Nöqtəvi diodlar Müstəvi diod Düzləndirici diod



Yüklə 240,38 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü240,38 Kb.
#42339
  1   2   3   4   5
Yarımkeçirici diodun tətbiqləri


Yarımkeçirici diodun tətbiqləri.


  1. Nöqtəvi diodlar

  2. Müstəvi diod

  3. Düzləndirici diod

  4. İmpuls diodları

  5. Tunel diod

  6. Stabilitron

7. Varikap

Nöqtəvi diod
Nöqtəvi diodlarda elektrik sahəsinin intensivliyi çox kiçik olur (şəkil 1a). Xətti ölçüləri isə p-n keçidlə müqayisə olunur. Sadə halda nöqtəvi diod hazırlamaq üçün 3 yarımkeçirici lövhə ilə metal məftil-yayın 4 ucunu bir-birinə toxundurmaq kifayətdir. Daha etibarlı elektrik keçidinin alınması üçün yığılmış dioddan bir amper tərtibində impuls cərəyanı buraxılır. Nəticədə metalın iti ucu yarımkeçirici lövhəyə qaynaqlanır. Güclü qızma iti ucluğun əriməsinə və lövhəyə diffuziya etməsinə səbəb olur. Yarımkeçirici lövhə üzərində yarımkeçirici olmayan yarımsferik formalı yeni təbəqə formalaşır. p-n keçidin sahəsi 102‒103 mkm2 tərtibində olur. Noqtəvi diodlar, əsasən, n-tip germanium lövhənin səthində səthində formalaşdırılır. Metal ucluq qismində n-tip germanium üçün akseptor sayılan berilium götürülür. Metal ucluğun diametri 0,05‒0,1 mm tərtibində olur. Keramika və ya şüşədən hazırlanmış korpus 2 işıq buraxmayan qara rənglə boyadılır. İşıq kvantı p-n keçidin yaxınlığında yükdaşıyıcılar generasiya etməklə tərs cərəyanı gücləndirə bilir. 2-ci şəkıldə çıxışlar 1 ilə işarə edilmişdir.

p-n keçidin sahəsinin təsiri ilə nöqtəvi diodun elektrik tutumu çox az olub pF tərtibindədir. Ona görə də nöqtəvi diodlardan yüksək və ifrat yüksək tezliklərdə istifadə olunur. Bu diodlar daha çox yüksək tezlikli dəyişən cərəyanı düzləndirmək məqsədi ilə (yüksək tezlikli düzləndirici diodlar) və impuls sxemlərində (impuls diodları) tətbiq olunur.


Şəkil 1


Nöqtəvi diodda p-n keçidin sahəsi kiçik olduğundan keçiddən səpilən kiçik güc sayəsində (20 mVt) düz cərəyan 10-20mA tərtibində olur. Bu səbəbdən nöqtəvi diodlardan zəif dəyişən cərəyanları düzləndirmək üçün istifadə olunur.

Müstəvi diod xətti ölçüləri p-n keçidin enindən xeyli böyük olan müstəvi elektrik keçidindən ibarətdir. Keçidin sahəsi onun xətti ölçüləri ilə müəyyən olunub mm2-ın hissələrindən (mikromüstəvi diodlar) onlarla sm2-na qədər (güc diodları) qiymətlər ala bilər. Keçid əridilmə və ya diffuziya metodları ilə hazırlanır. Müstəvi diodlardan 10 kHs-ə qədər olan tezlik diapazonda işləmək üçün istifadə olunur. Tezliyin belə məhdudlanması p-n keçidin potensial çəpərinin böyük qiymətləri ilə (~10 pF) əlaqədardır.

Müstəvi diodlardan birinin konstruksiyası şəkil 1b-də göstərilmişdir. Yarımkeçiricinin 3 lövhəsini 2 kristal tutqacına elə yapışdırırlar ki, kontakt əmələ gəlsin. Kontakt və 4 elektrodu 1 çıxışları ilə birləşdirilmişdir. Yuxarı çıxış 5 korpusundakı 6 keçid şüşə izolyatordan və 7 borusundan keçir. Şüşə izolyatror işıq buraxmayan xüsusi boya ilə örtülmüşdür. Korpus diodu xarici təsirlərdən qoruyur.

Nöqtəvi diodlar kimi müstəvi diodlar da metal-yarımkeçirici kontaktından hazırlana bilər. Belə diodlarda tutumun özü və yenidən yüklənmə müddəti kiçik olduğundan onlardan impuls rejimlərində işləmək üçün istifadə olunur. Müstəvi diodlar kiçik güclü (1 Vt-a kimi), orta güclü (cərəyan 1A-ə qədər, gərginlik 600V-a qədər) və böyük güclü olur.


Yüklə 240,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin