Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi üçün konkret şəraitdən asılı olaraq üç iş rejimi müəyyən edilmişdir:
- gündəlik iş rejimi;
- yüksək hazırlıq rejimi;
- fövqəladə rejim.
Gündəlik iş rejimi – həm ekoloji, həm texnogen, həm də epidemik cəhətdən normal adi iş şəraitini əhatə edir. Bu rejimdə respublikanın müdafiə, səhiyyə, kənd təsərrüfatı, daxili işlər nazirliklərinin, dövlət hidrometkomun və MM idarəsi struktur bölmələrinin qüvvələri ilə ətraf mühitdə kimya, radiasiya, epidemiya, epizotiya, epifitotiya müşahidəsi və laboratoriya nəzarəti aparılır.
Yüksək hazırlıq rejimində – texnogen, epidemik şərait kəskin surətdə pisləşdikdə, həmçinin fövqəladə hallar ehtimalı yarandıqda təbii mühitdə və təhlükə potensiallı obyektlərdə müşahidə və nəzarət gücləndirilir, şəbəkənin xüsusi (fövqəladə) iş rejiminə keçirilməsinə hazırlıq görülür.
Fövqəladə rejimdə gündəlik rejimdə fəaliyyət göstərən qüvvələrdən əlavə, həmçinin müşahidə və laboratoriya nəzarəti şəbəkəsinə daxil olan nazirlik, komitə, şirkət, Elmlər Akademiyası və s. idarələrin müvafiq qüvvələri ilə həm müşahidə, həm də laboratoiya nəzarəti aparılır.
MÜHAZİRƏ 10
Adi qırğın vasitələri və onların qısa xarakteristikası
Müasir qırğın silahları kütləvi qırğm silahlarından və adi qırğın vasitələrindən ibarətdir.
Adi qırğın vasitələrinin aşağıdakı növləri vardır:
1. Təyyarədən tətbiq edilən döyüş sursatları:
•təyyarədən atılan «Hava» - «Yer» raketləri
•təyyarədən atılan bombalar (fuqas, qəlpəli, kürə formalı, kumulyativ, beton (zireh) dağıdan, həcmli partlayış və kassetli bomba¬lar).
2- Top - raket sistemləri
Toplar 122, 130,152 mm, mina atanlar isə 82, 160,240 mm kalibrli olurlar. Onların tə'sir dairəsi 10-30 km olur.
Yeni reaktiv-raket sistemləri 2 növdürlər:
«Qrad» qurğuları - 40 lüləli;
«Uraqan» - 16 lüləli
“Qrad” qurğuları raketlərinin başlıqları fuqas-qəlpəli, «Uraqan» qurğularının başlıqları isə həm fuqas-qəlpəli və həm də kasset tipli olurlar.
Top Və raketlərin mərmiləri partladıqda insanlan həm zərbə dalğası, həm də qəlpələri ilə zədələyir. Döyüş sursatlarına ayrı-ayrı baxaq;
A) Fuqas döyüş sursatlarından - hərbi və mülki obyektləri insanları zərbə dalğası və qəlpələrlə zədələmək üçün istifadə olunur. Partlayıcı maddənin (tropil, Qeksogen və onların qarışığı) ağırlığı 50-200 kqQ qədər olur.
Fuqas döyüş sursatları torpağa keçərək partlayış zamanı torpağı xaricə tullamaqla qıf şəkilli çuxur əmələ gətirir. Fuqas döyüş sursatı partlayarkən partlayış məhsullarının genişlənməsi və həmin mühitdə zərbə,dalğasmın yaranması müşahidə olunur.
B) Kassetli döyüş sursatları Kassetli döyüş sursatları konteynerdən və kiçik həcmli bom¬bacıqlardan ibarətdir. Konteynerin içərisinde yüz, min ədəd kiçik həcmli bombacıqlar olur.
Konteyner (kasset) yer səthindən müəyyən yüksəklikdə açıldıqda kiçik həcmli bombacıqlar böyük sahəyə yayılır, yer üzündə partlayır və qəlpələri ilə о ərazidə əhalini məhv edirlər (zədələyirlər). Kassetləri qəlpəli, kürə formalı kumulyativ, yandırıcı bombalar ilə doldururlar.
V) Kürə formalı döyüş sursatı
Kassetli döyüş sursatlannın içərisində kürə formalı bombalar yerləşdirilir. Kürə formalı bomba uzunluğu 35 sm, diametri 7,5 sm olan silindrik gövdədən ibarətdir. Onun içərisi partlayıcı maddə ilə doldurulub, divarlarına isə 250 ədəd, kütləsi 0,7-1,0 q olan metal kürəciklər, kubiklər doldurulub. Partlayış zamanı kürəciklər 100 m2 ətrafayayılır və mühafizə olunmamış adamları zədələyirlər.
Q) Həcmli partlayış döyüş sursatlarmda 200 kq-lıq kassetin içərisində 3 ədəd 40 kq çəkili konteyner var. Hər konteynerdə 33 kq-a yaxın maye etilen oksidi yerləşdirilib.
Konteynerlər bomba atıldıqdan sonra paraşüt vasitəsilə yerə enir, sonra yanacaq qarışığı havaya çilənir və aerozol buludu emələ gəlir, onun diametri 15 m, hündürlüyü isə 2-5 m olur. Bu bulud bir neçə saniyədən sonra partladılır və 20-30 kqQ/m2 izafı təzyiq yaradır.
Bu izafı təzyiq insanları məhv edir, binaları və çox möhkəm ınühafizə qurğularını dağıdır. Rus ordusu 1999-cu ilin sentyabnnda Dağıstanda gedən döyüşlərdə bu silahdan geniş istifadə etmişdir.
D) Kumulyativ döyüş sursatı
Kumulyativ döyüş sursatının ön hissəsində konus şəkilli boşluq var. Partlayış zamanı əmələ gələn sıxılmış hava enerjisi 10-15 km/san sür'ətilə bir nöqtəyə yığışır və zirehli səthləri dağıdır. İndiki kumulyativ döyüş sursatları, tank əleyhinə raket və qumbaralar qalınlığı 400-600 mm zirehli səthləri dağıdır. Onıın qəlpələri
həmin səthin arxasında yerləşən adamları (tankın şəxsi hey'ətini)
məhv edir.
E) Beton (zireh) dağıdan döyüş sursatları
Beton (zireh) dağıdan bombalar, onların zədələyici elementləri möhkəm və ağır qatışıqdan hazırlanmış özəkdən ibarətdir. Beton (zi¬reh) səthə dəydikdə bombanın gövdəsi xaricdə qalır, özək isə betona (zirehə) keçərek onu dağıdır. Insanlan zədələyir, texniki vasitələri isə sıradan çıxarır.
Bu döyuş sursatları aerodromun uçuş zolaqlarını və təyyarə anqarlarını dağıtmaq üçündür.
j) Yandırıcı silahlar
Adi qırğın vasitələrinin bir növü də yandırıcı silahlardır. Yandırıcı silahların əsasını yandırıcı maddələr və onları tətbiq etmək üçün vasitələr təşkil edir.
Dostları ilə paylaş: |