Uşaqlarda rastlanan nitq problemləri bir neçə faktorla bağlı ola bilir. Xromosoma, hamiləlik dövrü travmalarına, doğuş müddətində və sonra qazanılan zədələrə, duyğu itirilməsinə, genetik amillərə bağlı olanlar və s.
Sadalanan səbəblərdən dolayı uşaqlarda nitq problemləri ortaya çıxır. Başlıca nitq çətinlikləri aşağıdakı dörd qrupda cəmlənir:
Nitqin gecikməsi;
Dili anlamada və ya nitqi ifadə etmədə problemlər;
Artikulyasiya (tələffüz) və fonoloji problemlər;
Səlislik problemləri.
Bununla da nitq terapiyasına ehtiyac duyulan aşağıdakı problemlər ortaya çıxır:
Nitqin gecikməsi;
Kəkələmə;
Autizmə bağlı nitq problemləri;
Fonetik pozuntular;
Artikulasiya pozuntuları;
Motor pozuntuları;
Udlağa bağlı nitq qüsurları;
Afaziya və sonradan qazanılmış nitq pozuntuları;
Taxilaliya (həddən artıq sürətli danışma);
Eşitməyə bağlı nitq qüsurları;
Dodaq və damağa bağlı nitq qüsurları.
Sadalanan problemlərin hər hansı biri və ya bir neçəsi uşaqda görüldükdə mütəxəssisə müraciət edilməlidir. Problemin diaqnozu, qiymətləndirilməsi, reabilitasiya prosedurları müəyyənləşdirilib sürətli şəkildə korreksiyaya başlanılmalıdır.