88) Aşağıdakı klinik müşahidədə :
56 yaşlı qadın, sağəlli, klinikaya aşağıdakı əlamətlərlə daxil olmuşdur: son 5 ildə orta ifadəli baş ağrıları, sağ bazu, əl və ayaqda fokal qıcolmalar, son zamanlar meydana çıxmış bəzi sözlərin tələffüzündə çətinliklər.Ən güman olunan diaqnoz hansıdır?
A) Baş beyinin sol təpə payının şişi
B) Sol orta beyin arteriyasının kəskin aterosklerotik zədələnməsi
C) Funksional xəstəlik
D) Qabıqaltı strukturların şişi
E) Beyin kötüyünün şişi
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
89) Müayinə zamanı:A/T= 120/60 mm c. St.,nəbz 80 zərbə dəqiqədə, ritmiki, kafi dolğun, göz dibində ödem yoxdur, sağ əldə minimal motor pozğunluğu, sağda hiperrefleksiya, Babinski patoloji simptomu, orta ifadəli afatik pozğunluqlar. Lumbal punksiya zamanı: likvorun sitozu 2/3 9limfositar ), zülal -0.82 %.EXO-EQ sol beyinin orta strukturlarının sağa 3mm yerdəyişməsi. Kranioqrammada: sol təpə sümüyündə hiperostoz.Ən güman olunan diaqnoz hansıdır?
A) Konveksital meningioma
B) Təpə sümüyünün osteoması
C) Təpə lokalizasiyalı astrositoma
D) Metastatik şiş
E) Xolesteatoma
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
Dostları ilə paylaş: |