53. Cümlə qurmaq vərdişləri üzrə aparılan işlər Cümlə qurmaq üzrə iş savad təliminin ilk günündən başlanır. Bu cəhətdən
“Azərbaycan dili” dərsliyindəki şəkillər çox əhəmiyyətlidir. Dərsliyin üz
qabığından başlayaraq savad təliminin sonuna qədər dərsliyə daxil edilmiş
şəkillər əsasında cümlə qurmaq üzrə iş aparıla bilər. Bu zaman ad, əlamət,
hərəkət bildirən sözlərə sualların qoyulması, suallara cavab verərkən
şagirdlərin cümlə qurması vacibdir. (Bu qızın adı Aytacdır. Aytac sarı paltar ə
geyinib. Aytac kitab oxuyur).
Bir şəklə bir neçə sual verməklə cümlə üzrə işdən tədricən rabitəli nitq üzrə
işə də keçmək olar. Məsələn, dərslikdəki ―Meşədəki şəkli üzrə (s.23) suallar və
cavablar əsasında mətn tərtibini nəzərdən keçirək. –şəkildə hara təsvir
olunub? Meşədə hansı heyvanlar var? Meymun ağacda nə edir? Dovşan nə
edir? Kirpi nəyə baxır? İlan nə edir? Ağacdələn nə edir?
Cümlə qurmaq, rabitəli nitqi inkişaf etdirmək üçün “Azərbaycan dili”
dərsliyində kifayət qədər şəkillər vardır ki, müəllim bunlardan istifadə
etməklə şagirdlərin şifahi nitqini inkişaf etdirə bilər.
54. Oxu və nəqletmənin əhəmiyyəti Oxu dərsləri doğma vətənimizin gələcək qurucularının tərbiyə olunmasını
təmin edir. Oxu şagirdlərin nitqini inkişaf etdirir, onlarda formalaşmış
konkret təsəvvür və anlayışlar əsasında lüğət ehtiyatını zənginləşdirir,
dəqiqləşdirir və fəallaşdırır, fikirlərini şifahi yazılı şəkildə ifadə etmək
bacarığını artırır. Oxu şagirdlərdə şüurlu, düzgün sürətli və ifadəli oxumaq,
oxunmuş materialın məzmununu yaxşı nağıletmə bacarığı yaradır. Oxu
təlimini yüksək səviyyədə təşkil etmək üçün müəllim yalnız Azərbaycan dili
dərslərində deyil, digər fənnlərin tədrisində həmçinin şagirdlərin
sinifdənxaric fəaliyyətində də ona xüsusi əhəmiyyət verməlidir.
Oxu dərsində şagirdlər tədricən oxunun ən mühüm keyfiyyətlərinə
yiyələnirlər. Onlarda kitaba maraq və məhəbbət güclənir. Oxunun idrakı
əhəmiyyətini dərk edirlər. Oxu dərsləri uşaqlarda oxuya, mütaliəyə meyli
gücləndirir.