NəZDİNDƏ Qİda sənayesi kolleci


Müəssisədə maddi- texniki təminat



Yüklə 29,78 Kb.
səhifə3/4
tarix14.12.2022
ölçüsü29,78 Kb.
#74594
1   2   3   4
İqtisadiyyat. Sərbəst iş. Həbibova ülviyyə İt 019

Müəssisədə maddi- texniki təminat

Müəssisədə istehsalın, onun ehtiyacları müqabilində ,material resursları və texniki vasitələrlə (maşın, avadanlıq,nəqliyyat vasitəsi, ehtiyyat hissəsi və s.) keyfiyyətli dərəcədə təmin edilməsi “maddi- texniki təminat” adlanan bir prosesin mütəşəkkillik səviyyəsi ilə müəyyən olunur. Düzgün və elmi əsaslarla təşkil edilən maddi- texniki təminat istehsalın Bir qərarda işləməsinə şərait yaradır, məhsulun maya dəyərini aşağı salır, əmək məhsuldarlığı, keyfiyyət və rentabellik kimi göstəricilərin səviyyəsini yüksəldir. Maddi- texniki təminatda ahəngdarlıq istehsalın ahəngdarlığı üçün həlledici amil rolunu oynayır. Müəssisənin çoxunda maddi- texniki təminat xidməti materiallara tələbatın hesablanması və uçotu, materialların alınmasının təşkili, materialların qəbulu , material ehtiyyatlarına nəzarət, istehsalın materiallarla təmin edilməsi, alışın dəyərinin təhlili, xammal bazarında müşahidələr, təminatın təşkilinin təkmilləşdirilməsi və s. Bu kimi işləri həyata keçirir. Maddi- texniki təminat marketinq, maliyyə, anbar təsərrüfatı, nəqliyyat təsərrüfatı və s. xidmətlərlə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Qərb ölkələrinin maddi- texniki təminatın təşkili təcrübəsində məhsul göndərənlər və bank sferası ilə münasibətləri yaxşılaşdıran , həmçinin istehsal şəraitini daha da əlverişli edən, rəqabət mübarizəsinə davam gətirməyə şərait yaradan bir sıra “ümumu qaydalar” və ya tövsiyyələr işlənib hazırlanmışdır. Bu özünə məxsus məcəllə,hər şeydən öncə, əməkdaşlığın etik normalarını xarakterizə edir. Bunu qısaca olaraq aşağıdakı kimi vurğulamaq olar:bütün digər şərtlərin sabit qaldığı şəraitdə istehsala hazırlığın və istehsal prosesinin müvəffəqiyyətlə həyata keçirilməsinin özülündə bir tərəfdən sahibkarlar, digər tərəfdən isə kreditorlar və məhsul gönərənlər arasında davamlı, etibarlı iqtisadi münasibətlər durur. Müəssisənin xammala, əsas və köməkçi materiallara, yanacaq və digər maddi texniki resurslara tələbatına maddi- texniki təchizat şöbəsi təmin edir. Maddi- texniki təchizat şöbəsinin funksiyalarına aşağıdakılar aiddir.
1.Müəssisənin əsas və köməkçi istehsalının fəaliyyəti üçün lazimi maddi ‐ texniki resursların planlaşdırılması.
2.Tələb olunan maddi- texniki resurslar üçün tələbnamələr və spesifikasiyaların tərtibi və onların plan şöbəsinə və rəhbərliyə təqdim edilməsi.
3.Təchizat planın reallaşdırmaq üçün bütün operativ fəaliyyəti həyata keçirmək.
4.Maddi- texniki esursları qəbul etmək, yerləşdirmək, saxlamaq, onları müəssisə sexlərinə və xidmətlərinə buraxmaq.
5.Plan –iqtisadi, texniki və maliyyə şöbəlkəri ilə birlikdə maddi- texniki resursların əsaslandırılmış diferensial ehtiyyat normalarını müəyyənləşdirmək və bu normaları anbar işçilərinə çatdırmaq, ehtiyatların ölçülərini tənzimləmək və onların vəziyyətinə nəzarət etmək.
6.Maddi- texniki resurslara qənaət, təşkilati texniki tədbirlərin hazırlanmasında iştirak etmək.
7.Sexlərdə və xidmətlərdə maddi- texniki resursların təyinatına görə istifadə edilmələrinə nəzarəti təşkil etmək.
8. Maddi- texniki resursların müəssisəyə daxil olması , onların sexlərə və xidmətlərə buraxılmasının və istehsal ehtiyyatlarının vəziyyətinin operativ uçota alınması.
Maddi-texniki təchizat şöbəsinin təşkilati strukturu müəssisənin tipindən , onun miqyasından . istifadə edilən xammal və materialların nomenklaturundan ,tədarükçülər və kooperasiya dərəcəsindən , müəssisənin istehsal vasitələri ilə təchiz olunma formasından asılıdır. Müəssisədə maddi- texniki təchizatın idarə edilməsinin təşkilinin üç forması mövcuddur :mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş və qarışıq. İdarəetmənin mərkəzləşdirilmiş sistemi bütün funksiyaların vahid maddi texniki təchizat xidmətində cəmlənməsini nəzərdə tutur. Bu, aşağıdakı amillərlə əlaqədardır: müəssisənin ərazicə tamlığı , müəssisənin istehsal vəhdəti , istehlak olunan materialların nomenklaturasının nisbətən məhdud olması. İdarəetmənin qeyri- mərkəzləşdirilmiş sistemi funksiyaların paylaşdırılmasını nəzərdə tutur.Bu müəssisənin ərazicə dağınıqlığı, bölmələrin istehsal müstəqilliyi və materialların nisbətən geniş nomenklaturası ilə əlaqədardır. Maddi- texniki təchizatın qarışıq sistemi əvvəlki iki strukturu birləşdirir. Maddi- texniki təminat istehsal prosesinin maddi- texniki resurslarla təminatı üzrə kommersiya fəaliyyətinin bir növüdür və bir qayda olaraq , istehsaldan əvvəl həyata keçirilir. Maddi-texniki təminatın əsas və köməkçi funksiyaları vardır və bunlar da öz növbəsində kommersiya və texnoloji funksiyalara bölünür. Kommersiya xarakterli əsas funksiyalara sənaye müəssisələri tərəfindən material resurslarının bilavasitə alınması və icarəsi daxildir ki, bu da dəyərin formasının dəyişilməsi ilə müşayiət olunur. Kommersiya xarakterli köməkçi funksiyalara marketinq və hüquq funksiyaları daxildir. Marketinq funksiyaları material resurslarının konkret satıcılarının (mal göndərənlərin) müəyyən edilməsi və seçilməsi məsələlərini əhatə edir. Hüquq funksiyaları isə mülkiyyət hüquqlarının hüquqi təminatı və müdafiəsi , işgüzar danışıqların hazırlanması və aparılması, əqdlərin hüquqi cəhətdən rəsmiləşdirilməsi və onların icrasına nəzarət ilə əlaqədardır. Texnoloji xarakterli funksiyalar material resurslarının daşınması və saxlanması məsələlərini əhatə edir. Müəssisənin səmərəli maddi- texniki təchizatı üçün logistik yanaşmanın tətbiqini tələb edir. Logistikanın funksiyaları istehsalın və material resurslarının hərəkətini bütün mərhələlərində həyata keçirilir.Ona görə də istehsal, təchizat və satış logistikasını fərqləndirirlər. Logistikanın başlıca məqsədi tələbin ödənilməsi,yüklərin vaxtında və minimal xərclərlə daşınmasının təmin edilməsi üçün material ehtiyatlarının və informasiya axınlarının səmərəli idarə edilməsidir. Təchizat əsas təyinatı istehsal üçün ilkin materiallarla müəssisəni təmin etmək olduğundan o, təchizat logistikasının vəzifəsini müəyyən edir. Maddi- texniki təminat və təchizat anlayışı da fərqləndirilməlidir. Hər iki anlayış üçün ümumi olanı materialların alınmasının təmin edilməsidir, çünki bu , həm təchizat fəaliyyəti, həm də maddi- texniki təminat baxımından əsas vəzifə hesab olunur. Maddi- texniki təminat materialların daşınması və saxlanması məsələləri ilə yanaşı istehsal tullantılarının emalının və tullantıların daşınmasının təşkilini də əhatə edir.
Maddi- texniki təminatın digər səmərəli bir metodu ilk dəfə Yaponiyanın sənaye müəssisələrində geniş şəkildə tətbiq olunan “ dəqiq vaxtında” sistemidir. Bu sistemin yapon müəssisələrinin bir qismində tətbiqi rəqabət mübarizəsində rəqib müəssisələrə qalib gəlməyə imkan vermişdir. Bu sistemin əsas fərqləndirici xüsusiyyəti müəssisədə nisbətən az istehsal ehtiyatlarının yaradılmasına imkan verməsidir. Buna səbəb məhsul göndərənlərin xammal və materialları dəqiq vaxtında müəssisəyə çatdırmasıdır. “Dəqiq vaxtında” sisteminin uğurunun əsas tərkib hissəsi məhsul göndərənlərin sabit qrafik əsasında müəssisənin təchiz edilməsidir və əlavə üstünlükləri də vardır;
-təchizat prosesinə statistik nəzarətin mümkünlüyü
-maddi- texniki təchizatın müntəzəm sürətdə təkmilləşdirilməsi
-müəssisədə istehsal tsiklinin qısaldılması.
İlkin olaraq yaponiya mütəxəssisləri tərəfindən işlənib hazırlanmış”dəqiq vaxtında” sistemi bazar iqtisadiyyatına keçmiş bir çox ölkələrdə tətbiq edilir. Məsələn ,Almaniyanın Reqensbur şəhərində yerləşən “BMV” firması 20 km –lik bir məsafədə fəaliyyət göstərən başqa bir firma tərəfindən hər gün istehsal etdiyi avtomobil üçün – özünün günlük istehsal proqramı müqabilində avtomobil oturacaqları ilə təchiz olunur. Öz –özlüyündə aydındır ki,belə olan halda “BMV” zavodunda avtomobil oturacaqlarından istehsal ehtiyatı yaratmağa ehtiyac qalmır. İstehsalçı ilə istehlakçı müəssisə məkanca bir – birindən “uzaqlaşdıqca” istehsalla istehlakın vaxt üzrə sinxronlaşdırılması mümkünlüyü azalır, başqqa sözlə , məhsulgöndərmələr arasındakı vaxt intervalı çoxalır. Bunun nəticəsində də istehlakçı müəssisədə istehsal ehtiyatlarının yaradılması qaçılmaz olur. Material resurslarının istehsalçıdan istehlakçıya hərəkəti və təchiz etmənin xüsusiyyətlərindən asılı olaraq maddi- texniki təminatın 2 forması bir – birindən fərqlənirlər:

Yüklə 29,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin