Azərbaycan və İslandiyanın təbii şəraitinin təhlili
Azərbaycanın qarlı zirvələri,yüksək dağları,məhsuldar torpaqlı dağətəyi zonaları,genişiş düzənlikləri ,okean səviyyəsindən aşağı ovalıqları var.
İslandiyanın isə ərazisinin bir hissəsi sıx buzluqlar altındadı.
Ölkənin əsas xüsusiyyəti təbiətin vulkanik mənşəlli,qəribə mənzərəli,şəlalələr və buzlaqlardan ibarət olmasıdır.Orada bitki örtüyü Azərbaycandan fərqli olaraq seyrəkdi,ərazisinin böyük bir hissəsi bitki örtüyündən məhrumdu.
Ağaclar ərazinin sadece bir faizini tutur.
Azərbaycanda isə ərazinin 11faizini meşəliklər təşkil edib.Azərbaycan ərazisi müxtəlif növ təbii sərvətlərdən ibarət olsada onların əsasında neft -qaz durur.
Ölkəmizin qərb bölgələrində isə əsasən filiz ehtiyatları üstündür İslandiya dəmir yolu xətti olmayan azsaylı ölkələrdən biridir. Ada yalnız IX əsrin əvvəllərində insanlar tərəfindən məskunlaşdırılıb. Dünyada ən çox qeyzer İslandiyadadır. “Qeyzer” sözü ölkənin şimal-qərb hissəsində yerləşən və isti suyun fontan verdiyi Qeyzirdən götürülüb. Ölkədə su şəffaf təmizliyə malik olduğu üçün filtrasiyadan keçmədən evlərə verilir.
Azərbaycan su ehtiyatları ilə zəif təmin olunub. Su çatışmazlığı dağlıq ərazilərdə bir o qədər hiss edilməsə də, düzən ərazilərdə kifayət qədər problem yaradır. Su probleminin həlli müxtəlif yollarla həyata keçirilir.
İslandiyanın rəngarəng təbii mənzərəsinə özünəməxsusluq verən bir amil də hər tərəfdə atların və qoyunların otlamasıdır. Bəzən qoyunlar küçələrə çıxaraq sürücüləri qorxudurlar. İslandiyaya qoyunlar min il bundan əvvəl vikinqlər tərəfindən gətirilib. Onlar tədricən adanın sərt və tez-tez dəyişən şıltaq iqliminə uyğunlaşıblar.
Azərbaycan isə bioloji ehtiyatların mühüm tərkib hissəsi sayılan rəngərəng heyvanat aləminə malikdir. Bura Xəzərin, çaylarımızın, su anbarlarımızın balıq ehtiyatları, əsasən dağlıq ərazilərdə yayılan müxtəlif növ heyvanlar, düzən ərazilərdə yayılan sürünənlər (xüsusilə çox qiymətli zəhəri olan qafqaz gürzəsi), çoxlu sayda quşlar və s daxildir.
Dostları ilə paylaş: |