Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və


Söz haqqında atalar sözləri



Yüklə 0,58 Mb.
səhifə77/81
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#42277
1   ...   73   74   75   76   77   78   79   80   81
NITQ-MEDENIYYETI-İSM-1-kurs

Söz haqqında atalar sözləri
Abır istəsən çox demə, sağlamlıq istəsən çox yemə.

Adam var ki, dindirərsən can deyər.

Adam var ki, dindirməsən yaxşıdır.

Allaha doğru sözdən qiymətli bir sədəqə yoxdur.

Ayaq büdrəməsi dil büdrəməsindən yaxşıdır.

Bir ağızdan çıxan söz yüz ağıza yayılır.

Dadlı söz dost qazandırar, acı söz düşmən.

Dadlı söz can arzusu, dadsız söz baş ağrısı.

Damcı daşa dəyər, söz başa.

Danışmaq gümüş, danışmamaq qızıldır.

Danışan dağı aşar, danışmayan yolu çaşar.

Doğru söz acı olar.

Doğru söz qılıncdan itidir.

Doğru danşanın atı yüyürək olar.

Dil var bal gətirir, dil var bəla.

Dil gətirəni el gətirər.

İnsan ölər, söz qalar.

İki dinlə bir söylə.

Dil ürəyin açarıdır.

Kişi sözü üzə deyər.

Sözü ağzında bişir, sonra çıxar.

Qaba söz, qaba hərəkətdən pisdir.

Sözü at, yiyəsi götürər.

Sözü bişir, sonra düşür.

Söz bir olsa dağ yerindən oynayar.

Söz böyüyün, su kiçiyin.

Sözün doğrusunu zarafatda deyərlər.

Sözünü bilməyən ağız başa toxmaq vurdurar.

Sözünü bilməyənə aşağı başda da yer yoxdur.

Söz danışıqdan keçər.

Söz həyatın bəzəyidir.

Söz çeynəyən çox, söz deyən az.

Söz götürənin, yer oturanındır.

Söz insanın vuran əlidir.

Söz qılıncdan da itidir.

Söz var gələr keçər, söz var dələr keçər.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin