Nizami xudiyev qəDİm türk yazili



Yüklə 72 Kb.
PDF просмотр
səhifə1/39
tarix26.05.2017
ölçüsü72 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   39
18897

NIZAMI  XUDIYEV
QƏDİM TÜRK YAZILI 
ABİDƏLƏRİNİN 
DİLİ
Azərbaycan  Respublikası  Təhsil 
Nazirliyinin  09.12.14-cü  il  tarixli 
1245  saylı  əmrinə  əsasən  dərslik 
kimi təsdiq edilmişdir.
-  
3>Ш
 -____________
Azerbaycan 
Respublikası 
Prezidentinin
İşlər  İdarəsi
PREZİDENT  KİTABXANASI
B A K I -   2015

E lm i  red ak tor: 
Ə b ü lfəz  Q U L İY E V
AM EA-nın  müxbir üzvü, 
filologiya üzrə elmlər doktoru, professor
R əyçilər: 
Ə b ü lfəz  R Ə C Ə B L İ
filologiya üzrə  elmlər doktoru, professor
Y a d ig a r  Ə L İY E V
filologiya üzrə  elmlər doktoru, professor
M ə m m ə d ə li  N O V R U Z O V
filologiya üzrə elmlər doktoru, professor
H əcə r  H Ü S E Y N O V A
filologiya üzrə  elmlər doktoru,  dosent
N iza m i  X udiyev.  Q ə d im   tü r k  y a z ılı  a b id ələ rin in   d ili. 
B a k ı,  “ E lm   v ə  tə h s il” ,  2 0 1 5 ,  596 səh .
Dəsrlik  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  tərəfindən  təsdiq 
edilmiş proqrımı  əsasında yazılmışdır.  Kitabda qədim  tiirk yazılı abidələri­
nin  tədqiqi məsələləri, fonetikası,  leksikası  və  qrammatikası  (morfologiyası 
və sintaktik quruluşu)  araşdırılır.  Dərslikdə qədim  türk yazılı abidələrindən 
mətnlər,  seminar məşğələləri  üçün material  və qədim  türk sözlərinin  lüğəti 
təqdim edilmişdir.
Kitabdan  ali  məktəb  müəllimləri,  tələbələri,  magistrlər,  aspirant  və 
dissertantlar,  qədim  türk yazı  mədəniyyəti  ilə  maraqlananlar  istifadə  edə 
bilərlər.
4602000000 
.-V098 -  2015
qrifli nəşr
“ E lm   v ə  tə h sil” , 20 1 5
Görkəmli alim və böyük türkoloq 
prof.  Ə.Dəmirçizadənin 
unudulmaz xatirəsinə...
G İR İŞ
Bəşəriyyət  tarixində  heç  bir  xalq,  heç  bir  m illət  uzun  müd­
dət  konkret,  məhdud  coğrafi  məkanda  təkbaşına  yaşamayıb.  M il­
lət öz keçm işinə  istinad edib.  Təmasda olduğu xalqları öyrənib,  öz 
müsbət  cəhətlərini  başqalarına  təlqin  edib.  Qədim   türklər  də  tarix 
boyunca  farslar,  bizanslılar,  ruslar,  hindlilər,  çinlilər  v ə   digər 
xalqlarla  təmasda  olm uş,  onlarda  ümumbəşəri  dəyərlərin  yaranıb 
formalaşmasında  m üstəsna  rol  oynamışlar.  “Türklərlə  əcəm lər 
(farslar-  N .X )  eyni  həyat  şəraitində,  eyni  m ədəni  mühitdə  v ə türk 
hakimiyyəti  altında  yaşadıqları  halda,  böyüklü-kiçikli,  bilikli- 
biliksiz  hər  türkün  fars  dilini  öyrənm əsi,  ancaq  əcəmlərin  türk 
dilini  öyrənm əmələri,  bu  d ild ə  yazm am aları...  türkün  əcəm dən 
daha üstün, daha ağıllı yaradıldığını göstərir” 1
Türklərin  yaratdığı  120  dövlətdən  on  altısı  dünya  m iqyaslı 
imperatorluqlar  olmuşdur.  Türklər  qədim  m ədəniyyətə,  qədim 
tarixə  malik  olmuşlar.  Bu  faktı  qədim  türk  yazılı  abidələri  də 
təsdiq edir.
Qədim  türk  yazılı  abidələri  türk  xalqlarının  milli  düşüncə  tər­
zini,  mənəvi  dünyasını  və  zəngin  dil  tarixini  əks  etdirən  möhtəşəm 
sənət nümunələridir. Azərbaycan və digər türk dillərinin tarixi inkişaf 
istiqamətləri, fonetik,  leksik  və qrammatik  kateqoriyaların yaranması 
və formalaşması bu yazılar əsasında müəyyənləşir.
Çağdaş  türk  ədəbiyyatının,  mədəniyyətinin  genetik əsasm da 
qədim  türk  m ədəniyyəti  dayanır.  Buna  görə  də  qədim  türk  abidə­
lərinin  öyrənilm əsi,  nəşri,  ali  məktəblərin  filologiya  və  tarix  fa­
kültələrində  tədrisi  türkün  tarixinin,  m ədəniyyətinin,  yazısının 
öyrənilm əsi  istiqamətində mühüm  bir tələbdir.
1 R.Özdək. Türkün qızıl kitabı. Bakı,  1990. II c. s.205.
3

XXI  əsrin dünyada türk  əsri olaraq qəbul edildiyi  bir vaxtda 
həm  qədim  türk  yazılı  abidələrinin,  türk  yazısının,  eyni  zamanda 
miiasir  tiirk  dillərinin  müqayisəli  şəkildə  sistematik  tədqiqinə, 
müasir  tələblərə  cavab  verən  dərsliklərin,  dərs  vəsaitləri  və  proq­
ramların hazırlanmasına ehtiyac vardır.
Qədim  türk  dillərini  tədqiq  etmək  üçün  tələb  olunan  mən­
bələr  kit'ayət  qədərdir.  Buraya  türk  dillərinin  qədim  yazılı  abidə­
ləri,  ərəb,  fars,  Çin  mənbələri  və  qədim  yunan,  Bizans  mənbələri 
daxildir.  Lakin  türk  dillərinin  tarixinin  öyrənilməsi  üçün  ən  eti­
barlı  mənbələr  türk  dillərinin  öz  qədim  yazılı  abidələridir.  Əsrlə­
rin  sınağından  keçərək dövrümüzə qədər qorunub  saxlanan  qədim 
tiirk yazılı abidələri  V-X əsrlərə aid olan yazılı  materiallardır.
Qədim  türk  yazılı  abidələrinin  yayılma  arealı  Orxon-  Ye­
nisey  çayları  hövzəsi,  Uyğuristan,  Türkistan,  Altaylar,  Qafqazlar, 
Balkanlar,  Krım  və  Macarıstandır.  Abidələrin  çoxu  Yenisey  çayı 
hövzəsində tapılmışdır.  Burada hələ  ki,  106  abidə,  Altay ərazisin­
də  78  abidə,  Orxon  ərazisində  54  abidə,  Turfanda  38,  Talasda  15 
abidə  qeydə  alınmışdır.  Aparılan  arxeoloji  qazıntılar  nəticəsində 
yeni abidələr tapılmaqdadır.
Qədim  türk  yazılı  abidələri  əlifba  sisteminə  görə  üç  qrupa 
bölünür:
1.  Runik əlifbası  ilə yazılmış türk abidələri
2.  Uyğur əlifbası  ilə yazılmış türk abidələri
3.  Ərəb  əlifbası  ilə yazılmış türk abidələri
Orxon-Yenisey  runik  yazıları  haqqında  ilk  dəfə  I  Pyotrun
dövründə  məlumat  alınmış,  daha  sonra  İsveç  zabiti  İohann  Stra- 
lenberq  bu  yazılarla  əlaqədar  axtarışlar  aparmışdır.  XIX  əsrin 
əvvəllərində  Mərkəzi  Sibirdə  tapılan  bu  qeyri-adi  yazılara  maraq 
artmış,  Qriqori  Spasski  “Sibir  xəbərləri”  (Сибирский  вестник. 
1822)  jurnalında  yazılarla  bağlı  məqalə  nəşr  etdirmiş,  1889-cu 
ildə  fin  alimləri  Yenisey  yazılarının  linlərə  mənsub  olduğunu 
iddia etmiş və atlasını çap etdirmişlər.
1889-cu  ildə  rus  tədqiqatçısı  N.M.Yadrintscv  Monqo­
lustanda  Kültigin  və  Bilgə  xan  abidələrini  tapmış,  abidələrin arxa 
tərəfindəki  Çin  yazısından  bu  abidələrin  türklərə  məxsus  olması 
aydınlaşmışdır.  Lakin  yazıların  hansı  əlifba  ilə  yazılması  alimlər
4
arasında  mübahisələrə  səbəb  olmuş,  onları  müxtəlif  əlifbalarla 
bağlamaq cəhdləri müvəffəqiyyətsizliyə uğramışdır.
Danimarkalı  alim  V.Tomsen  yazıların  sağdan  sola oxundu­
ğunu,  oxşar  işarələri,  işarələrin  bəzən  bitişik,  bəzən  ayrı  yazıl­
dığını  müəyyən  etmişdir.  Daha  sonra  V.Tomsen  türk  dillərində 
ahəng  qanununa  əsaslanmaqla  bəzi  sözləri:  Kültigin  abidəsindən 
teqri,  türk,  Kültigin  sözlərini  oxumağa  müvəffəq  olmuş  və  onun 
sayəsində  1893-cü  ildə  Kültiginin  şərəfinə  qoyulmuş  abidənin 
mətni tamamilə oxunmuşdur.
Tomsendən sonra rus alimi V. Radlov Kültigin və Bilgə xan 
abidələrinin  mətnlərini  və  tərcüməsini  nəşr  etdirmişdir  (1895). 
1909-cu  ildə  Q.  Ramsted  “Moyun  Çor”,  1912-ci  ildə  V.L.Kotviç 
“Küli  Çor”  abidələrini  tapır.  1951-ci  ildə  prof.  S.Malovun 
“Памятники  древнетюркской  писменности”,  1952-ci  ildə 
“Енисейская  писмснность  тюрков”,  1959-cu  ildə  “Памятники 
древнетюркской  писменности  Монголии и Киргизии”  əsərləri 
çap edilmişdir.  Eyni zamanda Türkiyədə H.N.Orkun bu abidələrin 
tədqiqi  ilə  məşğul  olmuş dörd  cilddən  ibarət “Eski  türk yazıtları” 
(1936- 
4 0 )
 əsərini nəşr etdirmişdir.
Yenisey çayı sahillərində və Şimali Monqolustanda tapılan qə­
dim  türk  yazılı  abidələri  qəbir daşları,  ev  əşyaları,  alətlər,  çubuqlar, 
bəzən də kağız üzərində runik əlilba ilə yazılmış yazılardır.
N.A.Aristov,  V.Tomsen,  P.M.  Melioranski  və  digər  tədqi­
qatçıların  fikrincə,  qədim  türk  runik  əlifbası  eramızın  V  əsrində 
qədim  aramey  əlifbası  və  türk  qəbilələrini  bir-birindən  fərqlən­
dirən damğalar əsasında yaranmışdır.
Bəzi  tədqiqatçılar  isə  həmin  əlifbanın  e.ə.  hunlara  məxsus 
olduğunu,  türkdilli  avarların  arasında geniş yayıldığını,  İV-V  əsr­
lərdən  isə  başqa  türk  qəbilələri  arasında  da  işləndiyini  qeyd  et­
mişlər.
Əldə edilmiş qədim  türk yazılı mətnlərində hərflərin yazılışı 
çöpə bənzər olduğu  üçün onlara  runik yazılar deyilmişdir.  Orxon- 
Yenisey çayları ətrafında tapıldığı üçün bu yazılar Orxon-Yenisey 
abidələri  adlandırılmışdır.  Həmin yazılar  V-X  əsrlərdə  “Türk-sir” 
qəbilələrinin  canlı  danışıq  dilinə  yaxın  olan  bir  ədəbi  dildə  ya­
zılmış,  Sibirdə  yaşayan  türk  tayfalarının,  türkdilli  xalqların:  tu­
5

vaların,  xakasların  dilini,  digər  tərəfdən  oğuz  dil  qrupuna  daxil 
olan  Azərbaycan,  türk,  türkmən,  qaqauz  dillərini,  bəzi  əlamətlə­
rinə görə isə müasir özbək, uyğur, qırğız dillərini xatırladır.
Türk  xalqları  islamı  qəbul  etdikdən  sonra,  əsasən,  ərəb 
əlifbasından  istifadə  etmişlər  və  bu  əlifba  ilə  yazılmış  abidələr 
tarixən  XI  əsrdən  yaranmağa  başlamışdır.  Ona  görə  də  proqrama 
uyğun  olaraq  dərslik  eyni  zamanda  XI-XIV  əsr  türk  yazılı  abi­
dələri  və onların dilini də əhatə edir.
Sibirdə,  Şimali  Monqolustanda,  Şərqi  Türküstanda,  Orta 
Asiyada, Qafqazda və digər yerlərdə tapılan qədim türk yazılı abi­
dələri  birmənalı  şəkildə müasir türk xalqlarına  məxsus abidələrdir 
və müasir türk dillərinin,  o  cümlədən Azərbaycan dilinin tarixinin 
öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir.
Dərslik müəllifin uzun müddətdən bəri apardığı mühazirə və 
seminar  məşğələləri  zamanı  gəldiyi  elmi  nəticələr  və  ümumi- 
ləşdirmələr əsasında ərsəyə gəlmişdir.
Dərsliyin  yazılmasında  Azərbaycan  və  xarici  ölkə  alimlə­
rinin  qədim  türk yazılı  abidələrinin  dili  ilə  əlaqədar nəşr etdirdik­
ləri  materiallardan,  məqalələrdən,  dərs  vəsaitlərindən,  xüsusilə 
S.J.Malovun  “Qədim  türk  yazılı  abidələri”,  “Monqolustanın  və 
Qırğızıstanın  qədim  türk  yazılı  abidələri”,  A.N.Kononovun “Türk 
run  abidələrinin  dilinin  qrammatikası”,  V.İ.Nasilovun  “Qədim 
uyğur dili”,  “Qədim  türk lüğəti”, türk alimi Tələt Təkinin “Orxon 
türkcəsinin  qrammatikası”,  H.N.Orkunun  “Eski  türk  yazıdan” 
(1936-40),  Əlisa  Şükürov  və  Abbasqulu  Məhərrəmovun  “Qədim 
türk yazılı abidələrinin dili”, Əlisa Şükürlünün “Qədim türk yazılı 
abidələrinin  dili”,  Əbülfəz  Rəcəblinin  “Qədim  türk  yazısı  abidə­
lərinin dili”, Əbülfəz Rəcəbovun və Yunis Məmmədovun “Orxon- 
Yenisey abidələri”,  Ramiz Əsgərin “Orxon abidələri (albom)” adlı 
kitablarından istifadə edilmişdir.
Qədim  türk  yazılı  abidələrinin  dilinə  həsr  olunmuş  bu 
dərslikdə  şübhəsiz  ki,  nöqsan  və  çatışmazlıqlar  da  ola  bilər.  Ona 
görə  də  hörmətli  oxuculardan  öz  irad,  fikir,  təklif və  mülahizə­
lərini  bildirməyi,  yazıb  müəllifə  göndərməyi  xahiş  edir və  əvvəl­
cədən onlara təşəkkürümüzü bildiririk.
6
I  FƏSİL
T Ü R K  X A L Q L A R I  VƏ  O N L A R IN  
M Ə S K U N L A Ş D IĞ I Ə R A Z İL Ə R
Dil,  mədəniyyət,  dövlətçilik baxımından  çox  böyük 
təkamül  yolu  keçmiş  türk  xalqları  tarixən  müxtəlif  əra­
zilərdə  məskunlaşmışlar.  Türklər  Avro-Asiyanın  strateji 
və  bioloji  baxımdan  əlverişli  hesab  etdikləri  bütün  ərazi­
lərində  özlərinə  məskən  salmışlar.  Türklərin  məskun­
laşdıqları  əraziləri  və  türk  tayfalarını  ilk  dəfə  M.Kaşğarlı 
təsnif etmiş,  “Divani  lüğət-it-türk”də  bamin  ərazilərin  ilk 
xəritəsini  vermişdir.  M.Kaşğarlının  təsnifatında  türklər 
aşağıdakı şəkildə sıralanmışlar:
“Mən  onları  istər  müsəlman  və  istərsə  bütpərəst 
olsun,  sıra  ilə  Rum  yaxınlığından ta şərqə qədər sadalaya­
cağam.  Əvvəla,  Rum  yaxınlığındakı  birinci  qəbilə  Beçə- 
nək,  sonra  Qıfçaq,  Oğuz,  Yəmək,  Başqırt,  Basmıl,  sonra 
Qay,  sonra  Yabaqu,  sonra  Tatar,  sonra  Qırğız;  Qırğızlar 
Çin 
yaxınlığındandır. 
Bu  qəbilələrin 
hamısı 
Rum 
yaxınlığından  şərqə  doğru  sıralanmışlar.  Sonra  Çigil, 
sonra Toxsı, sonra Yağma, sonra Iğraq, sonra Çaruq, sonra 
Çumul,  sonra  Uyğur,  sonra Tankut,  sonra Xitay,  yəni  Çin, 
sonra  Tabğaç,  yəni  Maçin.  Bu  qəbilələr  Şimal  və  Cənub 
arasında sakindirlər”.
Məskunlaşdıqları  ərazi  baxımından  türk  xalqları  bir 
neçə qrupa bölünür.  Ə.Şükürlünün təsnifatı aşağıdakı kimi 
olmuşdur:
7

1.  Qərbi  Sibirdə yaşayan türk xalqları.
2.  Orta  Asiyada  və  Çin  Türküstanında  yaşayan  türk 
xalqları.
3. Qafqazda və Kiçik Asiyada yaşayan türk xalqları.
4.  Volqaboyunda yaşayan türk xalqları.
5.  SSRİ-nin  Qərbi  Avropa  ərazisində  və  Şərqi  Av­
ropa ölkələrində yaşayan türk xalqları.1
Ümumiyyətlə,  Ə.Şükürlünün  təsnifatı  türk  xalqları­
nın  yayıldığı  arealı  əhatə  etsə  də,  artıq  “SSRİ”  deyilən  bir 
məkanın  olmaması,  cəmiyyətin  sürətli  inkişafı  bu təsnifat­
da  dəqiqləşmələrin  aparılmasını  zəruriləşdirir  və  türkdilli 
xalqların  məskunlaşdıqları  ərazilərin  aşağıdakı  kimi  təsnif 
edilməsi daha doğru olar:
1.  Qafqazda yaşayan türk xalqları.
2. Orta və Kiçik Asiyada yaşayan türk xalqları.
3.  Sibirdə və Volqaboyunda yaşayan türk xalqları.
4.  Çin Türküstanında yaşayan türk xalqları.
5.  Avropada yaşayan türk xalqları.
1.  Q a fq a z d a  y a şa y a n   tü r k  
x a lq la rı
Qafqaz  strateji  mövqeyi,  əlverişli  iqlimi  və  münbit 
torpaqları  ilə digər ərazilərdən fərqlənir.
1  Ə.Şiikiirlü. Qədim türk yazılı  abidələrinin dili.  B.  1993,  səh 7-11.
8
I E
t
h
n
ic
 G
r
o
u
p
s
 
İn
 
t
h
e
 C
a

•)
---
---
---
---
Q a fq az d a  y aşay an   tü r k  x a lq la rı
9
ix
S
*
-C
 S
a
n
t
a
 В
 a

b
a
r
 a

C
A
 (
S
O
O

9
2
9
-
4
M
A
P

Bu xalqların içərisində qədim mədəniyyəti, dövlətçiliyi 
ilə  diqqəti  cəlb  edən  Azərbaycan  türkləridir.  “Azərbaycan­
lılar  Qafqazda  məskən  salmış  oğuz, peçeneq, qıpçaq,  xəzər 
qəbilələrinin,  eləcə  də  Midiya,  alban  tayfalarının  birləşmə­
sindən əmələ gəlmiş və formalaşmışdır” 1.
Azərbaycanlılar  Qafqaz  regionunda  yaşayan  xalqlar 
içərisində  say  etibarilə  ruslardan  sonra  ikinci  yerdə  du­
rurlar.  Azərbaycanlılar  Azərbaycanda  yaşayan  türklərin 
ümumi  adı  kimi  qəbul  edilsə  də*  onun  kökündə  müxtəlif 
türk  etnosları  dayanır.  Eramızın  1  minilliyinə  qədər və  mi­
nilliyin  əvvəllərində  hun  türklərinin  -   qıpçaqların  Şimal­
dan  Azərbaycana gəlişi,  I  minilliyin  sonu,  II  minilliyin  əv­
vəllərində  isə  oğuzların  Azərbaycana  axını,  yerli  qıp­
çaqlarla gəlmə oğuzların  inteqrasiyası  baş  vermişdir.  Hun- 
qıpçaqların Azərbaycana axını  1000  il,  oğuzların  axını  500 
ilə  qədər  bir  müddətdə  davam  etmiş,  1500  il  davam  edən 
bu  müddət  ərzində  Azərbaycan  xalqı  formalaşmışdır.  La­
kin  nə  hun-qıpçaqlar,  nə  də  oğuzlar  tərkib  etibarilə  yek­
cins  olmamışlar.  Onların  tərkibində  qərarlaşan,  bir-birinə 
yaxın  olan  türk  etnoslarının  hər  biri  Azərbaycan  xalqının 
formalaşmasında müəyyən dərəcədə iştirak etmişdir.
Deməli,  “Azərbaycan  xalqının  etnik  tarixi  Azərbay­
can  xalqının formalaşmasından daha qədimdir”".
Azərbaycanda azərbaycanlıların  sayı  (2011-ci  ilin  ilk 
məlumatlarına görə)  artıq  9 milyondur.  Lakin  azərbaycan­
lılar  yalnız  Azərbaycanda  deyil,  dünyanın  bir  çox  öl­
kələrində yaşayırlar.  Həmin  ölkələrin  sırasında Gürcüstan,
1 Ə.Şükürov., A.M .Məhərrəmov.  Qədim lürk yazılı  abidələrinin dili.
B.,  1976,  s.7.
■ N.Cəfərov. Azərbaycanlılar:  Ktnokulluroloji  birliyin  siyasi-ideoloji 
üfüqləri, Bakı, 2001,  s.30.
10
Rusiya,  İran,  Türkiyə,  İraq,  Orta  Asiya  dövlətləri  və  s. 
vardır.
Onu  da qeyd  etmək  yerinə  düşər  ki,  Qərbi  Azərbay­
can  (indiki  Ermənistan)  ərazisindən  Azərbaycan  türklə­
rinin deportasiya edilməsi  nəticəsində  bu ərazidə  azərbay­
canlıların sayı 0%-ə enmişdir.
Qafqazda  yaşayan  ikinci  türkdilli  xalq  qumuqlardır. 
Qumuqlar “türkdilli  poleveslərin  uz,  peçeneq və  qara bul- 
qarlarla  çarpazlaşması  nəticəsində  meydana  çıxmışdır” 1. 
Qumuqlar,  əsasən,  Dağıstan  ərazisində  məskunlaşmışlar. 
Qumuqlarm  dilində  qıpçaq,  oğuz  və  bulqarların  dil  əla­
mətlərinə də rast gəlinir.
Qaraçay-balkarlar  isə  Kabarda-Balkar  və  Qaraçay- 
Çərkəzdə  (Çerkeziya)  yaşayırlar.  Qaraçay-balkarlar  da 
qıpçaq  və  bulqar  qəbilələrinin  qarışması  nəticəsində  ya­
ranmışlar.  Qaraçay  çayı  sahillərində  yaşayan  qaraçaylann 
ümumi  sayı  200  minə,  balkarların  (malkar)  sayı  isə  150 
minə yaxındır.
XV  əsrdə  Böyük Noqay Ordası  parçalandıqdan sonra 
formalaşan  noqaylar,  əsasən,  Şimali  Qafqazda  məskən 
salmış,  Qaraçay-Çərkəzdə  və  Dağıstanda  məskunlaşmış­
lar.  Qıpçaq  qəbilə  birliyinə  daxil  olan  noqaylarm  dilində 
qıpçaq  əlamətləri  üstünlük təşkil edir.
Turuxmenlər  XVI  əsrdə  Şimalı  Qafqaza  sürgün  edi­
lən  Çandar,  Sonhacılı,  İkdir  və  başqa  türkmən  qəbilələri­
nin  birləşməsindən  yaranmışlar,  ümumi  sayları  200  minə 
yaxındır.
1 Ə.Ç.Şükürov.  A.M.Məhərrəmov.  Qədim türk yazılı  abidələrinin dili.  B, 
1976,  s.7,
11

2.  O r ta   və  K içik  A siy ad a y aşay an  
tü r k  x a lq la rı
12
Orta və  Kiçik Asiyada yaşayan türk xalqları qrupuna 
türkmənlər,  türklər,  özbəklər,  qazaxlar,  qırğızlar,  qa- 
raqalpaqlar,  uyğurlar  və  sarı  uyğurlar  daxildir.  Onların 
arasında ön sırada türklər dayanır.
Türklər,  əsasən,  Kiçik  Asiyada  yaşayan  və  oğuz, 
qıpçaq  qəbilələrinin  birləşməsindən  əmələ  gələn  bir  xalq­
dır.  Çox  böyük bir hissəsi  Türkiyədə (75  milyondan artıq) 
yaşasa  da,  onların  bir qismi  Şərqi  Avropa,  Amerika və  di­
gər Asiya ölkələrində yaşayır.
Türklərin  etnik  tarixi  çox  qədimlərə  gedib  çıxır. 
Orxon-Yenisey  abidələrində  onlar  özlərini  göytürk  ad­
landırmış,  Çin  mənbələrində  isə  bu  söz  tu-kun,  tu-kyue, 
tukyuk,  türkit  formalarında  şəkli  dəyişikliklərə  uğramış­
dır.
Tədqiqatçıların  etnonimin  etimologiyasına  münasi­
bəti  birmənalı  olmamışdır.  Lakin  türk  sözünün  “güc,  qüv­
vət”  mənasında  izahı,  bizcə,  daha  ağlabatandır.  Çünki  Or­
xon-Yenisey  abidələrində  türk  adı  ilə  adlandırılan  qəbilə 
birinci  və  ikinci  türk  xaqanlığı  dövründə  türk  qəbilələri 
içərisində  daha  qüdrətli  olması  və  hakim  mövqeyi  ilə 
seçilirdi.
Oğuz,  qıpçaq,  qarluq,  uyğur qəbilələrinin  birliyindən 
əmələ  gələn  özbəklər  XIII-XV  əsrlərdə  formalaşmışlar. 
Kütləvi  şəkildə  Özbəkistanda yerləşsələr də,  hazırda  digər 
Asiya dövlətlərində də yaşayırlar.  Ümumi  sayı  16 mln-dan 
çoxdur.  XX  əsrin  I  yarısına  qədər  özbəklər  özlərini  cığa- 
tay,  özbək, XIX  əsrə aid  bəzi  rus mənbələrində  isə sart ad­
landırmışlar.
Qazaxların  vətəni,  əsasən,  Qazaxıstandır  (sayları  10 
mln-a  yaxındır).  Onlar  Orta  Asiyanın  digər  dövlətlərində 
də  məskunlaşmışlar.  Qazaxlar  Böyük  Noqay  Ordası 
parçalandıqdan  sonra -  XV əsrdə formalaşmışlar.
13

Qədim  oğuz  və  qıpçaq  qəbilələrinin  birliyindən 
yaranan  türk  xalqlarından  biri  də  qırğızlardır.  Qırğızların 
dilində  daha  aktiv  şəkildə  işlənən  oğuz  və  qıpçaq  mənşəli 
sözlər bu  fikri  bir daha  isbatlayır.  Qırğızlar hazırda  Qırğı­
zıstanda  (2  mln-dan  çox)  və  digər  Asiya  dövlətlərində  -  
Özbəkistanda,  Tacikistanda,  Çində  və  digər  ölkələrdə  ya­
şamaqdadırlar.
Qaraqalpaqların  etnik  tarixi  qıpçaq  qəbilələri  ilə 
bağlıdır.  Qaraqalpaqlar  da Böyük Noqay  Ordası  parçalan­
dıqdan sonra -  XV əsrdə formalaşmışlar.
Aral  gölü  və  Sır-Dərya  çayı  sahillərində  məskunlaş­
mış  Oğuz  türklərinin  kaspilər  və  qıpçaqlarla  birləşmə­
sindən  yaranmış  türkmənlər,  əsasən,  Türkmənistanda  (5 
mln-a yaxın), eləcə də digər  şərq ölkələrində yaşayırlar.
3.  S ib ird ə və V o lq a b o y u n d a  y aşay an  
tü r k  x a lq la rı
Tarixən  türk  xalqları  daha  çox  Sibirin  şərqində  məs­
kun  olmuşlar.  Bu  xalqlar  altaylar,  xakaslar,  çulum  tatar­
ları,  barabalar,  saxalar  (yakut),  tuvalar,  qaraqaşlar,  şorlar, 
kamasinlər və başqalarıdır.
Özlərini  Altay  kişi  adlandıran  altaylar  Dağlıq  Altay 
Respublikasında  yaşayırlar.  Altaylarm  sayı  80  mindən 
çoxdur.
Barabalar  Novosibirsk  vilayətində  yaşayır  və  tatar­
ların  bir  qolu  hesab  edilirlər.  Türkoloji  ədəbiyyatda  bu 
xalq  baraba  tatarları  adlandırılır.  Söz  mənşəcə  b a r  -   feili 
ilə  bağlı  olub  “gəlmə,  gəlmə  adam”  anlamını  verir.  Onla­
rın dili  də tatar dilinə çox yaxındır.
  1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə