176) Körpü-beyincik bucağının şişlərində sütun əlamətlərinə nə aiddir?
A) Orta beyin lokalizasiyalı xarakter daşıyır
B) Əsasən yuxarı sütun xarakterli
C) Əsasən aşağı sütun xarakterli
D) Gecikmiş simptom
E) Erkən simptom
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
177) Körpü-beyincik bucağının şişlərində beyincik pozğunluqları necə xarakterizə olunur?
A) Gecikmiş əlamətdir
B) Erkən əlamətdir
C) Şiş tərəfində, gecikmiş əlamətdir
D) Hər iki tərəfdən
E) Şiş tərəfində
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
178) Körpü-beyincik bucağının meninqiomalarında onurğa beyni mayesində nə təyin edilir?
A) İfadə olunmuş zülal-hüceyrə dissosiasiyası
B) Limfositar pleositoz
C) Azacıq zülal-hüceyrə dissosiasiyası , neytrofil pleositoz
D) Neytrofil pleositoz
E) Azacıq zülal-hüceyrə dissosiasiyası
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
Dostları ilə paylaş: |