969) Başı yana döndərdikdə beyin kötüyünün keçici qan - damar pozğunluğu, başgicəllənmə, qusma, bulbar iflic hansı arteriyada patoloji proses zamanı müşahidə edilir?
A) əsas arteriyanın tam tutulmasında
B) onurğa arteriyasının kəllədən xaric stenozunda
C) əsas arteriyanın stenozunda
D) onurğa arteriyasının aşağı beyincik arteriyasının ayrıldığı yerdəki zədələnməsi zamanı
E) ön beyin arteriyasının tromboz və stenozunda
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh162
970) Onurğa arteriyasının aşağı arxa beyincik arteriyasının ayrıldığı yerdəki zədələnməsi zamanı aşağıdakı əlamətlərdən hansılar müşahidə edilir?
A) Başı yana döndərdikdə beyin kötüyünün keçici qan - damar pozğunluğu, başgicəllənmə, qusma, bulbar iflic
B) Huşun qısamüddətli qaranlıqlaşması, görmənin pozulması
C) Tetraplegiya, naqil tipli hissiyyatın pozulması
D) Koma, tetraplegiya, ürək fəaliyyətinin, tənəffüsün pozulması
E) Vallenberq - Zaxarçenko sindromu, Horner sindromu, yerişin, duruşun çətinləşməsi, ikigörmə, vegetativ dəyişikliklər, fotopsiya
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh162
971) Vallenberq - Zaxarçenko sindromu, Horner sindromu, yerişin, duruşun çətinləşməsi, ikigörmə, vegetativ dəyişikliklər, fotopsiya hansı arteriyanın zədələnməsində müşahidə olunur?
A) əsas arteriyanın stenozunda
B) ön beyin arteriyasının tromboz və stenozunda
C) əsas arteriyanın tam tutulmasında
D) onurğa arteriyasının aşağı beyincik arteriyasının ayrıldığı yerdəki zədələnməsi zamanı
E) onurğa arteriyasının kəllədən xaric stenozunda
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh162
Dostları ilə paylaş: |