Nukleoproteidlər. Nukleoproteidlər hüceyrənin nüvəsində yerləşir. Hidroliz etdikdə, zülallara və nuklein turşusuna çevrilir. Nuklein turşusunu hidroliz etdikdə, fosfat turşusuna, karbohidratlara (riboza və dezoksiriboza) və tərkibində pirimidin və purin halqası olan azot heterotsikllərinə parçalanır.
Hazırda 2500-ə qədər zülalın birinci quruluşu ayrıd edilmişdir. Əgər təbiətdə olan zülalın sayının 1012-ə bərabər olduğunu yada salsaq, onda edilənlər çox azdır. Birincili quruluşu - polipeptid zəncirində aminturşu qalıqlarının ardıcıl düzülüşündən ibarətdir. Zülalın birincili quruluşunu bildikdə, onun struktur formulunu yazmaq olur. Əgər zülalın tərkibinə bir neçə polipeptid zənciri daxildirsə, onun birincili quruluşunu təyin etmək çətindir. Çünki əvvəlcə gərək həmin zəncirləri bir-birindən ayırmaq lazımdır. Zülal molekulunda aminturşu qalıqlarının ardıcıllığını müəyyənləşdirmək üçün onu hidroliz edirlər və polipeptid zəncirində sonda olan aminturşuları təyin edilir. Nəticədə sonda olan sərbəst NH2 və COOH qrupları müəyyənləşdirilir.
Keçən əsrin (ortalarında) otuzuncu illərində U. Astbyuri və sonralar L.Polinq və R.Kori zülalın ilk rentgenoqrammasını aldıqdan sonra müəyyənləşdirdilər ki, zülallarda düz zəncirdən əlavə spiralvari hissədə vardır. Zülalın ikinci quruluşu dedikdə, polipeptid zəncirinin fəza konfiqurasiyası alması və spiralvari olması nəzərdə tutulur. Müəyyənləşdirilmişdir ki, ikinci quruluşun əmələ gəlməsində kovalent əlaqələrlə yanaşı hidrogen rabitələri də iştirak edir. Hidrogen rabitəsi peptid rabitəsində olan karbonil qrupundakı oksigen ilə amin qrupundakı azot atomu arasında əmələ gəlir. L.Polinq 1954-cü ildə bu işlərə görə Nobel mükafatı alıbdır. Ona görə qlobulyar zülalı α-spiral formasındadır. Polipeptid zənciri saat əqrəbi istiqamətində əyilir və daxili hidrogen rabitələrinin hesabına α-spiralını əmələ gətirir. Spiral formasında dəfələrlə burulmuş polipeptid zəncirini hər bir dövrəsinə orta hesabla 3-6 aminturşu qalığı düşür. Spiralın qonşu dairələri arasındakı məsafə 0,54 mm (5,4 A0 ) bərabərdir. Zülallarda polipeptid zəncirlərinin ümumi uzunluğunun 70%-ə qədəri α-spiral formasında olur. Qalan hissə isə spiralın əmələ gəlməsində iştirak etmir. Polipeptid zəncirin spirallaşmış və spirallaşmamış hissələrinin növbələşməsi nəticəsində zülal molekulları elastik yumaq şəkilli fəza konfiqurasiyası əldə edir. Bu zülalların üçüncülü quruluşu adlanır. Zülalların üçüncülü quluşlarının əmələ gəlməsində hidrogen, disulfid, ion rabitələri və molekullararası cazibə qüvvələri iştirak edir. Zülal molekullarının xarici forması üçüncülü quruluşdan asılıdır. Bu qlobulyar zülallar üçün xarakterikdir. Üçüncülü quruluş pozulduqda zülallar öz spesifik bioloji aktivliyini itirir. Zülallar arasında ilk dəfə mioqlobinin üçüncülü quruluşu öyrənilmişdir. Onun tərkibində 151 aminturşu qalığı vardır. Onun molekul kütləsi 16700-dir. J.Kendryu rentgenstruktur analizi ilə müəyyən etmişdir ki, mioqlobinin polipeptid zənciri yumaq şəkilli borucuq formasındadır. Hemoqlobin, pepsin, tripsin, ximotripsin, ribonukleaza, lizosim, insan immunqlobilinin bəzi fraqmentləri, sitoxrom C, insan karbonhidrazası, aspartatamintransferaza, insulin və digər zülallarının üçüncülü quruluşu müəyyənləşdirilmişdir. Bəzi zülalların molekulları bir neçə ədəd bir-birilə ion, hidrogen və ya qeyri-polyar əlaqələrlə birləşmiş struktur vahidlərindən ibarətdir. Məsələn, hemoqlobin və laktatdehidrogenaza molekulları hər biri ayrılıqda birincili, ikincili və üçüncülü quruluşa malik olan dörd polipeptid zəncirinin birləşməsindən əmələ gəlmişdir. Müxtəlif polipeptid zəncirlərinin bir zülal molekulu şəklində birləşməsinə zülalların dördüncülü quruluşu deyilir. Onları təşkil edən struktur vahidləri eyni və ya müxtəlif quruluşlu ola bilər. Hemoqlobin molekulundakı dörd struktur vahidindən ikisi α, ikincisi isə β- polipeptid zənciridir.
Dördüncülü quruluşa malik olan zülalları təşkil edən polipeptid zəncirləri protomerlər adlanır. Çox zaman onlar ayrılıqda bioloji fəallığa malik olmur. Belə zülallar yalnız protomerlər bir-birilə müəyyən əlaqə növləri ilə birləşib, səciyyəvi fəza quruluşu əldə etdikdən sonra öz spesifik bioloji funksiyalarını yerinə yetirir. Onların birləşməsindən əmələ gələn zülal molekulu multimer adlanır. Hazırda dördüncülü quruluşa malik çoxlu sayda zülallar aşkar edilmişdir. İki struktur vahidindən ibarət olan prokollageni, laktoqloblini, pepsini və amalizanı misal göstərmək olar. Ferment təbiətli zülallar denaturatlaşdırıcı amillərin təsiri ilə dördüncülü quruluşunu itirir.
Dostları ilə paylaş: |