FH ƏHALİNİN MÜHAFİZƏSİ, ƏSAS PRİNSİPLƏRİ VƏ ÜSULLARI.
Istehsalat qəzalarının səbəblərini araşdırarkən məlum olur ki, belə hallar çox vaxt işçinin istehsalat texnologiyasını pozması, istismar və təhlükəsizlik qaydalarına dəqiq riayət etməməsi, öz vəzifəsinə məsuliyyətsiz yanaşması və ya onun öhdəsindən gələ bilməməsi nəticəsində baş verir. Buna görə də bütün obyektlərdə və xüsusəndə təhlükə potensiallı müəssisələrdə işçilərin, avadanlığın mühafizəsini təmin etmək məqsədilə müvafiq tədbirlər kompleksi həyata keçirilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri” məhz belə səciyyəli sənəddir.
FH-da əhalinin mühafizəsinin əsas prinsipləri aşağıdakılardır:
• Mühafizə Azərbaycan Respublikasının bütün ərazisində ırazi-istehsalat prinsipi üzrə təşkil edilir. Respublikanın bütün əhalisi mühafizə edilməlidir; bu tədbirlər fasiləsiz xarakter daşıyır, həm sülh, həm də müharibə dövrlərində yerinə yetirilir.
• əhali yerləşən rayonların hərbi-siyasi və təbii xarakterindən, burada ehtimal edilən FH növündən, təhlükənin dərəcəsindən asılı olaraq mühafizə tədbirləri fərqli surətdə planlaşdırılır və həyata keçirilir.
• Bu məqsədlə, sülh dövründə baş verə biləcək FH xarakteri və miqyası barədə proqnozlar əsasında, habelə müasir müharibələrin xüsusiyyətləri, başlanması variantları, müxtılif növlü qırğın vasitələrinin işlədilməsi imkanları nəzərə almaqla respublikanın ərazisi zonalara ayrılır. MM tədbirləri hərbi hərbi komandanlıq orqanları ilə sıx əlaqədə yerinə yetirilir.
• əhalinin mühafizəsinə müxtəlif mühafizə üsullarından kompleks halında istifadə edilməklə nail olunur ki, bu üsullardan ən əsasları - əhalinin müxtəlif mühafizə qurğularında daldalandırılması, təhlükəli rayonlardan köcürülməsi və eyni zamanda fərdi mühafizə vasitələrindən istifadə olunmasıdır.
• əhalinin mühafizəsi üzrə tədbirlər sülh dövründə əvvəlcədən hazırlanır, iqtisadi və sosial planlarında nəzərdə tutulur və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yerinə yetirilir.
• əhalinin mühafizəsi üzrə planlaşdırılan tədbirlərin həcmi “məqsədyönlü və kifayətdir” prinsipi ilə müəyyən edilir.
Sülh dövründə əhalinin Fh mühafizəsi üçün aşağıdakı tədbirlər daha vacib əhəmiyyətə malikdir:
• etibarlı xəbərdarlıq sisteminin yaradılması;
• mühafizə qurğuları ehtiyyatlarının yaradılması;
• kombinasiya üsulu ilə köçürmə tədbirlərinin llanlaşdırılması və vaxtında yerinə yetirilməsi, köçürülən əhalini qəbul etmək və yerləşdirmək üçün şəhərdənkənar təhlükəsiz zonanın hazırlanması;
• əhalinin fərdi mühafizə vasitələri ilə təhciz edilməsi;
• mühafizə üsullarının əhaliyə ümumi və icbari surətdə öyrədilməsi;
• ərzaq və suyun radioaktiv, kimyəvi maddələrdən, güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən mühafizənin təmin edilməsi;
• radiasiya, kimyəvi və bakterioloji müşahidələrin, kəşfiyyat və laboratoriya nəzarətinin təşkili;
• rejimi tədbirlərin, sanitariya-gigiyena tədbirlərinin və radiasiya əleyhinə tədbirlərin həyata keçirilməsi.
Fövqəladə hadisə təhlükəsi yarandığı barədə xəbərdarlıq edilərkən əhali təhlükənin xarakterindən asılı olaraq aşağıdakı tərzdə fəaliyyət göstərməlidir:
• kütləvi məlumat vasitələrinin (radioreproduktoru, qəbuledicini) daim şəbəkəyə qoşulu saxlamalı;
• şəhərdənkənar zonaya köçürülməyə hazırlaşmalı;
• fövqəladə hadisə ehtimalına görə daldalanacağın (sığınacağın) yerini dəqiqləşdirməli, kənd yerlərində radiqsiya əleyhinə daldalanacaq düzəltməyə başlamalı;
• fərdi mühafizə vasitələrini, o cümlədən tibbi mühafizə vasitələrini əldə etməli, onları istifadə üçün hazırlamalı;
Fövqəladə hadisələr zamanı əhalini mühafizəsinin əsas üsulları:
• mühafizə qurğularında daldalanmaq,
• fərdi mühafizə vasitələrindən istifadə etmək,
• iri şəhərlərdən və təhlükəli sahələrdən əhalini şəhərdənkənar təhlükəsiz zonaya köçürməkdən ibarətdir.
Dostları ilə paylaş: |