644) Fəqərəarası disk yırtığı zamanı hansı kökcüyün sıxılması nəticəsində pəncəni açan əzələnin parezi müşahidə olunur? A) S1
B) L5
C) L3
D) L2
E) L4
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh 187
645) Hansı səviyyədə fəqərəarası disk yırtığı zamanı boyun, bazu və saidin ön yuxarı səthində ağrı və parasteziya, ikibaşlı və bazu-dirsək əzələlərində parez müşahidə olunur? A) C6-C7
B) C2-C3
C) C3-C4
D) C4-C5
E) C5-C6
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh189
646) Fəqərəarası disk yırtığı zamanı hansı kökcüyün sıxılması nəticəsində boyun, bazu və saidin ön yuxarı səthində ağrı və parasteziya, ikibaşlı və bazu-dirsək əzələlərində parez müşahidə olunur? A) C5
B) C4
C) C4
D) C7
E) C6
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh189