İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 21 oktyabr 2016-cı il. Sərəncam - fars mənşəli olub - sər (baş), əncam
(son, nəhayət, aqibət) sözlərinin birləşməsindən ibarətdir.
Sərəncam indi termin kimi işlənir. Onun dil və üslub cə-
hətdən tərtibi rəsmi kargüzarlığa aiddir. Mahiyyəti etibarı
ilə sərəncam dövlət və inzibati hüquqda dövlət idarəetmə
orqanının aktı kimi xarakterizə olunur. Hüquqi xarakter
daşımaqla dövlət orqanına verilmiş səlahiyyət daxilində
vəzifəli şəxs tərəfindən çıxarılır və Azərbaycan Respub-
likasının ərazisində bütün vətəndaşlar, fiziki və hüquqi
şəxslər üçün məcburi hüquqi qüvvəyə malikdir.
Konkret hadisə barəsində birdəfəlik sərəncam və