Radioaktiv zəhərlənmə zonalarının sərhədlərini orada radiasiyanın səviyyəsini mə'lumat verməklə və ya radiasiya kəşfıyyatı ilə tə'yin edirlər.
Lazım gələrsə, müəssisənin mülki müdafıə qərargahlarında ərazinin, adamların, heyvanların və başqa obyektlərin zəhərlənmə dərəcəsi təxminən qabaqcadan müəyyən edilə bilər.
Qabaqcadan tə'yin edilmə üçün ilk mə'lumatlar əsasən aşağıdakılardır:
partlayışın (qəzanın) gücü, növü və mərkəzin koordinatları, orta küləyin sür'əti və istiqaməti müəssisənin MM qərargahı bu mə'lumatları rayonunun qərargahından alır və ya özü tə'yin edir
Əgər küləyin orta sür'əti (v) və istiqaməti, partlayış mərkəzindən müəssəyə qədər olan məsafə (R) mə'lumdursa, onda partlayışdan sonra müəssisənin ərazisinə radioaktiv maddələrin çökməsi vaxtını (I) aşağıdakı düsturla tə'yin edirlər:
t=R/v
Dostları ilə paylaş: |