 
ĠKĠNCĠ DÜNYA MÜHARĠBƏSĠNDƏN SONRAKI ĠLLƏRDƏ 
AZƏRBAYCAN LEGĠONERLƏRĠNĠN FƏALĠYYƏTĠ 
 
İkinci  Dünya  hərbindən  sonra  mühacir  təşkilatların  birləşib  antisovet 
mübarizə  aparmasına  getdikcə  daha  çox  ehtiyac  duyulurdu.  Digər  tərəfdən  isə 
müxtəlif ölkələri təmsil edən ayrı-ayrı mühacir təşkilatlarının mövcudluğu və bəzi 
hallarda bu qrupların daxili çəkişmələrə  meylliyi reallığa çevrilirdi. Bu illərdə bir 
neçə  rus,  gürcü,  erməni,  tatar  təşkilatları  ilə  yanaşı  iki  azərbaycanlı  təşkilatı  da 
mövcud idi. Təşkilatlardan biri 1924-cü ildən fəaliyyət göstərən Azərbaycan Milli 
Mərkəzi  idi.  İkinci  Dünya  hərbindən  sonra  Azərbaycan  Milli  Mərkəzi  Ankarada 
yerləşirdi və Milli Mərkəzin başqanı M. Ə. Rəsulzadə idi. 
İkinci  mühacir  azərbaycanlı  təşkilatı  “Azərbaycan  Milli  Birlik  Məclisi” 
adlanırdı.  Təşkilat  1943-cü  ildə  Berlində  yaradılmışdı.  Təşkilatın  rəhbəri  Ə. 
Fətəlibəyli  Düdənginski  idi  (sonradan  rəhbər  C.  Hacıbəyli  olmuşdu).  Başqanlıq 
heyətinin  üzvləri  isə  Ceyhun  Hacıbəyli,  Əkbərağa  Şeyxülislam  idi.  Sonralar 
Həsənbəy  Kərbəlayi,  S.  Təkinər,  Ə.  Aranlı,  İ.  Əkbər  və  Səmran  Məmmədzadə 
təşkilatın  rəhbərliyinə  daxil  idilər.  1972-ci  ildə  təşkilat  bir  qrup  azərbaycanlının 
təşəbbüsü ilə ləğv edildi. Hər iki mühacir azərbaycanlı təşkilat arasında çəkişmələr, 
ziddiyyətlər mövcud idi. 
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan legionerləri 
müxtəlif  ölkələrdə  dağınıq  vəziyyətdə  yaşasalar  da,  yalnız  əllinci  illərdən  ciddi 
fəaliyyət göstərməyə başladılar. Bu da, şübhəsiz ki, Qərblə Sovet dövləti arasında 
münasibətiərin gərginləşməsi və nəticədə birincinin sovet dövlətindən narazı qalan 
qüvvələri daha çox dəstəkləməsi idi. Əslində, Qərbin sərt münasibətini İngiltərənin 
Baş  naziri  U.  Çörçill  1946-cı  ilin  martın  5-də,  Amerikanın  Fulton  şəhərindəki 
məşhur  nitqində  ifadə  etmiş  və  “soyuq  müharibə”nin  başlandığını  göstərmişdi 
(263, s. 352) 

İkinci Dünya  müharibəsindən sonra Azərbaycan legionerləri Türkiyədə M. 
Ə.  Rəsulzadənin,  Almaniyada  isə  Ə.  F.  Düdənginskinin  rəhbərliyi  altında  olan 
müvafiq qurumlarda fəaliyyətə başladılar. 
Türkiyənin  Ankara  şəhərində  M.  Ə.  Rəsulzadənin  bilavasitə  rəhbərliyi  ilə 
1949-cu ilin fevralında Azərbaycan Kültür Dərnəyi yaradıldı. (5) 
1952-ci  ilin  aprelindən  isə  M.  Ə.  Rəsulzadənin  yaxından  köməyi,  əski 
mühacir və legionerlərin fəallığı ilə Ankarada “Azərbaycan” jurnalı nəşr edilməyə 
başladı. (4) 
Qeyd  edək  ki,  Türkiyədəki  mühacirlərin  bu  dövlətdəki  mövcud  əlaqələri 
müəyyən problemləri həll etməyə imkan yaratsa da, (əlavə edək ki, burada M. Ə. 
Rəsulzadənin  böyük  nüfuzu  vardı),  siyasi  fəaliyyət  göstərmək  olduqca  çətin  idi. 
Odur  ki,  Türkiyədəki  mühacir  və  legionerlər  daha  çox  mədəni-ədəbi  fəaliyyət 
sahəsinə  üstünlük  verir,  Sovet  dövləti  əleyhinə  20-30-cu  illərdəki  qədər  sərt 
çıxışlar etmirdilər. 
Lakin  Qərbi  Almaniyada  vəziyyət  başqa  idi.  ABŞ  dövləti  əllinci  illərdə 
Sovet dövləti əleyhinə kəskin mübarizəyə başlamış və bu işdə oradakı mühacir və 
legionerlərin gücündən faydalanır, onlara maddi dəstək də verirdi. 
Qeyd  edək  ki,  həmin  fəaliyyət  rəsmiləşənə  qədər  Azərbaycan  legionerləri 
böyük  çətinliklərlə  qarşılaşmışdılar.  Belə  ki,  sonradan  yaradılan  “Amerikan 
Komitəsi”nin  etibarını  qazanmaq  və  müəyyən  problemləri  həll  etmək  o  qədər  də 
asan  deyildi.  Ə.  Fətəlibəylinin  bununla  əlaqədar  Münhendən  Parisə  -  C. 
Hacıbəyliyə  ünvanladığı  məktublarda  maraqlı  məlumatlar  vardır.  O,  yazırdı: 
“Mənim əzizim Ceyhun bəy! Sücaət xanımla bu gün görüşməyimə çox sevindim. 
O, Sizin fıkirlərinizi mənə çatdırdı və mən tam razıyam. O ki qaldı bizim ümumi 
işlərimizə,  hələ  ki,  ciddi  bir  şey  yoxdur.  4  ay  müddətində  danışıqlar  apardım, 
planlar  təqdim  etdim.  Lakin  gözləməyi  xahiş  edirlər.  İndi  başqa  xətlə  işləyirəm, 
əgər  bu  da  alınmasa  və  onlardan  prinsipial  razılıq  almasam,  onlarla  əsas 
məsələlərdə  əməkdaşlıq  etməyəcəyəm.  Burda  elə  adamlar  var  ki,  kiçik 
xidmətlərinə  görə  bir  şey  ala  bilirlər.  İlk  imkan  yaranan  kimi  Türkiyəyə 
gedəcəyəm, ailəmdən ötrü, demək olar ki, bərk sarsılmışam”. (357) 
Qeyd  etdiyimiz  kimi,  əllinci  illərin  əvvəli  legionerlər  üçün  olduqca  ağır 
dövr  idi.  Maddi  sıxıntılar,  ayrı-ayrı  ölkələrdə  yaşamaq,  təşkilatlanmaq  böyük 
çətinliklər  törədirdi.  Eyni  zamanda,  Amerika  və  Qərb  dairələri  legionerlərlə  ilk 
işbirliyinə  çalışırdılar.  Ə.  Fətəlibəyli-Düdənginskinin  Münhendən  C.  Hacıbəyliyə 
göndərdiyi  1950-ci  il  29  oktyabr  tarixli  məktubda  maraqlı  məlumatlar  vardı.  O, 
yazırdı:  “Mən  burada  Qərbin  bəzi  nümayəndələri  ilə  görüşdüm.  Onlar  bütün 
planlarımızla  tanışlıqdan  sonra  əməkdaşlığa  razıdırlar.  Amma  uzadırlar.  Son 
zamanlara  qədər  onlar  Kerenskinin  güclü  təsiri  altında  idilər.  Bizdə  güclü 
canlanma vardır. Buraya Şimali-Qafqaz təxəllüslü məsul bir amerikalı gəlmişdi və 
Əhməd  Nəbi-Maqoma  ilə,  mənimlə  və  başqaları  ilə  uzun  söhbətlər  etdi.  O, 
məsləhət gördü ki, Türk-Qafqaz İttifaqı yaradaq. Biz razılıqla bu təklifı qəbul etdik 

və  Maqoma  ilə  birgə  sxem  hazırlayıb  ona  verdik.  Düşünürəm  ki,  iki-üç  aydan 
sonra cavab olacaq. Bu ittifaq mənim xoşuma gəlir və onun böyük nüfuzu olacaq. 
Şübhəsiz  ki,  əsas  işləri  Milli  Komitələr  aparacaq  və  bu  qurumlar  həmin  ittifaqda 
arxa  planda  olmayacaqlar.  Milli  Komitələrlə  yanaşı,  Qafqaz  Komitəsi  də  mövcud 
olacaq və hər komitədən 4 nəfər oraya daxil olacaq. Qafqaz Komitəsinin 4 üzvü və 
Türküstan  Komitəsinin  1  üzvü  İttifaqın  Rəyasət  Heyətini  təşkil  edəcəklər.  Bu 
Rəyasət Heyətinin Milli Komitə üzvlərindən ibarət olan 4 idarəsi olacaq. Beləliklə, 
Milli  Komitədən  kənarda  heç  bir  məsələ  həll  edilə  bilməz.  Məlumunuz  olduğu 
kimi, bizim Milli Komitədə Siz, mən, albay Kazım bəy (Cahangir Kazımoğlu  - N. 
Y.)  və  Atamalıbəyov  vardır.  Sonuncu  Çilidə  olduğundan  fəal  iştirak  edə 
bilməyəcək. Milli Komitənin üzvlərinin sayını 10-a qədər artırmalıyıq. Mən hətta 
ona  yaşlı  və  cavan  xadimlərin  də  siyahısını  vermişəm.  Siyahıya  Timuçinin  adını 
yazmışam.  O,  məndən  xahiş  etdi  ki,  Nyu-Yorkda  “Amerikanın  səsi”ndə  işləmək 
üçün 6 nəfərin də siyahısını verim. Mənə isə  məsləhət bildi ki, hələlik Türkiyəyə 
getməyim  və  cavab  gözləyim...  Lənətə  gəlmış  maddi  şəraitə  görə,  indiyə  qədər 
görüşə bilməmişəm”. (358) 
Belə bir vaxtda antibolşevik cəbhənin yaradılmasını vacib sayan Amerikan 
Komitəsi  fəaliyyətə  (Amerikanın  kommunizm  ilə  mücadilə  Komitəsi)  başladı. 
Amerikan  Komitəsinə  əvvəl  C.  Layons,  sonradan  isə  Amerikanın  Moskvadakı 
keçmiş böyük elçisi Alan Gerk başçılıq edirdi. 1952-ci ildən isə Sovet Rusiyasını 
yaxından  tanıyan,  Moskvada  Amerika  attaşesi  olmuş  Stevens  Komitənin  başqanı 
oldu.  Komitə  üzvləri  arasında  tanınmış  siyasətçilər  çoxdu.  Onların  arasında 
aşağıdakı  tanınmış  adamlar  vardı:  Çarlz  Edison  (məşhur  Tomas  Edisonun  oğlu), 
Vilyam Henri Çemberlin (Amerikada sovet məhkumu millətlərin istiqlal haqlarının 
müdafıəsi  ilə  məşhur  idi),  general-mayor  Con-Dean  (Moskvada  olmuş,  “Streync 
Əlleyinc”  kitabı  ilə  böyük  rəğbət  qazanmışdı),  Nikolas  Ruzvelt  (yazıçı  və 
diplomat, Amerikanın Macarıstan elçisi olmuşdu) və başqaları (3, s. 46). 
Amerikan  Komitəsi  bildirirdi  ki,  millətlər,  xalqlar  Sovet  hökumətinin 
diktatorluğu  altında  qaldıqca,  insanların  azad  və  hürriyyət  içində  yaşaması 
mümkün  olmayacaq.  Amerikan  Komitəsi  proqramına  müvafiq  surətdə  fəaliyyətə 
başladı. 
Qeyd  olunmalıdır  ki,  bolşeviklərin  süqutundan  sonra  Rusiyanın  hansı 
formada  mövcudluğu  ilə  bağlı  Amerika  siyasi  dairələrində  ikili  fikir  mövcud  idi. 
Bir  fikrin  tərəfdarları  düşünürdü  ki,  bolşeviklərin  süqutundan  sonra  Rusiya 
parçalanacaq, yoxsa rejim dəyişməklə, bütöv Rusiya qorunub saxlanacaq? Amerika 
ictimaiyyətində o dövrdə Amerikada yaşayan mühacir rusların təsiri ilə Rusiyanın 
bolşevik  rejimindən  bir  bütün  halında  qurtulması  fikrini  dəstəkləyənlər  çox  idi. 
Mühacir  rusların  bu  “şovinist”  fıkirlərinin  qəti  yürüdücüsü  A.  Kerenski  və  S. 
Melqunov  idi.  Amerikan  Komitəsi  1917-ci  ildə  Rusiyada  fevral-burjua 
inqilabından  sonra  müvəqqəti  hökumətə  başçılıq  etmiş,  indi  isə  mühacirətdə 
yaşayan A. Kerenskiyə daha çox etimad göstərirdi. 

Amerikan  Komitəsinin  yardımı  ilə  1951-ci  il  yanvarın  16-da  bir  çox  rus 
partiyalarının  iştirakı  ilə  Füssen  konfransı  keçirildi.  (132,  s.200)  Konfransda 
mühacir  ruslar  yalnız  Rusiyanın  ərazi  bütövlüyünün  qorunması  şərtilə  qeyri-rus 
təşkilatları ilə işbirliyini mümkün saydılar. 
Bu  işin  davamı  olaraq  yenə  Amerikan  Komitəsinin  yardımı  ilə  1951-ci  il 
avqustun  28-də  Qərbi  Almaniyanın  Ştutqart  şəhərində  mühacir  ruslar  konfrans 
keçirdilər. Bu konfransda onlar Rusiya Millətlərinin Qurtuluş Şurası yaradılmasına 
qərar verdilər. Bununla bərabər, Rusiyadakı milli azlıqların da nümayəndələrini bu 
Şuraya cəlb etmək məqsədi ilə bir Büro da yaradılmışdı. 
Vəziyyəti belə görən M. Ə. Rəsulzadə  Amerikan Komitəsini ciddi tənqidə 
başladı.  Qeyri-rus  xalqların  uzun  illər  idi  ki,  apardığı  qurtuluş  davasına  etinasız 
yanaşan mühacir rus təşkilatlarının maliyyələşdirilməsini düzgün olmayan hərəkət 
adlandırdı. Vəziyyətin getdikcə gərginləşdiyini, əsgi mühacirlərin güclü etirazlarını 
hiss  edən  Amerikan  Komitəsi  rus  mühacir  təşkilatlarına  qeyri-rus  mühacir 
təşkilatları ilə işbirliyinin vacibliyini bildirmişdi. 
Bunun davamı olaraq 1951-ci il noyabrın 7-də Qərbi Almaniyanın Visbaden 
şəhərində  beş  mühacir  rus  təşkilatının  (1.“Rusiyanın  hürriyyəti  üçün  mücadilə 
birliyi”, 2.“Milli Əmək Birliyi”, 3.“Rus Xalq Hərəkatı”, 4.“Xalqın hürriyyəti üçün 
mücadilə  cəmiyyəti”,  5.“Rusiya  xalqlarının  qurtuluşu  üçün  mücadilə  birliyi”  və 
beşi  də  rus  olmayan  millətlərə  mənsub  təşkilatın  nümayəndələrinin  iştirakı  ilə 
konfrans keçirildi. (195, s. 229-230) 
Konfransda  çıxış  edən  A.  Kerenski  “Bölünməz  Rusiya”  fikrini  müdafiə 
edirdi. Qeyri-rus mühacirlər isə Birləşmiş Millətlər Təşkilatının insan haqlarına aid 
prinsiplərini müdafıə edirdilər. Konfransın yekunu kimi bir bəyannamə imzalandı. 
Bəyannaməni azərbaycanlı təmsilçilər da imzaladılar. 
“Rusiyanın  bölünməzliyi”  ideyası  ilə  çıxış  edən,  Azərbaycanın  istiqlalını 
(eləcə  də  digər  rus  məhkumu  xalqların)  xalqın  öz  “iç  işi”  kimi  qəbul  etməyən, 
Azərbaycan davasını (yenə digər xalqların) Rusiyanın daxili məsələsi kimi anlayan 
rus  mühacirləri  ilə  bəyannaməni  imzaladığına  görə  “Milli  Birlik  Məclisi”  M.  Ə. 
Rəsulzadənin  şiddətli  hücumuna  məruz  qaldı.  Bir  çox  şəhərlərdə  hətta  etiraz 
yığıncaqları da keçirildi. 
M.  Ə.  Rəsulzadə  Kerenskinin  hansı  fikirlərlə  yaşadığını  bildiyindən  onun 
başçılıq  etdiyi  rus  təşkilatı  ilə  birgə  işin  əleyhinə  idi.  Kerenski  “Bölünməz 
Rusiya”nın qəti tərəfdarı idi və  hələ  20-ci, 30-cu illərdən  bu  mübarizəsini davam 
etdirirdi. 1930-cu ildə Kerenskinin “Gün” məcmuəsində (N60) “Rus xalqı üzərində 
diktatura”  adlı  məqaləsi  çap  edilmişdi.  Və  elə  həmin  ili  M.  Ə.  Rəsulzadə  “Odlu 
Yurd” dərgisində Kerenskiyə  “Nə ondandır, nə bundan” adlı cavab məqaləsi nəşr 
etdi.  (175)  M.  Ə.  Rəsulzadə  məqalə-məktubda  Sovet  İttifaqındakı  türk 
respublikalarının  istiqlal  və  azad  dövlət  qurmaq  istəklərinə  istehza  ilə  yanaşan 
Kerenskini  tənqid  etdi.  O,  Kerenskini  xalqların  apardığı  milli-azadlıq  hərəkatının 
mahiyyətini  anlamağa  çağıraraq  yazırdı:  “Biz  həmişəlik  olaraq  cənab  Kerenskiyə 

bildiririk  ki,  heç  bir  “separatizmdən”,  “Rusiyanın  bölünməsi”ndən  söhbət  gedə 
bilməz.  Bizcə  bu  söz  tamam  başqa  anlamda  işlədilir:  birincisi,  öz  ölkəsini  xarici 
işğaldan  qurtarmağa  yönəldən  xalq  hərəkatını  “separatçı”  adlandırmaq  düzgün 
deyildir”. (325, s.31) 
Məhz  buna  görə  də  “Azərbaycan Milli Birlik Məclisi”  təmsilçilərinin belə 
bir şəxslə, hələ də 50-ci illərdə də “bölünməz Rusiya” ideyası ilə yaşayan Kerenski 
ilə eyni sənədə imza atması M. Ə. Rəsulzadədə ciddi narazılıq doğurmuşdu. 
“Amerikanın  Kommunizm  ilə  Mücadilə  Komitəsi”  başqanı  Don  Levin 
1951-52-ci illərdə Müsavat Partiyası ilə işbirliyi aparmaq üçün M. Ə. Rəsulzadəni 
İtaliya ilə Almaniyaya görüşməyə dəvət etmişsə də, Komitənin “Sovetlər Birliyinin 
mövcud  mühafızəsi”  prinsipinə  dayandığı  üçün  görüş  qəbul  edilməmişdi.  (156, 
s.29) 
Belə  gərginliklərə  baxmayaraq,  əllinci  illərin  əvvəllərində  legionerlərin 
siyasi  və  təbliğati  fəaliyyətinin  yüksəliş  dövrü  oldu.  Belə  ki,  1952-ci  ilin  iyun 
ayının 19-dan 21-nə qədər Almaniyanın Ştarnberq şəhərində rus və rus olmayan 9 
milli  təşkilatın  konfransı  keçirildi.  Konfransda  iki  əsas  komissiya  yaradıldı:  a) 
müvəqqəti millətlərarası siyasi komissiya; b) müvəqqəti radio komissiyası. 
Məhz Ştarnberq konfransından sonra “Amerikan Komitəsi” radio təbliğatın 
qurulması ilə bağlı işi daha da sürətləndirdi. Belə ki, yaradılan “radio komissiyası” 
ciddi olaraq çalışır və yaxın vaxtlarda fəaliyyətə keçəcəyi hiss olunurdu. (126, s. 3-
4) SSRİ-dən olan mühacirlərin birləşdirilməsi və ümumi düşmən olan bolşevizmə 
qarşı mübarizəyə güc verməsi baxımdan tanınmış mühacir C. Hacıbəyli bu tədbiri 
əhəmiyyətli  hesab  edirdi.  (242,  s.  1-2)  Birinci  mərhələni  isə  o,  Visbaden 
konfransının  keçirilməsi  kimi  qiymətləndirdi.  Visbadendə  bu  əməkdaşlığın  ilkin 
əsası qoyulmuşdusa da, Ştarnberq konfransında isə bolşevizmə qarşı güclü mətbu 
işin  təşkili  və  şifahi  təbliğat  vasitəsi  olan  radiostansiyanın  yaradılması  haqqında 
qərar qəbul edilmişdi. 
Almaniyada  və  Fransada  yaşayan  mühacir  və  legioner  qrupları  istər 
Visbaden, istərsə də Ştarnberq konfranslarının əhəmiyyətini belə dəyərləndirirdilər: 
“...  Bizim  hamımıza,  istər  ruslara,  istərsə  də  milli  mühacirətə  imkan  verilir  ki, 
inkişaf etmiş müasir dünya qarşısında öz mövqeyimizi müdafiə edək və xalqımıza 
həqiqətləri  söyləyək,  onları  ruhlandıraq,  işıqlı  gələcəyə  olan  ümidlərini  artıraq”. 
(222, s.2) 
Lakin  legioner  və  mühacirlər  Avropa  ölkələrində  ciddi  problemlərlə 
qarşılaşırdılar.  Bəzi  hallarda  təhqir  olunur,  həbs  edilir,  hüquqsuz  bir  vəziyyətdə 
yaşayırdılar. Qeyd edək ki, Amerikada və Qərb ölkələrində yaşayan legionerlərin, 
Sovet  İttifaqından  qaçqın  düşmüş  şəxslərin  hüquqlarının  qorunması  ilə  SSRİ 
xalqlarının azadlığı üzrə Amerikan Komitəsi daha çox maraqlanırdı. Həmin komitə 
1951-ci ilin fevralın 8-də ABŞ-ın Delaver ştatında yaradılmışdı. (223, s.31) 
Bir  neçə  aydan  sonra  təşkilatın  adı  dəyişdirilib  belə  adlanmışdı: 
“Amerikanın  Rusiya  xalqlarını  Qurtuluş  Komitəsi”.  1953-cü  ilin  martında  isə 

Komitənin sədri vitse-admiral Lesli K. Stivens bildirdi ki, təşkilat bu gündən sonra 
belə adlandırılacaq: Amerikanın Bolşevizmdən Qurtuluş Komitəsi. Təşkilatın belə 
adlandırılmasının,  şübhəsiz,  müxtəlif  səbəbləri  vardı.  Admiral  Stivens  açıqlayırdı 
ki, ayrı-ayrı rus olmayan mühacir qrupları “Rusiya xalqları” sözünə etiraz edir və 
müstəqillik hüquqlarının pozulması kimi anlayırlar. 
Bunları  nəzərə  alıb,  həmin  qrupları  bir  araya  gətirmək  üçün  “Rusiya 
xalqları”  və  “Sovet  İttifaqı  xalqları”  adlarından  imtina  edilərək  Bolşevizmə  qarşı 
mübarizənin  Koordinasiya  Mərkəzi  adlandırıldı.  Stivensin  müraciəti  bu  sözlərlə 
bitirdi: “Sovet İttifaqı Kommunist Partiyası, “bolşevik” sözündən uzaqlaşmaq üçün 
yeni bir cəhd göstərmişdir. Lakin o, bununla  heç kimi aldada bilməz. İstər SSRİ-
nin  daxilində,  istərsə  xaricdə  gözəl  başa  düşürlər  ki,  beynəlxalq  sui-qəsdçilər 
tərəfindən  yaradılıb  bolşevizm  adı  ilə  tarixə  düşən  bu  nifrətəlayiq  sistem  bundan 
sonra da bu adla qəbul ediləcəkdir. Amerikan Komitəsinin, eləcə də Koordinasiya 
Mərkəzinə  toplaşan  mühacirlərin  məqsədi  Sovet  İttifaqının  hazırkı  ərazisini  bu 
lənətlənmiş addan xilas etməkdir. (343, s. 34) 
Əllinci  illərdə  mühacir  və  legionerlərin  fəaliyyəti  getdikcə  genişlənirdi. 
1952-ci ilin oktyabrın 16-da Münhen şəhərində dörd rus siyasi təşkilatı (Xalqların 
sərbəstliyi  üçün  çalışanlar,  Rusiya  Xalq  hərəkatı,  Rusiya  Millətlərini  Qurtarma 
Savaş  Birliyi,  Sərbəst  Rusiya  üçün  Savaşanlar  Birliyi)  və  SSRİ  Birliyindən  rus 
olmayan beş milli təşkilat (Azərbaycan Milli Birlik Komitəsi, Ermənistan İstiqlalı 
üçün  Savaşanlar  Birliyi,  Gürcüstan  Milli  Şurası,  Şimali  Qafqasya  Milli  Birliyi 
SKANO,  Türküstan  Qurtuluş  Komitəsi  Türkeli)  müştərək  bir  ictimai  qurum  – 
“Bolşevizmə qarşı Koordinasiya Mərkəzi”ni yaratdılar. 
Koordinasiya  mərkəzini  yaratmaqda  məqsəd  diktatorluq  rejiminə  qarşı 
mübarizə aparan orqanları yaratmaq idi. Başlıca məqsədi belə idi: SSRİ Birliyində 
yaşayan  millətləri  kommunist  diktatorluğundan  qurtarmaq,  millətlərin  arzularına 
uyğun demokratik cəmiyyət qurmaq idi. 
Mərkəzi  Büronun  on  iki  nəfərdən  ibarət  üzvləri  seçildi.  Koordinasiya 
Mərkəzi  Nizamnaməsi  on  bir  maddədən  ibarət  idi  və  birinci  maddədə  təşkilatın 
əsas  mübarizə  hədəfı  belə  müəyyənləşdirilmişdi:  “1.  Kommunizm  diktatorluğu 
tamamən  yox  edilincəyə  qədər  amansız  mücadilə”;  üçüncü  maddədə  isə  milli 
məsələnin qoyuluşu belə idi: “Sovetlər Birliyi daxilində yaşayan bütün millətlərin 
öz idarələrini qurmağa və demokratik prinsiplər üzərinə öz müqəddəratlarını təyin 
etməkdə sərbəst olduqlarını qəbul və təmin edərik”. (3, c. 4). 
Tanınmış  mühacir  C.  Hacıbəyli  qeyd  edirdi  ki,  məhz  belə  ciddi  proqrama 
malik olduğundan yeni yaradılan “Antibolşevik Mücadilə Koordinasiya Mərkəzi” 
fərqli bir təşkilat olaraq fəaliyyət başlamışdı. (3, s. 3-4; 127, s. 3-4). 
Qeyd  olunduğu  kimi,  mühacir  və  legioner  qrupları  getdikcə  Qərbin  daha 
çox marağına daxil olur, bu ölkələrdə daimi yaşamaq hüququ əldə edirdilər. Qərblə 
Sovet dövləti arasında münasibətlər kəskinləşdikcə (əllinci illərdə bu daha açıq hiss 
olunurdu) münasibət fərqləri də dəyişirdi. 

Belə  bir  vaxtda  1952-ci  ilin  avqustun  5-də  Amerikan  Komitəsinin  sədri 
admiral  Alan  Q.  Kerk  Birləşmiş  Millətlər  Təşkilatı  İnsan  Hüquqları 
Komissiyasının  sədri  xanım  Yelenora  Ruzveltə  müraciət  edib  Sovet  İttifaqından 
olan antikommunist qaçqınları himayəyə götürməyi xahiş etdi. (209, s.6-7) 
Alan  Kerk  xanım  Ruzveltə  müraciətində  bildirirdi:  “Azad  dünya  getdikcə 
Moskva rejimi ilə onun ilk qurbanları olan SSRİ xalqları arasında dəqiq sərhədin 
çəkilməsi vacibliyini anlayır. Məhz bu mənada bizim komitə Sizdən xahiş edir ki, 
kommunizmə  düşmən  olan  keçmiş  sovet  vətəndaşlarının  hüquqlarını  bərpa 
edəsiniz”. (209, s.7) 
Şübhəsiz  ki,  belə  müraciətlərin  təsiri  artır,  mühacir  və  legionerlərə 
münasibət də yaxşılaşırdı. 
Qeyd  edək  ki,  əllinci  illərdən  başlayaraq  “Amerikan  Komitəsi”  ayrı-ayrı 
mühacir  və  legionerlərin  yaratdığı  təşkilatları,  xüsusilə  mətbu  orqanları 
maliyyələşdirirdi. 1952-ci ildə Münhendə “Azərbaycan” jurnalının ilk sayının nəşri 
mühacirləri  və  legionerləri  çox  sevindirmişdi.  Bu  münasibətlə  legionerlərin 
redaksiyaya  göndərdiyi  təbrik  məktubları  çox  maraqlı  idi.  Legionerlər  yazırdılar: 
“Çox  hörmətli  redaksiya!  Vətənimizin  adını  daşıyan  jurnalın  ilk  sayını  aldıq. 
Oxuyub çox məmnun qaldıq... Azad və  müstəqil Azərbaycana eşq olsun! Hörmət 
və  şərəflə:  Atabəy  Şamil,  Tahir  Heydərzadə,  Səfər  Ağaoğlu,  İsmayıloğlu,  Həsən 
Əziz. Münhen. 30.03.1952. (224, s.1-2) 
Eyni  zamanda,  Ə.  Fətəlibəyli  Ceyhun  bəyə  göndərdiyi  məktublarda 
“Azərbaycan”  jurnalının  nəşri  ilə  bağlı  çətinliklərin  olduğunu  qeyd  edirdi. 
Göstərirdi  ki,  maddi  imkanlara  görə  jurnalın  2-ci  sayını  nəşr  etmək  çətinləşib. 
Amerikan Komitəsi isə maddi yardımı reallaşdırmamışdır. Hətta buradan Noy-Ulm 
şəhərinə  getməyə  də  pul  yoxdur.  Lakin,  mövcud  imkansızlığımıza  baxmayaraq, 
jurnalın növbəti sayını nəşr etdirəcəyik. (364) 
Lakin,  Azərbaycan  təşkilatları  arasında  fikir  ayrılığının  və  müxtəlif 
yanaşmaların  olması  bu  yardımların  alınmasında  çətinlik  yaradırdı.  Ə. 
Fətəlibəylinin  1952-ci  ilin  martın  27-də  C.  Hacıbəyliyə  göndərdiyi  məktubda  bu 
problemlərin geniş şərhi verilirdi. (363) 
“Azərbaycan”  jurnalını  Amerikan  Komitəsi  maliyyələşdirsə  də,  burada 
ciddi  problemlər  yaranırdı.  Mühacir  və  legionerlər  arasında  ziddiyyət  və 
anlaşılmazlıqların  olması  bəzi  hallarda  onlara  ayrılan  maliyyə  fondlarının 
azalmasına  gətirib  çıxarırdı.  Ə.  Fətəlibəyli  C.  Hacıbəyliyə  göndərdiyi  məktubda 
bununla bağlı yazırdı: “Sizin təqdim etdiyiniz və mənim müdafiə etdiyim layihə D. 
L.  tərəfındən  dağıdıldı.  Onun  mənimə  olan  oyunu  haqqında  ötən  məktubumda 
yazmışdım.  Onun  fikri  sadədir:  ermənilər  3000  (üç  min)  marka  alır  və  bu  pulla 
həftəlik məcmuə buraxır, altı nəfər də dolanır. Kanatbay dörd min marka alır və iki 
dildə jurnal buraxır, bütün komitə dolanır. Avtorxan beş min marka alır və hamısı 
dolanırlar. Bizim işimızi jurnalla bağlı pozan Əkbər-Ağa oldu. D. L.-nın (D. Levin) 

sözlərinə  görə,  məhz  Əkbər-Ağa  aylıq  yox,  yalnız  dövrü  (yəni  iki-üç  aydan  bir) 
jurnal buraxmağa onların gücü çatar. 
Buna görə də D. L. dedi ki, “aylıq orqan” sözünü yazmayaq və nəşrin ayını 
da göstərməyək. Mən də elə etdim”. (365) 
Ə.  Fətəlibəylinin  C.  Hacıbəyli  ilə  yazışmalarında  “Azərbaycan”  jurnalının 
fransız  dilində  nəşrinə  də  çalışmaları  qeyd  olunurdu.  Təəssüflər  ki,  Amerikan 
Komitəsinin  nümayəndəsi  jurnalın  fransızca  nəşrinə  maraq  göstərməyib 
bildirmişdi:  “Əgər  Hacıbəyli  Parisdə  yaşamasaydı  və  fransız  dilini  bilməsəydi, 
onda o jurnalın fransızca da nəşrinə ehtiyac qalmazdı”. (366) 
Qeyd  edək  ki,  bu  illərdə  Ə.  Fətəlibəyli  Düdənginski  ilə  C.  Hacıbəyli 
arasında  da  müəyyən  soyuq  münasibətlər  yaransa  da,  ötüb  keçmişdi.  Belə  ki, 
“Amerikan  Komitəsi”nin  nümayəndəsi  D.  Layonun  Parisdə  C.  Hacıbəyli  ilə 
görüşməməsindən o, bərk incimiş və günahı Ə. Fətəlibəylidə görmüşdü. Lakin, Ə. 
Fətəlibəyli C. Hacıbəyliyə məktubunda bu məsələyə aydınlıq gətirib yazırdı: “Mən 
cənab  Aleksanderlə  görüşdüm.  O,  mənə  dedi  ki,  D.  Layon  xəstələndiyinə  görə 
Hacıbəyli  ilə  görüşə  bilmədi.  İndi  sizin  daha  bir  məktubunuz  haqqında.  Siz 
yazırsınız  ki,  çox  işləmisiniz  və  jurnalın  redaktoru  kimi  gərək  imza  qoyaydınız. 
Mən başa düşmədim, belə çıxır ki, mən Sizin arxanızda gizlənmişəm. Lakin, Sizə 
məlumdur  ki,  müharibədən  sonra  mən  bütün  ordenlərimi  taxıb  amerikalıların 
yanına  gedib dedim: “Bəli, mən milli azadlıq hərəkatına rəhbərlik etmişəm və bu 
hərəkatla  bağlı  sözü  olan  istənilən  xalqın  məhkəməsi  qarşısında  dayanmağa 
hazıram. Mən o zaman dediklərimi və yazdıqlarımı bu gün də təkrar edirəm”. (367) 
Şübhəsiz  ki,  çətin,  mürəkkəb  siyasi  mübarizə  həyatının  belə  anlaşılmazlıq 
məqamları  olurdu  və  bu  hallar  Ə.  Fətəlibəylini  və  C.  Hacıbəylini  bir-birlərindən 
heç də uzaqlaşdırmırdı. 
Azərbaycan  mühacir  və  legionerlərinin  fəallaşmasında  1952-ci  ilin 
sentyabrın  12-dən  19-na  qədər  Ştarnberqdə  və  Münhendə  keçirilən  Azərbaycan 
konfransının  da  böyük  təsiri  oldu.  Konfransda  Türkiyədən,  İrandan,  Fransadan, 
Avstriya  və  Almaniyadan  olan  nümayəndələr  iştirak  edirdilər.  Konfransda 
Azərbaycanın  müstəqilliyi,  vahid  antibolşevik  mərkəzin  yaradılması,  gələcək 
mübarizənin qısa proqramı məsələləri müzakirə edildi. 
Eyni  zamanda,  konfransda  Azərbaycan  Milli  Məclisinin  “Milli  Birlik” 
adlandırılması məqsədəuyğun sayıldı. 9 nəfərdən ibarət olan İdarə Heyətinin sədri 
vəzifəsinə  C.  Hacıbəyli,  müavinləri  isə  C.  Kazımbəy  və  Əziz  Alpaut  seçildilər. 
Bundan əlavə, konfransda azad dünyaya, müsəlman ölkələrinə, eləcə də prezident 
Xoysa, Amerikan Komitəsinə, admiral Kerkə müraciətlər qəbul edildi, azad dünya 
ölkələrinin Xarici İşlər nazirlərinə memorandium göndərildi. (225, s. 1-4, 8-10) 
Bu  illərdə  D.  Levin  Ə.  Fətəlibəyli,  Avtorxan,  Kanatbay  və  digərləri  ilə 
görüşərək  maraqlı  müzakirələr  aparırdı.  Rus  mühacirlərinin  nümayəndəsi 
Kerenskinin  “Novoe  Russkoe  Slovo”  (“Yeni  Rus  Sözü”)  jurnalında  D.  Levini 

tənqid  etməsinə  baxmayaraq  “Amerikan  Komitəsi”  onlarla  məsləhətləşmələri 
davam etdirirdi. (368, 119) 
1953-cü  ilin  martında  ABŞ  dövlətinin  maliyyələşdirdiyi  “Boişevizmlə 
Mübarizə Koordinasiya Mərkəzi” tərəfindən istiqamətləndirilən “Qurtuluş” radiosu 
öz ilk verilişlərinə başladı. Bu münasibətlə yayılan müraciətdə bildirilirdi: “Qulaq 
asın,  qulaq  asın!  Bu  gün  yeni  “Qurtuluş”  radiostansiyası  verilişlərinə  başlayır. 
Həmvətənlər! Axır ki, bizim öz səsimiz var. Stalinin polis terroru bizi öz evimizdə 
susmağa məcbur etsə də, xaricdə azad danışa bilirik. Azadlığa olan əbədi cəhdimiz 
xalqımızın  qəlbində  sönmədi.  Bizim  ilk  tapşırığımız  azadlığa  çağırışdır. 
Kommunist  rejiminə  müqavimət  hissi  də  xalqımızı  tərk  etməyib.  Biz 
azərbaycanlılar,  eləcə  də  Sovet  İttifaqının digər xaqları,  kommunizmi  məhv edib, 
qəsb  edilmiş  azadlığımızı  qaytarmağa  tam  qərarlıyıq.  Bizim  harda  olmağımızdan 
asılı  olmayaraq,  istər  Sovet  İttifaqında,  istərsə  də  azad  xarici  ölkələrdə  olsun, 
yalnız  bir  istəyimiz  vardır:  Kreml  hakimiyyətinin  yıxılması.  Biz,  hamımız  -
gənclərimiz,  yaşlılarımız,  Stalinin  dəmir  pərdəsi  arxasında  yaşayıb  əzab  çəkən 
sizlərlə bir istək və arzudayıq. 
...  1952-ci  ilin  oktyabrın  16-da  xarici  siyasi  qrupların  nümayəndələri 
Vətənimizi  kommunist  diktaturasından  xilas  etmək  üçün  “Bolşevizmlə  Mübarizə 
Koordinasiya  Mərkəzi”  yaratdılar.  Biz  mövcud  diktaturaya  qarşı  öz  xalq 
hakimiyyəti  prinsiplərimizi  qoyuruq...  Biz  bilirik  ki,  mübarizə  üçün  burdan  hazır 
reseptlər  vermək  mümkün  deyildir.  Vaxtı  çatanda  xalq  özü  necə  etməyi  başa 
düşəcək.  Bizim  radiostansiyanın  başlıca  vəzifəsi  Sovet  İttifaqında  eşidilməyən 
həqiqi  informasiyalarla  dinləyicilərimizi  təmin  etmək,  neçə  illərdir  ki,  aparılan 
sovet  təbliğatının  yalanlarından  azad  olmaqdır!  Bizim  radiostansiyanı  dinləyin! 
Bolşevizmlə mübarizə aparan koordinasiya mərkəzinin səsini eşidin!” (223, s.1-3) 
Qeyd  edək  ki,  hələ  1949-cü  ilin  may  ayının  sonunda  Nyu-York  şəhərində 
ABŞ dövlət rəsmilərinin iştirakı ilə gizli bir müşavirə keçirilmiş və SSRİ-yə, eləcə 
də  digər  sosialist  ölkələrinə  qarşı  ideoloji  hücumu  gücləndirmək  məqsədi  ilə 
nəhəng  bir  orqan  yaradılması  vacib  sayılmışdı.  General  Kleyy  tərəfindən 
müəyyənləşdirilmiş proqramda deyilirdi: “Kommunist rejimini devirmək məqsədi 
ilə psixoloji müharibə  aparmaq üçün  geniş və  həlledici kompaniya  təşkil edilsin” 
(106, s. 71) 
ABŞ  senatı  isə  federal  büdcənin  hesabına  iki  radiostansiyanın 
maliyyələşdirilməsi barədə qanun layihəsini bəyənib qəbul etdi. 
Həmin müşavirədən sonra 1950-ci ilin iyulun 4-də “Azad Avropa”, 1953-cü 
ilin  martın  1-də  isə  “Azadlıq”  radiostansiyaları  Almaniya  Federativ 
Respublikasında  fəaliyyətə  başladılar.  Əvvəlcə  stansiyaların  illik  büdcəsi  34 
milyon dollar idi ki, bunun da 13 milyon dolları təkcə “Azadlıq” radiostansiyasının 
payına düşürdü. Sonradan isə “Azad Avropa” və “Azadlıq” radiostansiyalarına hər 
il 100 milyon dollardan çox vəsait sərf edilirdi. 

Dünyanın yüzdən çox ölkəsində bu stansiyaların 240 məlumat mərkəzi, 80-
dən çox ölkədə 200-dən artıq kitabxanası vardı. Həftədə 2 min saatdan çox veriliş 
təşkil  edən  stansiyalar  Vətənimizə  qarşı  SSRİ  xalqlarının  23  dilində  təbliğat 
aparırdı. Burada çalışan jurnalistlərin də sayı daima artırdı. Belə ki, 1960-cı illərdə 
hər iki radiostansiyalardakı əməkdaşların sayı 306 nəfər idisə, sonradan bu rəqəm 
1300-ə çatdırıldı. Onların əksəriyyəti isə keçmiş SSRİ vətəndaşları, legionerlər və 
mühacirlər idi. “Azadlıq” radiosunun 17 stansiyası arasında SSRİ-nin bütün ərazisi 
bölüşdürülmüşdü. 
“Azadlıq”  və  “Azad  Avropa”  radiostansiyaları  Münhendə  (hazırda  isə 
Praqada),  İngilis  Parkının  yaxınlığında  Arabellaştrasse  küçəsindəki  18  saylı  üç 
bloklu  beton  binada  yerləşirdi.  Həmin  yer  şəhərin  şərq  hissəsindən  təxminən  4-5 
km məsafədə idi. 
“Azadlıq” radiosunun “Azərbaycan redaksiyası”na bir müddət (1953-1954-
cü  illər)  Ə.  Fətəlibəyli  Düdənginski,  sonradan  isə  İsmayıl  Əkbər  və  Əli  Aranlı 
başçılıq  etmişlər.  “Azərbaycan”  redaksiyasında  Məcid  Musazadə  (Qarsalani), 
Fərman Məmmədov, Murad Muradlı, Kərim Aslanoğlu və digər keçmiş legionerlər 
çalışırdılar. 
Qeyd  edək  ki,  “Azadlıq”  radiosunun  “Azərbaycan”  redaksiyasının  ilk 
verilişi efirə 1953-cü ilin martın 6-da getmişdi. (226) 
“Qurtuluş”  (sonradan  “Azadlıq”  radiosu  adlandırıldı)  radiosunun 
yaradılması  istiqamətində  ilk  çalışmalar  1952-ci  ilin  fevralından  başlanıldı. 
“Amerikan Komitəsi”nin sədri olan admiral Kerkin rəhbərliyi ilə tez bir zamanda 
“Qurtuluş”  radiosu  Avropada  verilişlərinə  başladı.  Tezliklə  Sovet  İttifaqına  və 
Sovet  İttifaqında  qalan  Avropa  əraziləri  üçün  də  radioverilişlərin  ötürülməsi 
planlaşdırıldı.  Radioverilişlərin  Sovet  İttifaqından  gəlmiş  mühacirlər  tərəfindən 
hazırlanacağı  nəzərdə  tutulurdu.  Bununla  əlaqədar  1952-ci  ilin  iyununda 
Ştarnberqdə (Bavariyada) konfransda hazırlıq işləri görülmüşdü. (226, s.5-6) 
Qeyd edək ki,  “Qurtuluş” radiosunun yaranmasında böyük xidmətləri olan 
Alan Q.  Kerk  vaxtı ilə  ABŞ-ın Moskvada səfiri işləmiş, “Amerikan Komitəsi”nin 
sədri  olmuş,  sonradan  isə  prezident  Trumen  ona  Psixoloji  Strategiyalar  Şurasının 
direktoru vəzifəsini təklif etmişdir. Bu şura  ABŞ-ın Milli Təhlükəsizlik Şurasının 
nəzarətində idi və Amerikanın Sovet İttifaqına qarşı olan psixoloji strategiyalar və 
dünyada  kommunist  təbliğatı  sahəsindəki  siyasətini  müəyyənləşdirirdi.  Əllinci 
illərdə isə radionun daha effektli bir təbliğat olduğu aydın görünməkdə idi. (240, s. 
14) 
Beləliklə,  1953-cü  ilin  martından  “Qurtuluş”  radiosunun  Azərbaycan 
redaksiyası  fəaliyyətə  başladı.  “Azərbaycan”  redaksiyasının  ilk  Baş  redaktoru 
mayor Ə. Fətəlibəyli-Düdənginski oldu. 
“Azadlıq”  radiosu  fəaliyyətə  başladığı  ilk  gündən  Ə.  Fətəlibəyli  sovet 
hökuməti siyasəti əleyhinə olan verilişlər hazırlayırdı. 1953-cü ilin iyununda efirdə 
səslənən  “Türkiyə  haqqında  həqiqət”  verilişində  deyirdi:  “Danışır  Azadlıq 

radiostansiyası.  Əziz  həmvətənlər!  Siz  öz  azad  həmvətənlərinizin  azad  dünyadan 
səsini  eşidirsiniz.  İndi  isə  Sovet  imperializmi  seriyasından  “Türkiyə  haqqında 
həqiqət” mövzusunda verilişimizə qulaq asın. İkinci Dünya müharibəsindən sonra 
Sovet İttifaqının Türkiyəni “sülhlə fəth” etmək cəhdi boşa çıxdı. Türkiyə Kremlin 
bütün  həyasız  tələblərini  rədd  edib  SSRİ-nin  basqısına  qarşı  dayana  bildi  və 
bununla azadlığın və demokratiyanın qorunması üçün azad dünyaya böyük xidmət 
göstərdi.  Bundan  sonra  Kreml  görünməyən  antitürk  kampaniyasına  başladı.  Son 
zamanlarda  SSRİ-də  antitürk  kampaniyası  adi  sovet  vicdansızlığından  da  kənara 
çıxmışdır.” Ə. Fətəlibəyli verilişin sonunu bu sözlərlə bitirirdi: “Lakin, bu hiyləgər 
yanaşmalar  əbəsdir.  Demokratiya  bir  hakim  olaraq  kommunizm  və  sovet 
imperializmini  ölümə  məhkum  etmişdir.  Bütün  dünyanın  azad  xalqları  sovetlərin 
əzilən  xalqları  ilə  birgə  bu  hökmü  yerinə  yetirəcək  və  vahid  azad  dünya 
yaradılacaqdır”. (359) 
Ə. Fətəlibəylinin “Azadlıq” radiosunda müəllifliyi və redaktorluğu ilə 1953-
cü  ilin  iyunun  29-da  efirə  gedən  “Son  xəbərlərin”  109  saylı  bülletenində  Sovet 
dövlətinin və Kremlin mövqeyi kəskin olaraq tənqid edilirdi: Vaşinqtonda Amerika 
senatının xarici işlər üzrə komissiyasının sədri Aleksandr Uayli amerika xalqına və 
bu  dövlətin  müttəfiqlərinə  müraciət  etmişdir.  O,  müraciətində  bildirmişdır: 
“Barışdırıcılıq  siyasəti  dayandırılmalıdır.  Berlinin  sovet  bölməsindəki  üsyan, 
Çexoslovakiyada,  Polşada  və  digər  ölkələrdəki  hadisələr  Kreml  hökmdarlarının 
məşhur olmadığını sübut etdi. Azad Qərb dünyası qəti şəkildə Sovet hökumətindən 
təcavüzkar siyasətindən əl çəkməyi tələb etməlidir”. (360) 
Sovetlərin  təsirində  olan  Alman  Vahid  Sosialist  Partiyasının  mövqeyinin 
sarsıldığını  Ə.  Fətəlibəyli  belə  təqdim  edirdi:  “Şərq  bölgəsindən  alınan  xəbərlərə 
görə  zəhmətkeşlər  kütləvi  şəkildə  Vahid  Alman  Sosialist  Partiyasından  çıxmaq 
haqqında  ərizələr  verirlər.  Partiyanın  Mərkəzi  Komitəsi  yerli  təşkilatlara  həmin 
ərizələrə baxmamaq tapşırığı vermişdir”. (360) 
Qeyd  edək  ki,  Azərbaycan  legionerləri  mühacirətdə  olan  rusların  yanlış 
mövqelərini  kəskin  tənqid  edirdilər.  Belə  ki,  1952-ci  ildə  aprelin  27-də  mühacir 
rusların  “Xalqın  səsi”  qəzetində  “Vlasovçulara  salamımızı  bildirin”  başlıqlı  bir 
məktub dərc etmişdi. Məktubda bir almanın adı ilə ruslar təriflənir, moğollar (yəni, 
qeyri-ruslar) isə pislənirdi. (140, s. 30) 
Mühacir rus mətbuatı kommunizmin keçici bir situasiya olduğunu, Sovetlər 
Birliyində milliyyət məsələsinin təzahür etmədiyini, qeyri-rus xalqların Rusiyadan 
ayrılmağının yalnız onlara ağır zərbə vuracağı fıkrini (172, s. 13-14) təbliğ edirdi. 
Göstərirdilər ki, Sovet İttifaqında baş verən hadisələrin əsas səbəbkarı gürcü 
Stalin  və  onun  ətrafındakı  qeyri-rus  ünsürlərdir.  Əks  halda,  Rusiyada  rus 
olmayanları Rusiyadan ayıran başqa səbəblər yoxdur. 
Belə  yazıları  və  fikirləri  legionerlərimiz  lazımınca  və  obyektiv  olaraq 
cavablandırırdılar. 

Tanınmış  mühacir  C.  Hacıbəyli  də  millətçi  rusların  “Rusiyanın  azadlığı 
uğrunda  Mübarizə  İttifaqı”nın  orqanı  olan  “Rus  demokratı”  jurnalındakı 
məqalələrə  məntiqli  yazılarla  cavab  verir,  onların  “Stalinin  hesabına  Rusiyada 
yaxud  SSRİ-də  milli  məsələ  qalmayıb,  vahid  “milli  kompleks”  formalaşmışdır” 
fikrini kəskin tənqid edirdi. (243, s. 2-3) 
Mühacir  rusların  şovinist  mövqelərinə  qarşı  Ə.  Fətəlibəyli  də  kəskin 
yazılarla çıxış edirdi. O, göstərirdi ki, rus mühacirlərinin apardığı mübarizə rusların 
və  Rusiyanın  əleyhinə  çevrilməklə  nəticələnməməlidir.  Bu  halda  o,  yazırdı:  “Biz 
vahid antibolşevik cəbhəyə qarşı vahid demokratik cəbhə yaratmalıyıq”. (361, s. 6) 
Əllinci  illərdə  Azərbaycan  legionerlərinin  fəaliyyətində  bir  mühüm 
istiqamət  də  onların  müxtəlif  təşkilatlar  və  cəmiyyətlər  yaratması  idi.  Belə  ki, 
Türkiyədə-Ankarada  mühacir  və  legionerlərin  fəallığı  ilə  “Azərbaycan  Patriotlar 
Cəmiyyəti” yaradıldı. Cəmiyyətin yaradıcıları Əhməd Ulusoy, Çingiz Göygöl, Əli 
Taşkənt, Hidayət Turanlı və başqaları idi. (224, s.62) 
Eyni  vaxtda  yalnız  əsgər  və  legionerləri  birləşdirən  “Cəbhəçilər  İttifaqı” 
yaradıldı. Təşkilat qısaca olaraq belə adlanırdı: “Azərər”. (224, s. 62) 
Legionerlərin  bir  araya  gəlməsində  və  problemlərinin  həllində  göstərilən 
cəhdlərdən  biri  də  dini  əsaslarla  “İslam”  müsəlman  cəmiyyətinin  yaradılması  idi. 
Belə ki, 1953-cü ilin martın 1-də Münhendə Lyudvisfolda Sovet İttifaqından olan 
müsəlman  mühacirləri  (eləcə  də  legionerlərin)  nümayəndələrinin  iştirakı  ilə 
qurultay  keçirildi.  Qurultayda  “İslam”  müsəlman  cəmiyyətinin  yaradılması  və  bu 
cəmiyyətin  bilavasitə  dağınıq  vəziyyətdə  olan  qaçqın  müsəlmanları  birləşdirməsi 
vəzifəsi irəli sürüldü. Cəmiyyətin İdarə Heyətinin sədri İbrahim Hacıoğlu seçildi. 
(227, s. 31) 
Əllinci iliərdə mühacir və legioner qruplarının yaratdığı daha bir dərnək də 
fəaliyyətə  başladı:  “Azəri  Qardaşları  Yardımlaşma  Dərnəyi”.  Türkiyədə  - 
İstanbulda  fəaliyyət  göstərən  bu  dərnəyin  1952-ci  il  dekabrın  28-də  konfransı 
keçirildi və aşağıdakı tərkibdə rəhbərlik seçildi: Başqan - Məhəmməd Sadiq Aran; 
başqan vəkili - İdris Yaybulaq; baş katib - Ələkbər Fərhadlı; Xəzinədar və mühasib 
- Səməd Göyçay; üzvlər - 1) Əflan Muğan; 2) Şəfiqə Kaspirallı; 3) Səlim Bədəl; 4) 
Həsən İsmayıl. (3, s. 35). 
Qeyd  edək  ki,  İkinci  Dünya  hərbindən  sonra  legionerlərdən  bir  qrupu  da 
Amerikada  məskunlaşdı.  Amerikaya  gedən  azərbaycanlı  legionerlər  əsasən  Nyu-
Yorkun 40 km-də yerləşən Nevada şəhərində yaşayırdılar. Legionerlərdən Əhməd 
İbrahim, Hidayət İsrafil (albay İsrafil bəyin qardaşı), Ənvər Soltan, Oğuz Odər və 
başqalarının  təşəbbüsü  ilə  burada  əvvəlcə  “Azərbaycan  İslam  və  Xariciyyə 
Cəmiyyəti”  yaradıldı.  Sonradan  isə  bu  cəmiyyətin  adı  dəyişdirilərək  “Amerikada 
Azərbaycan Kültür Cəmiyyəti” adlandırıldı. Cəmiyyətin başqanı vəzifəsinə Əhməd 
İbrahim seçildi. (18, s. 8-10) 
Qeyd edək ki, 1950-ci ilin iyul ayının 8-də Almaniyanın Münhen şəhərində 
“Amerikan Komitəsi” tərəfindən yaradılan “SSRİ-ni Öyrənmə İnstitutu” fəaliyyətə 

başladı.  Keçmiş  legionerlərin  və  eləcə  də  mühacirlərin  bəziləri  buraya  işə  cəlb 
edildilər.  İnstitut  Sovetlər  Birliyini  tərk  edən  və  Sovetlər  haqqında  elmi 
araşdırmalar aparan sərbəst elm adamlarının təşkilatı olaraq da fəaliyyət göstərirdi. 
Bu  araşdırmalarda  məqsəd  Sovetlər  Birliyi  haqqındakı  bilgisizliyi  aradan 
qaldırmaq  və  Sovetlər  Birliyi  ilə  bağlı  məsələlər  haqqında  demokratik  dünyaya 
məlumat vermək idi. 
İnstitutun başlıca fəaliyyət istiqaməti belə  müəyyənləşirdi: SSRİ-nin xarici 
siyasətini, iqtisadiyyatını, coğrafiyasını, xalqların yaşayış tərzini, Sovet ordusunun 
təşkilini,  komanda  heyətinin  silah  növlərini,  topoqraf  və  hərbi  xəritələrini, 
sərhədlərini öyrənməkdən ibarətdir. Kommunist Partiyasının üzvü olmayan və bu 
partiyaya  meyl  göstərməmək  şərti  ilə  milli  və  siyasi  mənsubiyyətindən  asılı 
olmayaraq hər bir elm adamı İnstitutda fəaliyyət göstərə bilərdi. 
Azərbaycanlı  mühacir  və  legionerlərdən  olan  Mirzə  Bala  Məmmədzadə, 
Məhəmməd  Əmircan,  Süleyman  Təkinər,  Rza  Bayram  və  başqaları  da  burada 
çalışırdılar. 
İnstitut  Sovetlər  Birliyinə  aid  olan  kitablar,  dərgilər,  bülletenlər  də  nəşr 
edirdi. İnstitutun nəşr etdiyi “Dərgi” jurnalının məsul müdiri Mustafa Kamal, Yazı 
işləri müdiri isə azərbaycanlı Məhəmməd Əmircan idi. 
Qeyd  edək  ki,  mühacir  və  legionerlərin  əllinci  illərdəki  bu  fəallığı  Sovet 
dövlətini  ciddi  narahat  etməyə  başladı.  Belə  ki,  Sovet  dövləti  həmin  dövrdə 
kommunist  ideologiyasına  qarşı  mübarizə  aparanları  sıradan  çıxarmağa  dəfələrlə 
cəhdlər  göstərdi.  Bu  əməliyyatların  həyata  keçirilməsində  böyük  təcrübəsi  olan, 
geniş  şəbəkəli  “KQB”  -  (“DTK”)  əsas  rol  oynayırdı.  Bu  qurum  1917-ci  ilin 
dekabrında  yaradılmış  (282,  s.4)  və  daha  çox  “daxili  düşmən”  axtarmağa  (283, 
s.104) meylli idi. 
Məhz  həmin  təşkilatın  fəallığı  ilə  1954-cü  ilin  noyabrın  20-də  “Azadlıq” 
radiosunun “Azərbaycan” redaksiyasının baş redaktoru Ə. Fətəlibəyli-Düdənginski 
Münhenin “Alpenplate-6” meydanındakı bir mənzildə qətlə yetirildi. (381) 
Qeyd  edək  ki,  mayor  Ə.  Fətəlibəyli  Düdənginskinin  qətli  ilə  bağlı 
Almaniyada nəşr edilən “Abendzeytunq” (381) “Der Stern” (389) və “Kuik” (399) 
qəzetlərində geniş məlumatlar verildi. Törədilmiş qətlin səbəbi açıqlandıqda bütün 
Almaniya,  eləcə  də  qərb  ictimaiyyəti  sifarişli  bir  ölümün  baş  verdiyini  anladılar. 
Münhendə nəşr edilən “Abendzeytunq” qəzeti yazırdı: “1954-cü il noyabrın 22-də 
bazar ertəsi günü Münhenin Alpenplate-6 meydanında Mikayıl İsmayılovun meyiti 
tapıldı.  Meyit  basdırıldıqdan  sonra  məlum  oldu  ki,  əslində  öldürülən  Azadlıq 
radiosunun nüfuzlu işçisi  Fətəlibəyli imiş.  Cani isə  Mikayıl İsmayılovdur.  Ancaq 
hələ  noyabrın  26-da  dəfn  günü  Azadlıq  radiosuna  belə  bir  xəbər  çatdı  ki, 
Fətəlibəyli  İsmayılovu  özünümüdafiə  zamanı  öldürübmüş.  Bu  xəbərin  kim 
tərəfindən verildiyi məlum olmadı. Ancaq şənbə günü noyabrın 28-də, bir həftədən 
bəri işə çıxmayan Fətəlibəylinin cani deyil, öldürülən olduğu məlum oldu. Bu, heç 
bir axtarışın nəticəsi deyildi.  Sadəcə olaraq Azərbaycan redaksiyasının üzvləri bu 

xəbəri alman polisinə çatdırdılar. Təhqiqat nəticəsində 3 gün əvvəl İsmayılov adı 
ilə  basdırılan  meyitin  Fətəlibəyli  olduğu  müəyyənləşdirildi.  İsmayılovun  -  qatilin 
şəkli  bir  həftədən  sonra  dekabrın  2-də  qəzetlərin  çərşənbə  axşamı  sayında  dərc 
edildi. Fətəlibəylinin şəkli isə hələ də qəzetlərdə çap edilmirdi. Nə üçün? (Abend?) 
(381) 
Nüfuzlu  “Der  Stern”  qəzeti  isə  dərc  etdiyi  “Divanın  altındakı  kişi” 
məqaləsində  hadisəni  oxucularına  belə  çatdırırdı:  “Noyabrın  20-dən  21-nə  keçən 
gecə Münhenin Alpenplate küçəsində Şərqdən olan əcnəbi qətlə yetirildi. Meyit üç 
gün  polisdə  qaldıqdan  sonra  dəfn  edildi.  Lakin  sonradan  məlum  oldu  ki,  qətlə 
yetirilmiş  şəxs  kimi  qələmə  verilən  əslində  qatilin  özü  imiş.  Bu,  tamamilə  siyasi 
motivli bir qətl idi”. (389) 
Bəs  mayor  Ə.  Fətəlibəyli-Düdənginskini  kim  qətlə  yetirmişdi?  Bu  qətlin 
arxasında hansı səbəblər dayanırdı? Almaniya mətbuatı Amerikanın Məxfi Xidmət 
İdarəsinə  əsaslanıb  dərc  etdiyi  materiallarda  göstərirdi  ki,  Ə.  Fətəlibəyli-
Düdənginskini  qətlə  yetirən  şəxs  məhz  “Valka”  düşərgəsindən  keçib  gəlmişdir. 
“Valka” düşərgəsi  uzun illər  Şərqin casus  məktəbi olmuşdur.  ABŞ dövləti isə  bu 
düşərgədəki  müəyyən  münasib  qüvvələrdən  Şərqə  qarşı  xəfiyyə  xidməti  üçün 
istifadədə etirafını bildirirdi. Ruslar, Sovet hökumətinin müxtəlif millətlərdən olan 
vətəndaşları,  Polşa  mühacirləri,  çexlər  və  əvvəl  Balkandan  qaçan  və  ya  alman 
Vermaxtının işğalına məruz qalmayan digər əcnəbi qruplar üçün bura görüş nöqtəsi 
idi. Belçikalı artist Simon de Ridderin qətli kimi saysız-hesabsız cinayətlərin planı 
məhz  burada  hazırlanırdı.  Nə  vaxtsa  bu  düşərgədən  çıxanlar  sonradan  izsiz, 
nişanəsiz məhv edilirdi. 
Burada  Georq  Müller  adlı  birisi  ABŞ  məlumat  xidmətindən  məharətlə 
faydalanırdı.  Amerikalıların  etibarını  qazanan  G.  Müller  Nyurenberqdəki  Qərb 
Məxfi  Xidmət  İdarəsi  üçün  əsasən  ukraynalı  casusların  radiotexniki  hazırlığına 
nəzarət  edir,  öz  tabeliyində  olanlara  məlumat  xidmətinin  tapşırıqlarını  çatdırırdı. 
Sonradan  məlum  olur  ki,  gecə  ikən  sərhədi  keçib  Sovet  İttifaqının  içərilərində 
gizlənən  bu  casuslardan  heç  biri  sağ  qalmırdı.  Onlar  Sovet  İttifaqında  bu  dövlət 
əleyhinə  işləmək  üçün  hara  getsələr,  dərhal  həbsə  alınıb  öldürülürdülər.  Onları 
sovet cəlladlarına təslim edən G. Müller idi. Çoxlarına sonradan məlum oldu ki, G. 
Müller  əslində  Qızıl  Ordunun  qərargah  rəisi  və  SSRİ  gizli  xidmət  idarəsinin 
xəfiyyə kəşfiyyatı zabiti Georgi Vladimiroviç idi. “Valka” düşərgəsinə isə o, zabiti 
olduğu idarədən göndərilmişdi. Həmin şəxs təkmilləşdirdiyi casusların bir hissəsini 
sovetə işləmək üçün “dəyişdirirdi.” 
Münhendə  qətlə  yetirilən  Ə.  Fətəlibəylinin  də  ölümü  məhz  G.  Müllerin, 
yəni  G.  Vladimiroviçin  adı  ilə  bağlanmaqdadır.  ABŞ  Məxfi  Xidmət  İdarəsi 
tərəfindən  sonradan  həbs  edilib  Frankfurtda  saxlanılan  G.  Vladimiroviçin 
ifadələrində bu qətllə də bağlı ciddi məqamlar açıqlanırdı. 
Almaniya mətbuatı yazırdı ki, 1954-cü il noyabrın 22-də səhər səksən yaşlı 
Frau Böhm mətbəxi yığışdırarkən küncdəki divanın altında meyit olduğunu görür 

və dərhal birinci  mərtəbədəki qonşusuna  xəbər verir. Polis işə qoşulduqdan sonra 
F.  Böhm  meyitin  Mikayıl  olduğunu  bildirir.  Alman  qadını  bunu  evin  açarının 
yalnız onda olması ilə əsaslandırır. Ölünün başı pencəyinə büküldüyündən sifətini 
görmək  mümkün  olmur.  Meyit  məhkəmə  tibb  ekspertizasına  verilir.  Lakin 
ekspertiza  səthi  aparılır.  Bundan  bir  həftə  sonra  aparılan  patoloji  araşdırmada  isə 
məlum oldu ki, onu həm də boğmuşdular. Qatilin çəkiclə başına vurulan zərbələri 
öldürücü olmadığından, o, cinayətdən bir neçə saat sonra ölmüşdü. Bu fakt həm də 
mərhumun  -  Ə.  Fətəlibəyli  -  Düdənginskinin  əl-qolunun  bağlanmasını  da 
aydınlaşdırırdı. 
Bəs  Ə.  Fətəlibəyli-Düdənginskini  qətlə  yetirən  Mikayıl  kimdir?  Mikayıl 
İsmayılov 1920-ci il avqustun 20-də azərbaycanlı ailəsində doğulmuş, 1941-ci ildə 
isə  müharibədə  almanlara  əsir  düşmüşdür.  Az  sonra  o,  legioner  həyatı  yaşamış, 
162-ci  piyada  qoşunun  tərkibində  sovetlərə  qarşı  vuruşmuşdur.  Əslində  mayor  Ə. 
F. Düdənginski ilə də o, burada tanış olmuşdur. Sonradan o, Almaniyanın məğlub 
olacağını  anlayıb  İtaliya  partizanlarına  qoşulur:  1947-ci  ildə  İtaliyada  bir  italyan 
qadınla evlənir və iki övladı dünyaya gəlir. 1951-ci ildə isə SSRİ-yə Azərbaycana 
qaytarılmaq  barədə  Neapoldakı  səfirliyə  müraciət  edir.  SSRİ-yə  qayıtdıqda  Sovet 
Məxfi Xidmət İdarəsi (KQB) onu ələ keçirir və o, qərbə qayıdıb əvvəlki legioner 
yoldaşları  arasında  casusluq  etmək  tapşırığını  alır.  1953-cü  ildə  o,  Drezdenə  - 
ailəsinin  yanına  gəlir və buradan  AFR-ə göndərilir. Əvvəlcə o, buradakı  “Valka” 
düşərgəsinə salınır. Bir neçə həftədən sonra isə Münhenə gəlir və ABŞ-ın xidmət 
idarələrinin birində  işə  düzəlir. 1953-cü ildə  M. İsmayılov Sovet  Məxfi İdarəsinə 
verdiyi vəddən imtina etməyə çalışsa da, baş tutmur. Onun arxasınca göndərilən bir 
qadın M. İsmayılova tapşırığı yerinə yetirməyin vacibliyini xatırladır. 
1954-cü  il  noyabrın  20-də  günorta  vaxtı  Mikayıl  Alpenplate  6-dakı  evin 
mətbəxinə  gəlir və tanışı Frau Böhmlə  nahar edir. Mikayıl tək qalmaqdan özü də 
qorxduğundan  daima  kiminləsə  olmağa  çalışırdı.  Artıq  Mikayılı  güdür  və  onu 
tapşırığı yerinə yetirməyə təhrik edirdilər. Həmin günün axşamı saat 20-də Mikayıl 
yanına gələn mayor Ə.Düdənginskini Frau Böhmlə də tanış edir. Mikayıl mayorla 
birlikdə şam etdikdən sonra gəzməyə çıxırlar. Onlar əvvəlcə Leopold küçəsindəki 
kafedə,  sonra  Bayer  küçəsindəki  pivəxanada  oturur,  sonra  Rozenhaymer 
küçəsindəki rəqs zalına gedirlər. Burdan sonra mayorun izi itir. 
Sabahı gün, noyabrın 21-də saat l-də Mikayıl Frau Böhmün qapısını döyür. 
Qadın  onun  titrədiyini  görüb,  nə  baş  verdiyini  soruşur.  O  isə  cavab  verməyib, 
gedəcəyini bildirir. Hələlik isə mətbəxdə yatmaq üçün icazə istəyir. 
Noyabrın 22-də səhər Frau Böhm mətbəxə keçir. Bundan sonra hadisədən - 
törədilən qətldən xəbər tutulur. 
Məlum  olur  ki,  noyabrın  20-də  Mikayıl  son  dəfə  Ə.  F.  Düdənginski  ilə 
Rozenhaymer küçəsində görüşənə qədər onların münasibətində qeyri-adi ziddiyyət 
nəzərə  çarpırdı.  Lakin  həmin  gün  onların  söhbəti  çox  gərgin  olmuşdu.  Stol 
arxasında oturduqları vaxt mayor Fətəlibəyli artıq 6-cı şərab dolu qədəhinı içirdi. 

Mikayıl  isə  yalnız  ikinci  qədəhini  yarısına  qədər  içmişdı.  Arada  Mikayıl  iki  dəfə 
pulu ödəmək bəhanəsi ilə çölə çıxmış və yaxınlıqda yaşayan usta Faustledən çəkic 
götürmüş, Fətəlibəylini də əvvəlcə məhz  həmin alətlə  vurub ölümcül hala salmış, 
sonra boğub öldürmüşdü. (389) 
Ə.  F.  Düdənginski  Münhen  yaxınlığında  Noy-Ulm  şəhərindəki 
qəbirstanlıqda  qardaşı  Seyfullanın  məzarı  yanında  dəfn  edildi.  Ə.  F. 
Düdənginskinin  qardaşı  Seyfulla  1951-ci  ilin  aprelində  41  yaşında  Münhendə 
avtomobil  qəzasında  həlak  olmuşdu.  Qeyd  edək  ki,  M.  İsmayılov  Azərbaycana 
qayıtdıqdan sonra izi itirmək üçün onu öz evində öldürmüşdülər. Bəzi mənbələrdə 
qayıtdıqdan sonra evində asıldığı deyilir. 
Mərhumun  ölümü  münasibəti  ilə  Azadlıq  radiosunun  Azərbaycan  şöbəsi 
dostlarına  və  yaxınlarına  bildirirdi:  “Azadlıq  radiosu”nun  Azərbaycan  şöbəsi 
idarəmizin  unudulmaz  müdiri  və  “Azadlıq”  Radiosunun  görkəmli  başçılarından 
Əbdürrəhman  Fətəlibəylinin  20.11.1954  tarixdə  vəhşicəsinə  öldürüldüyünü  və 
5.12.1954  tarixdə  Noy-Ulm  məzarlığında  yatan  mərhum  qardaşı  Seyfulla 
Fətəlibəylinin  məzarı  yanında  dəfn  edildiyini  mərhumun  əqrəba,  dost  və 
tanıdıqlarına  dərin  təəssüflərlə  bildirir.”Azadlıq”  radiosunun  Azərbaycan  şöbəsi”. 
(120) 
Ə. Fətəlibəylinin ölümü münasibəti ilə Türkiyədə  - İstanbulda Azərbaycan 
Kültürünü  Tanıtma  Dərnəyində  və  Ankaradakı  Azərbaycan  Kültür  Dərnəyində 
matəm toplantısı keçirildi. Toplantıda M. Ə. Rəsulzadə çıxış edib, mərhum mayor 
haqqında öz xatirələrini söylədi”. (121) 
Ə.  Fətəlibəylinin  ölümü  münasibəti  ilə  yaxın  dostu  Əziz  Alpaut  yazırdı: 
“Daha  gün  kimi  sevgi  ilə  dolu  gözləri,  gülər  üzü  gözümün  önündə.  Münhen 
təyyarə  meydanında  qarşılayırdı  məni...  Əbdürrəhmanın  başlıca  qayəsi,  bütün 
düşüncəsi, canından çox sevdiyi yurdu Azərbaycanın qurtuluşu idi”. (19, s. 6) 
Ə.  Fətəlibəylinm  ölümündən  sonra  onun  ailəsinin  də  maddi  vəziyyəti  çox 
ağırlaşdı.  Bununla  əlaqədar  “Azadlıq”  radiosu  Azərbaycan  redaksiyasının  baş 
redaktoru  İsmayıl  Əkbərin  (Ə.  Fətəlibəylinin  ölümündən  sonra  onun  yerinə  İ. 
Əkbər  gətirilmişdi)  Avropadakı  Amerikan  Komitəsinin  vitse-prezidenti  Robert 
Kellə məktubunda yazılmışdı: “Çox hörmətli cənab Kell! İcazə verin, aşağıdakıları 
diqqətinizə çatdırım: “Azadlıq” radiostansiyası Azərbaycan redaksiyasınm mərhum 
baş redaktoru Əbo Fətəlibəyli, məlum olduğu kimi, ailəli idi və onun həyat yoldaşı 
oğlu  ilə  birgə  Ankarada  yaşayırdı.  Hazırda  da  orada  yaşamaqdadır.  Ə. 
Fətəlibəylinin  ölümündən  sonra,  Sizə  məlum  olduğu  kimi,  biz  Amerikan 
Komitəsindən xahiş etdik ki, mərhumun ailəsinə maddi kömək etsin. Və biz ümid 
edirdik  ki,  komitə  bu  işdə  yardımçı  olacaqdır.  Lakin,  komitə  ilə  uzunmüddətli 
yazışmalardan  sonra  Nyu-Yorkdan  belə  xəbər  gəldi  ki,  guya  Fətəlibəylinin  həyat 
yoldaşı  ailə  həyatı  qurmuş  və  öz  oğlu  ilə  heç  nəyə  ehtiyacı  olmadan  rahat  və 
təminatlı  yaşayır.  Biz,  əlbəttə  ki,  Amerikan  Komitəsinin  bu  məlumatına  inanıb 
sakitləşdik. Lakin, alınan məlumat həqiqətə uyğun gəlmir. Belə ki, mən Türkiyədə 

ezamiyyətdə  olarkən  Fətəlibəylinin  ailəsinə  baş  çəkdim  və  onların  yoxsulluq 
içində,  yarızirzəmi  şəraitində  yaşadığını  gördüm.  Fətəlibəylinin  həyat  yoldaşı 
işləyir  və  ayda  iki  yüz  türk  lirəsi  alır  ki,  bu  ailənin  dolanışığına  kifayət  etmir. 
Mərhumun  17  yaşlı  oğlu  Əli  bəy  ötən  il  gimnaziyanı  bitirib  və  maddi  imkan 
olmadığından  təhsilini  davam  etdirə  bilməyib.  Belə  vəziyyət,  əlbəttə  ki,  bizim 
hamımımızı çox  narahat edir  və  həyəcanlandırır. Odur  ki,  mərhum  Fətəlibəylinin 
ailəsinin  acınacaqlı  vəziyyətini  diqqətinizə  çatdırıb  xahiş  edirəm  ki,  cənab  Kell, 
Komitə  heç  olmasa,  mərhum  Fətəlibəylinin  oğlunun  təhsili  üçün  onun  ailəsinə 
müəyyən  maddi  kömək  ayırsın.  Xahiş  edirəm  ki,  mənim  Sizə  dərin  hörmətimin 
olduğunu  qəbul  edəsiniz.  Əvvəlcədən  təşəkkürümü  bildirirəm.  İsmayıl  Əkbər”. 
(Türkiyədən alınmış bir arayış da  məktuba  əlavə edilir.  Arayışda  göstərilir  ki,  Ə. 
Fətəlibəylinin  ölümü  günündən  onun  həyat  yoldaşı  dul  qadın  kimi  qeydiyyata 
alınıb.) (108) 
Qeyd  edək  ki,  Ə.  Fətəlibəyli  “vətən  xaini”  elan  edildikdən  sonra  ailəsi  və 
yaxın qohumları həbs edilib sürgünə göndərildilər. (110) 
Ə.  Fətəlibəylinin  qətlə  yetirilməsindən  sonra  Türkiyədə  yaşayan  həyat 
yoldaşı Leyla xanım isə Əli bəylə birgə Amerikaya getdi. Yaxın qohumları onları 
axtarsalar da, bu günə qədər harada yaşadıqlarını öyrənə bilməmişlər. 
Mayor  Ə.  Fətəlibəylinin  vəfatından  sonra  bir  zamanlar  Amerikada 
“Amerikanın  səsi”  radiosunda  işləyən  İsmayıl  Əkbər  Azərbaycan  redaksiyasının 
baş  redaktoru  təyin  edildi.  Sonradan  İsmayıl  Əkbəri  Əli  Aranlı  əvəz  etdi.  Qeyd 
edək  ki,  Azərbaycan  redaksiyasmda  Məcid  Musazadə,  Murad  Şəkili,  Süleyman 
Təkinər  də  çalışır,  böyük  fəaliyyət  göstərir,  sovet  dövləti  əleyhinə  geniş  təbliğat 
aparırdılar. (106, s.70-81) 
Qeyd edək kı, Sovet hakimiyyətinin mövcudluğu dövründə xarici ölkələrdə 
yaşayan  legionerlər  “vətən  xaini”  elan  edilsə  də  yalnız  70-80-ci  illərdə   
Azərbaycanda  olan  qohumları  ilə  məktublaşmaga  və  onlarla  görüşməyə  icazə 
almışdılar. 
Beləliklə,  legionerlərin  İkinci  Dünya  müharibəsindən  sonrakı  fəaliyyəti 
ümumilikdə  Azərbaycanın  azadlığı  və  istiqlaliyyəti  uğrunda  mübarizəyə 
istiqamətlənmişdi. 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin