3. NITГIN TƏMIZLIYI. Mədəni nitqə verilən əsas tələblərdən biri də onun təmizliyidir. Bu о deməkdir ki, ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri (sözlər, ifadələr, frazeologizmlər, cümlələr və s.) nitqdə işlədilməməlidir. Nitqin təmizliyi digər mədəni keyfıyyətlər kimi, danışanın təhsili, mədəniyyəti və tərbiyəsi ilə bilavasitə əlaqədardır.
Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır:
Məlumdur ki, əhalinin böyük hissəsi ədəbi dildən, müəyyən qismi isə dialekt və şivələrdən istifadə edir, ayrı-ayrı dialekt şəraitində yaşayanlar sözləri həmin yerin danışıq tərzinə uyğun işlədirlər. Çox halda bu danışıq savadlı təbəqənin - ziyalıların da nitqində özünü büruzə verir. Məsələn, hasannıxnan (asanlıqla), baжı (bacı), piyadaci (piyada), eйzən (тамамян), incəvara (йахшы ки). Qalxızmаг (галдырмаг) və s. Bu cür dialetizmlərin, şivə sözlərinin işlənməsi nitqi korlayır, gözəl danışığa nöqsan gətirir.