AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT NEFT və SƏNAYE UNİVERSİTETİ-nin nəzdində BAKI NEFT-ENERGETİKA KOLLECİ
“Ümumi geologiya”
Fənnindən
Təqdimat “Geologiya elmi haqqında ümumi məlumat” İxtisas:040546 “Neft qaz yataqlarında geologiyası və geofiziki işlər” Qrup:546\2 Tələbə:Abaslı İlham Müəllim:Əliyeva Nuranə
Bakı-2022
MÜNDƏRİCAT
Giriş-səh.1
Plan Plan 1:Geologiya haqqında ümumi məlumat-(səh.2) Plan 2: Sahələri-(səh.4) Plan 3:Əhəmiyyəti və başqa elmlərlə əlaqəsi-(səh.5) Ədəbiyyat-səh.7
Giriş Geologiya Yerin öyrənilməsinə həsr olunmuş təbiət elmidir. Onun məqsədi planetimizin fiziki tərkibini, daxili və xarici quruluşunu, eləcə də onun formalaşmasından bu günə qədər təkamül etməyə imkan verən müxtəlif prosesləri və dinamikaları başa düşməkdir. Adı yunanca Geo, "yer" və logos, "sözlər və ya bilik" sözlərindən əmələ gəlib.
Bir tərəfdən, geologiyaya nəzəri biliklər, məsələn, yerin əmələ gəlməsi üsulu daxildir. Digər tərəfdən, o, həmçinin geotexnika və mülki mühəndislik kimi insan fəaliyyətinin xüsusi sahələrində, hətta zəlzələlər kimi geniş miqyaslı yer hadisələrinin dərk edilməsində və qarşısının alınmasında xüsusi tətbiqləri təmin edir.
Plan 1:Geologiya haqqında ümumi məlumat Yerin quruluşunu, tərkibini və inkişafını öyrənən elmə “ Geologiya” deyilir. Geologiya sözü “geo“- Yer və “loqos“- elm kəlmələrindən əmələ gəlmişdir, geologiya Yer haqqında elm deməkdir.
Geologiya ibtidai insanların işlətdiyi ilk faydalı qazıntıların (çıxmaq daşı, kvars, kvarsit, əhəngdaşı, daşduz və s.) öyrənilməsindən başlamış, okeanın dərin qatlarının və kosmik fəzanın tədqiqinə qədər çox uzun və mürəkkəb bir inkişaf yolu keçmişdir.
Hazırda sürətlə inkişaf edən geologiya elmi bir-biri ilə qarşılıqlı əlaqədar bir aşağıdakı qollara ayrılır.
Mineralogiya- təbii şəraitdə yer qabığında yaranan müxtəlif miuneralların fiziki-kimyəvi xassələrini, tərkibini, mənşəyini və əmələgəlmə qanuna-uyğunluqlarını öyrənir.
Petroqrafiya- yer qabığını təşkil edən müxtəlif mənşəli süxurlar haqqında təlimdir. Çökmə süxurlar əmələgəlmə şəraitinə və xassələrinə görə maqmatik və metamorfik süxurlardan fərqləndiyi üçün müstəqil olaraq çökmə süxurlar petroqrafiyasında öyrənilir.