900) Ağciyərin qanqrenasını qanqrenoz absesdən hansı əlamətə görə fərqləndirmək qəbul edilmişdir?
A) Immunoqramma və hemoqrammaya görə
B) Klinik mənzərəsinə görə
C) Auskultativ məlumatlara görə
D) Ağciyərdə boşluqların forması, lokalizasiyası və sayına görə
E) Ağciyərdə irinli-nekrotik prosesin yayılmasına və ətraf orqanları cəlb etmə xarakterinə görə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
901) Empiema boşluğunun fenestrasiyasının—plevral pəncərə qoyulmasının əsas şərti hansıdır?
A) Plevral boşluğun yalnız yan və arxa şöbələrində
B) Irinin ən çox toplandığı nöqtə
C) Empiema boşluğunun ən aşağı nöqtəsi
D) Empiema boşluğunun mərkəzi
E) Plevral boşluğun yalnız ön şöbələrində
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
902) Kəskin bakterial destruksiyanın piopnevmotoraksla ağırlaşması zamanı ən məqsədəuyğun müalicə həcmi necə olmalıdır?
A) Torakoskopiya, plevral boşluğun sanasiyası və drenləşdirilməsi
B) Təcili plevropulmonektomiya və ya plevrolobektomiya
C) Plevra boşluğunun drenləşdirilməsi, aktiv aspirasiya
D) Gündəlik plevral punksiyalar fonunda müalicəvi traxeobronxoskopiya kursları
E) Regionar bronxoblokada, plevra boşluğunun drenləşdirilməsi, aktiv aspirasiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |