Neytron silahının zədələyici xüsusiyyəti



Yüklə 152,85 Kb.
səhifə26/33
tarix02.01.2022
ölçüsü152,85 Kb.
#41714
1   ...   22   23   24   25   26   27   28   29   ...   33
Mülki müdafiə-MÜHAZİRƏLƏR

Şüa silahı - zərbə tə'siri elektromaqnit enerjisinin iti istiqamətləndirılmiş şüalarının və ya böyük sür'ətlə qovulmuş elementar hissəciklərinin cəmlənmiş dəstəsinin istifadə edilməsinə əsaslanan qurğuların (generatorların) məcmusundan ibarətdir. Şüa silahının bir növü lazerlərin tətbiqinə əsaslanır, digər növləri dəstəvi (sür'ətləndirici) silahlardır.

Lazerlər elektromaqnit enerjisinin optik diapazonda güclü şüalandırıcılarından - «optik generatorlarından» ibarətdir.

Lazer şüasının zərbə tə'sıri obyekt təşkıl edən materialların yüksək temperaturlara qədər qızması nəticəsində onların əriməsi (hətta buxarlanması), həssas elementlərin zədələnməsi və insanın korlaşması, dərisində termik yanıqların baş verməsi ilə nəticələnir.

Lazer şüasının tə'siri onun görünməzliyi (od, tüstü, səs kimi xarici əlamətlərin olmaması), yüksək dəqiqliyi, düz xətt boyunca yayılması, praktiki olaraq ani tə'sir etməsi ilə fərqlənir.

Şüa silahının bir növü də sür'ətləndirici silahdır. Sür'ətləndirici silahın zərbə amili yüksək sür'ətlərlə qovulmuş yüklü və ya neytral lıissəciklərin (elektronların, protonların, hidrogenezin neytral atomlarının) enerjisi ilə doymuş dəqiq istiqamətli, cəmlənmiş dəstəsidir.

Bu silahlahın zərbə obyekti ilk növbədə yerin sün'i peyklərı, qitələr arası raketlər, müxtəlif tipli ballestik və qanadlı raketlər, həmçi¬nin müxtəlif yerüstü silahlar və hərbi texnika olur.

Sür'ətləndirici silah düşmənin canlı qüvvəsinə qarşı da işlədilə bilər. Amerika mənbələrinin mə'lumatına görə sür'ətləndirici silahla kosmosdan yer səthinin böyük sahələrini yüz kvadrat kilometrlərlə intensiv şüalandırmaq imkanı da var ki, bu da orada yerləşən canlıların və digər bioloji obyektlərin kütləvi qırğınına səbəb olar,


MÜHAZİRƏ 11


Yüklə 152,85 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin