809) Aşağıdakılardan hansı beyin absesi üçün səhvdir?
A) Daha çox törədiciləri streptokoklar və qram mənfilərdir
B) Cərrahi müdaxilə kapsula yarandıqdan sonra icra edilir.
C) Gec ensefalit dövrü 4-9 gün arasındadır
D) Kapsulun formalaşması orqanizmin infeksiyani sərhədlərə alması nəticəsində baş tutur
E) Tez kapsulyasiya dövrü 21-30 gün arasındadır.
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh6
810) Beyin abseslərində ən çox aşkar edilən mikroorqanizm hansıdır?
A) Bakteroidlər
B) Kandida
C) Anaerob streptokok
D) Sitrobakteriya
E) Stafilokok
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh67
811) Aşağıdakı mərkəzi sinir sistemi tumorlarından hansının mənbəyi neyroepitelial toxumadır?
A) Paraqanqlioma
B) Şvannoma
C) Oliqodendroqlioma
D) Plazmositoma
E) Meningioma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh69
Dostları ilə paylaş: |