Müraciət formaları müxtəlifdir. Yaş qohumluq, şəxsi münasibətlər əsasən gözlənilməlidir.
Etik normalar gözlənilməyəndə insanlar arasında münasibətlər korlanır.
Müraciətdə yaş, vəzifə və münasibət əsas yer tutur. Həmyaşıdlar müraciət edəndə bir – birinə öz adlarının, qısa, əzizləmə, qohumluq bildirən sözlərlə müraciət edirlər. Əli – Əliş, bacı, qardaş və s. Yaşca və vəzifəcə vəziyyətdən asılı olaraq rəsmi və qeyri – rəsmi məqamlarda adla, soyadla müraciət olunur.
Böyüklərə kiçiklərə bala, oğul, qızı və s. deyir belə sözlərqəlbi ovundurur, mehribanlıq yaradır. Rus imperiyası dövründə işlənən yoldaş sözü əsl azərbaycan sözü olsa da indi lazımsız söz kimi kənarda qalmışdır.