Nəvələrə nəsihət, Bakı, 68 sə



Yüklə 0.5 Mb.

səhifə1/4
tarix11.06.2017
ölçüsü0.5 Mb.
  1   2   3   4

~ 1 ~ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

~ 2 ~ 

 

 



 

 

 

 

 

 

 

 

 

N.ƏHMƏDOV 

Nəvələrə nəsihət, Bakı, 68 səh. 208 

 

 

        

 

   İnformasiyanın  bolluğu əsrdə insanlar çoxsaylı mənbələrdən, böyük 

həcmli məlumatlardan lazımi səviyyədə istifadə etməkdə problemlərlə 

rastlaşır. Xüsusilə, Azərbaycanda  əlifbanın bir neçə dəfə dəyişməsi 

ilə əlaqədar olaraq yeni nəslin nümayəndələri köhnə əlifba ilə 

yazılmış bilik mənbələrindən kifayət qədər bəhrələnə bilmirlər. 

Nəticədə onlar Azərbaycan xalqının uzun illər yaratmış olduğu 

arxivlərindən kənarda qalır ki, bunun da nə demək olduğunu anlayır.  

    Bu kitabçanı yazmaqla məqsəd, həyatda ən çox istifadə olunan 

danışılan hikmətli kəlamları və atalar sözlərinin bəzilərini gənc 

oxuculara çatdırmaqdır. Ümid edirik ki, bu kitabçada toplananlar 

möhtərəm oxucuları razı salacaq və onların dünya görüşünün 

artmasında az da olsa rolu olacaq. 

 

 



 

 

 

 

 

 

~ 3 ~ 

 

 



 

 

 

                                          

Mənim qənaətim 

 

 

 



Bütün insanlar şübhəsiz  kamil bilikli, dünya görünüşlü olmaq 

arzusu ilə yaşayırlar. Bunun üçün çoxsaylı vasitələrin olması hamıya 

məlumdur. Bunlardan biri də mütaliə etmək və kitab oxumaqdır. 

  Hamıya məlumdur ki, informasiyanın gündən-günə surətlə artdığı 

XXI əsrdə bütün kitabları oxumaq, informasiya mənbələri ilə tanış 

olmaq imkan daxilində deyil. Onu da nəzərə almaq lazımdır ki, bu 

bilik mənbələrindən məhrum olmaq insanların həyatla 

ayaqlaşmamasına gətirib çıxara bilər. 

Azərbaycanda bir-neçə dəfə əlifbanın dəyişdirilməsi millətin uzun 

illərlə yaratdığı bilik mənbələrindən məhrum olmasına, həyatla 

ayaqlaşmamasına gətirib çıxara bilər. 

Elə bu səbəbdən də, bu sahədə milli problemin həlli yolları 

tapılmalıdır. Əks halda gənc nəsil bir sıra dəyərli bilik mənbələrindən 

uzaqlaşa bilər. 

Bunun qarşısını almaq üçün bir sıra vasitələr var. Onlardan biri də 

bəzi kitablardakı məlumatların əsas, ən vacib hissələrini seçməli, 

ayırmalı və onlardan electron məlumat mənbəyi yaradılmalıdır. 

Beləliklə, çox dəyərli kitablardan və həyatda eşitdiyim hikmətli 

kəlamları və atalar sözlərini bu kitabçada cəmləşdirib nəvələrə, 

oxuculara çatdırmaq qarşıya məqsəd qoyulmuşdu. 

Bu kitabça vasitəsilə nəvələr çox qısa vaxtda nəyəsə nail ola bilər. 

Bu məlumatlar onların görüşlərdə, dostları ilə söhbətlərində öz 

fikirlərini daha aydın və səlist bildirməklərinə kömək edə bilər. 

Eyni zamanda bu kitabça Azərbaycan xalqının dəyərli janrı olan 

hikmətli kəlamların və atalar sözlərinin gənclər arasında 

yayılmasında və təbliğində hansısa rol oynayacaq. 

Kitabçanı oxuyanda nəvələr xoşuna gələn bir məqamla rastlaşsa, 

onları düşünməyə vadar etsə, kitabça haqqında kiməsə fikrini 

bildirsə, din haqqında məlumatlardan “nəyisə” yeni  

 


~ 4 ~ 

 

 



 

 

məlumat kimi qəbul etsə və yadında saxlasa, deməli əməyimiz hədər 



getməyib. 

Əgər bu kitabçadakı məlumat sizə birinci dəfə çatdırılarsa, ya da 

fikirləri yadınıza salırsa, təkrar etməyə nail olursa, deməli bu kitabın 

yazılmasına ehtiyac olduğunu düşünməkdə səhv etməmişik. 

                                                                                           

 

                                                                                                              



                                                                                Nadir Əhmədov 

                                   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

~ 5 ~ 

 

 



 

 

                              Nəvələrə nəsihət 

 

Uşaqlar nə qədər istedadlı olsanız da böyüklərin, babaların, 

nənələrin, ata və ananızın sözünə baxmasanız, dərsinizi oxumasanız 

daima mütaliə etməsəniz və dünya görüşünüzü genişləndirməsəniz heç 

nəyə nail ola bilməzsiniz. 

Siz həyatda nə qədər çox biliyə malik, sağlam olsanız, ətrafınızda 

olan insanlara hörmətlə, lütfkarlıqla yanaşsanız, onda ətraf da, 

cəmiyyət də sizə hörmətlə yanaşacaq. Bu da sizing həyatda xoşbəxt 

olmağınıza zəmin yaradacaq. 

 

 



Əziz nəvələr: 

-

 



Həyatda sağlam, bilikli və bacarıqlı olmalı; 

-

 



Ata-ananın, babaların, nənələrin, böyüklərin, müəllimlərin və sizə 

nə isə öyrədən ustadın sözlərinə diqqətli olmalı, nəticə çıxarmalı, 

hörmət etməli; 

-

 



Həyatda səbrli, ədalətli, azad fikirli, təvazökar, insanpərvər, 

xeyirxah, vətən təəssübkeşli olmalı, səhvini vaxtında qəbul etməyi, 

bağışlamağı, lazım gələndə üzr istəməyi, özündən zəiflərə, xüsusilə, 

qadınlara hörmət etməyi, insane əməyinə qiymət verməyi, düz 

danışmağı, başqasının fikrini dinləməyi, yeri gələndə “Çox sağ ol” 

deməyi və hörmət etməyi, həyatdan zövq almağı bacarmalı; 

-

 

İntiqam, düşmənçilik və qərəz hissi ilə yaşamamalı; 



-

 

Paxıllığı, lovğalığı, yalançılığı, ikiüzlülüyü, acgözlüyü, kin-kudurəti 



həmiçəlik kənara atmalı; 

-

 



Kompüteri, xarici dili, interneti dərindən bilməli və səmərəli 

istifadə etməli; 

-

 

Dinə hörmətlə yanaşmalı və cəmiyyətdə öz rolunu dərk etməli. 



 

 

 



 

 

 



~ 6 ~ 

 

 



 

 

Özüm qədər çox istədiyim, həyatda nəyi etməyi 



bacarmadığımı sizdən gözlədiyim və ümid bəslədiyim nəvələr, 

çox-çox xahiş edirəm bu kitabçanı oxuyun, bu sizing minimum 

biliyiniz ola bilər, bunları bilsəniz dərk, qəbul etsəniz onda siz 

bizim layiqli əvəzedicimiz olacaqsınız. Bu da həyatın 

inkişafıdır. 

Əziz balalar, sizə bunalrı məmnunluqla demək və çatdırmaq 

istəyinə nail olmuşam. 

 

Nadir Əhmədov 



 

 

 

    



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

~ 7 ~ 

 

 



 

Qiymətli incidir hikmətli kəlam 

 

Hədiyyələrin ən qiymətlisi hikmətli kəlamdır. 

                                            Məhəmməd Peyğəmbər (ə.s.) 

 

Böyüklərlə oturun, alimlərdən soruşun,  



Hikmət əhli ilə oturun-durun. 

                                            Məhəmməd Peyğəmbər (ə.s.) 

 

Hikmətlə, biliklə, comərdlikdə sən, 



Hər iki dünyada şahsan, hakimsən. 

                                                                             N.Xosrov 

 

Dünyanın bünövrəsi hikmətlə qoyuldu. 



                                                                                 Kəlam 

 

Hər vaxt xatırlayın! 



 

 



Kainatın bəzəyi insandır. 

 



Söz hafizədir. 

 



Xalqın ən böyük sərvəti onun dilidir. 

 



Xoş söz dəmir qapını açar. 

 



Qılınc bədəni, pis söz ağlı yaralayar. 

 



Şirin dili olanların dostları hər gün bir az da artar. 

 



Kitab hərisi ol, təvazökarlığa adət et. 

 



Kitab onu oxuyana xoşbəxtlik gətirir. 

 



Gül gözəldir, kitab güldən də gözəldir. 

 



Kitab hikmət bağçasının qapısıdır. 

 



Bir elm öyrənmək istədikdə sən, 

     Çalış ki, hər şeyi kamil biləsən. 

 

 Kamil bir palançı olsa da insan, 



    Yaxşıdı yarımçıq papaqçılıqdan. 

 



 Gözləriniz və nəfsiniz tox olsun. 

 



Hər kəs özü gələcəyini yaradır. 

 

 



~ 8 ~ 

 

 



 

 



 

 Ot kökü üstündə bitər. 

 

 Aslanın erkəyi, dişisi olmaz. 



 

 Tələsmək olar, tələsik iş görmək olmaz. 



 

 Xoşxasiyyət və insaflı olmağı özünə peşə et. 



 

 Bir gün elm öyrənmək, bir neçə il ibadət etməkdən xeyirlidir. 



 

 Vaxtını itirən bəxtini itirər. 



 

 Adamın həmişə bədəni və paltarı təmiz olmalıdır. 



 

 Ağlı başında olan övlad ata və ananı unutmaz. 



 

 Öz  bilik və istedadınla lovğalanma. 



 

 Sizdən hərəkət, Allahdan bərəkət. 



 

 Dediyindən peşiman olmamaq üçün düşün, sonra danış. 



 

 Çox bilib az danışan ol, az bilib çox danışan olma. 



 

 Çalış səni xalq tərifləsin, nəinki özün özünü. 



 

 Qardaş qırğını düşməni sevindirər. 



 

 Allah-təala insanı göydən yerə endirib, 



    Müəllim insanı yerdən göyə qaldırıb. 

 



 Dilinə yaxşıdan başqa heç bir şey deməyə  adət etmə. 

 



 Ədalətli  ol ki, ədalət görəsən. 

 



 Nəslin qocalarının hörmətini saxla. 

 



 Özünə rəva bilmədiyini başqalarına da rəva bilmə. 

 



 Istəyirsən sənin qədrini bilsinlər,sən dəbaşqalarının qədrini bil. 

 



 Yeyərkən tələsmə, ən azı 20 dəfə çeynə. 

 



 Səhər tezdən durmağa adət et. 

 



 Nə iş görürsənsə onu ehtiyatlı gör. 

 



 Pislə oturan yaxşılıq qazana bilməz. 

 



 Bilməyən yox, bilmək istəməyən sarsaqdır. 

 



 Həyat mebarizədir. 

 



 Yaşamaq üçün qalib gəlməyi öyrən. 

 



 Kədər ağıllı adamların müəllimidir. 

 



 Pul yaxşı bir xidmətçidir, amma pis ağadır. 

 



 Həmişə başqa adamlarda yaxşı tərəfi axtar, pisi yox. 

 

 



 

 

 



~ 9 ~ 

 

 



 

 



 

 Ağllı adamlar başqalarının qüsurlarını görərək, öz qüsurlarından azad 

olur. 



 



 Biliyinə qürrələnmə, bilmədiklərin bildiklərindən qat-qat çoxdur. 

 



 Özünüzə qarşı tələbkar və başqalarına mərhəmətli olduqda sizin 

düşməniniz    

     olmaz. 

 



 Dözüm acıdır, lakın meyvəsi şirindir. 

 



 Hövsələ ağlın xəzinəsidir. 

 



 Insanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır. 

 



 Hörmət və izzət pulla alınmır, onu göstərdiyin xeyirxahlıqla əldə edə 

bilərsən. 

 

 Unutma ! Yaxşılıq etsən də özünə qayıdır, pislik etsən də! 



 

 Yaxşılıq güdürsənsə, özün yaxşı ol. 



 

 Kim etdiyi yaxşılıqla lovğalanırsa, onu geri almış olur. 



 

 Yaxşı kitablar oxumaq ağıllı adamlar ilə söhbət etmək deməkdir. 



 

 Qəpiklər manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir. 



 

 Dahi Nizami Gəncəvi deyib: 



    “Kitab elə bir zinətdir ki, ondan hamı yesə də qurtarmaz. 

    Dünyada nə qədər kitab var belə, 

    Çalışıb vuruşub gətirdim ələ. 

    Oxudum, oxudum, sonra da 

    Hər gizli xəznədən bir dürr çıxardım” 

 



 

“ Yaşamaq  yanmaqdı, yanasan gərək, 

         Həyatın mənası yalnız ondadır. 

 



 

 Şam əgər yanmırsa, yaşamır demək, 

       Onun da həyatı yanmağındadır” 

 

 



 

 

 



 

 

 



~ 10 ~ 

 

 



 

 

“Qandal açılsa da qollarımızdan, 



 Köləlik hələ də beynimizdədir.” 

 

 



Əgər  yol əyrisə, düz olmaq üçün 

Bu əyri yollardan necə düz keçim? 

 

Biri-birimizə atdığımız daş 



Vətənə, millətə dəyir, a qardaş! 

 

Indi keçəl Həmzə iş başındadı, 



Koroğlu Həmzəyə cangüdən olmuş. 

 

Dünən bu Vətənə düşmən olanlar, 



Vətən aşıqınə çevrilmiş bu gün. 

 

Çox gördük xalqını qul edənləri, 



Eləsi gəlsin ki, xalqa qul olsun. 

 

Yalan hakim olub, böhtan gözətçi, 



Çürüyür zindanda yazıq həqiqət. 

 

Rüşvətin qolları elə güclüdür, 



Poladdan olsa da əyər qanunu. 

 

Heç demə, ən böyük haqsızlıq imiş, 



Haqqını istəyən millətin haqqı. 

 

Gözləri görməyən kor deyil hələ, 



Görmək istəməyən kordur, deyərdim. 

 

Düzlük istəyənin ən əvvəl özü, 



Əgər düz olmasan, vay o düzlüyə. 

 

 



~ 11 ~ 

 

 



 

 

Özün düz olmasan, tapmazsan düzü 



Əyrilər içində düzü seçəndə... 

 

Səsin fəryadını eşitmək asan, 



Qələmin fəryadı yetişmir sizə. 

 

“Bir ondan razıyam ki, 



 Özümdən narazıyam”. 

 

Yoxdan yaratmısan məni sən özün, 



Ya məni yox elə, ya da dərdimi. 

Məni quyudan çıxaran kəndir, 

Indi boğazıma keçıb halqa tək. 

 

Bir vaxt rusca idi bütün reklamlar, 



Indi ingiliscə dürtülür gözə. 

 

Xalqa arxasını çevirənlərin 



Arxası həmişə yerdə sürünür. 

 



 

 Səbirli olmaq ağıllı olmağa bərabərdir. 

 

 Səbirdən sonra həmişə uğur gəlir. 



 

 Həyatda heç bir güzəşt etməmək ağılsızlıq əlamətidir. 



 

 Hövsələ ağlın xəzinəsidir. 



 

 Etiraf etmək kişilik əlamətidir. 



 

 Vətəni sevməyən insan olmaz. 



 

“Vətən mənə oğul desə nə dərdim

Mamır olub qayasında bitərdim.” 

 

“Ah, Vətən, candan keçmək istədim, 



 Bu əziz yolda ölmək istədim.” 

 

 



 

 


~ 12 ~ 

 

 



 

 

 



 

 

 



 

Vətənin üçün qan, dostunuz üçün göz yaşı, ailəniz üçün tər tökün. 



 

Mənliyi olmayan millət başqa millətlərin ovudur. 



 

Torpaq uğrunda ölən varsa Vətəndir. 



 

Yad ocağının alovundan, Vətən ocağının tüstüsü yaxşıdır. 



 

Torpaqdan pay olmaz. 



 

Torpaq qızıl quşdur, əldən buraxdın – uçar gedər. 



 

Torpağa tər versən, o da sənə bar verər. 



 

Torpağın qədrini bilməyən ulaya-ulaya qalar. 



 

Hər bir türk bilməlidir türk olduğunu. 



 

Kim Vətəndən məhrum olsa, o, ata-baba nəslindən məhrum olar. 



 

“Vətən” sözü cəsarətsiz adamı da igid edər. 



 

Vətənə vurulmuş yaranı hər birimiz öz ürəyimizin dərinliyində hiss 



etməliyik. 

 



Hər şeyin dayağı olduğu kimi, insanın da dayağı onun vicdanıdır. 

 



Ən yüksək elm müdriklik, ən yüksək müdriklik isə xeyirxahlıqdır. 

 



Yaxşı tərbiyə bizim xoş gələcəyimiz, pis tərbiyə bizim göz 

yaşlarımızdır. 

 

Ən böyük xəyanət – soyuqqanlılıq, 



Ən böyük cinayət – biganəlikdir. 

 

“Mən yanmasam, sən yanmasan, biz yanmasaq, 



 Necə çıxar qaranlıqlar aydınlığa?” 

 



 

Düşmənçilik axmaqlıq əlamətidir. 

 

Mərdin ölüsü, namərdin dirisindən hörmətli olar. 



 

 

 



 

 

 



 

 

 



~ 13 ~ 

 

 



 

 

 



 

 

 



 

Dayaz çaylar səs-küylə, dərin çaylar sakit axar. 



“Yaman əməlindən daim qocalar, 

 Yaxşı əməlindən ucalar insan.” 

 

Qəddar adam yaltaq və qorxaq olar. 



 

Qəddarlıq nadanlıq əlamətidir. 



 

Hər bir şeyin tullantısı olduğu kimi, cəmiyyətin də tullantısı qəddar, 



qorxaq, yaltaq, nadan və ikiüzlü adamlardır. 

 



Kin saxlamaq cahillik əlamətidir. 

 



Yadından çıxarma ki, axmaq adama sirr vermək olmaz. 

 



Hər işdə xeyir güdən adam ziyan çəkər. 

 



Var dövlət olanda coşma, əlindən çıxanda çaşma. 

 



Dünyanın ən yazıq adamı  həyatı özü üçün yaşayanlardır. 

 



Adamın adamı olmaq üçün, gərək adam özü adam olsun. 

 



Xeyirxah əməl, xeyirxah tərbiyənin nəticəsidir. 

 



Ədalətli  adam özünə arzulamadığını başqasına da arzulamaz. 

 



Həyatın hər anını qənimət bil. 

 



Yadından çıxartma ki, qəmöqüssə insanın gücünü azaldır. 

 



Acgöz adam dünyanın yiyəsi olsa belə, yenə də acdır. 

 



Təmiz qəlbli, xeyirxah niyyətli adamın dili şirin olar. 

 



Heç nə bacarmayıb hər şey etmək istəyəndən uzaq ol. 

 



Tanıdığın uzaq yol tanımadığın yaxın yoldan yaxşıdır. 

 



Dərdin yarısını səbr etməklə sağaltmaq olar. 

 



Yadından çıxartma ki, sənə deyən, səndən də, başqasına deyəcək. 

 



Verən əl, alan əldən daha hörmətlidir. 

 



Varlısansa simic olma. 

 



Gözəl söz insan qəlbinə məlhəmdir. 

 



Yadında saxla ki, pis adam heç kim haqqında yaxşı fikirdə olmaz. 

 

 



 

 

 



 

~ 14 ~ 

 

 



 

 

 



 

 

 



 

Hər bir işdə tələsmək də olmaz, gecikmək də. 



 

Laqeydliyin bir səbəbi də nadanlıqdır. 



 

Bağışlamağı bacarmaq əxlaqdandır. 



 

Mərd adam bağışladığını minnət saymaz. 



 

Yadından çıxarma ki, ailəyə çörək vermək igidlik yox vəzifədir. 



 

Qohumlara çörək vermək vəzifə yox igidlikdir. 



 

Yada çörək vermək vəzifə, igidlik yox, qəhrəmanlıqdır. 



 

Hər bir musiqini başa düşmək və sevmək olar - əgər qulaq asa bilsən. 



 

Səhv etməmək üçün diqqətli olmalısan. 



 

Adamların sözlərinə inanmaq üçün əvvəl yoxla, əks halda tez-tez 



aldanmış olarsan. 

 



Xeyirxah adam həmişəyaşıl ağaca bənzər – ilin fəslindən asılı 

olmayaraq kölgəlidir. 

 

Həmişə ayıq ol, şər adamların hiylələrinin həddi-hüdudu olmaz. 



 

Mümkün olmayan şeyləri arzu etmə. 



 

Ehtiyacı olanların xahişini gözləmə, onlar deməmiş sən öz kömək 



əlini uzat. 

 



Dəfələrlə fikirləş, sonra dilinə gətir. 

 



Dönə-dönə götür qoy et, sonra həyata keçir. 

 



Hamı ilə dostluq etməyi bacar, tez-tez qəzəblənmə. 

 



Bu gün sənə işi düşmüş adama köməyi sabaha qoyma. 

 



Yaxşı ad qazanmaq xatirinə qanunsuzluğa yol vermə. 

 



Dövlətlənəndə qudurub yan-yörəni qapma. 

 



Yoxsulluqdan ruhdan düşüb yazıq-yazıq baxma. 

 



Heç kəslə dava-dalaş salma, hami ilə təvazökar ol. 

 



Özünə rəva bilmədiyin şeylər üstündə qardaşını danlama. 

 



Ağlın başındadırsa heç vaxt ata və ana haqqını unutma. 

 



Dindirilməmiş danışma, xahiş edilməmiş  

 

 



 

 

 



~ 15 ~ 

 

 



 

 

məsləhət verib nəsihət etmə. 



 

Malını elə yerə qoy ki, istəyəndə tapasan. 



 

Ədalətli ol ki, ədalət görəsən, xoş de ki, xoş eşidəsən. 



 

Ümidsizlik baş verdikdə ümidini itirmə, ümid ümidsizliklə bağlıdır. 



 

Həmişə yalan danışmaqdan, sırtıqlan utan, yaxşı işlər görməkdən isə 



utanma. 

 



O qədər yumşaq olma ki, səni “hop” eləyib udsunlar. 

 



O qədər də sərt olma ki, sənə salam verməyə də qorxsunlar. 

 



Başqaları ilə məsləhətləşməyi özünə əskiklik hesab etmə. 

 



Ağıllı qocalar və sınanmış dostlarla məsləhətləş. 

 



Sənə pis deyəni onu sənə xəbər gətirəndən tez bağışla. 

 



Istəyirsən xalq səni tərifləsin, sən də xalqı təriflə. 

 



Dostunun az olmasını istəmirsənsə, kin saxlayan olma. 

 



Həya, abırla yaşayıb dolanmaq istəyirsənsə, başqalarını rüsvay etmə. 

 



Dalda ələ salınmaq istəmirsənsə, əlinin altında işləyənlərlə mülayim 

dolan. 


 

Qorxusuz yaşamaq istəyirsənsə, başqalarına yamanlıq etmə. 



 

Istəyirsən sənin qədrini bilsinlər, başqalarının qədrini bil. 



 

Istəyirsən sənin dediyinə əməl etsinlər, özün dediyinə əməl et. 



 

Istəyirsən ki, dilin uzun olsun, əlini gödək et. 



 

Təzə dost tapdıqda, köhnəsinə arxa çevirmə. 



 

Tək olmaq pislə oturmaqdan yaxşıdır. 



 

Xəbər ürək açan deyilsə, sən sus, başqası desin. 



 

O şey ki, arxayınsan sənə deyəcəklər, soruşmağa tələsmə. 



 

Bir yerə girməzdən əvvəl ordan necə çıxmağı düşün. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

~ 16 ~ 

 

 



 

 

 



 

 



 

Unutma ki, öz borcunu dərk edib, onu yerinə yetirməmək 

qorxaqlıqdır. 

 



Cavanlığında ele yaşa ki, qocalıqda xoşbəxt olasan. 

 



Heç vaxt özgənin bədbəxtliyinə gülmə, sevinmə. 

 



Unutma ki, yaxşı məsləhətçi istənilən sərvətdən yaxşıdır. 

 



Təşəkkür vaxtında gözəldir. 

 



Insana qəmdən pis şey yoxdur. 

 



Qocalığa gülmə, çünki sən ona doğru gedirsən. 

 



Nəcibdən ayrılıb nanəcibə qoşulma. 

 



Əgər istəyirsən qəmini çəksinlər, başqalarının qəmini çək. 

 



Bir kəsi tanımaq istəyirsənsə, oturub-durduğu yoldaşlarına nəzər yetir. 

 



Başqalarının bəxtəvərliyinə qibtə etmə. 

 



Çalış öz dövrənə həmişə əxlaq, namus və qeyrət hasarı çək. 

 



Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazma. 

 



Heç bir zaman özün edə biləcəyin bir iş üçün başqasını narahat etmə. 

 



Unutma ki, əcaib, qəribə güyimlər gözəlliyi də eybəcərləşdirir. 

 



Bil ki, ağıl ilə dövlət əldə etmək olar, dövlətlə ağıl qazanmaq olmaz. 

 



Insan öz əqlilə məsləhətləşməmiş işə başlamaz. 

 



Ağıllı adam özündən güclüyə meydan oxumaz. 

 



Ağıl insanın mənəvi silahıdır. 

 



Ağıl qızıl tacdır, hər başda olmaz. 

 



Zarafat şərin müqəddəməsi, bütün bəlaların bələdçisidir. 

 



Acı dil qəddar ürəyin əlamətidir. 

 



Minnətdarlıq qəlbın nəcibliyinin əlamətidir. 

 



Unutma ki, kədərdə də ədəb var. 

 



Göz yaşlarında da həddi bilmək lazımdır. 

 



Yalnız ağılsız adamlar kədərdə hədd-hüdud gözləmirlər. 

 

 



 

 

 



 

 


~ 17 ~ 

 

 



 

 

 



 

 



 

Sadəlik təkcə ən gözəl yox, həm də ən vacib keyfiyyətdir. 

 

Ən gözəl zinət təmiz vicdandır. 



 

Yalnız ağıl, elm, iradə, vicdan insanı ucaldır. 



 

“Qorxuram!” sözünü demək, adamın öz vivdanı qarşısında etdiyi 



etirafdır. 

 



Qazanc dövləti artırar, insaf şöhrəti. 

 



Həqiqət acı olsa da, qarşısındakının xoşuna gəlməsə də, çəkinmə üzə 

de! 


 

Çox danışmaq əqlin azlığına, yalan danışmaq iradənin zəifliyinə 



dəlalət edir. 

 



Unutma ki, həddən çox mübahisə edəndə həqiqət itir. 

 



Əgər həqiqəti eşitmək istəyirsənsə, sərbəst danışmağa icazə ver. 

 



Dünyada kişi üçün ən gözəl libas doğruluq libasıdır. 

 



Bil ki, yalnız yalan insanı alşaldır. 

 



Döğru sözə and içməyə ehtiyac yoxdur. 

 



Unutma, ataya itaət Allaha itaət deməkdir. 

 



Atanın üzünə ağ olmaq Allahın üzünə ağ olmaqdır. 

 



Heç vaxt bilərəkdən valideyinlərin üzünə qabarmayın. 

 



Ana məhəbbəti bütün hisslərdən və dünya nemətlərindən ən 

daimisidir. 

 

Deyirlər ki, ev bir məmləkətə bənzəyir, ana onun padşahına. 



 

Dünyada yaxşılıq bacarmayanlar ana məhəbbətindən məhrum 



olanlardır. 

 



Ustadının, müəlliminin hörmətini uca tut, onları ata-ana qədər sev. 

 



Insanlara hörmət öz-özünə hörmət deməkdir. 

 



Işi sabaha saxlamaq ağılsızlıqdır, sabah nə olacaq bizə məlum deyil. 

 



Bircə saatın qədrini bilməyən həyatın tam  qiymıtini başa düşə bilməz. 

 

 



 

 

 



 

 


~ 18 ~ 

 

 



 

 

 



 

 

 



 

Bu günün bir saatı sabahın iki saatına bərabərdir. 



 

Üç səhər tez qalxan əlavə bir gün qazanar. 



 

Xöşbəxtlik zəhmət və iradənin, əmək və səyin nəticəsində əldə edilir. 



 

Öz-özünə hörmət etməyən adam xoşbəxt ola bilməz. 



 

Suyun çoxluğu əkinə zərər verən kimi, yeməyin də çoxluğu bədənə 



zərər verir. 

 



Səhər ağzına bir şey qoymamış evdən çıxma, çünki toxluq səbr və 

təmkinlilik nişanəsi, aclıq əsəbilik və qanıqaralıq əlamətidir. 

 

Səhhəti yerində olan adam qıymətsiz xəzinə  sahibidir. 



 

Çox yatmaq ölümə səbəb olar, ömrü az edər. 



 

Borcun yoxsa dövlətlisən, canın sağlamdırsa xoşbəxt. 



 

Sağlam olmaq varlı olmaqdan yaxşıdır. 



 

Sarsaqla dostluq etməkdənsə, ağıllı ilə düşmən olmaq yaxşıdır. 



 

Dostluq yalnız ağlın və yaşın yetkinliyi vaxtı möhkəm olur. 



 

Yalnız yaxşı insanlar arasında dostluq mümkündür. 



 

Dostunun az olmasını istəmirsənsə, paxıl olma. 



 

Mərdlik ilə çatar arzuya insan. 



 

It sənə dost olar bir sümük atsan. 



 

Namərd qədir bilməz qurban da olsan. 



 

Pis dostdan tək yaşamaq yaxşıdır. 



 

Eyibsiz dost axtaran axırda dostsuz qalar. 



 

Dost ona deyərlər ki, dostunun eybini özündən başqa heç kimə 



deməsin. 

 



Qorxaq dost düşməndən qorxuludur, çünki düşməndən ehtiyat edirsən. 

 



Xəbərçiyə inanan dostunu məhv edər. 

 

 



 

 

 



 

 

 



 

~ 19 ~ 

 

 



 

 

 



 

 



 

Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır. 

 

Unutma, qonağı qapıya qədər ötürərlər. 



 

Qonağın düşmənin olsa da, ona diqqətli ol. 



 

Evə qonaq gələndə saata baxma. 



 

Qonaq yanında uşağı vurmaq ev süpürmək qonağa hörmətsizlikdir. 



 

Qonağın təşəkkürü, onun qızıl hədiyyəsindən qiymətlidir. 



 

Əmək hər şeyə qalib gəlir. 



 

Köksüz ağac olmadığı kimi, əməksiz, zəhmətsiz də səadət ola bilməz. 



 

Əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin 



mənbəyidir. 

 



Əmək sevincdir, tənbəllik isə ağır bəla. 

 



Cavanlıqda tənbəllik eləyən, qocalanda cındır geyər. 

 



Heç kimlə qaba davranma, çünki sənə eyni qaydada cavab verərlər. 

 



Imanlı adam həmişə ədalət tərəfdarıdır. 

 



“Yox” demək bacarığı həyatın qaydalarından biridir. 

 



Tale adama yol açır səy isə bu yolu davam etdirir. 

 



Həddindən artıq təriflənmək, yalana bənzər. 

 



Axına qarşı üzmək arzusu təhlükəlidir. 

 



Haqq-hesab apar, amma çox dərininə getmə, nifrət oyadır. 

 



Təntənəli giriş barəsində yox, uğurlu nəticə haqqında fikirləş. 

 



Qəm-qüssədən qorumaq həm ağıllı, həm faydalı işdir. 

 



Hər şeyi tərifləməyə tələsmə. 

 



Fikir oyatmaq, yada salmaq incə işdir. 

 



Universal adamda, bütün yaxşı cəhətlər cəmləşir. 

 



Tərifəlayiq şeyləri təriflə bu zövqün olmasını göstərir. 

 

 



 

 

 



 

 

 



 

~ 20 ~ 

 

 



 

 

 



 

 

 



 

Dözülə bilən zarafatlar, xoş zarafatlardır. 



 

Pisliyi unuda bilmək insana verilən əm gözəl nemətdir. 



 

Batmaqdan xilas olmaq üçün üzməyi öyrən. 



 

Təmkinlik kamilliyin məbədidir. 



 

Insan daha çox öyrəndikcə, daha çox insan olur. 



 

Ağıl bütün qabiliyyətlərin üzərində hökmranlıq edir. 



 

Öz nəfsinin ağası olmaq – yüksək ruha xas olan xüsusiyyətdir. 



 

Həmvətənlərinə xas olan nöqsanlardan yaxa qurtar. 



 

Lütfkarlıq hər şeyi bəzəyir “yox” sözünü yumşaldır. 



 

Şöhrət ciddi əmək hesabına qazanılır. 



 

Günəşin üzünü tutmaq üçün balaca bir bulud kifayət edir. 



 

Ən etibarlı müdafiə bilik və bacarıqdır. 



 

Kimdənsə xoşun gəlmədiyini gizlət. 



 

Heç vaxt özünə hörmətini itirmə. 



 

Özündən çıxmamaq – kamilliyin əsas qaydalarından biridir. 



 

Incə  zövqü olan yaxşılığa daha çox can atır. 



 

Dərhal rədd cavabı vermə, qoy ümidlər damcı-damcı yoxa çıxsın. 



 

Yonulmazlıq savadsızlıqdan irəli gəlir. 



 

Yerli-yersiz hər şeyə irad tutmaq həmişə pis təsir bağışlayır. 



 

Şəxsiyyət olmağın ən qısa yolu – dost seçməyi bacarmaqdır. 



 

Əclaf adamlarla dil tapmaq asan deyil, onlar üçün qayda yoxdur. 



 

Hər xoşa gəlməz işdə məna axtarmaq özü mənasız işdir. 



 

Həkimin ustalığı dərmansız müalicə etməklə ölçülür. 



 

Elə bir adam yoxdur ki, ona məsləhət lazım olmasın. 



 

Söhbət etmək məharətinə yiyələn, çünki söhbətdə şəxsiyyət məlum 



olar. 

 

 



 

 

 



 

 


~ 21 ~ 

 

 



 

 

 



 

 



 

Gözləmə ki, su boğazına çatsın, qabaqcadan kənara çəkil. 

 

Qulaq asanda mühakimə yürütməyə tələsmə. 



 

Dostluğu qoruyub saxlamaq, onu yaratmaqdan çox çətindir. 



 

Kimlərdən çox asılısansa, onlara qarşı çox dözümlü olmalısan. 



 

Şərəfsiz qələbə - qələbə deyil, məğlubiyyətdir. 



 

Bir yalan öz ardınca başqasını dartıb gətirir. 



 

Hətta düzgün olduğun hallarda da güzəştə getmək yaxşıdır. 



 

Özün yaşamaq istəyirsənsə, başqalarına da yaşamağa imkan ver. 



 

Hər şeydən əmma çıxaran olma. 



 

Mahir atıcı həmişə bir az yuxarısını nişan alar. 



 

Hər bir adamdan nə isə yaxşı şey götürə bilmək şox yaxşı 



qabiliyyətdir. 

 



Özünü müdrik saymaq, müdrik olmaq demək deyil. 

 



Əsrin yetirdiyi yaxşı adamları tanı. 

 



Qabaqcadan işin düzələcəyinə əmin olmaq onun məhvinə aparır. 

 



Bəziləri qəm-qüssə çəkdiklərinə görə ölürlər, digərləri çəkmədiklərinə 

görə çox yaşayırlar. 

 

Acı dərmanla müalicə etmək olmaz, bunun üçün həbləri 



şirinləşdirməli. 

 



Aydın fikirli adamlar hamıya xoş gəlirlər. 

 



Düşmən üçün də barışıq qapılarının birini açıq qoymalı. 

 



Tərslikdən hərəkət etmə, sağlam düşüncə ilə hərəkət et. 

 



Ən yaxşı şeyi iti yerindən tutsan səni yaralaya bilər. 

 



Ən gərəksiz şeyin dəstəyindən yapışsan səni müdafiə edə bilər. 

 



Pis söz desən, ondan da pisini eşidərsən. 

 

 



 

 

 



 

 

 



 

 


~ 22 ~ 

 

 



 

 

 



 

 

 



 

Dünyada olan ən gözəl və kamil şeylərə diqqət yetir və öyrən. 



 

Heç vaxt işi yarımçıq göstərmə. 



 

Kiminlə iş görürsən onun  xasiyyətini öyrən. 



 

Özünü həddən artıq dartma deyingən olma bunlar ədəb qaydalarına 



ziddi. 

 



Həmişə elə hərəkət et ki, sanki kənardan sənə baxırlar. 

 



Yaxşılıq bizim balaca dünyanın günəşidir. 



  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə