Net of tax to the product and import was formed 10. 4% of gdp



Yüklə 19.23 Kb.
tarix07.06.2017
ölçüsü19.23 Kb.
January-February, 2015 GDP of the country increased by 4.2% compared to the same period of previous year and became 7.1 milliard manat. 
66.6% of GDP was produced in non-oil-gas sectors and increased by 5.1% compared to the same period of previous year. 
During this period 36.3% of GDP was produced in industry, 12.0% in services on trade and maintenance of transport means, 10.4% in construction, 6.7% in transport and warehouse, 3.5% in accommodation of tourists and catering services, 3.4% in agriculture, forestry and fishing, 2.4% in information and communication services, 14.9% in social and other service fields. 
Net of tax to the product and import was formed 10.4% of GDP

2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 4,2 faiz artaraq 7,1 milyard manat təşkil etmişdir. Əlavə dəyərin 36,3 faizi sənaye sahələrində, 10,4 faizi tikinti kompleksində, 15,5 faizi ticarət və pullu xidmət sahələrində, 6,7 faizi nəqliyyatda, 2,4 faizi rabitə müəssisələrində, 3,4 faizi aqrar bölmədə, 14,9 faizi digər sahələrdə yaradılmışdır. Əlavə dəyərin 66,6 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 5,1 faiz, neft-qaz sektorunda isə 3,3 faiz artmışdır. 


2015-ci ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 3,7 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Mədənçıxarma bölməsində məhsul istehsalı 5,4 faiz, o cümlədən neft hasilatı 1,6 faiz, əmtəəlik qaz hasilatı isə 10,5 faiz artmışdır. 
Sənaye məhsulunun 59,9 faizi mədənçıxarma bölməsində, 29,2 faizi emal bölməsində, 9,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 
İki ay ərzində sənayenin emal bölməsinin məhsullarından içki istehsalı 1,5 faiz, kimya sənayesi məhsulları istehsalı 20,6 faiz, rezin və plastmas məmulatların istehsalı 29,3 faiz, hazır metal məmulatların istehsalı 7,6 faiz, tikinti materialları istehsalı 24,0 faiz, elektrik avadanlıqlarının istehsalı 73,6 faiz artmışdır. 
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 2,3 faiz, elektrik enerjisi istehsalı isə 1,2 faiz artaraq 4,1 milyard kVt saat olmuşdur. 
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 10,0 faiz artmışdır. 
İki ay ərzində istehsal olunmuş məhsulun 99,7 faizi istehlakçılara göndərilmişdir. Bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 312,8 milyon manatlıq hazır məhsul olmuş və əvvəlki ayla müqayisədə 21,1 milyon manat artmışdır. 
Aqrar bölmədə bitkiçilik məhsullarının əkininə başlanmışdır. Mart ayının 1-nə kimi 47,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 1031 hektar sahədə dənli və dənli paxlalılar, 11,0 min hektar sahədə kartof, 7,3 min hektar sahədə tərəvəz, 28,3 min hektar sahədə çoxillik otlar əkilmişdir. 
Heyvandarlıq məhsullarından diri çəkidə ət istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 1,4 min ton, yaxud 1,9 faiz artaraq 72,3 min ton, süd istehsalı 11,5 min ton və ya 4,3 faiz artaraq 279,4 min ton, yumurta istehsalı 17,1 milyon ədəd, yaxud 7,1 faiz artaraq 257,6 milyon ədəd, bitkiçilik məhsullarından isə 226 ton və ya 6,0 faiz çox tərəvəz istehsal edilmişdir. 
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 3,5 faiz, heyvandarlıq məhsulları istehsalı 3,1 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz artmışdır. 
Yanvar-fevral aylarında ölkənin tikinti kompleksində 1697,5 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz çox vəsaitdən istifadə edilmiş və onun 1247,0 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 886,5 milyon manatı yerli mənbələrdən daxil olmuşdur. 
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına iki ay ərzində 262,9 min kvadrat metr yaşayış evləri, növbədə 90 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 998 şagird yerlik ümumtəhsil məktəbləri, 150 yerlik məktəbəqədər təhsil müəssisələri, 140 yerlik klub və mədəniyyət evləriBakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası,Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Qusar rayonunda “Park Chalet Shahdag” Oteli istifadəyə verilmişdir. 
Nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən iki ay ərzində 33,2 milyon ton yük və 283,8 milyon nəfər sərnişin daşınmış, 2014-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 3,8 faiz, sərnişin daşınması 4,1 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 2,6 faiz, dəmir yolu ilə 18,5 faiz, hava nəqliyyatı ilə 28,0 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,7 faiz, metro ilə 6,2 faiz, dəmir yolu ilə 2,8 faiz, hava nəqliyyatı ilə 3,0 faiz artmışdır. 
İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar-fevral aylarında ötən ilin müvafiq dövrünə nisbətən 10,0 faiz artaraq 254,7 milyon manat təşkil etmişdir. 
Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 3543,8 milyon manat məbləğində istehlak malları satılmış və xidmət müəssisələri tərəfindən 1076,7 milyon manatlıq pullu xidmətgöstərilmişdir. 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə əmtəə dövriyyəsi 8,5 faiz, pullu xidmətlərin həcmi isə 5,1 faiz artmış, ölkə sakinləri ticarət şəbəkəsindən 1775,1 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı, 1768,7 milyon manatlıq qeyri-ərzaq malları almışlar. 
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin yanvar ayında ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 1852,0 milyon dollar məbləğində ticarət əməliyyatları aparmışlar. Əmtəə dövriyyəsinin 69,0 faizini və ya 1277,8 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 31,0 faizini (574,2 milyon dollarını) isə idxal məhsulları təşkil etmiş, 703,6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. Əmtəə mübadiləsinin 9,3 faizi və ya 172,4 milyon dollarlığı MDB üzvü ölkələri ilə, 58,0 faizi və ya 1074,1 milyon dollarlığı Avropa İttifaqı ölkələri ilə, 32,7 faizi (605,5 milyon dolları) digər dövlətlərlə aparılmışdır. 
Ölkəmizə idxal olunmuş malların 23,8 faizi və ya 136,8 milyon dollarlığı MDB üzvü ölkələrindən, 33,4 faizi və ya 191,9 milyon dollarlığı Avropa İttifaqı ölkələrindən, 42,8 faizi (245,5 milyon dolları) digər dövlətlərdən daxil olmuşdur. Ölkəmizə gətirilmiş malların 28,7 faizini maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, 17,6 faizini azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 9,8 faizini ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün, 8,7 faizini quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri, 7,0 faizini kimya sənayesi məhsulları, 6,8 faizini bitki mənşəli məhsullar, 2,8 faizini plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanan məmulatlar və s. təşkil etmişdir. 
Ölkədən ixrac edilmiş malların 2,8 faizi və ya 35,6 milyon dollarlığı MDB üzvü ölkələrinə, 69,0 faizi və ya 882,2 milyon dollarlığı Avropa İttifaqı ölkələrinə, 28,2 faizi (360,0 milyon dolları) digər dövlətlərə göndərilmişdir. Xarici ölkələrə göndərilmiş malların içərisində mineral məhsullar üstünlük təşkil etmişdir. Bundan başqa, ölkədən bitki mənşəli məhsullar, ərzaq, kimya sənayesi məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanmış məmulatlar və s. ixrac olunmuşdur. 
Əmtəə mübadiləsi daha çox İtaliya, Fransa, Almaniya, Rusiya, Türkiyə, Avstriya, İspaniya, Çexiya, Tailand, Tunislə aparılmışdır. 
Qeyri-neft məhsullarının ixracı 124,2 milyon dollar təşkil edərək 16,0 faiz artmışdır. 
Yanvar ayında ölkəmizə 0,5 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur. 
Xam neftin ixracı barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 1959,4 milyon dollar, o cümlədən ixrac 1385,2 milyon dollar təşkil etmiş, 811,0 milyon dollarlıq müsbət saldo yaranmışdır. 
İstehlak mallarının qiymətləri və xidmət tarifləri fevral ayında yanvar ayı ilə müqayisədə 4,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,1 faiz, xidmət tarifləri isə 1,2 faiz bahalaşmışdır. 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,7 faiz, xidmət tarifləri isə 1,4 faiz bahalaşmışdır. 
Yanvar ayı ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 444,4 manat təşkil etmişdir. 
2015-ci ilin ilk iki ayı ərzində ölkə əhalisinin hər bir nəfərinin gəlirləri 3,7 faiz artaraq 618,0 manata çatmışdır. Gəlirlərin 75,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 12,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir. 
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar ayında dövlət büdcəsinə 1,7 milyard manat vəsait daxil olmuş, büdcədən 1,3 milyard manat vəsait xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 421,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 11,6 faizinə bərabər olmuşdur. Büdcə xərclərinin 812,8 milyon manatı iqtisadiyyatın inkişafına, 202,7 milyon manatı sosial müdafiə və sosial təminata, 38,4 milyon manatı təhsil və səhiyyəyə yönəldilmişdir. 
2015-ci il fevralın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 18,6 milyard manat məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin həcmi 2014-cü il fevral ayının 1-i ilə müqayisədə 19,6 faiz artmış, onun 79,3 faizi və ya 14,7 milyard manatı uzun müddətli olmuşdur. Kreditlərin 1,0 milyard manatının, yaxud 5,5 faizinin ödəmə vaxtı keçmişdir. 
Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 10,4 faiz artaraq fevral ayının 1-i vəziyyətinə 7,1 milyard manata çatmışdır. 
Fevral ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,86 manata, 1 Avroya 0,98 manata, 100 Rusiya rubluna 1,34 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,82 manata, 0,95 manata və 1,29 manata bərabər olmuşdur. 

Makroiqtisadi göstəricilər


Göstəricilər

2015-ci ilin yanvar-fevralı faktiki, milyon manat

2015-ci ilin yanvar-fevralı 2014-сü ilin yanvar-fevralına nisbətən, faizlə

Məlumat üçün:
2014-cü ilin yanvar-fevralı 2013-сü ilin yanvar-fevralına nisbətən, faizlə


Ümumi daxili məhsul

7 113,6

104,2

101,6

o cümlədən qeyri-neft ÜDM-si

4 738,0

105,1

108,8

Sənaye məhsulu

3 700,2

102,3

96,3

Əsas kapitala yönəldilmiş vəsaitlər

1 697,5

100,5

107,9

o cümlədən tikinti-quraşdırma işlərinə

1 247,0

113,6

128,1

Kənd təsərrüfatı məhsulu

428,6

103,1

103,4

Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton

33,2

103,8

100,5

o cümlədən qeyri-neft yüklərinin daşınması

22,5

102,8

105,3

İnformasiya və rabitə xidmətləri

254,7

110,0

111,2

Pərakəndə ticarət dövriyyəsi

3 543,8

108,5

109,0

Əhaliyə göstərilən pullu xidmətlər

1 076,7

105,1

106,9

Dövlət büdcəsinin gəlirləri

1 684,8 x)

96,2 xx)

99,1 xxx)

Dövlət büdcəsinin xərcləri

1 263,2 x)

73,2 xx)

124,1 xxx)

Dövlət büdcəsinin profisiti

421,6

-

-

Əhalinin gəlirləri

5 859,4

105,0

103,1

Hər nəfərə düşən gəlirlər, manat

618,0

103,7

101,7

Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat

444,4x)

104,3 xx)

106,4 xxx)

İstehlak qiymətlərinin indeksi

x

102,0

102,1

Statistika məlumatı1):

Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $

1 959,4 x)

105,0 3)

х

o cümlədən:

ixrac

1 385,2 x)

104,7 3)

х

ondan qeyri-neft məhsulu ixracı

124,2 x)

116,03)

108,0 4)

idxal

574,2 x)

106,4 3)

84,4 4)

Gömrük məlumatı2):

Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $

1 852,0 x)

120,2 3)

96,0 4)

o cümlədən:

ixrac

1 277,8 x)

124,2 3)

99,8 4)

idxal

574,2 x)

106,4 3)

84,4 4)




Qeyd: 

Каталог: new -> wp-content -> uploads -> 2015
2015 -> Kənd Təsərrüfatı İlin də Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi
uploads -> İqtisadi və Sosial İnkişaf Mərkəzi (cesd)
uploads -> Sağlamlıq imkanları məhdud şəxslərin müdafiəsi ilə bağlı
uploads -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
uploads -> Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
uploads -> Sağlamlıq imkanları məhdud insanlar üçün sosial müavinətlər, tibbi xidmət və maddi yardım
2015 -> Kənd Təsərrüfatı İlində Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi
uploads -> Azərbaycanda sığorta sisteminin Ümumu Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə