Nitqin inkişafı üzrə işin elmi əsasları


Bədii əsərlərin oxusu zamanı qarşıya çıxan problemlər



Yüklə 0,65 Mb.
səhifə38/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   34   35   36   37   38   39   40   41   ...   55
Nitq kopyası

Bədii əsərlərin oxusu zamanı qarşıya çıxan problemlər 


35.  “Nitqin inkişafı üzrə işin metodikası” elminin tədqiqat metodları 

Digər elmlərdə olduğu kimi, nitq inkişafı üzrə işin metodikası da elmi-tədqiqatların nəticəsində inkişaf edib, yeni-yeni müddəalarla zənginləşir. Elmi-tədqiqatlar nitq inkişafı üzrə işi təlim prosesindətəkmilləşdirmək, müəyyən qanunauyğun əlaqələri üzə çıxarmaq məqsədi ilə planlı şəkildə aparılan axtarışlardır. Tədqiqatlar müxtəlif metodların köməyi ilə aparılır. Tədqiqatın müvəffəqiyyəti onun metodlarını düzgün seçib tətbiq etməklə sıx bağlıdır. Bu metodları şərti olaraq dörd qrupa bölmək olar: a) empirik tədqiqat metodları; b) nəzəri tədqiqat metodları; v) empirik-nəzəri tədqiqat metodları; q) pedaqoji tədqiqatda riyazi, statistik, sosioloji metodlar.


Empirik tədqiqat metodlarına daxildir: müşahidə, müsahibə, anket sorğusu, pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi.
Müşahidə - nitq inkişafı üzrə işin müəyyən məqsədlə və planlı şəkildə izlənilməsidir. Tədqiqatçı müşahidə zamanı nəyi, nə məqsədlə izləyəcəyini müəyyən edir, müvafiq faktlar toplayır, onları təhlil edib qruplaşdırır və nəticə çıxarır.
Müsahibə- nitq inkişafı üzrə müəyyən probleminmahiyyətini, səbəblərini, başvermə şəraitini aşkara çıxarmaq məqsədi ilə aparılan sual-cavab metodudur. 
Anket sorğusu-nitq inkişafı üzrə işlə bağlı problem barədə müəllim, şagird və ya valideynlərin mövqeyini, rəyini öyrənmək, nitq inkişafı üzrə iş zamanı hər hansı hadisənin tipikliyini müəyyən etmək məqsədi ilə aparılan yazılı sorğudur. 
Nəzəri tədqiqat metodları nitq inkişafı üzrə nəzəri mənbələrin öyrənilməsi, təhlili və nəticə çıxarılması məqsədi daşıyır. Nəzəri tədqiqatlar praktik faktlar səviyyəsində yox, əsasən, nitq inkişafının qanunauyğunluqları, prinsip və tələbləri səviyyəsində aparılır.
Nitq inkişafı üzrə eksperiment problemlə bağlımüəyyən bir fərziyyənin yoxlanmasıdır. Məqsədinə görənitq inkişafı üzrə eksperimentin bir neçə növü ayırd edilir: müəyyənedici, öyrədici və yoxlayıcı eksperiment. Eksperimentin təşkili üçün iki paralel sinif (qrup) götürülür: bunlardan birində iş yeni qaydada təşkil edilir (eksperimental sinif və ya qrup), digərində isə ənənəvi qaydada aparılır (kontrol sinif və ya qrup). Müəyyən müddətdən (yarımil, 1 il) sonra hər iki sinifdə (qrupda) işin nəticəsi yoxlanılır və bir-biri ilə müqayisə edilir. Eksperimentin səmərəli nəticə verməsi üçün onu başqa metodlarla (müşahidə, müsahibə, anket sorğusu və s.) əlaqələndirmək mühüm şərtdir.
Nitq inkişafı üzrə tədqiqatlarda eksperiment metodu ilə yanaşı təcrübi-eksperimental iş, sınaq metodları da tətbiq olunur. Bu zaman müəyyən plan üzrə təcrübə işləri aparılır, onların səmərəliliyi öyrənilir. Nitq inkişafı üzrə tədqiqatlarda yeri gəldikcə riyazi-statistik və sosioloji metodlara da müraciət olunur. Riyazi-statistik metodlar tədqiqatın nəticələrini kəmiyyət baxımından təhlil etməyə imkan verir. Tədqiqatın uğurlu və obyektiv olmasını təmin edən əsas şərt nitq inkişafı üzrətədqiqatda nəzərdən keçirilən, istifadə edilən metodların uğurlu və kompleks tətbiqidir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin